Türkiyədə bələdiyyə başçısı və müavini həbs edildi .....                        Dohada güclü partlayış səsləri eşidilib .....                        Serbiyanın İrandakı səfiri Astara vasitəsilə təxliyə edildi .....                        Bu gün Novruzun ikinci - Od çərşənbəsidir .....                        İraqda hərbi aviabazaya dron hücum .....                        İrandakı qarşıdurmadan ən çox Dubay zərər görüb .....                        İran səmasında ABŞ və İsrail PUA-ları vuruldu .....                        Zelenski Yaxın Şərq ölkələrinə Ukraynanın köməyini təklif edib .....                        Ramazanın 13-cü gününün duası - İmsak və iftar vaxtları .....                       
Tarix : 4-02-2025, 12:26
İran baş prokurorunun müavini Orxanın atası ilə danışıb - Təfərrüat AÇIQLANDI


İran baş prokurorunun müavini Orxanın atası ilə danışıb - Təfərrüat AÇIQLANDI

Azərbaycanın İrandakı səfirliyinə terror
hücumundan 2 il ötür. 27 yanvar 2023-cü il tarixində səfirliyimizə hücum edən İran vətəndaşı Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı - Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.
Orxan Əsgərov Bakıdakı İkinci Şəhidlər xiyabanında dəfn edilib. 3 fevral 2023-cü ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə Orxan Rizvan oğlu Əsgərov (ölümündən sonra) "Vətən uğrunda" medalı ilə təltif edilib.
Qatil barəsində ölüm hökmü çıxarılsa da, iki il boyunca icra edilməyib. Hətta bu yaxınlarda onun işi prokurorluğa geri qaytarılıb. Nəhayət iki il sonra edam hökmü Ali Məhkəmə tərəfindən təsdiq olunub. Hökm icra üçün Tehran məhkəməsinə göndərilib.
Hazırda proses nə yerdədir, edam nə vaxt baş tutacaq?
Məsələ ilə bağlı Orxan Əsgərovun atası Rizvan Əsgərov bildirib ki, hələ ki edam günü ilə bağlı onlara heç bir məlumat verilməyib:
“Edam günü ilə bağlı bizdə heç bir məlumat yoxdur. Ailə üzvlərinin edam tələbi ilə əlaqədar ərizə yazmalı olduğunu dedilər. Ərizəni yazıb göndərdik. Təbrizdəki Baş konsulun adına etibarnamə yazdıq ki, İranda bütün məsələləri adımızdan həll etsin. Sənədlər hazırlayıb vermişik”.
R.Əsgərov kompensasiya tələbi məsələsinə də toxunub:
“2023-cü ildə İrandan nümayəndə heyəti gəlmişdi. Nümayəndə heyətinin rəhbəri İranın baş prokurorunun müavini idi. Məni və kiçik oğlumu dəvət etmişdi. Baş prokurorun müavini İran dövləti adından üzrxahlığını bildirdi, başsağlığını çatdırdıqdan sonra dedi ki, İran qanunvericiliyinə görə, öldürülən şəxsin ailəsi ya kampensasiya, yaxud da edam tələb edə bilər. Bizim də, şəxsən mənim tələbim edam oldu. Məsələ birdəfəlik bağlanıb. Bizim mövqeyimizin qəti olduğunu gördülər".
Orxanın atası onun dostlarının daim onlarla maraqlandığını da söyləyib: "Bəli, mütəmadi zəng edirlər, ailəsinə baş çəkirlər, mənə zəng edirlər. Onların hamısının atasını da tanıyıram. Orxanın iş yoldaşları bizimlə həmişə maraqlanırlar".


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!