Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 21-12-2017, 08:38
“Ölüm hökmü bərpa edilsin!” - Deputatlardan ailə-məişət qətllərinə qarşı TƏKLİFLƏR


Son zamanlar Azərbaycanda ailə- məişət zəminində baş verən cinayətlərin sayında sürətli artım müşahidə edilir. Xüsusən də ailədə qadınlara qarşı zorakılıq səbəbindən ölüm hallarının sayının çoxalması daha çox narahatçılıq doğurur. Demək olar ki, hər gün KİV-də ailədaxili münaqişələr, yaxud məişət zorakılığı ilə bağlı qətl hadisələri, intiharlar barədə həyacan doğuran məlumatlar yayılır. Ailə-məişət zorakılığı ilə bağlı məlumatlar diqqət çəkən kriminal xəbərlərin əksəriyyətini təşkil edir.

Ailə-məişət zəmində qətllərin sayı niyə çoxalıb? Bunun qarşısnı almaq üçün hansı addımlar atılmalıdır?


Modern.az-ın əməkdaşı bu suallarla Milli Məclisin bir neçə qadın deputatına müraciət edib.


Elmira Axundova ailə- məişət zəminində baş verən cinayətlərlə bağlı dəfələrlə çıxış etdiyini bildirib.


“Hətta Milli Məclisdə bu istiqamətdə bir neçə dəfə çıxış edərək, KİV-ə müraciət də ünvanlamışam. Bildirmişəm ki, mətbuatda tez-tez ailə- məişət zəminində baş verən cinayətlərlə, qətl hadisələri ilə bağlı yazılar gedir. Mətbuata demişəm ki, siz bu hadisələri araşdırın, səbəblərini tapın. Hətta bir dəfə öz yoldaşını uşaqlarının gözü qarşısında öldürən şəxslə də bağlı çıxış etmişəm. Belə hadisələri törədən şəxslərə ölüm cəzası verilməlidir. Hazırda ailə-məişət zəminində baş verən qətl hadisələrinin sayı çoxalıb. Gənclərimiz sanki vəhşiləşirlər. Ölüm cəzası da aradan qaldırılıb. Bu hadisələri törədənlər fikirləşir ki, öldürərlər, sonra 10-12 il həbs olunarlar, ardınca da azadlığa çıxarlar. Ona görə də təklif edirəm ki, ölüm hökmü bərpa edilsin. Bu hadisələrin artmasına digər səbəbdən biri də gənclərimizin öz yerini tapa bilməməsi ilə bağlıdır. İş yerləri yoxdur, bəziləri işləmək də istəmirlər, iş bacarığı, təhsili yoxdur. Həyatdan olan narazılığını isə gücsüzdə görürlər. Yəni, öz ailəsinə, yaxınlarına qarşı qəddar olurlar. Cavanlarımız oxumurlar. Heç məktəbi də bitirmirlər. 10-11-ci sinifləri güclə qurtarırlar. İnternetdə lazımsız işlərlə məşğul olurlar”.


Deputat deyib ki, ailə- məişət zəminində qətl hadisələri təkcə Azərbaycanda deyil, dünya ölkələrində də baş verir.


“Bir neçə gün bundan əvvəl mətbuatda oxuyuram ki, Fransada polis arvadını və 2 uşağını öldürüb. Bu hal Amerikada, Rusiyada və başqa ölkələrdə də var. Azərbaycanda isə bu hallar çoxalıb. Bu problemlə bütün cəmiyyət məşğul olmalıdır. Kəndlərdəki ağsaqqallar, qeyri-hökumət təşkilatları, bələdiyyələr, müvafiq orqanlar aktiv olmalıdırlar. Onlar bilirlər ki, hansı ailədə problem var, hansı ailədə qadınlar söyülür, döyülür, qızlar məktəbə getmir. Onlar vaxtında profilaktik işlər görməlidirlər. Həmin evlərə getməlidirlər. Hamımız bu problemlə məşğul olmalıyıq. Televiziyalarda, saytlarda sosial roliklər verilməlidir. Çünki bu cinayətkarlar bilməlidirlər ki, cəmiyyət onlara qarşı barışmaz mövqe tutur. Yoxsa onlar indiki kimi həbsxanada qəhrəman kimi qalır. Hüquq-mühafizə orqanlarının rəhbərləri ilə söhbətdə də mənə deyirlər ki, ailə- məişət zəminində baş verən qətl hadisələrinin sayı artıb”.


