Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
28-05-2024, 15:44
Renat Dadaşov "Hatayspor"dan ayrıldı


Renat Dadaşov "Hatayspor"dan ayrıldı

Azərbaycan millisinin və "Hatayspor"un futbolçusu Renat Dadaşov klubundan ayrılıb.
Futbolçu özü bu barədə sosial şəbəkə hesabında yazıb.
"Hər şey üçün təşəkkür edirəm, HATAY!", - deyə o bildirib.
Qeyd edək ki, 25 yaşlı hücumçu 2023-cü ildə "Hatayspor"a keçmişdi.
26-05-2024, 22:15
"Qalatasaray" 24-cü dəfə ölkə çempionu oldu


"Qalatasaray" 24-cü dəfə ölkə çempionu oldu

Futbol üzrə Türkiyə Superliqasında 2023-2024-cü illər mövsümünə yekun vurulub.
Lider "Qalatasaray" səfərdə "Konyaspor"la qarşılaşıb. Rəqibinə 3:1 hesabı ilə qalib gələn İstanbul nəhəngi 102 xalla tarixində 24-cü dəfə ölkə çempionu olub.
Son turda "Ankaragücü"nü 6:0 hesabı ilə məğlub edən "Fənərbağça" isə 99 xalla mövsümü ikinci pillədə bitirib.
25-05-2024, 20:30
"Mançester Yunayted” qalib oldu


"Mançester Yunayted” qalib oldu

Futbol üzrə İngiltərə Federasiya Kubokunun qalibi bəlli olub.
Finalda “Mançester Siti” və “Mançester Yunayted” komandaları üz-üzə gəlib. Görüş "qırmızı şeytanlar"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 30-cu dəqiqədə Alexandro Qarnaço açıb. Kobi Maino 39-cu dəqiqədə fərqi iki topa çıxarıb. Matçın yekun nəticəsini 87-ci dəqiqədə Ceremi Doku müəyyənləşdirib.
Bununla da "Mançester Yunayted" tarixində 13-cü dəfə Federasiya Kubokunun qalibi olub.
23-05-2024, 23:04
Türkiyəni təmsil edən azərbaycanlı atlet qızıl medal qazandı


Türkiyəni təmsil edən azərbaycanlı atlet qızıl medal qazandı

Azərbaycan əsilli türkiyəli atlet Ramil Quliyev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Qennadiya Arzumanova Memorialında qızıl medal qazanıb.
33 yaşlı idmançı 200 metr məsafəyə qaçışda bütün rəqiblərini qabaqlayıb.
Qeyd edək ki, o, finiş xəttinə hamıdan tez - 20.4 saniyəyə çatıb.
23-05-2024, 19:54
Qadın güləşçimiz gümüş medal qazandı


Qadın güləşçimiz gümüş medal qazandı

Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova Bakıda keçirilən U-23 Avropa çempionatında bürünc medal qazanıb.
59 kiloqram çəkidə çıxış edən idmançı 3-cü yer uğrunda qarşılaşmada rumıniyalı Ana Maria Puiuya tam üstünlüklə (8:0) qalib gəlib.
Yığmanın digər iki üzvü - Elnurə Məmmədova (53 kiloqram) və Jalə Əliyeva (57 kiloqram) isə sabah finalda mübarizə aparacaqlar.
Qeyd edək ki, Avropa çempionatının ilk 3 günündə Azərbaycan ümumilikdə 8 medal qazanıb. Ziya Babaşov (63 kiloqram), Xasay Həsənli (77 kiloqram) və Qurban Qurbanov (82 kiloqram) qitə çempionu olublar. Nihad Quluzadə (60 kiloqram) gümüş, Rəşad Məmmədov (55 kiloqram), Ruslan Nurullayev (72 kiloqram), Laçın Vəliyev (87 kiloqram) və Murad Əhmədiyev (97 kiloqram) isə bürünc medala yiyələniblər.
21-05-2024, 23:32
Avropa çempionatında 2 qızıl, 2 bürünc


