Sabah Azərbaycan Ermənistana neft göndərəcək .....                        Kadırov da həbs edilsin! - Zelenskidən təklif .....                        Ərdoğan qalmaqallı xəbəri təkzib etdi .....                        Xaricdə döyüşmüş 6 nəfər SAXLANILDI .....                        Astarada ağır yol qəzası - Ər-arvad xəsarət aldı .....                        Ermənistan Azərbaycana qarşı təxribatı maliyyələşdirir .....                        DİN sürücülərə çağırış etdi .....                        Prezident Nəsibə Zeynalovanın oğlunu təltif etdi .....                        Prezident bu şəxsləri təltif etdi - SİYAHI .....                       
28-09-2022, 20:54
İdmançımız Avropa çempionu oldu


İdmançımız Avropa çempionu oldu

Taekvondoçumuz Səyyad Dadaşov Albaniyanın paytaxtı Tiranada keçirilən U-21 Avropa çempionatında qızıl medal qazanıb. Butov.az xəbər verir ki, 54 kq-da çıxış edən idmançı ilk görüşdə Artyom Bulavkanı (Moldova) 2:0 hesabı ilə məğlub edib. Ardınca Relya İvkoviçə (Serbiya) də eyni hesabla qalib gələn Dadaşov 1/8 finalda Haktan Can (Türkiyə) üzərində də inamlı qələbə qazanıb. Növbəti görüşündə Tedi Likometini (Albaniya, 2:0) mübarizədən kənarlaşdıran taekvondoçu yarımfinalda Ebrahim Marvan (İsveç) ilə döyüşməli olsa da, Dadaşov finala yüksəlib. Həlledici qarşılaşma kifayət qədər gərgin alınıb. Milan Millla (Niderland) ilə qarşılaşmanı 2:1 hesabı ilə xeyrinə bitirən Azərbaycan təmsilçisi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yığmanın aktivinə digər mükafatı Eltac Qafarov yazdırıb. 74 kq çəki dərəcəsində mübarizə aparan taekvondoçu ardıcıl olaraq Ege Şaşmaztin (Türkiyə, 2:0), Xesus Serrano (İspaniya, 2:0) və Çarai Flouskounisa (Yunanıstan, 2:1) qalib gələrək yarımfinala vəsiqə qazanıb. Qafarov finala gedən yolda Stefan Takovla (Serbiya) üz-üzə gəlib. Rəqibinə 0:2 hesabı ilə uduzan idmançı bürünc medala sahib çıxıb.
28-09-2022, 20:39
Futbol üzrə dünya çempionatı İTV-də yayımlanacaq


