Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
29-07-2023, 10:15
Cüdoçularımız 3 qızıl medal qazandı


Cüdoçularımız 3 qızıl medal qazandı

Sloveniyanın Maribor şəhərində 25-28 iyul tarixlərində XVII Avropa Gənclər Olimpiya Festivalının cüdo üzrə fərdi yarışları keçirilib.
Azərbaycan turnirdə 12 çəki dərəsində 8 oğlan və 4 qız cüdoçu ilə təmsil olunub. Cüdoçularımız fərdi yarışlarda ümumilikdə 3 qızıl, 2 gümüş və 4 bürünc medal əldə edib.
Turnirin ilk günündə oğlanlar arasında -50 kq. çəkidə Nihad Məmişov və -55 kq. çəkidə Ayxan Mirzəzadə yarışın bürünc medallarını əldə ediblər. Qızlar arasında isə -44 kq. çəkidə Məryəm Bayramzadə yarışı 7-ci yerdə tamamlayıb.
Yarışın ikinci günündə qızlar arasında -48 kq. çəkidə Vüsalə Hacıyeva və -52 kq. çəkidə Xədicə Qədəşova bütün rəqiblərinə qalib gələrək yarışın qızıl medallarına sahib olublar. Oğlanlar arasında isə -60 kq. çəkidə Məhəmməd Musayev və -66 kq. çəkidə Cəsur İbadlı yarışda bürünc medal qazanıblar.
Yarışın üçüncü günündə oğlanlar arasında -73 kq. çəki dərəcəsində Süleyman Şükürov Festivalın gümüş medalını qazanıb.
Fərdi yarışların sonuncu günündə oğlanlar arasında -90 kq. çəkidə Aslan Kotsoyev bütün rəqiblərini məğlub edərək qızıl medal əldə edib. +90 kq. çəkidə Ramazan Əhmədov isə yarışın gümüş medalını qazanıb.
Qeyd edək ki, bu gün EYOF-un komanda yarışları keçiriləcək. Komanda yarışlarında Azərbaycan yığması 4 qız və 6 oğlan cüdoçu ilə təmsil olunacaq.
28-07-2023, 17:56
Türkiyə AVRO-2032-yə birgə ev sahibliyi etmək üçün UEFA-ya müraciət göndərdi


Türkiyə AVRO-2032-yə birgə ev sahibliyi etmək üçün UEFA-ya müraciət göndərdi

İtaliya Futbol Federasiyası (FIGC) və Türkiyə Futbol Federasiyası (TFF) UEFA AVRO-2032-yə birgə ev sahibliyi etmək üçün UEFA-ya müraciət göndərib.
Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 2021-ci ildə UEFA 2028 və 2032-ci illərdə ardıcıl iki Avropa Çempionatına ev sahibliyi etmək üçün tender prosesi başladıb. TFF hər iki yarış üçün müraciət etsə də, FIGC yalnız 2032-ci ildə ev sahibliyi üçün təklif verib. 2028-ci ildə yarışa ev sahibliyi etmək üçün: İngiltərə, Şimali İrlandiya, İrlandiya Respublikası, Şotlandiya və Uels də birgə müraciət edib.
Qeyd olunub ki, UEFA indi FIGC və TFF ilə birgə onların birgə təklifi üçün təqdim olunacaq sənədlərin tender tələblərinə uyğun olmasını təmin etmək üçün işləyəcək.
Birgə təklif bu tələblərə cavab verərsə, 2028 və 2032-ci illər üçün təyinatların aparılacağı oktyabrın 10-da keçiriləcək iclasda UEFA İcraiyyə Komitəsinə təqdim ediləcək. Məkanlar və matçların təqvimi ilə bağlı qərarlar sonrakı mərhələdə veriləcək.
27-07-2023, 13:00
Millimizin Avstriya ilə keçirəcəyi ev oyununun stadionu bəlli oldu


Millimizin Avstriya ilə keçirəcəyi ev oyununun stadionu bəlli oldu

Futbol üzrə Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində Avstriya seçməsi ilə keçirəcəyi ev oyununun stadionu müəyyənləşib.
Görüş oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.
Qarşılaşma saat 20:00-da başlayacaq.
Qeyd edək ki, F qrupunda yer alan Azərbaycan millisi ilk üç oyunda 1 xal toplayıb. Canni De Byazinin yetirmələri I turda səfərdə Avstriyaya 1:4 hesabı ilə məğlub olub.
25-07-2023, 13:31
“Neftçi” klubunun yeni prezidentindən azərkeşlərə vəd


