20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
18-10-2024, 21:45
"Qarabağ" qələbə ilə başladı


"Qarabağ" qələbə ilə başladı

Futbol üzrə Misli Premyer Liqasında ikinci dövrəyə start verilib.
X turun açılış oyununda "Kəpəz" və "Qarabağ" komandaları üz-üzə gəlib. Tovuz şəhər stadionunda reallaşan qarşılaşma qonaqların 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Ağdam təmsilçisinin heyətində qolları Emmanuel Addai, Aleksey İsayev, Leandro Andrade, Toral Bayramov və Aleksey Kaşuk vurublar.
Bu nəticədən sonra xallarını 24-ə çatdıran "Qarabağ" turnir cədvəlinə başçılıq edir. "Kəpəz" isə 3 xalla sonuncu - 10-cu yerdə qərarlaşıb.
Qeyd edək ki, turun digər görüşləri 19-20 oktyabrda baş tutacaq.
17-10-2024, 16:59
Portuqaliya millisinin Azərbaycanla oyunlar üçün heyəti açıqlandı


Portuqaliya millisinin Azərbaycanla oyunlar üçün heyəti açıqlandı

Qadın futbolçulardan ibarət Portuqaliya yığmasının Avropa çempionatının pley-off mərhələsində Azərbaycan milli komandası ilə keçiriləcək oyunlar üçün heyəti açıqlanıb.
Baş məşqçi Fransisko Netu 25 futbolçuya dəvət göndərib.
Qapıçılar: İneş Pereyra (“Everton”, İngiltərə), Patrisiya Moraiş (“Braqa”), Rute Koşta (“Benfika”);
Müdafiəçilər: Joana Marşao (“Servett”, İsveçrə), Ana Seysa (“Tiqres”, Meksika), Diana Qomeş (“Sevilya”, İspaniya), Katarina Amadu, Karole da Silva Koşta (hər ikisi “Benfika”), Ana Borxes, Alişiya Korreya (hər ikisi “Sportinq”), Ana Rute (“Braqa”);
Yarımmüdafiəçilər: Andreya Xasintu (“Real Sosyedad”, İspaniya), Tatyana Pintu (“Atletiko”, İspaniya), Frantsiska Nazaret (“Barselona”, İspaniya), Andreya Fariya, Andreya Norton (hər ikisi “Benfika”), Fatima Pintu, Andreya Bravo (hər ikisi “Sportinq”), Doloreş Silva (“Braqa”);
Hücumçular: Cessika Silva (“Skay Blu”, ABŞ), Telma Enkarnasan, Diana Silva, Ana Kapeta (hamısı “Sportinq”), Karolina Mendeş (“Rasinq Pouer”), Stefani Ribeyru (UNAM, ABŞ).
Qeyd edək ki, Azərbaycan millisi Portuqaliya ilə ilk oyununu oktyabrın 25-də Bakıda, cavab matçını isə bundan 4 gün sonra Braqa şəhərində keçirəcək.
16-10-2024, 15:35
Baş məşqçi: "Digər ölkələr çox yaxşı inkişaf edir, biz yerimizdə qalmışıq"


Baş məşqçi: "Digər ölkələr çox yaxşı inkişaf edir, biz yerimizdə qalmışıq"

Azərbaycan Milli Yığmasındakı mövcud vəziyyət üzücüdür.
Bunu "Şamaxı" futbol klubunun baş məşqçisi Ayxan Abbasov deyib.
“Digər müsahibələrimdə də demişəm, biz geriyə gedirik. Bəlkə də digər ölkələr çox yaxşı inkişaf edir, biz yerimizdə qalmışıq. Ümumi futbola baxış dəyişilməlidir. Futbolumuzun inkişafı üçün addımlar atmalıyıq. İnanıram ki, rəhbərlik bunun üzərində çalışır və yaxın zamanlarda bu istiqamətdə müvafiq addımlar atılacaq”.
A.Abbasov qeyd edib ki, milli komandada Azərbaycan dilini bilən məşqçinin olmaması bəhanədir:
“Milli komandada yerli məşqçilər mütləq olmalıdır. Estoniyaya baxaq, bir vaxtlar baş məşqçinin köməkçisi olmuş şəxsə bu mövsüm komanda etibar edildi. Bu çox gecikmiş addımdır. Demək olar ki, millətlər liqası bitəndən sonra hansısa məşqçinin nəyisə dəyişə biləcəyi inandırıcı gəlmir. Əgər belə bir problem görünürdüsə, əvvəlcədən addım atılmalı idi".
15-10-2024, 21:56
"Sözün əsl mənasında çətin durumdayıq"


