Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
6-03-2023, 16:32
“Qarabağ” 1400-cü qolunu vuraraq tarixə düşdü


“Qarabağ” 1400-cü qolunu vuraraq tarixə düşdü

“Qarabağ” Azərbaycan çempionatlarında 1400-cü qolunu vurub. Bu, Premyer Liqanın XXV turuna təsadüf edib. 1992-ci ildən keçirilən çempionatın daimi iştirakçısı “Qəbələ” ilə səfər oyununa qədər 1398 dəfə fərqlənmişdi. Qəbələ şəhər stadionunda qonaqların vurduğu ikinci top 1400-cü kimi tarixə düşüb. 3:1 hesabı ilə qalib gələn “Qarabağ”ın yubiley qolunun müəllifi Musa Qurbanlı olub. Ağdam klubu Azərbaycan çempionatlarında 1400 və ya daha çox qol vuran ikinci komandadır. Bu göstəricidə yalnız “Neftçi”dən geri qalan “Qarabağ” 878-ci matçında yubileyə nail olub. Qol sayını 1401-ə çatdıran komandanın orta məhsuldarlığı 1,60-a bərabərdir. Qeyd edək ki, “Qarabağ”ın ölkə çempionatlarındakı ilk qolunu 1992-ci il mayın 3-də Mehman Alışanov vurub. Sabirabad “İnşaatçı”sı ilə ev görüşündə fərqlənən futbolçu həm də yarışın tarixində ümumilikdə ilk qolun müəllifidir.
5-03-2023, 16:36
Bakıda idman paradı təşkil olundu


Bakıda idman paradı təşkil olundu

5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Bakıda idman paradı təşkil olunub. Paradda Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri, idman veteranları, Olimpiya və Paralimpiya oyunlarının mükafatçıları, federasiyaların təmsilçiləri, idman səfirləri və həvəskarlar iştirak ediblər. İdman paradının minlərlə iştirakçısı Dənizkənarı Milli Parkda - “Şeytan çarxı”nın (Bakının gözü) qarşısından “Dinamo" parkınadək yürüş ediblər. Paradda üçrəngli bayrağımızı Olimpiya çempionu Elnur Məmmədli aparıb. Yürüş başa çatdıqdan sonra təntənəli mərasim keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbriklərini çatdırıb. Sonra Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş etdirilib. İdman səfirlərinin (Aynur İmanova, Hacı Əliyev, Maksim Medvedev, Tofiq Musayev, Elnur Məmmədli, İlham Zəkiyev, Aliyə Paşayeva) təqdimatından sonra Paralimpiya çempionu İlham Zəkiyev idmançılar adından çıxış edərək əlamətdar gün münasibətilə iştirakçıları təbrik edib. Tədbirin bədii hissəsində karate üzrə ikiqat dünya çempionu, 8-ci dan qara kəmər sahibi Füzuli Musayev “Qəhrəman əsgər” mahnısını oxuyub. Ardınca brek-dans, kapoeyra, akrobatika gimnastikası növləri üzrə milli komandanın üzvlərinin nümunəvi çıxışları olub.
2-03-2023, 18:37
Keçmiş futbolçunun oğlu “Barcelona” klubuna transfer oldu


Keçmiş futbolçunun oğlu “Barcelona” klubuna transfer oldu

Braziliya millisinin keçmiş futbolçusu Ronaldinyonun oğlu Joao Mendeş de Assis Moreyra “Barselona” klubuna transfer olunub. Bu barədə klubun rəsmi saytında məlumat yayılıb. 18 yaşlı hücumçunun İspaniya klubu ilə bir il yarımlıq müqavilə imzaladığı bildirilib. Mendeş U-19 komandasında çıxış edəcək. Xatırladaq ki, Ronaldinyonun özü 2003-2008-ci illərdə “Barselona”da oynayıb.
25-02-2023, 15:35
“Qarabağ” UEFA-da dəyişməz mövqeyini qoruyub saxlayıb


“Qarabağ” UEFA-da dəyişməz mövqeyini qoruyub saxlayıb

Avrokubokların növbəti oyun həftəsi başa çatıb. Çempionlar Liqasında 1/8 finalın ilk oyunları, Avropa Liqası və Konfrans Liqasında pley-off mərhələsinə yekun vurulub. Matçlardan sonra UEFA-nın klub reytinqi açıqlanıb. Azərbaycan çempionu “Qarabağ” Belçikada “Gent”ə uduzaraq (0:1, pen. 3:5) mübarizəni dayandırıb. Bu səbəbdən Qurban Qurbanovun komandası xal hesabını artıra bilməyib. Aktivində 25,000 xal olan Ağdam klubunun mövqeyi də dəyişməz qalıb. “Qarabağ” Avropada 66-cı yerə şərikdir. Ağdamlılar bu mövqeni PAOK və “Krasnodar”la bölüşür. Qeyd edək ki, cədvələ hərəyə 132,000 xal yığan “Bavariya” və “Mançester Siti” başçılıq edir.
19-02-2023, 01:08
“Neftçi”dən növbəti qələbə


