Qazaxın azad edilən 4 kəndi bərpa ediləcək .....                        İsrail atəşkəsə razılaşdı .....                        Güclü qar yağdı: Rusiyaya gedən yol bağlandı .....                        İrandakı zəlzələ Azərbaycanı da silkələdi .....                        Şamaxıda yol çökdü .....                        "Neftçi" onunla yollarını ayırdı .....                        İsrail 2 dəqiqəyə Hizbullahın 20 hədəfini vurdu .....                        Yevlaxdakı “Qaraçılar məhəlləsi”ndə qətl - Hamilə qadın öldürülüb .....                        Azad edilmiş ərazilərdə məskunlaşanların 80 faizi işlə təmin olunub - Nazir .....                       
Tarix : 6-07-2021, 11:10
BP dayazsulu Abşeronda ikinci quyunun qazılacağı vaxtı açıqlayıb

Abşeron yarımadası ətrafında dayazsulu sahəsində (AYDS/SWAP) ikinci kəşfiyyat quyusunun (BHEX01) qazılmasına 2021-ci ilin IV rübündə başlanılması planlaşdırılır.

Butov.az-ın "APA-Economics"-ə istinadən məlumatına görə, bu barədə BP şirkəti tərəfindən Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında dayazsulu sahənin (AYDS) kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişin operatoru kimi ictimaiyyətə təqdim etdiyi AYDS-in kəşfiyyat-qazma fəaliyyətləri (ikinci quyu) üçün Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihəsində qeyd olunur.

Sənədə əsasən, qazma işlərinin təxminən 3 ay ərzində tamamlanacağı gözlənilir.

"Əlavə 1 ay müddətində də qiymətləndirmə məqsədli yan lülənin qazılması planlaşdırılır ki, bu da BHEX01 kəşfiyyat quyusunun qazılmasının uğurla tamamlanmasından sonra bir sıra hədəflər əldə edildiyi təqdirdə qazılacaq", - sənəddə qeyd olunur.

Əsas variantda ehtimal edilir ki, qazma fəaliyyətləri 2021-ci ilin noyabr ayında başlayacaq, lakin ehtiyat üçün nəzərdə tutulur ki, logistika yaxud əməliyyatlar səbəbindən gecikmə olduğu təqdirdə və əvvəlki təcrübəyə və ən yaxşı hesablamalara əsasən 2 ayadək gecikmə baş verə bilər.

"Quyunun üst intervalını qazarkən problemlər meydana çıxdığı təqdirdə, quyu dəniz dibindəki ilkin yerindən 500 metr məsafə daxilində təkrar qazıla bilər", - hesabatda deyilir.

Xatırladaq ki, AYDS müqavilə sahəsi daxilində kəşfiyyat qazma işləri üçün üç perspektiv sahə müəyyən edilmişdir və hər bir sahədə bir kəşfiyyat quyusunun (ümumilikdə üç quyunun) qazılması planlaşdırılır. Bu sənəd ikinci kəşfiyyat quyusunu əhatə edir. Həmin quyu qurudan təxminən 1,5 km məsafədə, suyun təxminən 7 m dərinliyində (potensial karbohidrogen ehtiyatı dəniz dibindən təqribən 4 000 m aşağıda) yerləşən Qərb perspektiv sahəsində qazılacaq.

Onu da əlavə etmək lazımdır ki, layihə çərçivəsində birinci quyunun (NKX01) qazılmasına avqust ayında başlanılacaq. SWAP layihəsi üzrə neft ehtiyatlarının olması ehtimal edilir.

Qeyd edək ki, sözügedən sahədə qazma işləri Azərbaycana gətirilən Qazaxıstanın "Satti" qazma qurğusundan (modifikasiyadan sonra) aparılacaq.

BP və SOCAR Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında yerləşən dayazsulu ərazilərdə potensial perspektiv strukturların birgə kəşfiyyatı və işlənməsi üçün 2014-cü ilin dekabr ayında Hasilatın Pay Bölgüsü haqqında Sazişi (HPBS) imzalayıb. 2015-ci ilin 14 aprel tarixində Azərbaycan Respublikasının Milli Məclisi həmin Sazişi ratifikasiya etdi. Sazişə əsasən "BP Exploration (Caspian Sea) Ltd" şirkəti əməliyyatçı olmaqla müqavilədə 50% paya və SOCAR isə qalan 50% paya malikdir.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!