“Neftçi” klubunun yeni prezidentindən azərkeşlərə vəd

“Neftçi” Peşəkar Futbol Klubunun (PFK) yeni prezidenti (baş icraçı direktoru) mediaya təqdim edilib.
Fərrux Mahmudov “Neftçi” PFK-nın Müşahidə Şurasının sədri, SOCAR-ın prezidenti Rövşən Nəcəf tərəfindən təqdim olunub.
Rövşən Nəcəf Fərrux Mahmudova fəaliyyətində uğurlar arzulayıb.
F.Mahmudov klubun inkişaf istiqamətləri barədə məlumat verib: "Klubun fəaliyyəti ilə bağlı 4 istiqamət müəyyənləşdirilib. Bunlar idman tərəfi, doğru idarəetmə, maliyyə resursları, azarkeşlərlə düzgün kommunikasiyanın qurulmasıdır. Bütün bunlar təmin edildikdən sonra klubun fəaliyyətində dönüş yaranacağına ümid edirik".
25-07-2023, 11:30
“Qarabağ” klubu Polşaya səfərə çıxdı


“Qarabağ” klubu Polşaya səfərə çıxdı

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Polşa klubu “Rakuv”la qarşılaşacaq “Qarabağ” ilk oyun üçün səfərə yollanıb.
Azərbaycan çempionunu Polşaya aparan təyyarə az öncə Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxıb.
Bu gün ağdamlıların “Miejski” stadionunda oyunöncəsi son məşqi olacaq. Məşq Bakı vaxtı ilə saat 22:00-a nəzərdə tutulub. Bundan əvvəl isə baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı təşkil olunacaq.
Qeyd edək ki, iyulun 26-da keçiriləcək “Rakuv” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.
24-07-2023, 20:26
“Neftçi” Azərbaycan millisinin sabiq futbolçusuyla müqavilə imzaladı


“Neftçi” Azərbaycan millisinin sabiq futbolçusuyla müqavilə imzaladı

“Neftçi” Azərbaycan millisinin sabiq futbolçusu Qara Qarayevlə 2+1 illik müqavilə imzalayıb.
31 yaşlı dayaq yarımmüdafiəçisi yeni komandasının heyətində 2 nömrəli formanı geyinəcək.
Təcrübəli oyunçu karyerası ərzində yalnız "Qarabağ"da çıxış edib. O, 2008-ci ildən oynadığı Ağdam təmsilçisi ilə 9 dəfə Azərbaycan çempionatının, 4 dəfə isə ölkə kubokunun qalibi olub. Milli komandanın heyətində 76 oyun keçirib.
24-07-2023, 12:49
“Neftçi” klubunun prezidenti vəzifəsindən azad edildi


“Neftçi” klubunun prezidenti vəzifəsindən azad edildi

Kamran Quliyev “Neftçi” Peşəkar Futbol Klubunun (PFK) prezidenti vəzifəsindən azad edilib.
Bu barədə klub rəsmi feysbuk səhifəsi məlumat yayıb.
Paytaxt təmsilçisi ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, 2018-ci ildən kluba rəhbərlik edən Kamran Quliyevin rəhbərliyi dövründə “Neftçi” PFK ölkə çempionatlarında 1 qızıl, 3 gümüş, 2 bürünc medal qazanıb.
22-07-2023, 11:30
Boksçularımız Avropa birinciliyinə qələbə ilə start götürdülər


Boksçularımız Avropa birinciliyinə qələbə ilə start götürdülər

Rumıniyanın Ployeşti şəhərində yeniyetmə oğlan və qız boksçular arasında Avropa birinciliyi start götürüb.
Federasiyadan verilən məlumata görə, 32 ölkədən 378 (260 oğlan, 118 qız) idmançının qatıldığı yarışın ilk günündə Azərbaycan millisinin 4 üzvü rinqdən qalib ayrılıb.
48 kq çəkidə Zidan Hümbətov Nikolos Şarabidze (Gürcüstan) ilə üz-üzə gəlib və rəqibini 5:0 (30:27, 30:26, 30:26, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, 1/8 finalda yunanıstanlı Angelos Karaitislə münasibətinə aydınlıq gətirəcək. Döyüş iyulun 25-də olacaq.
Sübhan Babayevin (50 kq) də Avropa birinciliyində debütü uğurlu alınıb. O, Ahmet Yılmaz (Türkiyə) üzərində 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb. Boksçumuz iyulun 22-də 1/8 finalda Maksim Çekini (Ukrayna) sınağa çəkəcək.
Orucəli Cavadzadə (57 kq) Ognjen Antiçi (Serbiya) mübarizədən kənarlaşdırıb. Rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edən idmançı 1/8 finalda Adam Maka (İngiltərə) ilə görüşəcək. Döyüş iyulun 24-də olacaq.
Cəmilə Sultanlı (48 kq) da ilk duelindən qalib ayrılıb. O, Melissa Talpasdan (Macarıstan) üstün olub - 5:0 (30:27, 29:28, 30:27, 29:28, 29:28). Təmsilçimiz 1/4 finalda ukraynalı Yuliana Ovsepyanla qarşılaşacaq. Görüş iyulun 25-də baş tutacaq.
Onlardan fərqli, Bilalhəbəşi Nəzərov (46 kq), Eldar Abdullazadə (52 kq) və Əli Məmişov (70 kq) yarışla vidalaşıb.
Qeyd edək ki, Avropa birinciliyində final qarşılaşmaları iyulun 30-da olacaq.
21-07-2023, 19:04
Millimiz erməni rəqiblərini darmadağın etdi