Futbol üzrə dünya çempionatı İTV-də yayımlanacaq

İctimai Televiziya yeni mövsümə start verir. İctimai TV-dən verilən məlumata görə, bu mövsümdə ölkəmizdə və beynəlxalq aləmdə ictimaiyyətin böyük maraqla izlədiyi, xüsusən futbolsevərlərin həvəslə gözlədiyi, 4 ildən bir keçirilən futbol üzrə Dünya Çempionatı ölkəmizdə eksklüziv olaraq İctimai Televiziyada yayımlanacaq. Bu çempionat tarixdə ilk dəfə payız-qış aylarında, 20 noyabr-18 dekabr tarixlərində Qətərdə baş tutacaq. Həmçinin idman həvəskarları 5-6 noyabr tarixlərində Bakıda təşkil olunacaq güləş üzrə Dünya Kubokunu da İctimai TV-dən izləyə biləcəklər. Mövsümün sonuna kimi isə İngiltərə Premyer Liqasında hər turun iki ən maraqlı qarşılaşması canlı yayımda futbol azarkeşlərinə təqdim olunacaq. Yeri gəlmişkən, ölkə idmanında baş verən maraqlı hadisələr hər həftənin bazar ertəsi “Bol idman”da müzakirə olunacaq. Beynəlxalq lisenziyalı layihələrdən İctimai TV-də “Səs Azərbaycan. Doğma nəğmələr” teleşousunun bu mövsüm premyerası olacaq: “Burada yalnız Azərbaycan mahnıları ifa ediləcək. Bir neçə ay ərzində tamaşaçılar son dərəcə maraqlı, dünyaca məşhur televiziya formatının yerli versiyasını izləyə biləcəklər”. Əyləncəli-musiqi proqramı olan “The Masked Singer” (Türkiyədə “Maske Kimsin Sen?”, Rusiyada isə ŞOU “MASKA”) beynəlxalq layihəsi də mövsüm ərzində İTV-nin efirində olacaq. İctimai TV-nin digər yeni layihələrindən “Savaş şəhəri” hərbi yarış proqramı, “Yaxşı həkim” sağlamlıq verilişi, “Kainat necə qurulub?” maarifləndirici veriliş, “Şənbə axşamı” məlumatlandırıcı-əyləncə proqram, “Rakadarum” musiqili proqramı geniş ictimaiyyət üçün maraqlı olacaq. “Camaat nə deyir?” əyləncəli proqramının isə yeni buraxılışları yayımlanacaq. Tamaşaçıların həvəslə izlədiyi beynəlxalq lisenziyalı layihələrdən “Milyonçu”, “61!”, “Breyn-rinq”, “Nə? Harada? Nə zaman?” kimi intellektual proqramlar bu mövsüm də nümayiş etdiriləcək. İctimai Televiziyanın efirində hərbi-vətənpərvərlik mövzusuna yenə xüsusi yer verilib. Bu qəbildən Mədəniyyət Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində hazırlanmış “Görünməyən qəhrəmanlar” silsiləsindən daha bir filmin çəkilişləri davam edir. İndiyədək 11 seriyası nümayiş etdirilib. Milli qəhrəmanlarımıza həsr edilən “Heç kim unudulmur, heç nə yaddan çıxmır!”, 44 günlük Vətən müharibəsi iştirakçılarından bəhs edən “Döyüşçü” layihəsi, “Radius” hərbi analitik-informasiya proqramı bu mövzuda olan verilişlərdir. Tamaşaçılar “Qarabağ gündəliyi”ndən Vətən müharibəsindən sonra azad edilmiş ərazilərimizdə başlayan bərpa-quruculuq işləri barədə məlumat alacaqlar. “Şuşa ili” ilə əlaqədar sosialyönümlü “Mənim Şuşam” videoçarxlarının yeni buraxılışları da təqdim olunacaq. Günün mühüm ictimai-siyasi hadisələrinin müzakirəsi həmişə olduğu kimi “Diqqət Mərkəzi”ndə olacaq. İctimai-siyası mövzular eyni zamanda, müəllif proqramlarında - tanınmış politoloq Eldar Namazovun “Aydınlıq”, Nigar Sabirqızının aparıcılığı ilə “İTV Xəbər Yekun”, tanınmış jurnalist Elçin Şıxlının “Pressinq”, Orxan Fikrətoğlunun “Halbuki”, Vüsalə Məmmədova və Ürfan Məmmədlinin təqdimatında “Sabaha saxlamayaq” və s. verilişlərdə işıqlandırılacaq. İTV-nin böyük populyarlıq qazanmış simalarından biri - Dadaş Dadaşlinskinin “3D” verilişinin fərqli buraxılışları efirə gedəcək. Onu da qeyd edək ki, İctimai Teleradionun efirində indiyədək sevilən və əksəriyyət tərəfindən bəyənilən bütün proqramlar yenidən tamaşaçıların görüşünə gələcək.
28-09-2022, 20:23
"Fənərbağça" Novakla yollarını ayırdı


"Fənərbağça" Novakla yollarını ayırdı

Türkiyənin "Fənərbağça" klubu futbolçusu Filip Novakla vidalaşıb. Butov.az xəbər verir ki, 32 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Çexiyalı futbolçunun karyerasını Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Cəzirə" klubunda davam etdirmək istədiyi bildirilir. Qeyd edək ki, Novak 2020-ci ilin yayından "sarı-lacivərtlər"in formasını geyinirdi.
25-09-2022, 17:38
Azərbaycanlı döyüşçü erməni rəqibini məğlub edib


