Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                        Xınalığa dolu düşüb .....                        Qəbul imtahalarında yenilik olacaqsa, azı iki il əvvəl elan edilir - DİM rəsmisi .....                        Binəqədidə baş vermiş yanğında 1 nəfər xəsarət alıb .....                        Bakı Fransız Liseyinin bağlanma səbəbi açıqlandı .....                        Bağlanan liseyin şagirdləri bu məktəblərə köçürüləcək - RƏSMİ .....                        G7 ölkələrindən İrəvan və Bakıya çağırış .....                        Tovuzda qadın tanışı tərəfindən yandırıldı .....                        İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                       
20-10-2021, 12:17
FIFA Dünya çempionatının iki ildən bir keçiriləcəyinə dair yığmalara xəbərdarlıq edib

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) 2026-cı ildən etibarən Dünya çempionatlarını hər iki ildən bir keçirməkdə qərarlıdır.

Artıq quruma üzv olan milli assosiasiyalara müvafiq xəbərdarlıq göndərilib.

Bu məqsədlə yığma komandaların oyun təqvimində islahatların aparılması planlaşdırılır.

Layihəyə əsasən, klubların öz futbolçularını yığma komandalara göndərdikləri günlərin sayı 50-dən 30-dək azalacaq. Təsnifat mərhələsində hər seçmə komanda ən çox yeddi oyun keçirəcək.

Həmçinin, islahatlar sayəsində futbolçuların üzərinə düşən yük 50%-dən çox azalacaq.

Mənbə: Sports.ru


Bütöv.az
18-10-2021, 16:49
Hollandiyada azarkeşlərin olduğu tribuna ÇÖKDÜ - VİDEO

Hollandiyanın Qoffert stadionunda "Vitesse" klubunun azarkeşləri ev sahibi "NEC Nijmegen" üzərində qazandıqları qələbəni qeyd edərkən tribuna çöküb.

Butov.az xəbər verir ki, hadisə qarşılaşmanın 1:0 hesabı ilə bitdiyini görən "Vitesse" azarkeşlərinin qələbəsi zamanı baş verib.

Bildirilir ki, qonaq azarkeşlər arasında yaralanan yoxdur.

[media=https://www.youtube.com/watch?v=PF2DdAHIFTM]
15-10-2021, 12:35
“Neftçi”nin prezidenti: “Biz gəlirlərimizin o qədər artmasını istəyirik ki...”

“Bu gün dünya pandemiyadan əziyyət çəkir. Ona görə əməkdaşlıq etmək istədiyimiz şirkətlərin sayı çox olmalıdır. Düşünürəm ki, nə qədər çox çempion olsaq, bir o qədər bizə maraq artacaq”.

Butov.az-ın xəbərinə görə, bunu “Neftçi”nin prezidenti Kamran Quliyev deyib.

O bu gün bağlanılan əməkdaşlıq müqaviləsindən sonra müəyyən fikirlər səsləndirib. K.Quliyev bildirib ki, daha çox şirkətlə əməkdaşlıq etmək onların arzusudur:

“Neftçi”nin büdcəsinə gəlir 40 faiz əlavə şirkətlərdən, 60 faiz SOCAR-dan gəlir. Biz istəyirik ki, gəlirlərimizi o qədər artıraq ki, bu rəqəmi bərabərləşdirək. Belə olsa, komandanın əsas sponsordan istəyi də azalar”.

Kamran Quliyev onu da bildirib ki, klubun Bakıxanov qəsəbəsində yerləşən bazasında görüləcək işlərinin icrasına tezliklə başlanılacaq.
14-10-2021, 17:21
Azərbaycanlı güləşçi dünya reytinqində birinci yerə yüksəldi - VİDEO

2-10 oktyabrda Norveçdə keçirilən dünya çempionatından sonra Ümumdünya Güləş Birliyi (UWW) reytinq sıralamasını yeniləyib.

Butov.az xəbər verir ki, yunan-Roma güləşində 82 kq-da dünya çempionu olan Rafiq Hüseynov bu çəkidə liderliyə yüksəlib. 33 yaşlı pəhləvanımız 70 xalla reytinqə başçılıq edir. Rafiq ən yaxın izləyicisi Adlan Akiyevi (Rusiya) doqquz xal qabaqlayır. Hüseynov əvvəlki siyahıyla müqayisədə 23 pillə irəliləyib.

Güləşin bu növündə daha üç həmyerlimiz ilk “10-luq”da yer alıb. 55 kq-da Eldəniz Əzizli 39 xalla ilk “3-lüy”ü qapayır. Osloda bürünc medal qazanan güləşçimiz dörd pillə irəliləyib. 63 kq-da Taleh Məmmədov 6-cı yerdən 3-cü yerə yüksəlib. Təcrübəli pəhləvanımızın hesabında 38 xal var. Sənan Süleymanov isə 77 kq-da böyük sıçrayış edib. Dünya çempionatında gümüş medalı boynundan asan güləşçimiz xal ehtiyatını 58-ə çatdırmaqla 15-ci pillədən 3-cü sıraya yüksəlib.

