Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
15-04-2023, 22:15
İrəvandakı çempionatdan imtina edən idmançılarımız vətənə qayıtdı


İrəvandakı çempionatdan imtina edən idmançılarımız vətənə qayıtdı

İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında iştirakdan imtina edən Azərbaycan millisi Vətənə qayıdıb. Azərbaycan ağırlıqqaldıranlarını və federasiya nümayəndələrini gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib. Qeyd edək ki, Avropa çempionatının dünən keçirilən açılış mərasimində Azərbaycan bayrağının yandırılması səbəbindən ağırlıqqaldıranlarımız yarışmaqdan imtina ediblər.

14-04-2023, 21:00
“Neftçi” “Qəbələ”yə məğlub oldu


“Neftçi” “Qəbələ”yə məğlub oldu

Azərbaycan Premyer Liqasının XXX turu çərçivəsində “Neftçi” klubu “Qəbələ” ilə üz-üzə gəlib. Görüş “Bakcell Arena”da keçirilib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə sayəsində xallarının sayını 42-yə çatdıran “Qəbələ” 4-cü pillədəki mövqeyini qoruyub. Üçüncü yerdə qərarlaşan “Neftçi”nin isə aktivində 60 xal var.
14-04-2023, 14:30
"Qalatasaray"ın sabiq futbolçusu baş məşqçi təyin olundu


"Qalatasaray"ın sabiq futbolçusu baş məşqçi təyin olundu

Türkiyə millisinin və "Qalatasaray" klubunun sabiq futbolçusu Arda Turan baş məşqçi təyin olunub. 36 yaşlı keçmiş yarımmüdafiəçi 1-ci Liqada çıxış edən "Eyüpspor"un sükanı arxasına keçib. Klubun vitse-prezidenti Fatih Kulaksız məlumatı təsdiqləyib. Qeyd edək ki, Arda Turan ötən il karyerasını başa vurub. O, ölkəsində "Manisaspor" və "Başakşehir", İspaniyada isə "Atletiko" (Madrid) və "Barselona" klublarının şərəfini qoruyub.
6-04-2023, 23:49
UEFA “Qarabağ” klubuna pul köçürdü


UEFA “Qarabağ” klubuna pul köçürdü

UEFA “Qarabağ” klubuna Avropa Konfrans
Liqasının pley-off mərhələsində iştirakına görə ödəniş edib. Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. UEFA tərəfindən ayrılmış 300.000 (üç yüz min) avro maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə Ağdam klubunun hesabına köçürülüb.
5-04-2023, 23:54
“Qarabağ” klubu “Qalatasaray”la oyundan əldə olunan gəliri açıqladı


“Qarabağ” klubu “Qalatasaray”la oyundan əldə olunan gəliri açıqladı

"Qarabağ" klubu "Qalatasaray" ilə Bakıdakı xeyriyyə matçından əldə olunan vəsaiti açıqlayıb. Klubdan verilən məlumata görə, görüşün gəlirləri 1 090 455 manat (təqribən 12 336 000 türk lirəsi) təşkil edib. Məbləğ qardaş ölkədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə göndəriləcək. Vəsaitin bir hissəsi isə (oyunun Türkiyədəki yayım hüququndan gələn və oradan verilmiş reklam gəlirləri) İstanbul təmsilçisi tərəfindən açılmış yardım hesabına köçürüləcək. Qeyd edək ki, Bakı Olimpiya Stadionunda oynanılmış "Qarabağ" - "Qalatasaray" matçı qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
31-03-2023, 16:39
İdmançılarımız İrəvana yollanır


İdmançılarımız İrəvana səfər edəcəklər

Azərbaycanın ağır atletika yığmasının İrəvanda keçiriləcək Avropa çempionatında iştirakı təsdiqlənib. Bu barədə beynəlxalq dərəcəli erməni hakim Araik Alaverdyan bildirib. Onun sözlərinə görə, Azərbaycan idmançılarının təhlükəsizliyinin təmin olunması üçün rəsmi müraciət göndərib. Məlumata görə, yarışda ölkəmizi 5 atlet təmsil edəcək. Qeyd edək ki, yarış aprelin 15-23-də İrəvanın Karen Dəmirçiyan adına İdman Konsert Kompleksində keçiriləcək. Yarışda 40 ölkədən 500-dən artıq idmançı iştirak edəcək.
30-03-2023, 23:41
Rusiya və Belarus idmançılarının Avropa Oyunlarına girişi qadağan edildi