Flora Qasımova deyib ki, ailə- məişət zəminində baş verən qətllərin, zorakılıqların qarşısını almaq üçün ilk növbətə gəncləri maaifləndirmək, mətbuatda sosial roliklər paylaşmaq, maarifləndirici tədbirlərin sayını artırmaq lazımdır.


“Ailə- məişət zəminində baş verən qətl hadisələrinin, zorakılıqların sayının artmasının bir çox səbəbləri var. Düzdür, bu hadisələri təkcə gənclər etmir. Yaşlı və orta nəslin nümayəndələrindən də belə hadisələr törədənlər var. Adam məəttəl qalır ki, 70 yaşlı kişi arvadını öldürür. Belə qətl hadisələrinin səbəblərini axtarmaq lazımdır. Müvafiq icra hakimiyyətləri, QHT-lər, Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin yerlərdəki nümayəndələri bu kimi halları araşdırmalıdırlar. QHT-lərə dövlət büdcəsindən pul ayrılır. Amma elə 5-10 nəfəri öz ətraflarını yığıb seminar keçirirlər və bununla da iş yekunlaşır. QHT-lər ictimaiyyəti narahat edən məsələlər ətrafında layihələr hazırlamalıdırlar. Bizdə televiziyalar ancaq şou-biznes nümayəndələrini göstərməklə və klinikaların reklamı ilə məşğuldurlar. Onlar bu istiqamətdə sosial çarxlar hazırlamırlar. Azərbaycanda kifayət qədər yaxşı ailələr var. Televiziyalar, saytlar onlardan yazsınlar. Onları yeni ailələrə örnək göstərsinlər. İndi qəzet oxuyan da azdır. Televiziyalar ancaq baş qatmaqla məşğuldurlar. Nə qədər insan, ziyalılarımız televiziyalardan şikayət edir. Deyirlər ki, televiziyada baxmağa heç nə yoxdur. Ailə- məişət zəminində baş verən qətl hadisələrinin, zorakılıqların qarşısını almaq üçün kifayət qədər maarifləndirmə tədbirləri aparılmalıdır”.


Deputat hesab edir ki, məişət zorakılığı hallarına qarşı daha geniş təbliğatlar aparılmalıdır.


“Biz daha ucqar bölgələrdən, rayonlardan başlamalıyıq. Bu istiqamətdə bizim ən böyük dəstəyimiz Kütləvi İnformasiyalar Vasitələridir. Biz Milli Məclisdə də təklif etdik ki, televizya kanalları bir neçə dəqiqəlik çox təsirli sosial çarxlar çəksinlər. Burada məişət zorakılığının nələrə gətirib çıxardığı öz əksini tapa bilər. Təəssüflər olsun ki, hələ də bu problem öz həllini tapmayıb”.



Sevinc Fətəliyeva deyib ki, uşaq, valideyin və ya ailə münasibətləri çərçivəsində zorakılıq hər yerdə, müxtəlif ölkələrdə və mədəniyyətlərdə mövcuddur.


“Ailədə ən çox zorakılığa məruz qalan qadınlar və uşaqlardır. Zorakılıq (xüsusilə ailə zorakılığı) qlobal tendensiyaların əks olunmasıdır. Gərginlik, mənəviyyatsizlik, stress, ictimai iğtişaşlar, savadsızlıq və ailə dəyərlərinin itkisi... Bütün bunlar əsasən zorakılığın bəzi formalarının ortaya çıxması üçün məhsuldar bir zəmindir. Bu problem əhalinin bütün sosial təbəqələri üçün xarakterikdir, lakin sosial cəhətdən zəif ailələrdə daha tez-tez rast gəlinir. Məişət zorakılığına şahid olan uşaqlar və yeniyetmələr, gələcəkdə, həmin davranışları öz ailələrində tətbiq edirlər və bu davranışın gender modelini yaradır”.


Deputat problemdən çıxış yolunu qadınların və uşaqların öz hüqüqlarını bilməsində, qadınların təhsildən yayınmamasında, yerlərdə psixoloji mərkəzlərin açılmasında ( hər hansı situasiyada qadınların və uşaqların professional yardım ala bilməsi üçün) görür.


“Ailələrdə vəziyyətə nazərət, lazımı orqanlara müraciət etmək üçün köməkliyin göstərilməsinə görə sosial işçi inistitutuna ehtiyac var”.


Paylaş



Bölmə: Kriminal / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!