Azərbaycan finala keçə bilmədi .....                        Azərbaycan "Avroviziya - 2025"də sazla çıxış etdi - VİDEO .....                        Bakı-Ağstafa qatarının qarşısına heyvan sürüsü çıxdı .....                        Mayın 15-də İstanbulda ukraynalıları gözləyəcəyik .....                        Azərbaycan atları Britaniyada - “Land of Fire” geri döndü .....                        Azərbaycanda nazir koronavirusa yoluxdu .....                        İşdən çıxarılan məktəb direktorları təhsildən tamamilə uzaqlaşdırılır? .....                        Vəzifəli şəxs nalayiq hərəkətlərə görə işdən azad edildi .....                        Döyülərək öldürülən Elgünün atası danışdı .....                       
23-12-2022, 15:02
Məğlub olan komandalara da pul vəsaiti ayrılıb


Məğlub olan komandalara da pul vəsaiti ayrılıb

2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında çıxış edən milli komandaların pul mükafatı bəlli olub. Butov.az xəbər verir ki, Beynəlxalq Futbol Federasiyası (FİFA) bunun üçün 440 milyon dollar vəsait ayırıb. Bu isə Rusiyada dörd il əvvəl keçirilən turnirlə müqayisədə 40 milyon dollar çoxdur. Beləliklə, turnirin qalibi Argentina millisi 42 milyon, ikinci yeri tutan Fransa 30 milyon, üçüncü yerin sahibi Xorvatiya 27 milyon, dördüncü yer tutan Mərakeş 25 milyon dollar əldə edəcək. Turniri 1/4 final mərhələsində tərk edən komandaların hər biri 17 milyon (İngiltərə, Braziliya, Portuqaliya, Niderland), 1/8 finaldan kənarda qalan komandaların hər biri 13 milyon dollar (Seneqal, ABŞ, Polşa, Avstraliya, Yaponiya, İspaniya, İsveçrə, Cənubi Koreya) qazanacaq. Qrup mərhələsini adlaya bilməyən komandalar - Ekvador, Qətər, İran, Uels, Meksika, Danimarka, Səudiyyə Ərəbistanı, Tunis, Kanada, Almaniya, Serbiya, Belçika, Kosta-Rika, Uruqvay, Kamerun, Qana - hər biri 9 milyon dollar əldə edəcək.
22-12-2022, 18:22
Azərbaycan millisi FİFA reytinqində irəlilədi


Azərbaycan millisi FİFA reytinqində irəlilədi

Azərbaycan millisi FIFA reytinqində 2 pillə irəliləyib. Canni De Byazinin baş məşqçisi olduğu komanda hazırda 1151 xalla 121-ci sırada qərarlaşıb. Buna yığmanın yoldaşlıq görüşlərində Moldovanı 2:1, Şimali Makedoniyanı isə 3:1 hesabı ilə məğlub etməsi səbəb olub. Bir pillə irəliləyən Türkiyə seçməsi 1465 xalla 44-cü yeri tutub. 2022-ci ilin son reytinqində siyahıya 1840 xalla Braziliya başçılıq edir. Aktivində 1838 xal olan son dünya çempionu Argentina yığması 2-ci pilləyə yüksəlib. DÇ-2022-nin finalçısı Fransa seçməsi isə 1823 xalla üçüncüdür.
21-12-2022, 00:30
“Neftçi” yarımfinalda


“Neftçi” yarımfinalda

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin son oyunu keçirilib. “Bakcell Arena”da təşkil olunan görüşdə “Neftçi” klubu “Zirə”ni qəbul edib. Matç "Neftçi"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da komanda yarımfinala yüksəlib. “Neftçi” yarımfinalda “Turan Tovuz”la üz-üzə gələcək. Bu raundun digər cütündə “Qəbələ” və “Səbail” komandaları görüşəcəklər. Yarımfinal matçları 2023-cü ilin aprelin 19-u və 27-də baş tutacaq.
19-12-2022, 23:17
Qalib komandaya veriləcək pulun miqdarı açıqlandı


