Vaşinqtondan Əliyev-Paşinyan görüşünə reaksiya .....                        ANAMA-nın əməkdaşı və nişanlısı avtomobillə kanala düşdü .....                        Atamın və qardaşlarımın başlarını kəsiblər... - Məhkəmədə ifadə verdilər .....                        “Qarabağ” Cica ilə yollarını ayırdı .....                        İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatdı .....                        Avropa Əliyev-Paşinyan görüşünü dəstəklədi: Sülh sazişinə çağırış .....                        Sahibə Qafarova Tuzlaya getdi .....                        Almaniyada meyiti tapılan tələbə Lənkəranda dəfn edildi .....                        Ukraynadan 30 uşaq Azərbaycana gətirildi .....                       
1-08-2022, 20:43
Azərbaycan Premyer Liqasının yeni sponsoru bəlli oldu


Azərbaycan Premyer Liqasının yeni sponsoru bəlli oldu

Azərbaycanın qanuni lotereya və idman mərc operatoru “Azərlotereya” ASC-nin “Misli” brendi futbol üzrə Azərbaycan Premyer Liqasının 2022/2023-cü illər mövsümünün baş sponsoru olub. Bu barədə AFFA-nın rəsmi saytı xəbər verir. Əldə olunan razılaşmaya əsasən, futbol üzrə Azərbaycan Premyer Liqası “Misli Premyer Liqası” adı ilə fəaliyyət göstərəcək. Azərbaycan Premyer Liqasına sponsorluqda əsas məqsəd ölkə futbolunun inkişafı yönündə dövlətin prioritet siyasətinə dəstək göstərmək, futbolun kütləviliyinin təmin edilməsi yolunda kompleks tədbirlərin görülməsi işinə xidmət etməklə yanaşı, bir çox sahələrdə mövcud uğurlu nəticələrin idmanın bu növündə də əldə edilməsinə nail olmaqdır. AFFA-nın baş katibi Sərxan Hacıyev razılaşmanın ölkə futboluna böyük fayda verəcəyini qeyd edib: “Razılaşmanın futbolumuza böyük faydası olacağına əminəm. İnanıram ki, həm futbolumuz inkişaf edər, həm də əməkdaşlığımız uzunmüddətli olar”. Qeyd edək ki, 10 komandanın iştirakı ilə avqustun 5-də start götürəcək çempionat 2023-cü il mayın 28-də başa çatacaq.
1-08-2022, 20:18
“Qarabağ” Kadi ilə 5 illik müqavilə imzaladı


“Qarabağ” Kadi ilə 5 illik müqavilə imzaladı

“Qarabağ” klubu futbolçusu Kadi Borgeslə müqavilənin müddətini uzadıb. Klubun rəsmi saytı xəbər verir ki, braziliyalı yarımmüdafiəçi ilə 5 illik yeni sözləşmə imzalanıb. Qeyd edək ki, Kadi Borxes 2021-ci ildən “Qarabağ” komandasında çıxış edir.
31-07-2022, 19:35
Macarıstan Qran-prisinin qalibi məlum oldu


Macarıstan Qran-prisinin qalibi məlum oldu

"Formula 1" üzrə Macarıstan Qran-prisinin qalibi məlum olub. Butov.az xəbər verir ki, "Red Bull" komandasının pilotu Maks Ferstappen birinci yerə çıxıb. Finişə ikinci "Mercedes"in pilotu Lüis Hemilton çatıb. Onun komanda yoldaşı Corc Rassel isə yarışı üçüncü yerdə qərarlaşıb.
31-07-2022, 19:19
"Neftçi"-"Rapid" oyununun hakimləri bəlli oldu


"Neftçi"-"Rapid" oyununun hakimləri bəlli oldu

Bakıda “Neftçi” və Avstriyanın “Rapid” (Vyana) komandası arasında keçiriləcək UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununu xorvatiyalı hakimlər briqadası idarə edəcək. Butov.az xəbər verir ki, matçın baş hakimi Dario Bel olacaq. Ona Maryan Tomas və Kristian Novosel köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Tixomir Pein yerinə yetirəcək. Qeyd edək ki, avqustun 4-də “Bakcell Arena”da keçiriləcək oyun saat 21:00-da başlayacaq.
31-07-2022, 18:57
4 saata 13 mindən çox bilet satıldı


4 saata 13 mindən çox bilet satıldı

“Qarabağ” klubunun Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində avqustun 3-ü “Ferenstvaroş”a (Macarıstan) qarşı keçirəcəyi ev oyunu üçün biletlər bu gün saat 11:00-da satışa çıxarılıb. Klubun mətbuat xidmətindən verilən məlumata görə, 4 saat ərzində 13 min 500 bilet satılıb. Qeyd edək ki, biletlərin qiyməti müvafiq olaraq 5, 10, 20, 50 və 75 manat təşkil edir.
31-07-2022, 18:53
"Qarabağ"ın futbolçusu əməliyyat olunacaq