Millimiz erməni rəqiblərini darmadağın etdi

Kosovanın paytaxtı Priştina şəhərində 16 yaşlı oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı "C" divizionunun oyunları davam edir.
B qrupunda qərarlaşmış U-16 millimiz qrupdakı ikinci oyununda Ermənistan yığması ilə üz-üzə gəlib. Qarşılaşmaya üstün başlayan U-16 yığmamız qrupun ən önəmli oyununda Ermənistan komandasına 92-58 hesabı ilə qalib gələrək, rəqibini meydançaya çıxmağa peşman edib.
U-16 millimizin qrupdakı növbəti rəqibi Albaniya seçməsi olacaq. Oyun 23 iyulda Bakı vaxtı ilə saat 19:30-da baş tutacaq və FIBA-nın rəsmi yutub hesabından canlı olaraq yayımlanacaq.
21-07-2023, 10:05
İdman zədələnmələrinin fiziki reabilitasiyası


İdman zədələnmələrinin fiziki reabilitasiyası

Annotasiya. Gənc idmançıların dayaq-hərəkət aparatında baş verən zədələrin fiziki reabilitasiyası olduqca vacib bir məqamdır. Reabilitasiya tədbirlərinin əhəmiyyəti, psixoloji amillər, böyümə ilə bağlı problemlər və gənc idmançılar üçün zədələrin uzunmüddətli təsirlərini nəzərə alsaq mühüm bir mövzu olduğunu anlamış olarıq. Optimal sağalmanı təmin etmək və həssas idmançılarda gələcəkdə yaralanma riskini minimuma endirmək üçün reabilitasiyaya hərtərəfli və fərdi yanaşmanın zəruriliyi vurğulanmalıdır.
Açar sözlər. Gənc, reabilitasiya, bərpa, idman, dayaq-hərəkət, zədə, fiziki
Bərpa prosesində gənc idmançıların dayaq-hərəkət aparatının zədələnməsi zamanı fiziki reabilitasiya mühüm rol oynayır. Bu reabilitasiya prosesi optimal funksiyanı bərpa etmək, ağrıları aradan qaldırmaq və gələcək zədələrin qarşısını almaq məqsədi daşıyır. Gənc idmançılarda dayaq-hərəkət aparatının zədələrinin fiziki reabilitasiyası zamanı nəzərə alınmalı bir neçə mühüm məsələ və strategiya var.
Birincisi, zədəni tez və dəqiq tanımaq və qiymətləndirmək vacibdir. Buna görə də erkən qiymətləndirmə və diaqnoz prosesi idman həkimləri və ya fizioterapevt kimi tibb mütəxəssislərinin iştirakı ilə aparılmalıdır. Bu qiymətləndirmə zədənin şiddətini və sağalma prosesini müəyyən etmək, həmçinin fərdi reabilitasiya planını yaratmaq üçün lazımdır.
İkincisi, ilkin zədələnmiş ərazinin istirahət və qorunmaya ehtiyacı ola bilər. İstirahət zədələnmiş ərazinin daha çox zədələnməsinin qarşısını almaq və sağalmanı sürətləndirmək üçün vacibdir. Bu müddət ərzində çubuq, dayaq sarğı və ya gips kimi köməkçi vasitələrdən istifadə etmək lazım gələ bilər.
Bundan əlavə, ağrı və iltihab tez-tez dayaq-hərəkət aparatının zədələnməsindən sonra baş verir. Bu səbəbdən tibb mütəxəssisləri ağrıları aradan qaldırmaq və iltihabı azaltmaq üçün müxtəlif üsullar tövsiyə edirlər. Soyuq terapiya (buz paketləri) və ya ağrıkəsici dərmanlar kimi üsullardan istifadə edilə bilər. Bununla belə, dərmanın istifadəsi ilə bağlı bir tibb işçisinin tövsiyələrinə diqqət yetirməlisiniz.
Reabilitasiya prosesində hərəkət diapazonu məşqlərinin istifadəsi də vacibdir. Bu məşqlər oynaqların hərəkətliliyini qorumağa kömək edir. Bu məşqlər əvvəlcə yüngül və ağrısız olmalıdır və sağaldıqca tədricən artırılmalıdır.
Dayaq-hərəkət aparatının zədələrindən sonra reabilitasiyada gücləndirici məşqlər də mühüm rol oynayır. Bu məşqlər zədələnmiş ərazidə əzələ gücünü və sabitliyini bərpa etməyə kömək edir. İlkin mərhələlərdə əsas diqqət yüksüz və ya az yüklü məşqlərə yönəldilir və sağaldıqca ağırlıq daşıyan məşqlərə və funksional hərəkətlərə keçmək lazım gəlir.
