“Qarabağ” “Neftçi”ni darmadağın etdi - Finala yüksəldi .....                        Qazi anasına görə intihar etdi .....                        İraq Prezidenti COP29-a dəvət edildi .....                        Aytmatovun abidəsi dostluğumuzun rəmzinə çevriləcək .....                        Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi .....                        Qırğızıstan Prezidenti Bakını seyr etdi - FOTO .....                        Japarovun şərəfinə ziyafət verilir .....                        Qırğızıstan Prezidenti Fəxri Xiyabanda - FOTO .....                        Nəsib Quliyevin intihar səbəbləri - Hüquqşünas-kriminalist danışdı .....                       
10-08-2022, 21:37
Hacı Əliyev yenidən qızıl medal qazandı


Hacı Əliyev yenidən qızıl medal qazandı

Sərbəst güləşçimiz Hacı Əliyev V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb. Butov.az xəbər verir ki, Konya Texniki Universitetinin idman salonunda təşkil olunan yarışda 65 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz finalda albaniyalı Zelimxan Abakarova “tuşe” ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Xatırladaq ki, dörddəbir finalda üçqat Avropa və üçqat dünya çempionu olan güləşçimiz İran idmançısı Morteza Hasanaliyə qalib gələrək yarımfinala adlayıb. Növbəti görüşünü özbəkistanlı Umidjon Jalolova qarşı keçirən H.Əliyev xalçadan qalib ayrılıb və finala yüksəlib. Güləşçimiz 2017-ci ildə Bakıda təşkil olunan dördüncü İslam Həmrəyliyi Oyunlarında da qızıl medal qazanıb.
10-08-2022, 21:28
Stadnik İslamiadanın ikiqat qalibi oldu


Stadnik İslamiadanın ikiqat qalibi oldu

Qadın güləşçimiz Mariya Stadnik İslam Həmrəyliyi Oyunlarının ikiqat qalibi olub. Butov.az xəbər verir ki, Konyada keçirilən V İslamiadada 50 kiloqram çəki dərəcəsində mübarizə aparan titullu güləşçimiz həlledici görüşdə Özbəkistan idmançısı Jasmina İmmaeva ilə qarşılaşıb. Rəqibini 10:0 hesabı ilə məğlub edən Stadnik V İslam Həmrəyliyi Oyunlarının qalibi olub. Bununla da qadın güləşçimiz ikinci dəfə İslamiadanın qalibi adına layiq görülüb. Qeyd edək ki, Stadnik Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında da qızıl medal qazanmışdı.
9-08-2022, 21:16
"Ferentsvaroş" və "Qarabağ"ın start heyətləri


"Ferentsvaroş" və "Qarabağ"ın start heyətləri

Macarıstanda UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda üz-üzə gələcək "Ferentsvaroş" və "Qarabağ" klubunun start heyətləri açıqlanıb. Butov.az xəbər verir ki, komandalar meydana aşağıdakı tərkibdə çıxacaq.
"Ferentsvaroş": 90. Deneş Dibus, 10. Tokmak Nquen, 13. Anderson Esiti, 15. Adnan Kovaçeviç, 16. Kristofer Zakariasen, 17. Eldar Çiviç, 20. Adama Traore, 21. Endre Botka, 25. Rasmus Telander, 70. Frank Boli, 93. Aissa Laiduni
Ehtiyat oyunçular: 1. Adam Boqdan, 3. Sami Mmae, 4. Mats Knuster, 61. Sabolç Merql, 5. Muhamed Beşiç, 19. Balint Veçei, 23. Lorand Paska, 28. Karlos Auski, 44. Styepan Lonçar, 50. Markinyos, 76. Kristian Listeş
Baş məşqçi: Stanislav Çerçesov
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 13. Bəhlul Mustafazadə, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 6. Julio Romao, 11. Kvabena Ovusu, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 77. Ramil Şeydayev, 90. Nəriman Axundzadə
Baş məşqçi: Qurban Qurbanov
Qeyd edək ki, bu gün "Groupama Arena"da oynanılacaq görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
8-08-2022, 21:49
Premyer Liqada ilk tura yekun vuruldu


Premyer Liqada ilk tura yekun vuruldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında ilk tura yekun vurulub. Butov.az xəbər verir ki, son oyun günündə bir görüş keçirilib. 9 illik fasilədən sonra Azərbaycan Premyer Liqasına qayıdan “Turan Tovuz” klubu öz meydanında “Qəbələ”ni qəbul edib. Tovuz şəhər stadionunda keçirilən görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra “Qəbələ” 3 xalla üçüncü pillədə qərarlaşıb. “Sabah”, “Qarabağ”, “Zirə” və “Neftçi” də eyni xala malikdir. Xalı olmayan “Turan Tovuz” isə doqquzuncu sırada yer alıb.
8-08-2022, 21:31
Qadın şahmatçılarımız Ermənistanı darmadağın etdi


Qadın şahmatçılarımız Ermənistanı darmadağın etdi

Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadasında qadın şahmatçılarımız Ermənistan komandası üzərində parlaq qələbə qazanıb. Butov.az xəbər verir ki, bu gün keçirilən 10-cu turda qadınlardan (Günay Məmmədzadə, Xanım Balacayeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova) ibarət yığmamız Ermənistan şahmatçıları ilə mübarizə aparıb. Şahmatçılarımız rəqib komanda üzərində böyük hesablı (4:0) qələbə qazanıblar.
8-08-2022, 21:25
Azərbaycan İslamiadada qızıl medal qazandı


Azərbaycan İslamiadada qızıl medal qazandı

Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb. Butov.az xəbər verir ki, təmsilçimiz Anna Skidan çəkicatma növündə ilk pilləni tutub. O, bütün rəqiblərini qabaqlayaraq qızıl medal əldə edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!