İranın lazımi addımlar atmasını gözləyirik - Rəsmi Bakı .....                        Rusiyadan Ermənistana XƏBƏRDARLIQ .....                        Əməkdar artist xəstəxanaya yerləşdirildi .....                        3 kəndi birləşdirən yol yararsız vəziyyətə düşüb - FOTO .....                        Ukrayna “Şahed”lərə qarşı belə mübarizə aparır .....                        “Azərbaycanfilm”də əvvəl də partlayış olubmuş .....                        Arxiyepiskop İstintaq Komitəsinə getdi .....                        Qusarda ağır qəza: yaralılar arasında əcnəbilər də var .....                        10-cu sinif şagirdi kanalda batdı .....                       
Tarix : 14-07-2017, 21:22
Bakıda “15 iyul dastanı” adlı anım gecəsi keçirilib


Butov.az xəbər verir ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Türkiyə səfirliyinin təşkilatçılığı ilə 15 iyul 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhdin ildönümünə həsr olunmuş "15 Temmuz Destanı" adlı tədbir keçirilib.

Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, dövlət nümayəndələri, millət vəkilləri və başqa şəxslər iştirak edib. Öncə şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib. Sonra 22 saat davam edən "15 Temmuz" hadisələrini əks etdirən qısametrajlı film nümayiş olunub, şəhidlərin ruhuna “Qurani Kərim"dən ayələr oxunub.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, şöbə müdiri Əli Həsənov çıxış edib. O, İlham Əliyevin Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğana ünvanladığı məktubu oxuyub. Sonra məktubu Türkiyə səfiri Erkan Özorala təqdim edib. Ə. Həsənov bu hadisələrin bizə yad olmadığını vurğulayıb: "Bu hadisələr bizə yad deyil. Çünki 1994-cü ilin oktyabrında, 1995-ci ilin martında hakimiyyət çevrilişinə cəhdlər edilmişdi".

Sonra Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral çıxış edib. O, bu hadisələrdə göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü bildirib və "15 Temmuz"da hakimiyyət çevrilişinə cəhdin uşaqlarda psixoloji sarsıntı yaratdığını, bu qorxunun hər dəfə təyyarə görərkən təkrarlandığını bildirib:"Həmin müdhiş gecə yaddaşlardan silinməyəcək. Biz həmin günü küçələrə axışdıq. Azərbaycan bu acı gündə yanımızda oldu, bura bizim sığınacağımız, vətənimizdir".

Anım gecəsində Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, millət vəkili, akademik Əhliman Əmiraslanov, millət vəkili Hikmət Babaoğlu fikirlərini bölüşüblər.
Tədbirin sonunda iştirakçılara özündə "15 İyul hadisələri"ni ehtiva edən "Uzun gecenin kısa tarihi" adlı kitablar verilib.

Bakıda “15 iyul dastanı” adlı anım gecəsi keçirilib


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!