“Neftçi”dən növbəti qələbə

Azərbaycan Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib. "Neftçi" komandası "Bakcell Arena"da "Səbail" klubu ilə qarşılaşıb. Görüş "Neftçi"nin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda hesabı 8-ci dəqiqədə penaltidən Kenni Sayef açıb. 48-ci dəqiqədə Emin Mahmudov 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Oyunda sonuncu qolu isə 74-cü dəqiqədə yeni transfer Mateus Saldanya vurub. Bu qələbədən sonra xallarının sayını 48-ə çatdıran "Neftçi" üçüncü pillədəki mövqeyini möhkəmləndirib. 16 xalı olan "Səbail" isə sonuncu 10-cu pillədədir. Qeyd edək ki, tura fevralın 19-da keçiriləcək "Sabah" - "Turan Tovuz" və "Zirə" - "Qarabağ" matçları ilə yekun vurulacaq.
17-02-2023, 15:41
FİFA-dan Türkiyə və Suriyaya 1 milyonluq yardım


FİFA-dan Türkiyə və Suriyaya 1 milyonluq yardım

FIFA Türkiyə və Suriyaya zəlzələyə görə humanitar yardım göstərəcək. Bu barədə ali futbol qurumunun rəsmi saytında məlumat yer alıb. Bildirilib ki, bunun üçün 1 milyon ABŞ dolları məbləğində vəsait ayrılıb. FIFA Türkiyə Futbol Federasiyası (TFF), Suriya Futbol Assosiasiyası (SFA) və qeyri-hökumət təşkiları ilə məsləhətləşmələrdən sonra zəruri əşyaların alınmasına, paylanmasına başlayacaq.
16-02-2023, 15:02
UEFA yeddi idman klubumuza ödəniş edib


UEFA yeddi idman klubumuza ödəniş edib

UEFA Azərbaycan Premyer Liqasında çıxış edən yeddi kluba ödəniş edib. Avropa futbol qurumunun 2021/2022 mövsümü üçün “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində ayırdığı maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb. "Neftçi", "Zirə", "Qəbələ", "Sabah", "Sumqayıt", "Şamaxı" və "Səbail"in hərəsinə 271.428 avro ödənilib.
11-02-2023, 16:55
Boksçularımız Qızıl kəmərin qalibi oldu


Boksçularımız Qızıl kəmərin qalibi oldu

Əlli yeddi kiloqram çəkidə mübarizə aparan Ümid Rüstəmov finalda rusiyalı Eduard Savvinlə qarşılaşıb. Hər 3 raundda inamlı mübarizə aparan boksçumuz yekunda 5:0 (29:28, 30:27, 29:28, 30:27, 29:28) hesabı ilə qələbə qazanaraq, çempion tituluna yiyələnib. Ümid Rüstəmovun uğurunu Nəbi İsgəndərov (67 kq) da təkrarlayıb. Gəncə boks məktəbinin yetirməsi finalda Tarxan İdiqova (Rusiya) gücünü göstərib. İsgəndərov inamlı mübarizə nəticəsində rəqibini 4:1 (29:28, 29:28, 28:29, 30:27, 30:27) hesabı ilə məğlub edərək Mərakeşdə Azərbaycanın Dövlət Himnini səsləndirib. 86 kq çəkidə mübarizə aparan Alfonso Dominqes isə gümüş medalla kifayətlənib. O da finalda rusiyalı boksçu ilə döyüşüb. Lakin görüşdə Şarabutdin Atayev qalib gəldiyindən dünya çempionumuz fəxri kürsünün ikinci pilləsinə qalxıb. Beləliklə, millimiz 34 ölkədən 201 boksçunun qatıldığı ilin ilk turnirini 5 medalla başa vurub. Komandamızın heyətində daha öncə Məsud Yusifzadə (51 kq) və Sərxan Əliyev (71 kq) bürünc medala yiyələniblər. Qeyd edək ki, yarışın qalibi aktivinə 900, gümüş medalçısı 700 və üçüncüsü 500 reytinq xalı əlavə edib.


5-02-2023, 16:41
Güləşçimiz “Zaqreb Open” turniri qızıl medalla başa vurdu


Güləşçimiz “Zaqreb Open” turniri qızıl medalla başa vurdu

Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turniri sona yaxınlaşır. Yarışın 4-cü günündə - fevralın 4-də 3 güləşçimiz mübarizə aparıb. Yunan-Roma güləşçimiz Taleh Məmmədov (63 kq) ümidləri doğruldaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Təcrübəli güləşçimiz keçirdiyi hər 3 görüşdə qalib gələrək qızıl medal qazanıb. Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) qızıl, Hacı Əliyev (70 kq) və Georgi Meşvildişvili (125 kq) gümüş, Cəbrayıl Qadjiyev (74 kq), Əli Rəhimzadə (65 kq), Xadjimurad Qadjiyev (70 kq), Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov (97 kq) bürünc medal əldə ediblər. Qadınlardan isə Alyona Kolesnik (59 kq) bürünc medala sahib çıxıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!