Azərbaycanlı döyüşçü erməni rəqibini məğlub edib

Azərbaycanlı idmançı Emil Novruzov növbəti döyüşünə çıxıb.Butov.az xəbər verir ki, həmyerlimiz rinqdə erməni idmançı Martin Cuaryanla üz-üzə gəlib. Rəqibindən üstün olan Emil Novruzov döyüşü qələbə ilə başa vurub. Qeyd edək ki, Cuaryan yarışlarda Rusiya bayrağı altında çıxış edir.
25-09-2022, 17:32
Millimiz bu gün son oyununa çıxacaq


Millimiz bu gün son oyununa çıxacaq

Futbol üzrə Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununu keçirəcək. Butov.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv C Divizionunun 3-cü qrupunun VI turunda Qazaxıstan yığmasını qəbul edəcək."Dalğa Arena"dakı qarşılaşma saat 20:00-da başlayacaq. Görüşün baş hakimi almaniyalı Harm Osmers olacaq. Hazırda 13 xalı olan qonaqlar B Liqası və AVRO-2024-də iştirak üçün pley-offa vəsiqəni təmin edib.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, VI tur


20:00. Azərbaycan - Qazaxıstan
Hakimlər: Harm Osmers, Robert Kempter, Dominik Şaal, Martin Petersen (Almaniya)
Bakı, "Dalğa Arena" stadionu
Xal durumu: Qazaxıstan - 13, Azərbaycan - 7, Slovakiya - 6, Belarus - 2
Qeyd edək ki, qrupun digər oyununda Belarus Slovakiyanın qonağı olacaq.
22-09-2022, 22:08
Azərbaycan və Slovakiyanın start heyətləri açıqlandı


Azərbaycan və Slovakiyanın start heyətləri açıqlandı

UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda üz-üzə gələcək Slovakiya və Azərbaycan milli komandalarının start heyətləri açıqlanıb. Butov.az xəbər verir ki, yığmalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:
Slovakiya: 1. Marek Rodak, 5. Lübomir Şatka, 7. Kristian Vallo, 8. Laslo Beneş, 9. Robert Bojenik, 14. Milan Şkrinyar, 16. David Qantsko, 17. Martin Reqali, 18. Erik Yirka, 21. Matuş Bero, 22. Stanislav Lobotka
Ehtiyat oyunçular: 12. Frantişek Plax, 23. Dominik Takaç, 2. Peter Pekarik, 3. Vernon de Marko Morlakki, 4. Martin Valyent, 6. Miroslav Kaçer, 10. Adam Zrelyak, 11. Samuel Mraz, 13. Patrik Qroşovski, 15. Norbert Dyomber, 19. David Dyuriş, 20. Kristian Herts
Baş məşqçi: Françesko Kaltsona

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 6. Höccət Haqverdi, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov 11. Ramil Şeydayev 14. Eddi İsrafilov, 15. Bədavi Hüseynov, 20. Riçard Almeyda, 21. Ozan Can Kökçü
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Səlahət Ağayev, 2. Amin Seydiyev, 5. Cəlal Hüseynov, 7. Anatoli Nuriyev, 10. Musa Qurbanlı, 13. Abbas Hüseynov, 16. Elvin Camalov, 17. Toral Bayramov, 18. Anton Krivotsyuk, 19. Filip Ozobiç, 22. Aleksey İsayev
Baş məşqçi: Canni De Byazi
Qeyd edək ki, bu gün Trnava şəhərindəki Anton Malatinski stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
21-09-2022, 18:55
"Qarabağ"ın rəqibinə yeni baş məşqçi təyin olundu


