Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
3-06-2024, 20:52
Millimiz İtaliyanı məğlub etdi


Millimiz İtaliyanı məğlub etdi

Bosniya və Hersoqovinada keçirilən minifutbol üzrə Avropa çempionatı davam edir.
Yarışda mübarizə aparan Azərbaycan millisi növbəti oyununu keçirib. İtaliya millisi ilə üz-üzə gələn yığma 2:1 hesabı ilə qələbə qazanıb.
Millimizin heyətində 19-cu dəqiqədə Rəvan Kərimov, 45-ci dəqiqədə isə Mirmehdi Rzayev fərqlənib. İtaliyanın yeganə qoluna isə 18-ci dəqiqədə Vasçelo imza atıb.
Qeyd edək ki, Azərbaycan millisi dünən ilk matçında Belçikaya (3:0) qalib gəlib. İtaliya isə Fransaya uduzub – 1:3. Elşad Quliyevin yetirmələri iyunun 4-də Fransa ilə qarşılaşacaq.
3-06-2024, 17:59
Azərbaycan çempionu həbs edildi


Azərbaycan çempionu həbs edildi

Ağır atletika üzrə Azərbaycan çempionu, bir sıra beynəlxalq yarışların qalibi Ümidvar Bayramlı həbs edilib.
Barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılmış idmançıya Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. Dostunu bıçaqlamaqda təqsirli bilinən 2001-ci il təvəllüdlü idmançıya 5 il müddətinə həbs cəzası verilib.
Bildirilib ki, Ü.Bayramlı 27 sentyabr 2023-cü il tarixində, saat 23.00 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsindəki yaşayış kompleksində tanışı Mirzə adlı şəxsi bıçaqlayıb. Belə ki, Ümidvar Bayramlının zərərçəkmişə satdığı mobil telefon nasaz çıxdığı üçün onlar arasında mübahisə yaranıb. Mübahisə zəminində Ü.Bayramlı tanışına bıçaqla qarın nahiyəsindən zərbə endirib. Düz və çənbər bağırsaqları kəsilən Mirzə xəstəxanaya çatdırılıb.
O da məlum olub ki, gənc idmançı 2022-ci ildə oğurluq əməlinə görə də məhkum edilibmiş və bıçaqlanma hadisəsini törədərkən həmin cəzasını çəkib başa vurmayıbmış.
Məhkəmədə Ü.Bayramlı bildirib ki, Mirzəni görüşə yaranmış mübahisə ilə əlaqədar çağırıb və onu söyüşə görə bıçaqlayıb.
Qeyd edək ki, 2001-ci il təvəllüdlü Ümidvar Bayramlı ağır atletika üzrə Azərbaycan çempiondur. O, həmçinin İsveçdə keçirilən Avropa birinciliyində bürünc medal qazanıb.
3-06-2024, 17:30
Messi ABŞ-də yeni rekorda imza atıb


Messi ABŞ-də yeni rekorda imza atıb

ABŞ-nin "İnter Mayami" klubunda çıxış edən Argentina millisinin ulduz futbolçusu Lionel Messi MLS-də rekorda imza atıb.
36 yaşlı hücumçu buna bir mövsümdə 25 qolun vurulmasında iştirak etməklə nail olub.
Təcrübəli forvard bu rəqəmə ən tez çatan oyunçudur. Messi 12 matçda 12 qol və 13 assistlə yadda qalıb.
O, 16 görüşdə 25 qolun vurulmasında pay sahibi olan meksikalı sabiq futbolçu Karlos Velanı qabaqlayıb.
Qeyd edək ki, "İnter Mayami" hazırda 35 xalla turnir cədvəlinə başçılıq edir.
3-06-2024, 16:30
Azərbaycanlı hakim Gürcüstan millisinin oyununa təyinat aldı


Azərbaycanlı hakim Gürcüstan millisinin oyununa təyinat aldı

FİFA referisi Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat alıb.
Bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
O, qadınlar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 4-də keçiriləcək Gürcüstan – Kipr oyununu idarə edəcək.
C liqasının I qrupunun matçında referiyə Sevda Nuriyeva və Gülnurə Əkbərzadə kömək edəcəklər. Əli Əliyev isə qarşılaşmanın dördüncü hakimi olacaq.
Qeyd edək ki, Tbilisidəki “Mixeil Mesxi II” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
2-06-2024, 00:54
“Real” 15-ci dəfə Çempionlar Liqasının qalibi oldu