"Sözün əsl mənasında çətin durumdayıq"

Samir Abasov ikinci dəfə “Neftçi”nin baş məşqçisi təyinatı və görəcəyi işlər haqda danışıb.
O, “Neftçi TV”yə verdiyi müsahibədə özünü evdəki kimi hiss etdiyini bildirib:
“Hisslərimi ifadə etmək çox çətindir. Düzdür, baza təzədir, əvvəl digər bazada idik. Amma elə bil heç buranı tərk etməmişdik, ab-hava eyni qalıb. Buranı tərk etməmiş kimi qayıdırıq. Qayıdanda hiss edirdik ki, öz evimizə qayıdırıq. Çox xoşbəxtəm ki, buraya qayıtmışam”.
46 yaşlı mütəxəssis hədəflərinin böyük olduğunu qeyd edib: “Klubun böyüklüyü haqda danışmaq artıqdır. Baxmayaraq ki, indi sözün əsl mənasında çətin durumdayıq, bura gələn məşqçinin qarşısında klubun hədəfləri yüksək olub. Gətirilən məşqçilərin uğurlu və ya uğursuz olması başqa mövzudur. Amma özümüz də bura gələndə bilirik, nəyə görə gəlmişik. Həm azarkeşi, həm klubda işləyən insanları onu göstərir ki, hədəflərə çatmaq üçün hər bir şey edilir. Ən pik hədəflərə çatmağa çalışacağıq. Bu klubun hədəfləri heç vaxt enməyib, daha da yüksəlib”.
S.Abasov köklü dəyişikliklərin qısa bir vaxtda edilməsinin riskli olduğunu deyib: “Bu gün dəyişikliklərdən danışmaq tezdir. İki-üç oyun içində köklü dəyişikliklər etmək özü bir riskdir. Çünki futbolçular da insandılar. Onlara da yeni məşqçi və ideyalara adaptasiya olmağa vaxt lazımdır. Vaxt deyəndə istəyirəm, düz yozulsun. Dəyişikliklər, əlbəttə ki, olacaq. İnanıram ki, yaxşı tərəfə olacaq”.
O, komandada yaxşı əhval-ruhiyyənin hökm sürdüyünü vurğulayıb: “Dünənki məşqdən sonra mən çox yaxşı hisslərlə buranı tərk etdim. Çünki futbolçularda çox yüksək əvhal-ruhiyyə gördüm. İnşallah, inanıram ki, bu əhval-ruhiyyə ilə yanaşı, bizim dediklərimizi də tez qavrayacaqlar və ən yaxşısını meydanda göstərəcəklər”.
Mütəxəssis özünün məqsədləri haqda da söz açıb: “İşlədiyim hər bir yerdə futbolçulardan gözləntilərim yüksək olub. Həmişə çalışmışam ki, futbolçular həm qabaqlarına qoyduqları məqsədlərə çata bilsin, həm də oynadığı kluba xeyir versin. Bu, prioritet olaraq yenə məndə qalacaq. Oyunçular işə düzgün yanaşsalar, bu hədəfə tez bir zamanda çatacağıq. Ümumiyyətlə, “Neftçi” kimi klubda zamandan danışmaq yersiz olar. Çünki bugünkü məqsədimiz bacardığımız qədər tez bu durumdan çıxmaqdır”.
14-10-2024, 21:54
Millətlər Liqası: Millimiz yenə uduzdu


Millətlər Liqası: Millimiz yenə uduzdu

Futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.
C Divizionunda mübarizə aparan yığma I qrupdakı 4-cü matçında Slovakiya seçməsini qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşma rəqibin qələbəsi ilə başa çatıb - 3:1.
Matçda hesabı 15-ci dəqiqə qonaqlar açıblar. Millimizin heyətində Rahil Məmmədov avtoqol müəllifi olub. 38-ci dəqiqədə Toral Bayramov dəqiq baş zərbəsi ilə tarazlığı bərpa edib. 70-ci dəqiqədə Mahir Emreli ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Bundan 5 dəqiqə sonra Slovakiya yığması ikinci topu millimizin qapısından keçirib. Lukaş Haraslin fərqlənib. Oyunda son nöqtəni isə 87-ci dəqiqədə David Duriş qoyub.
Qeyd edək ki, 4 turdan sonra xalı olmayan Azərbaycan millisi sonuncu, 10 xalı olan Slovakiya komandası isə 1-ci pillədə qərarlaşıb.
Qrupun digər matçında İsveç seçməsi Estoniyanı sınağa çəkəcək.
13-10-2024, 14:14
Badmintonçumuzdan Türkiyədə qızıl medal