Sərbəst güləşdə millimizin dörd üzvü öz çəkilərində ilk “10-luq”da yer alıb. Tokio Olimpiadasında gümüş medal əldə edən Hacı Əliyev 65 kq-da 3-cü yerdən 6-cı yerə enib. Buna səbəb 44 xala malik titullu idmançımızın DÇ-ni buraxması olub. Mundialda medalın bir addımlığında dayanan Turan Bayramov 70 kq-da iki həmkarını geridə qoyaraq 4-cü yerə yüksəlib. Gənc güləşçimizin hesabında 38 xal var. Abubakr Abakarov 86 kq-da böyük irəliləyişə nail olub. Hazırda 25 xalla ilk “10-luğ”u qapayan təmsilçimizin əvvəlki mövqeyi 33-cü pillə idi. Osman Nurməhəmmədov isə 92 kq-da 11-ci pilləni 3-cü yerlə əvəzləyib. Dünya üçüncüsü 39 xala malikdir.

Qadın güləşinə gəlincə, Mariya Stadnik 50 kq-da bir pillə geriləyib. Millimizin lideri 60 xalla 3-cü pillədə qərarlaşıb. Elis Manalova isə 68 kq-da 22 xalla ilk “10-luğ”u qapayır.

13-10-2021, 17:19
Nazir dünya çempionu olmuş idmançımızı aeroportda qarşıladı - FOTO

Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Norveçin paytaxtı Osloda keçirilən güləş üzrə dünya çempionatında qızıl medal qazanmış yunan-Roma güləşçimiz Rafiq Hüseynovu aeroportda şəxsən qarşılayıb.

Bununla bağlı R.Hüseynov “Instagram” hesabında paylaşım edib.

“Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov səhər saat 5-də şəxsən özü idmançılarımızı hava limanında qarşılayır. Hər bir rəhbər vəzifəli şəxsə örnək olacaq bir addım...

Əlbəttə bu, bizim üçün şərəfdir və gələcək yarışlarımızda bizə daha da əzmlə çalışmağa vadar edən bir addımdır.

Bizə dəyər verdiyiniz üçün təşəkkürlər, cənab nazir”.

Qeyd edək ki, Oktyabrın 2-dən 10-dək Norveçin paytaxtı Osloda keçirilən güləş üzrə dünya çempionatında Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun zabiti qızıl medal qazanıb. Yarışda ölkəmizi hər 3 güləş növü üzrə idmançılarımız təmsil edib.

Yunan-Roma güləşi üzrə millimiz baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında uğurlu çıxış edib. Belə ki, yığmamız 1 qızıl, 1 gümüş və 2 bürünc medalla 107 xal toplayıb və komanda hesabında dünya üçüncüsü olub. Rusiya (152) birinci, İran (146) isə ikinci pillədə qərarlaşıb.

Yarışın 6-cı günündə 82 kq çəki dərəcəsində mübarizəyə qoşulan yunan-Roma güləşçimiz baş leytenant Rafiq Hüseynov əvvəlcə Estoniya güləşçisini vaxtından əvvəl üstələyib. Qırğızıstan idmançısı da təcrübəli güləşçimiz qarşısında tab gətirməyib. İsveçli dünya ikincisi və Avropa üçüncüsü Aleks Kessidislə görüş dramatik alınıb. Rafiq ilk hissəni 0:6 hesabıyla başa vurub. İkinci yarıda əsl əzmkarlıq nümayiş etdirən zabitimiz güclü rəqibinə minimal fərqlə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Finalın bir addımlığında Rusiya pəhləvanıyla gərgin keçən görüşdən də üzüağ çıxan Rafiq ardıcıl 2-ci dəfə dünya çempionatının finalına yüksəlib. Həlledici görüşdə Türkiyə güləşçisinə qalib gələn həmyerlimiz dünya çempionu olub.

Rafiq Hüseynov bundan qabaq 2 dəfə Qızıl Qran-Pri qalibi, dəfələrlə Azərbaycan çempionu, Avropa çempionu, 2015-ci ildə keçirilən hərbçilərarası Olimpiya çempionatının qalibi, 2017-ci il İslam Həmrəyliyi Oyunlarının qalibi, dünya ikincisi və 77 kq çəki dərəcəsində Tokio Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı olub.



Butov.az
13-10-2021, 12:14
Futbol üzrə Azərbaycan millisinin üzvü rekorda imza atdı

Futbol üzrə Azərbaycan millisinin üzvü Emin Mahmudov rekorda imza atıb.

Butov.az xəbər verir ki, yarımmüdafiəçi DÇ-2022-nin seçmə mərhələsində Serbiyanın qapısına ikinci dəfə yol tapmaqla bu il yığmanın heyətində beşinci dəfə adını tabloya yazdırıb.

“Neftçi”nin kapitanı bir təqvim ilində millinin heyətində ən çox qol vuran futbolçu kimi tarixə düşüb. O həmçinin bir seçmə mərhələ ərzində ən çox fərqlənən oyunçu adına yiyələnib - dörd qol.