“Real” 15-ci dəfə Çempionlar Liqasının qalibi oldu

UEFA Çempionlar Liqasında final oyunu keçirilib.
İngiltərənin paytaxtı Londondakı “Uembli”də keçirilmiş görüşdə Almaniyanın Dortmund “Borussiya” və İspaniyanın “Real Madrid” komandaları üz-üzə gəlib.
Sloveniyalı referi Slavko Vinçiçin idarə etdiyi qarşılaşma “kral klubu”nun qələbəsi ilə yekunlaşıb – 2:0. Matçda hər iki qol ikinci hissədə vurulub. 74-cü dəqiqədə Dani Karvaxal topu başla tora göndərib, 83-cü dəqiqədə isə Vinisius Junior fərqlənib.
Beləliklə, “Real Madrid” 1 illik fasilədən sonra və tarixində 15-ci dəfə Çempionlar Liqasının qalibi olub. Baş məşqçi Karlo Ançelotti üçün isə bu dördüncü tituldur. Daha öncə italiyalı mütəxəssis 2022/2023 mövsümündə Yürgen Kloppun “Liverpul”unu yenərək “Real Madrid”i 14-cü dəfə çempion edib. Eyni zamanda, o, 2002/2003 və 2006/2007 mövsümlərində İtaliya “Milan”ı ilə də bu titulu əldə edib.
1-06-2024, 17:24
Azərbaycan Premyer Liqasının başlama vaxtı açıqlandı


Azərbaycan Premyer Liqasının başlama vaxtı açıqlandı

Azərbaycan Premyer Liqasında 2024/25-ci illər mövsümünün başlayacağı tarixi məlum olub.
Bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.
Peşəkar Futbol Liqasının qərarına əsasən, növbəti mövsüm 2 avqust tarixində başlayacaq.
Transfer pəncərələrinin vaxtı ilə əlaqədar olaraq əlavə məlumatlar veriləcəyi bildirilib.
31-05-2024, 21:38
İdmançımız Avropa çempionatında medal qazandı


İdmançımız Avropa çempionatında medal qazandı

Azərbaycanın güllə atıcısı Ruslan Lunyov Xorvatiyanın Osijek şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
O, medalı 25 metr məsafədən standart tapançadan atəşaçma üzrə yarışda əldə edib.
İdmançı, ümumilikdə, 570 xal toplayaraq üçüncü yerdə qərarlaşıb.
Avropa çempionatına iyunun 8-də yekun vurulacaq.
30-05-2024, 17:17
AFFA yeni sponsorluq müqaviləsi imzaladı - FOTO


AFFA yeni sponsorluq müqaviləsi imzaladı - FOTO

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə “Misli” arasında sponsorluq müqaviləsinin imzalanma mərasimi keçirilib.
Müqaviləni AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş imzalayıblar.
Müqaviləyə əsasən, “Azərlotereya”nın “Misli” brendi qarşıdakı bir il ərzində kişilərdən ibarət A milli komandanın rəsmi sponsoru olacaq.
Sərxan Hacıyev “Misli”nin Azərbaycan futbol ailəsinin yaxın dostu olduğunu bildirib. O, ölkə futboluna göstərdiyi diqqətə, əməkdaşlığa görə “Misli” rəhbərliyinə təşəkkür edib.
Osman Karakuş da Azərbaycan futboluna dəstək olmaqdan böyük məmnunluq duyduqlarını vurğulayıb. O, “Misli”nin ölkədə aparılan idman siyasətinə, xüsusən də, dünyada ən çox sevilən idman növlərindən olan futbolun inkişafına hər zaman dəstək olduğunu bildirərək əməkdaşlığın uğurlu olacağına inamını ifadə edib.
Qeyd edək ki, “Misli” həm də son iki mövsümdür Azərbaycan Premyer Liqasının əsas sponsorudur.



29-05-2024, 16:34
“Barselona”nın yeni baş məşqçisi bəlli oldu


“Barselona”nın yeni baş məşqçisi bəlli oldu

İspaniyanın “Barselona” komandasının yeni baş məşqçisi bəlli olub.
Bu vəzifəyə almaniyalı Hans-Diter Flik gətirilib. 59 yaşlı mütəxəssislə müqavilə 2026-cı il iyunun 30-na kimi nəzərdə tutulub.
O, bu postda ispaniyalı Xavi Ernandesi əvəzləyib.
Qeyd edək ki, Hans-Diter Flikin son iş yeri 2023-cü ilin sentyabrına qədər rəhbərlik etdiyi Almaniya millisi olub.
28-05-2024, 22:28
Azərbaycan klubu baş məşqçi ilə yollarını ayırdı


Azərbaycan klubu baş məşqçi ilə yollarını ayırdı

"Turan Tovuz" klubu baş məşqçisi Ayxan Abbasovla yollarını ayırıb.
Qarşılıqlı razılıq əsasında mütəxəssisin müqaviləsinə xitam verilib.
Qeyd edək ki, 42 yaşlı çalışdırıcı 2022-ci ildə qərb təmsilçisinə baş məşqçi təyin olunmuşdu.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!