Bakıda yeni hərəkət zolağı yaradıldı .....                        İran Təl-Əviv, Aşkelon və Hayfaya raket hücumu etdi .....                        Sabirabadda “Muğan” klinikası yanır .....                        Naxçıvanda avtobus aşdı - 4 nəfər xəsarət aldı .....                        Çimərlikdə batan yeniyetmələrin meyitləri tapıldı .....                        İsrailə daha sarsıdıcı cavablar veriləcək - Pezeşkian .....                        Qardaşlığımızın qiyamətə qədər davam etməsini arzulayırıq .....                        Filarmoniya bağında külək ağacı qadının üzərinə aşırdı .....                        Lavrov Fidanla İsrailin İrana hücumunu müzakirə ediblər .....                       
Tarix : 30-10-2015, 15:12
Azay Quliyev seçki kampaniyasına yekun vurdu



Mətbuat xidmətindən Butov.az saytına verilən məlumata görə, 8 saylı Binəqədi birinci Seçki Dairəsindən deputatlığa namizəd Azay Quliyev bu gün seçki kampaniyasına Qərargah üzvləri və fəalları ilə keçirdiyi geniş toplantı ilə yekin vurub.


Tədbiri açan Seçki Qərargahının rəhbəri Asif Əsgərli 9 oktyabrdan indiyədək aparılan təbliğat-təşviqat kampaniyasının gedişatı haqqında ətraflı danışıb. Eyni zamanda, seçki günü müşahidəçilər və fəalların fəaliyyəti, ərazidəki qərargahların iş rejimi haqqında təlimatlarla iştirakçıları tanış edib.
Azay Quliyev seçki kampaniyasına yekun vurdu

Seçki Qərargahının hüquqşünası Hafiz Həsənov seçki günü müşahidəçilərin məntəqələrdə davranışı, hüquq və vəzifələri ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddəalar barədə məlumat verib.

Deputatlığa namizəd Azay Quliyev çıxışında Seçki Qərargahının işindən razılığını bildirərək, vəkillərə, qərargah üzvləri və fəallarına təşəkkürünü çatdırıb: “Qeyd etmək istəyirəm ki, biz təbliğat-təşviqat kampaniyası üçün ayrılmış müddətdən maksimum istifadə edə bildik. 9 oktyabrdan başlayaraq intensiv görüş və tədbirlər təşkil etməklə demək olar ki, seçki dairəsinin bütün seçicilərini əhatə etdik. Seçiciləri maraqlandıran, narahat edən məsələləri diqqətlə dinlədik, qeydə aldıq və onların həlli istiqamətində atacağımız addımlar barədə məlumat verdik. İndi söz seçicinindir”.
Azay Quliyev seçki kampaniyasına yekun vurdu

Azay Quliyev keçirilən bütün görüşlərdə seçicilərin sevgisi, inam və etimadı ilə qarşılaşdığını vurğulayıb: “Seçicilərin bu dəstəyi bizim noyabrın 1-də əldə edəcəyimiz parlaq qələbənin əsasını təşkil edəcək. Göstəriləcək etimad və inam mənim üçün həm də böyük bir məsuliyyətdir. Mən bu məsuliyyəti bütün ağırlığı ilə qəbul etməyə və üzərimə düşən vəzifəni layiqincə yerinə yetirməyə hazıram ”.

Çıxışının sonunda, Azay Quliyev qərargah üzvlərini seçki günü qanunlara ciddi əməl etməyə çağırıb və onlara bu şərəfli işdə uğurlar arzulayıb.
Azay Quliyev seçki kampaniyasına yekun vurdu


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!