Avropa çempionatında 2 qızıl, 2 bürünc

Güləş üzrə U-23 Avropa çempionatı davam edir.
Azərbaycan Güləş Federasiyasından bildirilib ki, ikinci yarış gününün axşam seansında yunan-Roma güləşi üzrə 55, 63, 77, 87 və 130 kq-da medalçılar müəyyənləşdirib.
Millimiz hesabına 2 qızıl və 2 bürünc medal yazdırıb.
Rəşad Məmmədov (55 kq) ukraynalı İvan Stefanskiyə 7:0 hesabıyla qalib gələrək medal hesabımızı açıb və fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.
Ziya Babaşov (63 kq) gərgin mübarizə şəraitində keçən final qarşılaşmasında moldovalı Vitali Yeriomenkonu minimal fərqlə (3:2) üstələyərək U-23 Avropa çempionatının qalibi olub.
Xasay Həsənli (77 kq) də ona bəslənən ümidləri doğruldub. Həlledici görüşdə türkiyəli Yüksel Sarıçiçekə (10:1) heç bir şans tanımayan həmyerlimiz 2-ci dəfə U-23 Avropa çempionatında baş mükafata yiyələnib.
Gündüz seansında təsəlliverici görüşdə rumıniyalı Patrik Qordanı (4:3) mübarizədən kənarlaşdıran Laçın Vəliyev (87 kq) son qarşılaşmada belaruslu İlya Mialeşçikin (4:1) də öhdəsindən gəlməklə növbəti analoji yarışda bürünc medal qazanıb.
21-05-2024, 16:52
Azərbaycanda dünya çempionatı keçiriləcək


Azərbaycanda dünya çempionatı keçiriləcək

Minifutbol üzrə dünya çempionatı 2025-ci ildə Bakıda keçiriləcək.
Azərbaycan Minifutbol Federasiyasının bununla bağlı müraciəti müsbət cavablandırılıb.
Qeyd edək ki, hazırda yarışın təqdimat mərasimi təşkil edilir.
20-05-2024, 19:57
Hidayət Heydərov dünya çempionu oldu


Hidayət Heydərov dünya çempionu oldu

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatının qalibi olub.
Finalda Tatsuki İşiharanı (Yaponiya) ipponla üstələyən dördqat Avropa çempionu fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Yarışın ikinci günü kişiərin yarışında mübarizəyə qoşulan Yaşar Nəcəfov və Kamran Süleymanov (hər ikisi 66 kq), qadınların mübarizəsində isə Acelya Toprak (57 kq) uğursuz çıxış edərək yarışı mükafatsız başa vurublar.
Qeyd edək ki, Azərbaycan tarixində bunadək yalnız Elxan Məmmədov 2013-cü ildə dünya çempionu olmuşdu.
20-05-2024, 17:48
Azərbaycan çempionatlarında pley-off oyunlarının vaxtı bəlli oldu


Azərbaycan çempionatlarında pley-off oyunlarının vaxtı bəlli oldu

Azərbaycanın futbol üzrə I, II və Region Liqasında pley-off oyunlarının vaxtı açıqlanıb.
İlk qarşılaşmalar mayın 28-29-da, cavab matçları isə iyunun 4-5-də keçiriləcək.
Qeyd edək ki, 2024/2025-ci illər mövsümündə I Liqada çıxış etmək uğrunda həmin çempionatda 9-cu yeri tutmuş klubla II Liqada 2-ci olmuş komanda üz-üzə gələcək.
Növbəti mövsüm II Liqada mübarizə aparmaq uğrunda isə 13-cü yeri tutan komanda ilə AFFA Region Liqasının finalçısı qarşılaşacaq.
Bununla əlaqədar mayın 25-də iddiaçı klubların təmsilçiləri ilə görüş keçiriləcək, pley-off mərhələlərinin püşkü atılacaq, eləcə də oyunların təşkilinin detalları müzakirə olunacaq.

I və II Liqa

İlk oyun: 28 may

Cavab oyunu: 04 iyun

II Liqa və Region Riqası

İlk oyun: 29 may

Cavab oyunu: 05 iyun
19-05-2024, 16:21
Cüdoçularımız dünya çempionatında


Cüdoçularımız dünya çempionatında

Azərbaycan cüdoçuları Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında mübarizəyə start veriblər.
Yarışın ilk günü Azərbaycanın üç idmançısı tatami üzərinə çıxıb.
Kişilər arasında Balabəy Ağayev və Turan Bayramov (hər ikisi 60 kq), qadınların yarışında isə Leyla Əliyeva (48 kq) uğursuz çıxış edərək yarışı mükafatsız başa vurub.
Qeyd edək ki, millimiz mundiala 8 çəki dərəsində 9 kişi və 2 qadın cüdoçu ilə qatılıb. Çempionat mayın 19-dan 24-dək davam edəcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!