Türkiyədə zəlzələ oldu .....                        Tramp xalqa müraciət edəcək .....                        Cevdet Yılmaz Azərbaycana gəlib - YENİLƏNİB .....                        Aprel qələbəsinin 10-cu ili... .....                        Məhkəmədə diz çöküb yalvardı... - Hakim qanuni qərarla sevindirdi .....                        Zelenski Trampın elçiləri ilə videozənglə danışdı .....                        Siyəzəndə dəm qazı faciəsi: qadın hamamda öldü .....                        Sarkisyanın partiyası seçkidə iştirak etməyəcək .....                        Xamenei: "Ölkənin siyasəti dəyişməzdir" .....                       
Tarix : 17-02-2021, 22:14
Yurdun “Zəfər zirvəsi”



Vətən müharibəsində Qələbə münasibətilə Azərbaycan Ordusunun zabitləri və “Qartal” Dağçılıq İdman Klubunun alpinistlərindən ibarət heyətin Böyük Qafqaz sıra dağlarının Bazardüzü zirvəsinin şərqində yerləşən adsız yüksəkliyə (4301 m) yürüşü təşkil olunub.

“Zəfər Azərbaycanındır!” adlı ekspedisiyanın iştirakçıları mürəkkəb relyefə malik dağlıq ərazini keçərək təyin edilmiş yüksəkliyə qalxıblar.
Ekspedisiyanın iştirakçıları orada Azərbaycan Respublikasının Dövlət bayrağını ucaldıb, Dövlət himnini ifa edib və Vətən müharibəsində həlak olmuş Şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonda Vətən müharibəsində Qələbəni tərənnüm edən “Zəfər zirvəsi” adlı lövhə bu yüksəklikdə bərkidilib.

Haşiyə: Qeyd edək ki, “Zəfər zirvəsi”nin fəth olunmasında Milli Ordumuzun Xüsusi Təyinatlı Qüvvələrinin, Hərbi Hava Qüvvələrinin zabitləri iştirak edərək, II Qarabağ müharibəsində Vətən yolunda canlarından keçən şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər.
Qürurverici haldır ki, “Zəfər zirvəsi”nə qaldırılan bayraqlar arasında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının da bayrağı dalğalanmış, Akademiyanın 13 şəhidinin fotoşəkilləri həkk olunmuş lövhə də “Zəfər zirvəsi”nə qaldırılmışdır.

[center]

Xatırladaq ki, Vətən müharibəsinin Zəfərlə başa çatmasından iki aydan artıq vaxt keçir. Silahlar sussa da, xalqımızın torpaq uğrunda canını fəda etmiş Şəhid balalarına sevgisi tükənmir. Ölkənin müxtəlif yerlərində, kənd və qəsəbələrində şəhidlərin şəkilləri həkk olunmuş plakatlar ucaldılır, onların adları hörmətlə əbədiləşdirilir. Bu münasibət Vətən müharibəsi qəhrəmanlarına - qazilərimizə qarşı da eyni sevgiylə davam etdirilir.
Bu gün yaşadığımız günlər sabah tarixin ən şanlı səhifələri kimi gələcək nəsillər tərəfindən böyük hörmət və sayğıyla yad ediləcək.
Şəhidlər ölməz, Vətən bölünməz!

Gülnar Süleymanlı
ADBTİA-nın “Məşqçilik” fakültəsinin tələbəsi


Paylaş



Bölmə: İdman / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!