Badmintonçumuzdan Türkiyədə qızıl medal

Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra Türkiyənin İstanbul şəhərində keçirilən "International Challenge" seriyalı beynəlxalq turnirdə qızıl medal qazanıb.
Badminton Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə mübarizyə 1/16 finaldan başlayan Keişa qadın badmintonçuların şəxsi yarışında finala gedən yolda Danimarka, Ukrayna və Fransa təmsilçilərini mübarizədən kənarlaşdırıb.
İdmançı qızıl medal uğrunda keçirilən həlledici qarşılaşmada danimarkalı Amalie Skulzanı hər iki setdə böyük fərqlə məğlub edərək "VICTOR Türkiye International Challenge 2024" beynəlxalq turnirinin qalibi olub - 21:11,21:9.
13-10-2024, 13:53
Kriştiano Ronaldodan yeni rekord


Kriştiano Ronaldodan yeni rekord

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo yeni rekorda imza atıb.
Hücumçu yığmada keçirdiyi rəsmi oyunlarda 100 qələbə qazanan ilk futbolçu olub.
39 yaşlı ön xətt oyunçusu bunu ötən gün Millətlər Liqasında baş tutan Polşa ilə görüşdə reallaşdırıb. Bundan əlavə o, yoldaşlıq oyunları da daxil olmaqla qələbələrin sayına görə İspaniya millisinin sabiq müdafiəçisi Serxio Ramosun rekordunu (131) təkrarlayıb.
Qeyd edək ki, Polşa - Poruqaliya matçı qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. K.Ronaldo görüşün 37-ci dəqiqəsində fərqlənib.
12-10-2024, 22:50
Boksçumuz çempionata qələbə ilə başladı


Boksçumuz çempionata qələbə ilə başladı

Bolqarıstanın paytaxtı Sofiyada 23 yaşadək (U-23) boksçular arasında Avropa çempionatına start verilib.
35 ölkədən 327 idmançının iştirak etdiyi yarışın ilk günündə Azərbaycan millisinin 2 üzvü qələbə qazanıb.
Ruslan Qədirov (60 kiloqram) 1/16 final çərçivəsində Georgios Georqantsasla (Yunanıstan) üz-üzə gəlib. Hər 3 raundda üstün olan boksçumuz rəqibini 5:0 (30:26, 30:26, 30:26, 29:27, 30:26) hesabı ilə məğlub edib. O, 1/8 finalda Stefan Samoviçlə (Serbiya) döyüşəcək.
Qədirovun uğurunu İlqar Salahov davam etdirib. 67 kiloqramda mübarizə aparan yığma üzvü xorvatiyalı Qoran Mioçiçə 5:0 (29:28, 30:27, 30:27, 29:28, 29:28) hesabı ilə qalib gəlib. Salahov 1/8 finalda Safi Abo Şabanla (İsrail) münasibətinə aydınlıq gətirəcək.
Hər 2 boksçumuz ikinci qarşılaşmasına oktyabrın 13-də çıxacaq.
Azərbaycan çempionata 13 boksçu ilə yollanıb.
11-10-2024, 22:45
Millimiz Estoniyada məğlub oldu


Millimiz Estoniyada məğlub oldu

UEFA Millətlər Liqasının C Divizionunun I qrupunda Tallində üz-üzə gələn Estoniya və Azərbaycan yığmaları arasında oyun başa çatıb.
“Lilleküla” stadionunda keçirilən görüş rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Estoniyanın heyətində qolları Yoan Yakovlyov, Vlasi Sinyavski və Rokko Şeyn vurublar. Azərbaycan millisində isə Toral Bayramov penaltidən fərqlənib.
Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 14-də doğma meydanda Slovakiya yığması ilə qarşılaşacaq.
9-10-2024, 22:53
Azərbaycan millisi yarımfinalda


Azərbaycan millisi yarımfinalda

Azərbaycanın minifutbol üzrə U-23 millisi Xorvatiyanın Mali Loşin şəhərində təşkil olunan dünya çempionatında yarımfinala yüksəlib.
Yığma 1/4 finalda İngiltərəni 3:0 hesabı ilə üstələyərək yarımfinala vəsiqə qazanıb. Bu mərhələnin oyunu sabah keçiriləcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!