'' Kəlağayı yaşıl dünyaya töhfədir'' .....                        Vaşinqton COP29-la sülh sazişini əlaqələndirmir .....                        Azərbaycanla BMT katibliyi arasında memorandum imzalandı .....                        Rusiya Ukraynada bu qədər ərazini ələ keçirib - Şok rəqəmlər .....                        Erməni nazir Türkiyədə .....                        "Döyüş bölgəsində sursatların 20 faizi yararsızdır" .....                        "Sözün əsl mənasında çətin durumdayıq" .....                        İrəvandan təzadlı sülh açıqlamaları .....                        Şah İsmayıl Xətainin fərmanı Bakıda - FOTO .....                       
Tarix : 11-10-2024, 13:53
Bu yollarda elektron tərəzilər quraşdırıldı


Bu yollarda elektron tərəzilər quraşdırıldı

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ümumi istifadədə olan avtomobil yollarının qorunması üçün iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına yol verilməməsində yeni texnologiyaların tətbiqi və bu sahədə tələblərin pozulmasına görə inzibati tənbehvermə haqqında elektron qərarın çıxarılması imkanını yaradan müvafiq elektron tərəzilərin avtomobil yollarında quraşdırılması işləri davam etdirilir.
Agentlikdən bildirilib ki, avtomobil yollarında yeni texnologiyaya əsaslanan elektron tərəzilərin quraşdırılması prosesi 2 mərhələ üzrə aparılır. Belə ki, 1-ci mərhələdə 11 yerdə 17 tərəzi, 2-ci mərhələdə 20 yerdə 34 olmaqla, ümumilikdə isə 31 yerdə 51 tərəzinin quraşdırılması planlaşdırılıb.

Artıq 1-ci mərhələ üzrə 4 ərazidə elektron tərəzilərin quraşdırılması işləri tamamlanıb:

1. M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 44,6-cı kilometrində sağ tərəfdə.

2. M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 65-ci kilometrində sol tərəfdə.

3. M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 129-cu kilometrində sağ və sol tərəfdə.

4. M-2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 47,9-cu kilometrində sağ və sol tərəfdə.

5 ərazi üzrə işlər davam etdirilir:

1. M-3 Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 11,3-cü kilometrində sağ və sol tərəfdə.

2. M-3 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 244,2-ci kilometrində sol tərəfdə.

3. M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 55,3-cü kilometrində sağ və sol tərəfdə.

4. M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 264-cü kilometrində sağ və sol tərəfdə.

5. M-5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 44,9-cu kilometrində sağ və sol tərəfdə.

Daha 2 ərazi üzrə isə işlərə yaxın günlərdə başlanılacaq:

1. M-6 Hacıqabul- Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 91.6-cı kilometrində sağ və sol tərəfdə.

2. “Zəfər Yolu”nun 21,4-cü kilometrində sağ və sol tərəfdə.

2-ci mərhələdə 20 yerdə 34 tərəzinin quraşdırılması planlaşdırılır. Layihənin 2026-cı ilin sonlarında yekunlaşdırılması planlaşdırılır.

Məlumatların vahid mərkəzdə toplanılması üçün İdarəetmə Mərkəzinin (Monitorinq mərkəzi) qurulması işləri də tamamlanıb. Bundan başqa, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələri tərəfindən törədilən inzibati xəta elektron tərəzi vasitələrinin köməyi ilə aşkar edilərək elektron qərarın çıxarılmasının təmin olunması üçün Daxili İşlər Nazirliyinin elektron məlumat bazasına məlumatların ötürülməsinin təmin edilməsi istiqamətində də müvafiq işlər tamamlanmaq üzrədir.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!