Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 31-08-2015, 16:04
Dünya təzadlar dünyasıdır.

Ağ və qara


Dünya yaranandan təzadlar dünyasıdır. Bizi əhatə edən ətrafda bir-birinə zidd olan iki rəng çaları -- "ağ" və "qara", hər şeydə olduğu kimi, insanların münasibətində də var. Yazıma verdiyim bu giriş təsadüfi, yaxud gəlişigözəl fəlsəfi fikirlər deyil. Bunları yazdıran səbəblər var.
Mən rəssamam. Bu il iyul ayının 7-də oğlumu Vətən qarşısında borcunu verməyə -- əsgəri xidmətə yola saldım. Avqustun 16-da isə gənc əsgərlərin andiçmə mərasimində iştirak etmək üçün onun xidmət etdiyi hərbi hissəyə getdik.
Dünya təzadlar dünyasıdır.

Andiçmə mərasimi olduqca yüksək səviyyədə, təsəvvürümə belə gətirə bilməyəcəyim şəkildə, möhtəşəm keçdi. Şəxsən, mən bir Azərbaycan vətəndaşı və həm də əsgər atası kimi bu mərasimdən vəcdə gəldim. Çünki, mən hələ sovet dönəmində gec-tez SSRİ-nin dağılacağına ürəkdən inanır və nə vaxtsa özümüzün azad, müstəqil dövlətimizin, belə möhtəşəm Milli Ordumuzun olacağını arzu edirdim. Lakin bütün bu xoşbəxt günlərimizi görməyin mənə də nəsib olacağını bilmirdim. Bütün bunların baş verməsi mənə dillə deyiləsi mümkün olmayan sevinc yaşatdı, xəyallarımı özgə aləmə apardı. Hətta andiçmə mərasimində mənə valideynlər adından danışmağa söz veriləndə sevinc dolu göz yaşlarımı güclə saxlayırdım. Çıxış edərkən dedim ki, xalqımızın böyüklüyü, qarşısında baş əydiyimi dilə gətirmək istəyirəm. Qoy xalqımızın və milli dövlətçiliyimizin varlığı əbədi olsun! Mən burada öz hərbçilərimizin varlığından qürur duymaqla, onların hamısının üzündə kişi məğrurluğu ilə yanaşı, bir nur gördüm. Bu nur məni bir daha balalarımızın taleyini bu nəcib insanlara etibar etməkdə haqlı olduğumuza inandırdı. Mən bir Azərbaycan türkü kimi belə hərbçilərimizlə fəxr edirəm. Bütün əsgər balaların Vətənə şərəflə xidmət edərək, öz evlərinə, ailələrinə dönmələrini ürəkdən arzu edirəm! Həm ordumuzun, həm də yurdumuzun əbədi olacağına inanıram!
Dünya təzadlar dünyasıdır.

Haqqında söylədiyim bu şərəfli anları ifadə etməyə sözlər bəs etmir. Buna baxmayaraq, gördüklərimin məndə yaratdığı xoş təəssürat haqqında yazmaqdan doymuram...
Lakin bu möhtəşəm gözəlliklə yanaşı, bütün bunların tam əksi olan bir məsələ barədə də danışmağı özümə borc bilirəm.
... Biz Beyləqana ilk dəfə gəldiyimizdən heç yeri və heç kimi tanımırdıq. Ona görə də taksi saxlayıb, bizi nahar etmək üçün bir kafeyə aparmasını xahiş etdik. Taksi sürücüsü ürəyə yatımlı, mehriban olduğundan onun telefon nömrəsini götürdük. Oğlumu aparıb hərbi hissəyə qoyduqdan sonra əslən Füzuli rayonunun Aşağı Veysəlli kəndindən olan bu gülərüz insanla -- Rövşənlə birlikdə idik. Rövşən Bakıya gedən qatarın axşam saat 22.15--də yola düşəcəyini və o vaxtadək Mil düzünə od püskürən Günəşin altında gedəcək yerimizin olmadığını bildiyindən bizi təkidlə sığındığı, heç bir şəraiti olmayan ünvana -- "evinə" gətirdi. Yol boyu bizdən şəraitsizliyə görə dönə-dönə üzr istədi.
Burada, doğrudan da, insanın yaşaması üçün heç bir şərait yox idi. Bu şəraitsizliyin içində bu böyük ürəkli insanlar neçə ildir, olmazın zülmləri çəkirlər. Beyləqanda "kanalın üstü" adlanan yerdə təqribən on beş məcburi köçkün ailəsi "məskunlaşıb". Kanaldan axan bol suyu olsa da, zavallılar ilan mələyən çöldə həyatla ölüm-dirim mübarizəsi aparmağa məcburdurlar. Köçkünlər gileyləndilər ki, bu vəziyyətdən əlaqədar təşkilatların xəbəri var, bol-bol söz verirlər, lakin ev paylananda yada düşmürük...
Dünya təzadlar dünyasıdır.

Mən bir rəssam kimi ermənilərin əlindəki azərbaycanlı əsir və girovlara verilən işgəncələrə, ümumiyyətlə dərdlərimizə çoxlu sayda əsər həsr etmişəm. Bu əsərlərdə mən düşməni lənətləmişəm.
Bəs bu vəziyyətdə kimi qınayım?

Axı, bu zavallılar bizim öz xalqımızın övladlarıdır. Belə etinasızlığa, belə biganəliyə nə ad verək? Söz tapmağa çətinlik çəkirəm.
Onu da yaxşı bilirik ki, dövlət xalqımızın bu çətin günündə diqqət və qayğısını əsirgəməmiş, qaçqın və məcburi köçkünlər üçün Azərbaycanın ən müxtəlif yerlərində şəhərciklər salmış, dədə-baba yurdlarından didərgin düşmüş bu insanlara hər cür şərait yaratmışdır. Bu insanlar həmin gözəl şəraitə qürbətdə yox, Vətənin digər bir guşəsində olmalarına baxmayaraq, özlərini rahat hiss etmirlər. Daim ata-baba yurdlarının azad olunacağı, öz doğma ocaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyir, bu ülvi hisslərlə yaşayırlar. Mənim haqqında danışdığım qaçqın sığınacağı hal-hazırda bəlkə də dəryada bir damla söhbətidir. Buna baxmayaraq, bu acı mənzərənin mövcudluğu da arzuolunmazdır.
Dünya təzadlar dünyasıdır.

Dövlətimizin qaçqın və məcburi köçkünlər üçün gördüyü bu qədər möhtəşəm işə ayrı- ayrı məmurların səhlənkarlığı üzündən xələl gəlməməlidir. Yəni, nə qədər gizlətsən də ağappaq, ən bəyaz lövhənin üstündə xırdaca qara bir ləkə də diqqətdən yayınmır...

Vaqif UCATAY,
rəssam


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!