Elektron xidmətlərindən istifadə müvəqqəti dayandırılacaq .....                        Sabirabadda pulnan əlillik dərəcəsi verən vəzifəli şəxslərə cinayət işi açıldı .....                        Sabah azarkeşləri sevindirmək istəyirik - Qurban Qurbanov .....                        Azərbaycanlı ekspert İrəvanda “Zəngəzur dəhlizi” ifadəsini İZAH ETDİ .....                        Balakəndə 17 yaşlı qızı oğurlayan dəstə üzvləri tutuldu .....                        Azərbaycanlı politoloq İrəvanda çıxış etdi: “Sülhlə bağlı realist olmalıyıq” .....                        Salman bin Əbdüləziz İlham Əliyevə məktub göndərdi .....                        Sabah gecə ilin ən heyrətamiz səma hadisəsi baş verəcək .....                        Ankarada gərginlik - Ərdoğanla Bağçalının arası dəyib .....                       
Tarix : 6-10-2015, 10:59
Azərbaycan voleybol yığması reytinq siyahısında geriləyib


Avropa Voleybol Konfederasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, qitə çempionatının yekununa əsasən açıqlanan siyahıda Azərbaycan millisi mövqeyini əldən verib.

Butov.az Apa-ya istinadən xəbər verir ki, Belçika və Hollandiyada keçirilən Avropa çempionatında Faiq Qarayevin yetirmələri qrupda keçirdikləri oyunları uduzaraq, ilk mərhələdəcə mübarizəni dayandırdıqlarından aktivlərinə xal əlavə edə bilməyiblər. Bu səbəbdən də komandamız ilk “onluğ”u tərk edib. Hazırda aktivində 242 xalı olan yığmamız 1 pillə irəliləyən Çexiya ilə birgə 11-12-ci yerləri bölür.

Siyahıya ardıcıl 2-ci, ümumilikdə 19-cu dəfə Avropa çempionu olan Rusiya millisi başçılıq edir. Hesabında 336 xalı olan şimal qonşularımız liderliyi 1/4 finalda uduzan İtaliyadan (322) təhvil alıblar. İlk “üçlüyü” isə qitə birinciliyində də üçüncü olan Serbiya qapayır – 320 xal.

İlk “onluq”da sonrakı yerlərdə müvafiq olaraq, Türkiyə (318), Almaniya (308), Hollandiya (288), Belçika (284), Polşa (280), Xorvatiya (264) və Bolqarıstan (254) milliləri qərarlaşıblar.

Qeyd edək ki, Avropa çempionatında maksimum – 50 xalı yarışda 4-cü olan Türkiyə qazanıb. Yarışda mübarizə aparanlardan isə ən çox Macarıstan irəliləyib. Komandamıza qalib gəlməklə pley-offa yüksələn rəqib 4 pillə qabağa gedib.


Butov.az


Paylaş



Bölmə: İdman / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!