COP29-un bağlanış mərasimi keçirilir .....                        "Fənərbağça"dan inamlı qələbə .....                        Hazırda təklif olunan razılaşma yaxşı deyil .....                        YENI ÖZBEKISTANDA GENÇLERE SUNULAN FIRSATLAR: BAŞARILARIM VE DENEYIMIM .....                        AYB-NİN MİNGƏÇEVİR BÖLMƏSİ-25 .....                        İlk səfərini Türkiyəyə edəcək .....                        Taleh Yüzbəyovun xanımı qəzaya düşdü .....                        Samuxda ağır qəza: Ölən var .....                        Samuxda ağır qəza: Ölən var .....                       
Tarix : 12-02-2016, 09:39
 Masallıda sahibkarın hüquqları  pozulur


Sahibkarın kobud şəkildə pozulmuş hüquqları Ərkivan qəsəbə Bələdiyyəsi və məhkəmə tərəfindən təkrar pozulmuşdur.

Belə ki, Azərbaycan Respublikası Prezidentinin özəlləşmə haqqındakı sərəncamı və Masallı rayon İHB-nin 31 yanvar 1995-cı il tarixli 85 saylı qərarına, Masallı rayon Torpaq Komissiyasının aktına əsasən Ərkivan qəsəbəsində keçmiş Tara bazası adlanan sahəni, yəni zonalararası K/t Maşınlarının təmiri dizayner idarəsinin avadanlıqlarını 0.62 ha torpaq sahəsi ilə birlikdə 7 saylı Təmir-tikinti Dizayner Trestinin rəisi olmuş, hazırda Masallı rayon Su Kanalizasiya idarəsinin müdiri işləyən Cahangirov Müzəffər Şükür oğlundan 5.6 milyon rubla alaraq orada Masallı rayon İcra Hakimiyyəti başçısının 85 saylı 31 yanvar 1998-ci il tarixli sərəncamına əsasən "Qeyrət" kiçik müəssisəsi yaratmışdır. Buna baxmayaraq Ərkivan kənd Bələdiyyəsi "Qeyrət" kiçik müəssisəsinin torpağını müxtəlif adamlara sataraq sahibkarın hüquqlarını kobud şəkildə pozmuşdur. Əmlakının sökülüb-dağıdılması, kiçik müəssisəyə məxsus olan torpağı Ərkivan kənd Bələdiyyəsi tərəfindən müxtəlif vətəndaşlara qanunsuz satılması barədə Masallı rayon məhkəməsinə müraciət edən sahibkar Ə.Bədəlovun hüquqlarını Masallı rayon məhkəməsinin hakimi Tofiq Heydərov müdafiə etməmiş, əksinə qanunsuz alınan torpaq sahiblərini müdafiə etmişdir. Çünki sahibkar Ə.Bədəlov hakimin tələbini ödəyə bilməmişdir. Bu fakt sahibkarın ərizəsində öz əksini tapmışdır. Bununla da sahibkara məxsus 0.62 ha torpaq sahəsini alan vətəndaşlar daşınmaz əmlakın 15 saylı şöbənin işçiləri ilə birlikdə “Qeyrət” kiçik müəssisəsinin əmlakını dağıdaraq orada iz belə qoymamışlar.
Sahibkarın pozulmuş hüquqları barədə etdiyi müraciətlərə nə Şirvan Apellyasiya məhkəməsində, nə də Ali məhkəmənin mülkü işlər kollegiyasında ədalətli baxıb həqiqətin aşkara çıxarılmasına təşəbbüs göstərmişlər. Belə olduqda bir sual meydana çıxır: Əgər "Qeyrət" kiçik müəssisəsinin hakim Heydərov Tofiqin qərarına əsasən nə dəzgahı, nə torpağı olmayıbsa, bəs 7 saylı zonalararası təmir tikinti dizayner trestinin müdiri Müzəffər Cahangirov hansı əsasla sahəni adı çəkilən sahibkara əmlakı ilə birlikdə satmışdır?! Onun dediyi kimi "Qeyrət" kiçik müəssisənin adı çəkilən torpaqda nə inventar, nə də qurğuları olmuşdur. Sual olunur. Olmayan əmlaka görə sahibkarla hansı əsasla müqavilə bağlamış və dövlətə 5.6 milyon rubl ödətdirmişdir?
Onu da xatırlatmaq ədalətli olardı ki, "Qeyrət" kiçik müəssisəsinin əmlakının 15 saylı ərazi idarəsinin işçiləri Dövlət Əmlak Komitəsinin sədr müavini Rafiq Cəlilovun 08/11646 B-156 saylı 29 dekabr 2008-ci il tarixli məktubundan sonra gecədən xeyli keçmiş daşınmaz əmlakın Masallı rayon üzrə əməkdaşları “Qeyrət” kiçik müəssiəsinin əmlakını dağıdıb orada iz belə qoymamışlar.
Sahibkar bu barədə Masallı rayon məhkəməsi qarşısında iddia qaldırmış, işə baxan hakim Tofiq Heydərov iddianı yerində araşdırmamış, öyrədilmiş şahidlərin yalan ifadələrinə hüquqi qiymət vermiş, sahibkarın iddiasını təmin etməmişdir. Masallı rayon məhkəməsinin hakimi Tofiq heydərovun fərziyələrə, böhtanlara əsasən çıxardığı qətnaməsinə istinad edən Şirvan Apellyasiya Məhkəməsi, Ali Məhkəmənin mülkü işlər kollegiyası da sahibkarın hüquqlarını müdafiə etməmişlər.
Beləliklə, sahibkar Ə.Bədəlovun hüquqları məhkəmələrdə müdafiə olunmamış və sahibkarın 5.6 milyon rublun dövlətə ödənilməsi səbəbi məhkəmələr tərəfindən araşdırılmamışdır. Belə çıxır ki, 7 saylı Təmir Tikinti Dizayner Trestinin müdiri işləmiş, hal-hazırda Masallı Su Kanal idarəsinin müdiri Müzəffər Şükür oğlu Cahangirov sahibkarı aldatmış ona külli-miqdarda ziyan vurmuşdur. Bu da Azərbaycan Respublikası CM-nin78.3.1 maddəsinin Cahangirov tərəfindən kobud şəkildə pozulması deməkdir. Məhkəmələrdə baş verən ədalətsizlik, ona qarşı olunan saxtakarlıqla əlaqədar Ali məhkəmənin sədrinin qəbuluna yazılan "Qeyrət" kiçik müəssisənin sahibi Ə.Bədəlovu R.Rzayev qəbul edib dinləməmişdir. Beləliklə, sahibkarın konstitutsiya hüquqları kobud şəkildə pozulmuşdur.
Ümidvarıq sahibkar Ə.Bədəlovun kobud şəkildə pozulmuş hüquqları aidiyyatı orqanlar tərəfindən bərpa olunacaq.

Qələmə aldı: Burcəli Bədəlov
“Hüquq və Azadlıq” ictimai siyasi hüqiq qəzetinin
redaktor müavini

"Bütöv Azərbaycan" qəzeti
11 fevral 2016-cı il


Paylaş



Bölmə: Kriminal / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!