Qeyd edək ki, Emin Mahmudov cari seçmə mərhələdə Serbiyaya iki (Bakı və Belqradda), Lüksemburq və İrlandiyaya bir qol vurub. Həmçinin o, mayda Türkiyə ilə yoxlama matçında da fərqlənməyi bacarıb.
12-10-2021, 12:01
Millimiz səfərdə qrupun liderini büdrətməyə çalışacaq - AFİŞA

Qətərdə keçiriləcək 2022-ci il Dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində bu gün növbəti qarşılaşmalar baş tutacaq.

Günün Bakı vaxtı ilə 18:00-da başlayacaq ilk qarşılaşmasında Qazaxıstan millisi Astanada Finlandiya millisini qonaq edəcək. Bu görüşdə qələbə hər iki komanda üçün qrup ikinciliyi şanslarını qorumaq üçün önəm daşıyır. Beş komandanın yer aldığı D qrupunda 3 xalla Qazaxıstan sonuncu, bir oyun az keçirən Finlandiya 5 xalla dördüncüdür.

Qrupun 22:45-də başlayan digər oyununda isə Ukrayna millisi Bosniyanı qonaq edəcək. Beş oyuna 6 xal toplayan qonaqlar qalib gələcəyi halda altı oyundan 8 xalı olan meydan sahiblərini geridə qoyacaq. Qrupa 12 xalla Fransa başçılıq edir.

Oktyabrın 12-də Azərbaycan millisi də A qrupunda növbəti görüşünü keçirəcək. 1 xalla qrup sonuncusu olan yığmamız səfərdə 14 xalla qrup lideri olan Serbiyanın qonağı olacaq. Qrupumuzda keçiriləcək digər oyunda Portuqaliya (13 xal) üçüncü pillənin sahibi Lüksemburq (6 xal) seçməsini qəbul edəcək. Beş komandalıq qrupda İrlandiya (5 xal) seçməsi bu gün oyun keçirməyəcək.

I qrupunda mübarizə aparan Albaniya və Polşa komandaları münasibətlərə Tiranadakı “Air Albania Stadium”da aydınlıq gətirəcəklər. 15 xalla qrup ikincisi olan Albaniya millisi 14 xala sahib rəqibi üzərində qələbə qazanmaqla həm də, Polşadakı 4:1 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

Qrupun digər oyununda İngiltərə və Macarıstan komandaları üz-üzə gələcək. 19 xalla cədvələ başçılıq edən İngiltərə üstünlüyünü bir qədər də möhkəmləndirmək, 10 xalı olan Macarıstan isə ikincilik şansını qorumaq üçün meydana çıxacaq. Autsayderlərin mübarizəsində isə hələlik xalı olmayan San Marino seçməsi doğma meydanda 3 xalı olan Andorranı qonaq edəcək.

Avropa futbolu C qrupunda da gərgin mübarizəyə səhnə olacaq. Beş komandalıq qrupda hərəyə 5 xal toplayan Bolqarıstan və Şimali İrlandiya milliləri üz-üzə gələcək. Qrupun digər oyununda 11 xalla ikinci pillədə qərarlaşan İsveçrə 3 xalla sonuncu olan Litva ilə qarşılaşacaq. Bu oyunda ev sahibi Litva komandası səfərdəki minimal hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Qrupun lideri İtaliya millisi (14 xal) bu tur mübarizə aparmayacaq.

F qrupunda yeddi oyuna maksimal nəticə göstərən və rəqib qapılarından 26 cavabsız top keçirən Danimarka millisi 10 xalla dördüncü pillədə qərarlaşan Avstriyanı qonaq edəcək. Meydan sahibləri səfərdə 0:4 hesabı ilə qalib gəldikləri Avstriyanı evdə də məğlub etməklə uğurlu seriyanı davam etdirməyə çalışacaq.

Qrupun digər oyununda isə 14 xalı olan ikinci pillənin sahibi Şotlandiya 4 xalla beşinci yerdə qərarlaşan Farer adalarını qəbul edəcək. 10 xala sahib İsrail millisi doğma meydanda autsayder Moldovanı (1 xal) qonaq edəcək.

B qrupu turnir cədvəlində qonşu olan komandaları üz-üzə gətirəcək. Dördüncü (4 xal) Kosovo Gürcüstanı (1 xal), ikinci İsveç (12 xal) üçüncü (9 xal) Yunanıstanı qəbul edəcək. Beş komandalıq qrupda lider İspaniya (13 xal) bu tur meydana çıxmayacaq.

Butov.az
11-10-2021, 12:37
UEFA Millətlər Liqasının qalibi Fransa oldu

UEFA Millətlər Liqasında Fransa klubu qalib olub.

Butov.az xəbər verir ki, klub final mərhələsində Milan şəhərindəki "San Siro" stadionunda İspanya üzərində 2:1 hesablı qələbəsi ilə qalib olub.

Qeyd edək ki, UEFA Millətlər Liqası bu il ikinci dəfədir keçirilib. İlk dəfə -2019-cu ildə Portuqaliya qalib olub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!