"Qarabağ"ın futbolçusu əməliyyat olunacaq

"Qarabağ"ın zədəli futbolçusu Kevin Medinanın son durumuna aydınlıq gəlib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. MRT müayinəsindən keçən 29 yaşlı oyunçunun qasıq bağlarında yırtıq aşkarlanıb: "Medina yaxın günlərdə ölkə xaricində əməliyyat olunacaq. Həkimlər indiki vəziyyətdə bərpa prosesinin 2 aya yaxın çəkəcəyini bildiriblər. Amma əməliyyatdan sonra bununda bağlı daha dəqiq məlumat veriləcək".
31-07-2022, 17:43
15 idmançımız dünya çempionatına yollanır


15 idmançımız dünya çempionatına yollanır

Gənc taekvondoçulardan ibarət Azərbaycan milli komandasının avqustun 2-də Bolqarıstanın paytaxtı Sofiyada start götürəcək dünya çempionatı üçün heyəti açıqlanıb. Federasiyadan verilən məlumata görə, 6 gün davam edəcək yarışda yığma 15 idmançı ilə təmsil olunacaq. 809 taekvondoçunun iştirak edəcəyi mundialda oğlanlar arasında Xıdır Məmmədov (45 kq), Pünhan Mürsəlov (48 kq), İslam Əhmədzadə (51 kq), Kənan Əmiraslanov (55 kq), Fərid Əliyev (59 kq), Nizami Hacıyev (63 kq), Xan Məmmədzadə (68 kq), Vaqif Hacıyev (73 kq), İsmət İsrafilzadə (78 kq), qızlardan isə Zemfira Həsənzadə (42 kq), Səlimə Quliyeva (44 kq), Nərgiz Kazımova (46 kq), Səmməruh Osmanova (49 kq), Leyla Bəşirova (52 kq) və Fatimə Həsənova (55 kq) medallar uğrunda döyüşəcək. Taekvondoçular dünya çempionatına qatılmaq üçün artıq Bolqarıstana yollanıb. Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayev də idmançıları dəstəkləmək üçün Sofiya şəhərindədir.
31-07-2022, 17:14
"Qalatasaray" Norveç millisinin üzvünü heyətinə qatdı


"Qalatasaray" Norveç millisinin üzvünü heyətinə qatdı

"Qalatasaray" heyətini yeni futbolçu ilə gücləndirib. Butov.az xəbər verir ki, İstanbul təmsilçisi Niderlandın "AZ Alkmaar" klubunun yarımmüdafiəçisi Fredrik Midtşyönü heyətinə qatıb. Norveç millisinin də formasını geyinən 29 yaşlı oyunçu "Cim-Bom"la müavilə imzalamaq üçün bu gün axşam saatlarına İstanbula gələcək. Qeyd edək ki, Fredrik Midtşyö ötən mövsüm Niderland Erediviziyasında 29 oyuna çıxıb və 5 məhsuldar ötürmə edib.
29-07-2022, 20:55
Elə bilirdik ki, "Qarabağ" kənd klubudur...


Elə bilirdik ki, "Qarabağ" kənd klubudur...
Rusiya Futbol İttifaqının fəxri prezidenti Vyaçeslav Koloskov “Qarabağ” barədə fikirlərini bildirib.
O, həmyerlisi Stanislav Çerçesovun baş məşqçisi olduğu “Ferenstvaroş”un (Macarıstan) ÇL-in üçüncü təsnifat mərhələsində “Qarabağ”a rəqib olması barədə danışarkən deyib.
“Ferentsvaroş”un “Slovan”ı keçməsi uğurdur. Bu, təkcə Çerçesovun deyil, bütün klubun nailiyyətidir. İstənilən qələbənin əhəmiyyəti böyükdür, özü də Çempionlar Liqasında. Çerçesov bir daha özünün yüksək məşqçi keyfiyyətini təsdiq etdi.
Növbəti rəqib “Qarabağ”a gəlincə, onları bir dəfə görmüşəm. Onlar bizim komandanı silkələmişdilər (söhbət Avstriyada “Zenit”lə (Sankt-Peterburq) 2016-cı ilin iyunundakı yoxlama oyunundan gedir - red.). Özü də yaxşı hesabla. Onda elə bilirdik ki, bu, kənd klubudur, amma gördük ki, yaxşı komandadır. “Ferentsvaroş” və Çerçesova uğurlar arzulayıram”, – deyə Koloskov bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!