Balans və propriosepsiya məşqləri koordinasiya və sabitliyi yaxşılaşdırmaqla yenidən zədələnmə riskini azaltmaqda vacibdir. Bu məşqlər balans lövhələri, sabitləşdirmə topu və ya bədənin şüurunu və nəzarətini çətinləşdirən digər üsullardan istifadə etməklə edilə bilər.
Funksional reabilitasiya idmançıların konkret idman hərəkətlərini yerinə yetirmək qabiliyyətini bərpa etmək məqsədi daşıyır. Bu məşqlər idman üçün tələb olunan hərəkətləri təqlid etməli və zaman keçdikcə intensivliyi və çətinliyi artmalıdır.
Ancaq idmana erkən qayıtmaq yenidən zədələnmə riskini artıra bilər. Buna görə də, idmançıların idmana strukturlaşdırılmış qayıdış proqramına əməl etmələri vacibdir. Bu proqrama fəaliyyət səviyyələrinin tədricən artırılması, xüsusi idman təlimi və səhiyyə işçisinin yaxından nəzarəti daxil edilməlidir.
Bundan əlavə, gənc idmançıların zədələrdən qorunmasında məşq vacibdir. İdmançılar düzgün isinmə və soyuma, uyğun texnikalardan istifadə, istirahət və bərpanın vacibliyini bilməlidirlər. Əsas biomexaniki problemlərin və ya məşq səhvlərinin həlli gələcək zədələrin qarşısını almağa kömək edə bilər.
Nəhayət, reabilitasiya prosesi gənc idmançılar üçün psixoloji cəhətdən də çətin ola bilər. Buna görə də, psixoloji dəstək vermək və idmançıların narahatlıqları və ya qorxuları ilə məşğul olmaq vacibdir. Bu, idmançıların ümumi sağlamlığı və uğurlu reabilitasiyası üçün ən vacib amildir.
Gənc idmançıların dayaq-hərəkət aparatının zədələrinin reabilitasiyası zamanı nəzərə alınmalı bəzi mühüm mülahizələr və yanaşmalar bunlardır:

1. Dəqiq Diaqnoz: Tibbi qiymətləndirmə, görüntüləmə və ortopedik cərrahlar və ya idman həkimləri kimi mütəxəssislərlə məsləhətləşmələr yolu ilə dəqiq diaqnoz qoyulmalıdır. Bu, reabilitasiya proqramını xüsusi zədəyə uyğunlaşdırmağa imkan verir.
2. İstirahət və qorunma: Birincisi, zədələnmiş ərazinin düzgün sağalma prosesini təmin etmək üçün istirahət və qorunmaya ehtiyacı ola bilər. Bu, şin, gips və ya qoltuqaltı kimi immobilizasiya tələb edə bilər və zədədən asılı olaraq dəyişə bilər.
3. Ağrı və iltihabın idarə edilməsi: Ağrı və iltihab yaralanmalardan sonra tez-tez olur. Tibbi nəzarət altında buz, sıxılma, yüksəklik və qeyri-steroid antiinflamatuar dərmanların (NSAİİ) istifadəsi kimi üsullar bu simptomları idarə etməyə kömək edə bilər.
4. Fiziki müalicə: İxtisaslı fiziki terapevt fərdi reabilitasiya proqramı hazırlayır. Buraya tez-tez terapevtik məşqlər, uzanma və əl terapiyası üsulları daxildir. Bu üsullar sağalmanı təşviq edir, hərəkətliliyi bərpa edir, gücü və funksiyanı artırır.
5. Dərəcəli irəliləyiş: Reabilitasiya pilləli yanaşmaya əməl etməlidir, bərpa prosesi zamanı məşqlərin intensivliyini, müddətini və mürəkkəbliyini tədricən artırmalıdır. Bu, təkrar zədələnmənin qarşısını alır və idmançıya zədədən əvvəlki səviyyəyə qayıtmağa imkan verir.
6. İdmana xüsusi təlim: Reabilitasiya irəlilədikcə, proqrama idmana xas məşqlər daxil edilməlidir. Bu məşqlər idmanın bacarıqlarına, hərəkətlərinə və tələblərinə diqqət yetirsə də, düzgün forma və texnikanı təmin etmək vacibdir.
7. Funksional təlim: Funksional təlim ümumi funksional hərəkətləri yaxşılaşdırmaq və gündəlik fəaliyyətlərdə və idmanda performansı artırmaq məqsədi daşıyır. Bu, xüsusi idman hərəkətlərini təqlid edən və ya balans, koordinasiya, çeviklik və propriosepsiyaya diqqət yetirən fəaliyyətləri əhatə edə bilər.

