Sabah Azərbaycan Ermənistana neft göndərəcək .....                        Kadırov da həbs edilsin! - Zelenskidən təklif .....                        Ərdoğan qalmaqallı xəbəri təkzib etdi .....                        Xaricdə döyüşmüş 6 nəfər SAXLANILDI .....                        Astarada ağır yol qəzası - Ər-arvad xəsarət aldı .....                        Ermənistan Azərbaycana qarşı təxribatı maliyyələşdirir .....                        DİN sürücülərə çağırış etdi .....                        Prezident Nəsibə Zeynalovanın oğlunu təltif etdi .....                        Prezident bu şəxsləri təltif etdi - SİYAHI .....                       
Tarix : 8-02-2025, 10:13
Bakıdakı yeni yola görə 1650 ağac köçürüləcək


[b]Bakıdakı yeni yola görə 1650 ağac köçürüləcək[/b]

Dövlət Ekoloji Ekspertiza Agentliyində “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında ölkə Prezidentinin 30 yanvar 2025-ci il tarixli Sərəncamının icrasından irəli gələn məsələlərlə bağlı ictimai dinləmə keçirilib. Tədbirdə əsas məqsəd yaxın 5 ildə sərəncam üzrə həyata keçiriləcək layihələrin icrası zamanı ətraf mühitə təsirlərin qiymətləndirilməsinə, ekoloji təhlükəsizlik və ekoloji normaların gözlənilməsinə, bütövlükdə ekoloji qanunvericiliyin tələblərinə diqqət çəkilməsi olub.
Agentliyin İdarə Heyətinin sədri Mirsalam Qənbərov deyib ki, Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun yaxşılaşdırılması ilə bağlı kompleks tədbirlər planından irəli gələn layihələrin reallaşdırılması həyati əhəmiyyət kəsb edir.
“Bakı şəhəri və Abşeron yarımadasında tıxacların qarşısının alınması insanların rahat hərəkət etməsi üçün nəzərdə tutulan tədbirlərdən ən vacibi yol infrastrukturunun bütün normalara cavab verməsi, mövcud yolların genişləndirilməsi, yeni yolların salınması, eyni zamanda, alternativ, modern üsulların tətbiqidir. Amma əsas məqsədimiz ondan ibarətdir ki, bu layihələrin icrası zamanı ətraf mühitin mühafizəsi normalarına maksimum diqqət yetirilsin. Ətraf mühitə dəyən ziyanın aradan qaldırılması və ya ziyanın minimum həddə çatdırılması üçün alternativ variantlar seçilsin. Həmçinin yolun çəkilişi zamanı mövcud olan torpaq qatının, yaşıllıqların və digər ətraf mühit komponentlərinin kompensasiyası layihədə öz əksini tapsın. Əgər bu gün 5-10 ağac layihə altına düşürsə, onlar aidiyyəti icra hakimiyyəti orqanları tərəfindən müəyyənləşdirilmiş əraziyə əkilsin. Həmin ağaclara aqrotexniki xidmət göstərilsin, onların tələf olmasının qarşısı alınsın”, - deyə M.Qənbərov bildirib.
Yeni çəkiləcək Akademik Həsən Əliyev küçəsi-Müzəffər Nərimanov küçəsinə qədər olan avtomobil yolunun layihəsi də müzakirə olunub. Qeyd edilib ki, layihə üzrə birinci hissədə metronun "Ulduz" stansiyasından Keşlə bazarına kimi, ikinci hissədə ərazidəki təhsil akademiyası istiqamətində, daha sonra Keşlə bazarının qarşısındakı iaşə obyekti ərazisindən, sonda isə akademik Həsən Əliyev küçəsindən Müzəffər Nərimanov küçəsinə qədər yolun çəkilməsidir. Bildirilib ki, sözügedən ərazidən ümumilikdə 1 650 ağacın, 491 ədəd kol və tingin köçürülməsi planlaşdırılır.
"Ulduz" stansiyasından Keşlə bazarına kimi 2 km ərazidən 586 ağac, akademiya ərazisindən 73 ağac, Keşlə bazarının qarşısındakı iaşə obyekti ərazisindən 170 ağac, akademik Həsən Əliyev küçəsindən Müzəffər Nərimanov küçəsinə qədər 730 m ərazidən isə 820 ağac köçürülməlidir.
M.Qənbərov söyləyib ki, Keşlə bazarı və akademiya ərazisindəki ağacların köçürülməsi ilə bağlı rəy artıq hazırdır:
"Ağacların köçürüləcəyi ərazilər müəyyənləşdirildikdən sonra rəy müvafiq rayon icra hakimiyyətinə göndəriləcək. Əgər yol çəkilməsindən danışırıqsa, ağaclar daşınmalı, ekoloji normalar, təmizlik nəzərə alınmalıdır. Bütün qurumlar bu istiqamətdə bir-biri ilə sıx əlaqədə işləməlidir”, - deyə qurum rəhbəri bildirib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!