Qasırğaya görə fövqəladə vəziyyət elan edildi .....                        İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində - FOTO .....                        Faciəvi şəkildə ölən azərbaycanlı jurnalist vətəndə dəfn olundu .....                        Bakıda çoxmərtəbəli binada yanğın .....                        Müəllim məktəbliləri kəmərlə bağlayaraq döyüb? .....                        Təxribatçı jurnalist Ermənistana buraxılmadı .....                        Gürcüstanda plastik qab-qacaq qadağan olunur .....                        Ermənistan onu Rusiyaya təhvil verməyəcək .....                        Hava ilə bağlı əhaliyə xəbərdarlıq edildi .....                       
Tarix : 14-01-2019, 08:10
Yollarda sürət həddinə görə xüsusi tablolar yerləşdiriləcək

Azərbaycanın avtomobil yollarında icazə verilən sürət həddi optimallaşdırılacaq.
Butov.az-ın "Ölkə.Az"a istinadən məlumatına görə, bu barədə Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda deyilir.
Qeyd olunur ki, 2019-2021-ci illərdə yaşayış məntəqələri daxilində nəqliyyat vasitələrinin sürət həddi küçə-yol şəbəkəsinin xüsusiyyətlərinə uyğun optimallaşdırılacaq, digər avtomobil yollarında nəqliyyat vasitələri üçün sürət həddi normalarına yenidən baxılacaq.
Bundan başqa, təhlükəli yol sahələrində sürət həddi meyarları qanunvericilikdə təsbit ediləcək, avtomobil yollarının kateqoriyasını və təhlükəsizlik səviyyəsini nəzərə almaqla sürət həddi optimallaşdırılacaq.
Sənəddə təhlükəli yol sahələrində müəyyən edilmiş sürət həddini aşmaları barədə sürücülərin xəbərdar edilməsi məqsədilə xüsusi elektron məlumat tablolarının yerləşdirilməsi, sürət həddinə nəzarət edən xüsusi texniki vasitələrin səmərəliliyinin təhlilini aparmaqla, onların yollarda dislokasiyasının və sayının optimallaşdırılması, həmin vasitələrin sürət həddini aşmanın daha təhlükəli olduğu yol sahələrində quraşdırılması da nəzərdə tutulur.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!