TARIXI-MEMARLIQ ABIDƏLƏRI ILƏ ZƏNGIN BUXARA .....                        Sexdə güclü yanğın - Hadisə yerindən görüntülər .....                        Zəlzələ bölgəsi üçün 500 milyon dollar maliyyə cəlb edilib .....                        Bakıdakı uşaq sığınacağında virus yayıldı .....                        Kadırovun oğluna yeni vəzifə verildi .....                        Pakistan prezidentinin səhhəti pisləşdi: Xəstəxanaya yerləşdirilib .....                        Meyitləri çıxaranda yaralandım - Vardanyanın növbəti məhkəməsi .....                        Meyitləri çıxaranda yaralandım - Vardanyanın növbəti məhkəməsi .....                        Nigar Fərhadın verilişi bağlandı .....                       
Tarix : 26-08-2013, 16:11
Siqaretlə mübarizə; Biz və dünya


Siqaret çəkmək sizin sağlamlığınıza ziyan vurur.”Xala xətri” üçün yazılan bu yazı siqaret çəkməmək üçün kifayət edirmi? Siqaretin insan orqanizmi üçün real təhlükəsini bildirmək üçün yetərlidirmi? Əlbəttə yox.

Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, ötən əsrdə 100 milyon insan siqaretin qurbanı olub. XXI əsrdə isə tütündən 1 milyard insanın dünyasını dəyişəcəyi proqnozlaşdırılır.
Bəs bununla mübarizə aparmaq üçün dünyada hansı tədbirlər görülür?
Rusiyada iyunda qüvvəyə minən qanuna əsasən, metro və məktəblər də daxil olmaqla bəzi ictimai yerlerde siqaret çəkilməsi qadağan ediləcək. Bir il sonra isə qadağa kafe və restoranlar daxil olmaqla digər ictimai yerlərdə də tətbiq olunacaq. Qanunla həmçinin siqaret reklamının məhdudlaşdırılması nəzərdə tutulur.
Türkiyədə də ictimai yerlərdə siqaretin çəkilməsinə qadağa qoyulub. Əslində qadağa əvvəlcədən olsada, bu yaxınlarda məsələ daha da sərtləşdirilib. Problemə daha ciddi yanaşan Türkiyə höküməti cərimənin məbləğini də qaldırıb. Nəzərə alsaq ki, Türkiyəyə yay-qış turistlərin axını olur, bundan da kifayət qədər gəlir , qərar turistlərin sayının azalmasına səbəb olacaq. Amma bütün bunlara rəğmən Türkiyə türklərin zəhərlə mübarizəsinə son qoymaq qərarına gəlib.
Avstraliya isə bu sahədə yeniliyə imza atıb.Bu ölkədə bütün siqaretlər eyni qutularda satılır. Avstraliya siqaretlərin eyniləşdirildiyi ilk ölkə olub.
Ölkə parlamentinin qəbul etdiyi qərara görə, dükan və marketlərdə siqaretlər sadə, standartlaşdırılmış qutularda satılmalıdır. Qutuda siqaretin brendinin adı yalnız kiçik hərflərlə yazıla bilər. İstisnasız olaraq bütün siqaretlər tünd yaşıl və qəhvəyi rənglərdə olmalıdır. Avstraliyada aparılmış araşdırmaların nəticələrinə görə, bu rənglər siqaret çəkənlərin ən nifrət etdikləri çalarlardır.

.

Avstraliyanın səhiyyə naziri Tanya Plibersekin dediyinə görə, onlar bu minvalla siqaret çəkməyə qarşı mübarizəni daha effektiv etməyə çalışırlar.
Dünya siqaret və tütün məmulatları istehsalı liderləri, o cümlədən "British American Tobacco" və "Philip Morris" Avstraliya parlamentinin qərarına etiraz etməyə çalışaraq məhkəməyə şikayət etsələr də, bir nəticə hasil olmayıb.
Ölkəmizdə isə bu sahədə hansısa işin görüldüyü məlum deyil.”Tütün və tütün məmulatları haqqında qanunun tələblərinə nəzarətin nə dərəcədə olduğunu demək isə asandır. Qanunun tələblərinə əsasən 18 yaşına çatmayanlara ,və yaxud ədədlə siqaret və ya digər tütün məmulatının satılması qadağan olunsada , buna əməl olunmur.
Hər gün marketlərdə kassaların ən çox diqqət cəlb edən yerlərində reklam məqsədilə siqaret düzülüşünün şahidi oluruq.Səliqəli qablaşdırma, qutunun üzərində çap olunan brendin adı, cəlbedici dizayn adamı valeh edir.Adamda siqaretə həvəs yaradır.
Piyada keçidindən istifadə etməyəni cərimələməklə əhalinin qeydinə qaldığını nümayiş etdirən hökümət, tütün və tütün məmulatlarının istifadəsinin azaldılması barədə düşünmək istəmir. Odur ki, adıçəkilən məmulatlara tətbiq olunan aksiz vergisinə görə , sözügedən məsələyə “göz yummağa” üstünlük verir.
Onuda qeyd edim ki, Ümumdünya səhiyyə təşkilatının statistikasına görə Azərbaycan adambaşına düşən siqaretçəkənlərin sayına görə dünyada 22-ci yeri tutur.


Paylaş



Bölmə: Xəbər / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!