15-01-2023, 15:50
Boksçularımız Millətlər kubokundan iştirak edəcəkYanvarın 17-22-də Serbiyanın Sombor şəhərində qız və qadın boksçular arasında Millətlər kuboku keçiriləcək. Bu barədə Boks Federasiyasından bildirilib. İlin ilk yarışında Azərbaycan millisi baş məşqçi Yadigar Məmmədov və İlkin Ağayev rəhbərliyi altında 4 yaş kateqoriyasında mübarizə aparacaq. 14 ölkənin qatıldığı turnirdə Səma Hüseynova (54 kq) məktəblilərin, Banuçiçək Nəsirli (46 kq) yeniyetmələrin, Aysu İsmayılova, Lalə Mədətova (hər ikisi 48 kq), Nərmin Əlizadə (50 kq), Aynur Mikayılova (52 kq) və Emili Rzayeva (66 kq) gənclərin yarışında qüvvələrini sınayacaqlar. Böyüklərin mübarizəsində isə rinqə Günel Rəhimova (48 kq), Anaxanım İsmayılova (50 kq), Məhsəti Həmzəyeva (57 kq), Esmira Məmmədova (63 kq) və Şəhla Allahverdiyeva (66 kq) çıxacaqlar. Bu gün səfərə yollanan milli komanda yanvarın 23-də Bakıya qayıdacaq.
14-01-2023, 23:59
Məşhur futbolçunun “Qızıl top” mükafatı satıldıPortuqaliya millisinin və “Əl-Nəsr” klubunun futbolçusu Kriştiano Ronaldo “Qızıl top” mükafatlarından birini satıb.
Butov.az-ın məlumatına görə, 38 yaşlı hücumçunun mükafatı hərracda satılıb. İsrailli milyarder İdan Ofer bunun üçün 600 min avro ödəyib. Satışdan əldə olunan vəsait “Make-A-Wish” fonduna köçürülüb. Sözügedən fond ağır və ölüm təhlükəli xəstəliyə düçar olan uşaqlara yardım edir. Qeyd edək ki, Ronaldo üç dəfə “France Football”, iki dəfə FİFA-nın “Qızıl top”unu alıb.
14-01-2023, 19:30

14-01-2023, 16:56

7-01-2023, 15:25
“Qarabağ” klubuna yeni futbolçu qatıldı “Qarabağ"ın heyətinə yeni futbolçu qoşulub. “Qarabağ" 2022-ci ilin yayından azad agent olan Adama Diakabini heyətinə cəlb edib. O, hazırda Ağdam klubunun Antalyadakı təlim-məşq toplanışındadır. Fransalı futbolçu ilə tibbi müayinədən keçdikdən sonra, yaxın 2-3 gün ərzində müqavilə imzalanacaq. Transferin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir. Xatırladaq ki, “Kann”ın yetirməsi olan 26 yaşlı oyunçu peşəkar futbola “Renn”də başlayıb. O, 2017-ci ildə “Monako”ya 10 milyon avroya satılıb. Bir il sonra “Haddersfild”ə, 2020-ci ildə “Nottingem Forest”ə transfer olunub. 2022-ci ildə isə “Amyen”ə icarəyə verilib. O, 2022-ci iyulundan klubsuz idi.
4-01-2023, 21:55
“Qarabağ” Avropanın məğlubedilməz futbol klubları sırasındadırAvropanın məğlubedilməz futbol klublarının siyahısında Azərbaycan çempionu “Qarabağ” da var. Ümumilikdə 6 komanda ölkədaxili çempionatda uduzmayıb. Bunlar “Qarabağ”la yanaşı, Yunanıstanın “Panatinaikos”, Uelsin TNS, İtaliyanın “Napoli”, Andorranın “Atletik Eskaldes” və Serbiyanın “Srvena Zvezda” klublarıdır. Bu komandalar arasında ən yaxşı göstərici “Srvena Zvezda” və “Qarabağ”a məxsusdur. Serbiya komandası 17 qələbə, 2 heç-heçə ilə birincidir. “Srvena Zvezda”dan 1 oyun az keçirən “Qarabağ”ın aktivində isə 16 qələbə və 2 heç-heçə var.
4-01-2023, 17:03

4-01-2023, 16:58
“Barcelona” klubu qayda pozuntusuna görə cərimələndiİspaniya La Liqası "Barselona"nı böyük məbləğdə cərimələyib. Buna Kataloniya təmsilçisinin maliyyə feyr-pley qaydalarını pozması səbəb olub. Klub 2021/2022 mövsümündə maaş limitinə riayət etmədiyi üçün 800 000 avro cərimə ödəyəcək. Daha əvvəl La Liqanın prezidenti Xavyer Tebas bildirib ki, "Barselona"nı qarşıdakı mövsümlərdə də analoji cəza gözləyir.
4-01-2023, 16:42
“Qalatasaray” klubundan “Fənərbaxça”ya etirazTürkiyənin “Qalatasaray” klubu ötən gecə Superliqada oynanılan “Antalyaspor” - “Fənərbaxça” matçının hakimliyi ilə bağlı narazılıq bildirib. İstanbul klubunun rəmi twitter hesabı bununla bağlı paylaşım edib. Paylaşımda Türkiyə Futbol Federasiyasından həmin matçın VAR hakimlərinin danışıqlarının açıqlanması tələb edilib. Qeyd edək ki, bir neçə gün öncə Türkiyə Mərkəzi Hakimlər Komitəsi “Sivasspor” - “Qalatasaray” oyununun VAR hakimi Özgüç Turkalpı yanlış qərarlarına görə hakimlikdən uzaqlaşdırıb.
25-12-2022, 19:59
Türkiyə güləş üzrə dünya çempionatına ev sahibliyi edəcəkGələn il Türkiyə güləş üzrə dünya çempionatına ev sahibliyi edəcək. Bu barədə Dünya Güləş Birliyi (UWW) qərar qəbul edib. On yeddi yaşadək güləşçilər arasında qitə birinciliyi iyulun 31-dən avqustun 6-dək İstanbulda təşkil olunacaq. Qeyd edək ki, böyüklər arasında dünya çempionatı Serbiyanın paytaxtı Belqradda keçiriləcək.