Qalib komandaya veriləcək pulun miqdarı açıqlandı

Dünya çempionatının qalibi olan Argentina millisinə 52 milyon ABŞ dolları mükafat veriləcək. Vəsaitin 10 milyon dolları artıq Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) tərəfindən yığma üzvlərinə təqdim olunub. Qalan vəsaiti isə FIFA ödəyəcək. Xatırladaq ki, dünən Argentina millisi finalda Fransanı məğlub edərək dünya çempionu olub.
19-12-2022, 23:06
“Qarabağ”ı məğlub etdi, yarımfinala yüksəldi


“Qarabağ”ı məğlub etdi, yarımfinala yüksəldi

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab görüşlərinə start verilib. İlk oyun gününə nəzərdə tutulan 2 qarşılaşmadan biri başa çatıb. Belə ki, "Qəbələ" klubu öz meydanında "Qarabağ"ı qəbul edib. İlk oyunu 2:2 hesabı ilə başa çatan komandaların görüşü "Qəbələ"nin üstünlüyü başa çatıb - 1:0. Bununla da "Qəbələ" komandası "Qarabağ"ı mübarizədən kənarlaşdıraraq, yarımfinal mərhələsinə yüksəlib. Digər matçda isə "Sabah" klubu "Səbail"lə doğma meydanda üz-üzə gələcək. "Bank Respublika Arena"dakı görüş saat 19:00-da start götürəcək. "ASK Arena"da keçirilən ilk qarşılaşmada "dənizçilər" 3:2 hesablı qələbə qazanıb. Qeyd edək ki, 1/4 finalın digər iki oyunu dekabrın 20-də olacaq. "Turan Tovuz" "Kəpəz"i, "Neftçi" isə "Zirə"ni qəbul edəcək.
19-12-2022, 15:34
Dünya Çempionatının “ən yaxşıları” mükafata layiq görüldü


Dünya Çempionatının “ən yaxşıları” mükafata layiq görüldü

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının ən yaxşıları mükafatlandırılıb. Fərdi mükafatları bu futbolçular qazanıb:
Ən gənc oyunçu: Enso Fernandes (Argentina)
Ən yaxşı qapıçı ("Qızıl əlcək" mükafatı): Emiliano Martines (Argentina)
Ən yaxşı bombardir ("Qızıl buts" mükafatı): Kilian Mbappe (Fransa)
Ən yaxşı oyunçu ("Qızıl top" mükafatı): Lionel Messi (Argentina)




18-12-2022, 21:08
Məşhurlar da dünya çempionatını gələnlər arasındadır


Məşhurlar da dünya çempionatını gələnlər arasındadır

Futbol üzrə dünya çempionatının finalında Argentina və Fransa yığmaları üz-üzə gəlir. Final matçını izləmək üçün Qətərə gələnlər arasında məşhurlar da var. Belə ki, Fransa Prezidenti Emmanuel Makron, amerikalı milyarder İlon Mask, "Milan"ın məşhur futbolçusu Zlatan İbrahimoviç və digərləri həlledici görüşü stadiondan izləyirlər.




18-12-2022, 15:11
Xorvatiya millisi ikinci dəfə bürünc medal qazandı


Xorvatiya millisi ikinci dəfə bürünc medal qazandı

Qətərdə keçirilən dünya çempionatında bürünc medal qazan komanda müəyyənləşib. Üçüncü yer uğrunda matçda Xorvatiya və Mərakeş yığmaları üz-üzə gəliblər. Qarşılaşma Avropa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Xorvatiya millisi tarixində ikinci dəfə mundialın bürünc medalına sahib çıxıb.
17-12-2022, 16:12
İlin ən yaxşı futbol klubları müəyyənləşdi


İlin ən yaxşı futbol klubları müəyyənləşdi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci ilin ən yaxşı futbol klublarının siyahısını açıqlanıb. Siyahıya İngiltərənin “Liverpul” klubu başçılıq edir. İlk üçlükdə İspaniyanın "Real Madrid” və İngiltərənin digər nəhəngi "Çelsi" klubları yer alıblar.
14-12-2022, 18:43
İlin baş məşqçisi və futbol klubu seçildi


İlin baş məşqçisi və futbol klubu seçildi

Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) müxtəlif nominasiyalar üzrə 2022-ci ilin ən yaxşılarının adlarını açıqlayıb. "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanov ilin baş məşqçisi adına layiq görülüb. Digər nominasiyaya görə, "Qarabağ" ilin futbol klubu elan edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!