Sabah Azərbaycan Ermənistana neft göndərəcək .....                        Kadırov da həbs edilsin! - Zelenskidən təklif .....                        Ərdoğan qalmaqallı xəbəri təkzib etdi .....                        Xaricdə döyüşmüş 6 nəfər SAXLANILDI .....                        Astarada ağır yol qəzası - Ər-arvad xəsarət aldı .....                        Ermənistan Azərbaycana qarşı təxribatı maliyyələşdirir .....                        DİN sürücülərə çağırış etdi .....                        Prezident Nəsibə Zeynalovanın oğlunu təltif etdi .....                        Prezident bu şəxsləri təltif etdi - SİYAHI .....                       
Tarix : 6-03-2023, 15:10
Suraxanı Gənclər Evində “5 mart - Bədən Tərbiyəsi və İdman Günü” qeyd edilib


Martın 4-də Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, Suraxanı Rayon İcra Hakimiyyəti, Suraxanı Rayon Gənclər və İdman İdarəsi və Suraxanı Gənclər Evinin birgə təşkilatçılığı ilə Suraxanı Gənclər evində 5 Mart - Bədən tərbiyəsi və İdman Gününə həsr olunmuş “İdmanla öz gücünə inamı artır!” adlı tədir keçirilib.

Butov.az xəbər verir ki, tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov, RİHB-nin müavini Fuad Cəbrayılov və şöbə müdirləri, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov, Suraxanı Gənclər Evinin direktoru Natəvan Rüstəmova kikboksinq üzrə Dünya və Avropa çempionu, Azərbaycan Respublikasının "əməkdar idman ustası" Fuad Zeynalov, Pankration MMA idman növü üzrə 3 qat dünya çempionu, 5 qat Avropa çempionu, əməkdar idman ustası Ehtiram Dərişov, 4 qat Azərbaycan çempionu, Avropa birincisi və dünya 3-sü idman ustası Ali Qurbanlı, rayonun idman klublarının idmançıları və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açıq elan edən Suraxanı Gənclər Evinin direktoru Natəvan Rüstəmova qonaqları salamladıqdan sonra video-çarx nümayiş olunub.

Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov çıxış edərək idmançıları 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edib, onlara bol uğur arzu ediblər. Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin idmana və gənclərə olan diqqət və qayğısından, milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyasından bəhs edərək bu gün Ulu Öndərin layiqli varisi – ölkə başçımız cənab İlham Əliyev tərəfindən həmin strategiyanın uğurla davam etdirildiyini, dövlət başçımızın bu qayğı və diqqətinin idmançılara böyük stimul verdiyini və onları yeni qələbə və uğurlara səslədiyini bildiriblər.

Daha sonra fəxri qonaq qismində iştirak edən idmançılar da çıxış edərək təbrik və tövsiyyələrini gənclərə çatdırıblar.

Tədbirdə Azərbaycan Dillər Universitetinin tələbəsi, StudentVision səs müsabiqəsinin yarışmaçısı, Suraxanı Gənclər Evinin isdedadlı gənci Məhərrəm İsmayılovun ifalarından sonra müxtəlif idman növləri üzrə gənclər nümunəvi idman çıxışlarını nümayiş etdiriblər. Sonda xatirə şəkilləri çəkdiriblər.


Paylaş



Bölmə: İdman / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!