"Qarabağ"ın rəqibinə yeni baş məşqçi təyin olundu

"Qarabağ" klubunun UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstanın "Olimpiakos" komandası yeni baş məşqçisini açıqlayıb. Butov.az xəbər verir ki, ölkə çempionu ispaniyalı Miçel Qonsalesə tapşırılıb. 59 yaşlı mütəxəssisin müqaviləsinin detalları hələlik açıqlanmayıb. Miçel Qonsales 1982-1996-cı illərdə "Real Madrid"in formasını geyinib. Son olaraq 2021-ci ildə "Xetafe"nin sükanı arxasında olan baş məşqçi 2013-2015-ci illərdə "Olimpiakos"a rəhbərlik edib. Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.
21-09-2022, 18:31
"Sumqayıt" baş məşqçisi ilə yollarını ayırdı


"Sumqayıt" baş məşqçisi ilə yollarını ayırdı

“Sumqayıt” komandası baş məşqçisi Aleksey Baqa ilə yollarını ayırıb. Butov.az "gənclik şəhəri" təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib. Klub belaruslu baş məşqçiyə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb. Qeyd edək ki, Aleksey Baqa 2021-ci ilin dekabrında baş məşqçi təyin olunmuşdu. "Sumqayıt" cari mövsüm Premyer Liqada 7 oyundan sonra 3 xalla 9-cu pillədə qərarlaşıb.
19-09-2022, 20:05
Azərbaycan tennisçisi erməniyə qalib gəldi


Azərbaycan tennisçisi erməniyə qalib gəldi

Gürcüstanın paytaxtı Tbilisidə “Wtt Youth Contender Tbilisi” turnirinə start verilib. Azərbaycan Stolüstü Tennis Federasiyasından verilən məlumata görə, yeniyetmələrdən ibarət Azərbaycan millisi turnirdə həm oğlanların, həm də qızların mübarizəsində təmsil olunur. Əvvəlcə oğlanların yarışı başlayıb. 17 yaşadək idmançıların mübarizəsinə qatılan Adil Əhmədzadə qrup mərhələsində iranlı Nima Nagavi, qazaxıstanlı Ramazan Nazir və ermənistanlı Narek Stepanyanı məğlub edərək növbəti mərhələyə adlayıb. Onun 1/8 finaldakı rəqibi İran idmançısı Seyedsina Horeyşian olacaq. Sentyabrın 21-dək davam edəcək yarışda böyük məşqçi Fərhad İsmayılov və məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə Rüstəm Hacılı, Hüseyn Eylazov və Onur Quluzadə də bacarığını göstərəcək.
19-09-2022, 19:59
Samboçularımız Avropa çempionatını 10 medalla başa vurdular


Samboçularımız Avropa çempionatını 10 medalla başa vurdular

15-18 sentyabr tarixlərində Serbiyanın Novi Sad şəhərində keçirilən yeniyetmə, gənclər və böyüklər arasında Avropa çempionatından Azərbaycan samboçuları 10 medalla qayıdıb. Butov.az xəbər verir ki, yeniyetmələrdən Musaxan Gülməmmədov (64 kq) gümüş, Kərəm Babazadə (71 kq), Toğrul İbrahimov (79 kq) və Orxan Məcidli (+98 kq) bürünc medal qazanıblar. Gənc samboçulardan Elvin Bağırov (64 kq) və Məhəmməd Məmmədzadə (+98 kq) yalnız finalda uduzaraq gümüş medalla kifayətləniblər. 17-18 sentyabrda keçirilmiş böyüklərin yarışından isə Azərbaycan samboçuları 4 medalla qayıdıb. Belə ki, idman sambosunda Ceyhun Hüseynov (88 kq) gümüş, Mirfəttah Seyidəliyev (64 kq) və 1 illik cəzadan sonra ilk beynəlxalq yarışında çıxış edən Emil Həsənov (71 kq) bürünc medal qazanıb. Ramil Vəliyev (79 kq) isə gümüş medalla kifayətlənib. Qeyd edək ki, Azərbaycanın sambo üzrə əsas millisinin bu il növbəti yarışı Qırğızıstanın paytaxtı Bişkekdə olacaq. Komandamız 11-13 noyabr tarixlərində keçiriləcək dünya çempionatında iştirak edəcək.



����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!