Rusiya və Belarus idmançılarının Avropa Oyunlarına girişi qadağan edildi

Rusiya və Belarus idmançıları Polşanın Krakov şəhərində keçiriləcək Avropa Oyunlarına buraxılmayacaq. Bu barədə BBC oyunun təşkilatçılarına istinadən məlumat yayıb. Avropa Oyunlarının təşkilat komitəsinin sədri Marçin Novak deyib ki, Rusiya Federasiyasını və Belarusu təmsil edən idmançılar yarışda olmayacaq. "Diplomatik prosedurlara baxmayaraq, biz buna icazə verməyəcəyik", - açıqlamada bildirilir. Avropa Oyunları iyunun 21-dən iyulun 2-dək keçiriləcək, yarışlarda 7000-ə yaxın idmançı iştirak edəcək.
28-03-2023, 21:18
İdmançımız rekorda imta atdı


İdmançımız rekorda imta atdı

Albaniyanın Dürres şəhərində yeniyetmələr arasında ağır atletika üzrə dünya birinciliyi davam edir. Altmışdan çox ölkədən 322 (166 kişi + 156 qadın) atletin qatıldığı yarışda Azərbaycan atletləri də qüvvələrini sınayırlar. Bu gün körpücük üzərinə Ravin Alməmmədov çıxıb. Qazaxın “Göyəzən” ağır atletika klubunun təmsilçisi 73 kiloqram çəki dərəcəsində mübarizə aparıb. Atletimiz birdən qaldırma hərəkətində 136 kiloqramı ram edib və bu hərəkətdən dünya birinciliyinin gümüş medalına sahib çıxıb. Təmsilçimiz təkanla qaldırma hərəkətində isə 167 kiloqramı başı üzərinə qaldırıb. O, bu hərəkətdə də gümüş medal qazanıb. R.Alməmmədov bu çəkidə təkanla qaldırma hərəkətində türk Karaca Yaşara aid 163 kiloqramlıq Avropa rekordunu yeniləyib. Bununla yanaşı, 167 kiloqramı ram etməklə atletimiz bu hərəkətin toplamında rumıniyalı Yonut Donoseyə aid 300 kiloqramlıq rekordu da geridə qoyub. Toplam 303 kiloqram (136+167) nəticə göstərən təmsilçimiz yekun sıralamada da dünya birinciliyinin gümüş medalçısı adını qazanıb.
26-03-2023, 23:03
“Qalatasaray” “Qarabağ” üzərində qələbə qazandı


“Qalatasaray” “Qarabağ” üzərində qələbə qazandı

Bu gün Bakıda "Qarabağ" və "Qalatasaray" komandaları arasında xeyriyyə oyunu keçirilib. Bakı Olimpiya Stadionunda təşkil olunan qarşılaşma "Qalatasaray"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qolları 4-cü dəqiqədə Bafetimbi Qomis, 18-ci dəqiqədə Redon Cica, 87-ci dəqiqədə Mauro İkardi vurub. Qeyd edək ki, xeyriyyə oyununda hər iki komandanın millilərdəki üzvləri iştirak edə bilməyib. Buna görə “Qarabağ”ın heyətində digər klubların üzvləri də meydana çıxıb. "Qarabağ" və "Qalatasaray" komandaları arasında keçirilən yoldaşlıq oyununda Türkiyə komandası önə keçib. "Qalatasaray"ın oyunçusu Mauro İkardi 87-ci dəqiqədə penaltini dəqiqliklə yerinə yetirib.
25-03-2023, 23:44
Türkiyə Ermənistan üzərində qələbə qazandı


Türkiyə Ermənistan üzərində qələbə qazandı

AVRO-2024-ün seçmə mərhələsində D qrupundə yer alan Türkiyə yığması Ermənistanın qonağı olub. Türkiyə komandası Ermənistan millisi üzərində əzmkar qələbə qazanıb. İrəvanda keçirilən oyun qardaş ölkənin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, matçın 10-cu dəqiqəsində türk futbolçu Ozan Kabak topu öz qapısından keçirib. Qarılaşmanın 35-ci dəqiqəsində Orkun Kökçü hesabı bərabərləşdirib. Matçın birinci hissəsi 1:1 hesabı ilə yekunlaşıb. İkinci hissəyə Türkiyə millisi daha fəal başlayıb. 64-cü dəqiqədə türkiyəli yarımmüdafiəçi Kerem Aktürkoğlu hesab arasındakı fərqi artırıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!