Mehriban Əliyevadan Prezidentlə bağlı paylaşım .....                        Orban İlham Əliyevi təbrik etdi .....                        Makron yeni hökuməti təsdiqlədi .....                        Ağdamda maşın sərxoş piyadanı vurub öldürdü .....                        XİN Başçısı Belqradda Heydər Əliyevin abidəsini ziyarət etdi .....                        Bakıda uçqun oldu: Ölən var .....                        Bakıda vəzifəli şəxsin hamamda meyiti tapıldı .....                        Bakı metrosunun yeni sədri işə başladı .....                        Haluk Levent xəstəxanaya yerləşdirildi .....                       
Tarix : 6-02-2017, 11:36
Vəzifədə olan qadınların statistikası açıqlandı

“Azərbaycan əhalisinin ümumi sayının 50,2% -i təşkil edən qadınlar cəmiyyətin müxtəlif sferalarında çalışırlar. Azərbaycanın demək olar ki, əksər rayonlarında İcra Hakimiyyəti başçılarının müavinləri qadınlardır. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 29,2%- ə çatıb, sahibkarlar arasında isə qadınların iştirakçılığı 20%- ə çatıb”.

Butov.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova yap.org.az-a müsahibəsində deyib.

Komitə sədri bildirib ki, bu gün bədən tərbiyəsi və idmanla məşğul olanların 40% -i qadınlardır: “Milli Məclisdə qadın millət vəkillərinin sayı da artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3%-ni, qadınlar təşkil edirdisə, 2015-ci il parlament seçkilərində qadın millət vəkillərinin sayı artaraq 16,8%-ə yüksəlib. 2009-cu ildəki seçkilərdə bələdiyyə üzvü seçilmiş qadınlar 26,7% olub. 2014-cü ildə isə bələdiyyə üzvü seçilmiş qadınların sayı 35% təşkil edib:

Eləcə də, hüquq-mühafizə və məhkəmə orqanlarında, diplomatik sahədə çalışan qadınlarımızın sayı ildən-ilə artmaqdadır. Bu məqsədlə Komitə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birgə “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” texniki yardım layihəsi həyata keçirir. Artıq layihə çərçivəsində Sabirabadda 7, Masallıda14, Neftçalada 6 qadın biznes fəaliyyətinə başlayıb. Və bu da, qadın sahibkarlığının inkişafı ilə yanaşı, əlavə iş yerlərinin yaranması deməkdir. Layihənin davamı kimi, Biləsuvar və Salyanda hazırlıq işləri görülür”.

Komitə sədri qeyd edib ki, qadınların iqtisadi cəhətdən gücləndirilməsi ailə münasibətlərinə təsir edir. Belə ki, əgər 2012-ci ildə 73 469 nəfər sahibkar qadın var idisə, 2016-cı ilin əvvəlinə bu rəqəm 113 889 nəfərə qalxıb, yəni 20%-ə çatıb.

Hicran Hüseynova bildirib ki, az təhsilli və iqtisadi asılılığı olan qadınlar daha çox zorakılığa məruz qalır. Belə qadınlar fiziki, psixoloji problemlərlə yanaşı, həm də iqtisadi problemlərlə üzləşirlər: “Qadınların iqtisadi cəhətdən gücləndirilməsi ailə münasibətlərinə də təsir edir. Ailə büdcəsinə öz tövhəsini verməklə yanaşı, qadının özünə inam hissi artır, ailədə iqtisadi cəhətdən asılı olmur, eyni zamanda özlərinin iqtisadi və ictimai həyatda bərabər iştirakını təmin etmiş olurlar. Qadınlarımız üçün Qadın Resurs Mərkəzləri yaratmışıq və burada digər məsələlərlə yanşı maliyyə əməliyyatların aparılması, ailə büdcəsinin düzgün formalaşdırılması, biznes planların qurulması, yazılması sahəsində qadınlarımıza təlimlər keçirilir. Ailənin gəlirləri, onun düzgün xərclənməsi və digər məsələlər izah olunur. Burada digər bir məqam da kiçik və orta biznes fəaliyyətinə başalyan qadınlara resuslardan, xüsusilə banklardan biznes kreditin səmərəli şəkildə götürmək qaydaları öyrədilir. Bir məsələni unutmaq olmaz ki, qadınların hüquqlarının müdafiəsinə nail olmaq üçün, məişət zorakılığının aradan qaldırılması vacibdir”.

Boşanma hallarının çoxalmasından danışan Hicran hüseynova bildirib ki, son illər ailələr bir sıra müvəqqəti və daimi xarakterli problemlərlə qarşılaşırlar.

“Bizim malik olduğumuz əxlaq normaları, İslam və ümumbəşəri dəyərlər məişətimizdə, adət-ənənələrimizdə qorunur və gələcək nəsillərə ötürülür. Həmçinin, ailə institutu dinamikdir. Zamana uyğun olaraq onun bu və ya digər funksiyalarına yeni elementlər daxil olur. Məsələn, elm və texnologiyanın inkişafının ailələrə təsirini göstərə bilərik. Bu təsir həm müsbət, həm də mənfi ola bilər. Müasir dövr, informasiya, texnologiya dövrüdür, istər- istəməz bu prosesdən kənarda qala bilmərik. Lakin, biz ailələrimizi - bu, qiymətli sərvəti yad təsirlərdən qorumaqla yanaşı, mütərəqqi dəyərlərdən istifadə edərək zənginləşdirməli, gənc nəsli daha sağlam tərbiyələndirməliyik. Əfsuslar olsun ki, son illər ailələr bir sıra müvəqqəti və daimi xarakterli problemlərlə qarşılaşırlar. Bunların sırasında məişət zorakılığı, selektiv abortlar, erkən nikah və təhsildən yayınma, intihar halları var. Bəzi boşanan qadınlar yaşayış yeri və mülkiyyət hüququndan məhrum olur, iqtisadi çətinliklərlə üzləşirlər, uşaqlar üçün nəzərdə tutulmuş aliment ödənilmir”.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!