Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                        İranla işimiz bitməyib - Netanyahu .....                        “Neftçi”dən növbəti QƏLƏBƏ .....                       
Tarix : 16-02-2021, 10:47
Vətən müharibəsində iştirak edən ASC əməkdaşları ordudan tərxis olunub - FOTOLAR
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun torpaqlarımızı işğaldan azad etməsi və Azərbaycanın möhtəşəm qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədarük və Təchizat ASC-nin 7 əməkdaşı iştirak edib.

Butov.az AZƏRTAC-a istinadən xəbər verir ki, ASC-nin Hüquq departamentinin əməkdaşı Ağadadaş Dadaşzadə, İnzibati işlər departamentinin əməkdaşı Səbuhi Novruzlu, Logistika və anbar departamentinin əməkdaşı Nurlan Alxazov, Masallı regional idarəsinin əməkdaşı Vüsal Əliyev, Kürdəmir regional idarəsinin əməkdaşı Samir Həsənov, Tovuz regional idarəsinin əməkdaşı Bayraməli Məmmədov və Şamaxı regional idarəsinin əməkdaşı Asim Cəbrayılov cəbhənin müxtəlif istiqamətlərində gedən döyüş əməliyyatlarında fəal iştirak edərək Vətən borclarını layiqincə yerinə yetirib, nümunəvi xidmətləri ilə fərqləniblər.

ASC-nin əməkdaşlarından bir qrupu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Ağdamın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Vətən müharibəsinin ilk günlərindən ordu sıralarına qoşulan, torpaqlarımızın işğaldan azad olunmasında fəal iştirak edən Aqrar Tədarük və Təchizat ASC-nin əməkdaşları hərbi hissələrdən tərxis olunaraq evlərinə qayıdıblar.

Aqrar Tədarük və Təchizat ASC-nin kollektivi ordudan tərxis olunan və mülki həyata qayıdan iş yoldaşlarını böyük coşqu ilə qarşılayıblar.

Əvvəlcə Vətən müharibəsində şəhid olan əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra dövlət himni səsləndirilib.

Görüşdə çıxış edən müharibə iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlara qatılaraq, doğma yurd yerlərimizin düşməndən azad olunmasında iştirak etdiklərinə görə şərəf və fəxr hissi keçirdiklərini bildiriblər.

Sonra Vətən müharibəsi iştirakçılarına xatirə hədiyyələri təqdim olunub.




Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!