8. Zədələrin qarşısının alınması strategiyaları: Reabilitasiya düzgün isinmə və soyuma prosedurları, düzgün texnika, uyğun ayaqqabı və adekvat istirahət və bərpa kimi zədələrin qarşısının alınması üsulları üzrə təhsili əhatə etməlidir. Ətrafdakı əzələləri gücləndirmək üçün məşq etmək və müxtəlif məşq fəaliyyətləri gələcəkdə yaralanma riskini azaltmağa kömək edə bilər.
9. Psixoloji Dəstək: Zədələr gənc idmançılara psixoloji təsir göstərə bilər və onların özünə inamını və motivasiyasını təsir edə bilər. Məsləhət, müsbət möhkəmləndirmə və real məqsədlərin qoyulması kimi psixoloji dəstəyin göstərilməsi onların ümumi bərpasına kömək edə bilər.
10. Əməkdaşlıq yanaşması: İdmançı, valideynlər, məşqçilər, səhiyyə işçiləri və fiziki terapevtlər arasında açıq ünsiyyət və əməkdaşlığı saxlamaq vacibdir. Beləliklə, hər kəs idmançının bərpasına və idmana təhlükəsiz qayıtmasına dəstək olmaq üçün birlikdə çalışır.
Unutmayın ki, hər bir zədə və fərd unikaldır, ona görə də reabilitasiya prosesi fərqli ola bilər. Gənc idmançılar üçün fərdi reabilitasiya planı yaratmaq üçün səhiyyə mütəxəssisləri ilə məsləhətləşmək və ixtisaslı mütəxəssislərdən məsləhət almaq vacibdir.
Yekun. Gənc idmançılarda dayaq-hərəkət aparatının zədələrinin müalicəsində fiziki reabilitasiya mühüm rol oynayır. O, funksiyanı, hərəkətliliyi, gücü və elastikliyi bərpa etmək, eyni zamanda gələcək xəsarətlərin qarşısını almaq məqsədi daşıyır. Yadda saxlamaq lazımdır ki, hər bir zədə unikaldır və reabilitasiya prosesi idmançının fərdi ehtiyaclarına uyğunlaşdırılmalıdır. Buna görə də, bütün reabilitasiya prosesi boyunca tibb işçiləri ilə sıx əməkdaşlıq etmək və düzgün rəhbərlik və nəzarəti təmin etmək çox vacibdir.
Ədəbiyyat
1. Myer GD, Jayanthi N, DiFiori JP, et al. Sports specialization, part I: does early sports specialization increase negative outcomes and reduce the opportunity for success in young athletes? Sports Health. 2015;7(5):437-442.
2. Maffulli N, Longo UG, Gougoulias N, et al. Long-term health outcomes of youth sports injuries. Br J Sports Med. 2010;44(1):21-25.
3. Mountjoy M, Junge A, Alonso JM, et al. Consensus statement on the preparticipation assessment of athletic health in children and adolescents. Br J Sports Med. 2009;43(13):987-992.
4. Reid A, Tolfrey K, Jones H, et al. Physiological and thermoregulatory responses to exercise in children with a recent history of thermal injury. Burns. 2012;38(5):709-717.
5. Frizziero A, Trainito S, Oliva F, et al. Physical activity level after sport-specific rehabilitation in recreational injured athletes. Br Med Bull. 2018;128(1):95-103.
6. Faigenbaum AD, Myer GD. Resistance training among young athletes: safety, efficacy and injury prevention effects. Br J Sports Med. 2010;44(1):56-63.

Məmmədzadə M.M.
Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyasının magistri
muradmzadeh5@gmail.com orcid.org/0009-0006-3586-9779


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!