Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                       
28-07-2024, 13:10
Sabahın hava proqnozu - Yağış, külək


Sabahın hava proqnozu - Yağış, külək

Sabah, iyulun 29-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 19-23° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Gecə və səhər arabir duman.
Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 25-30° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-18° isti olacaq.
28-07-2024, 12:32
Azərbaycanda on çaydan sel keçdi


Azərbaycanda on çaydan sel keçdi

İyulun 28-i saat 11:30-a olan məlumata əsasən bölgələrdə qeyri-sabit hava şəraiti davam edir, bəzi yerlərdə leysan xarakterli güclü yağış yağır.
Bu barədə ETSN yanında Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qeyd olunub ki, yağan leysan xarakterli yağışlar nəticəsində isə Qəbələ rayonu ərazisindən axan Dəmiraparançaydan, Şəki rayonu ərazisindən axan Kişçaydan, Zaqatala rayonu ərazisindən axan Talaçaydan, Qax rayonu ərazisindən axan Kürmükçaydan, Quba rayonu ərazisindən axan Xınalıqçaydan, Samux rayonu ərazisindən axan Qabırrıçaydan, Daşkəsən rayonu ərazisindən axan Dəstəfurçaydan, Gəncəçaydan, Astara rayonu ərazisindən axan Təngərüdçaydan, Tovuz rayonu ərazisindən axan Zəyəmçaydan sel keçib.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 27, Aran rayonlarında 28, dağlıq rayonlarda isə 16 dərəcəyədək isti qeydə alınıb.
28-07-2024, 10:15
Fəzail Ağamalının qızının deputatlığa namizədliyi təsdiqləndi - FOTO


Fəzail Ağamalının qızının deputatlığa namizədliyi təsdiqləndi - FOTO

Növbədənkənar parlament seçkilərində namizəd olmaq üçün müraciət edənlərdən daha biri təsdiqlənib.
Ana Vətən Partiyası sədrinin Humanitar və Kommunikasiya Məsələləri üzrə müşaviri, deputat Fəzail Ağamalının qızı Günay Ağamalı bu il sentyabrın 1-də Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürüb.
“Qarşıdan gələn növbədənkənar Parlament seçkilərində iştrak etmək üçün 65 saylı Salyan-Biləsuvar-Neftçala Dairə Seçki Komissiyası tərəfindən rəsmi şəkildə qeydiyyata alındım. Öz imzaları ilə mənə etimad göstərib, belə bir şansı verən dəyərli seçicilərimə dərin təşəkkürümü bildirirəm”, - Günay Ağamalı bildirib.
Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri sentyabrın 1-də keçiriləcək. Mərkəzi Seçki Komissiyası (MSK) bəyan edib ki, namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin müvafiq dairə seçki komissiyalarına təqdim edilməsi səsvermə gününə ən çox 50, ən azı isə 30 günə qalmışa qədər 18:00-dək davam edəcək.

27-07-2024, 21:42
Millimiz Avropa çempionatının finalında


Millimiz Avropa çempionatının finalında

Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi Kosovonun paytaxtı Priştina şəhərində keçirilən Avropa çempionatının C divizionunun finalına vəsiqə qazanıb.
Yarımfinalda Kiprlə üz-üzə gələn yığmamız rəqibinə 66:49 hesabı ilə qalib gələrək həlledici mərhələyə yüksəlib.
Qarşılaşmanın ən məhsuldar basketbolçusu millimizin üzvü Angelina İsmayılova (26 xal, 4 ribaund) olub.
Azərbaycan seçməsinin iyulun 28-də baş tutacaq final oyunundakı rəqibi Kosovo-Albaniya görüşünün qalibi olacaq.
27-07-2024, 16:26
Paris Olimpiadasında Azərbaycana qarşı təxribat


Paris Olimpiadasında Azərbaycana qarşı təxribat

Ötən gecə Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarının açılış mərasimi Azərbaycana qarşı təxribatla yadda qalıb.
Təxribata səbəb "France 2" telekanalının aparıcısı Loran Delausun olimpiya komandalarının paradının keçidi zamanı səsləndirdiyi fikirlər olub.
Şərhçinin Sena boyunca bərələrlə üzən komandaların paradı zamanı dediyi sözlər Azərbaycan tərəfində etiraz doğurub.
Belə ki, Ermənistan komandası səhnəyə çıxanda fransız aparıcı deyib:
“Və təbii ki, bizim dostlarımız ermənilərdir. Ermənistan tarixən fransızların qəlbinə yaxın bir ölkədir. Ötən il Ermənistan üçün matəm ili olub və Qarabağın Azərbaycan ordusunun əlinə keçməsi və itirlməsilə nəticələnib”.
“Fransa-2” telekanalının bu təxribatından sonra Azərbaycan Milli Olimpiya Komitəsinin Beynəlxalq Olimpiya Komitəsinə şikayət edəcəyi gözlənilir.
27-07-2024, 14:44
Parlament seçkilərini müşahidə edəcək müşahidəçilərin sayı


Parlament seçkilərini müşahidə edəcək müşahidəçilərin sayı

1 sentyabr növbədənkənar parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlanıb.
Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.
O deyib ki, indiyə qədər 2794 müşahidəçi qeydə alınıb. Onların 1867-si öz təşəbbüsü ilə müraciət edib, 569-u QHT-lər, 126-sı isə YAP xətti ilə qeydiyyatdan keçib.
ATƏT Təsisatlar və İnsan Hüquqları Bürosunun isə 11 beynəlxalq müşahidəçisi qeydə alınıb.
27-07-2024, 14:38
87 nəfərin deputatlığa namizədliyi qeydə alınıb - MSK sədri


87 nəfərin deputatlığa namizədliyi qeydə alınıb - MSK sədri

İndiyə qədər növbədənkənar parlament seçkiləri ilə əlaqədar 1255 nəfərin deputatlığa namizədliyi irəli sürülüb.
Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.
Namizədliyi irəli sürülən 1255 nəfər arasında 454 nəfər 25 siyasi partiyanın nümayəndəsidir.
Ümumilikdə 516 namizədliyi irəli sürülən şəxsin siyasi partiya mənsubiyyəti var.
"Deputatlığa namizədliyini irəli sürənlərdən 1092 nəfəri imza vərəqəsi alıb, 388 nəfər isə imza vərəqələrini qaytarıb", - deyə MSK sədri əlavə edib.
M.Pənahov qeyd edib ki, indiyə qədər 87 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
27-07-2024, 14:36
Məzahir Pənahovdan deputatlığa namizədlərə xəbərdarlıq


Məzahir Pənahovdan deputatlığa namizədlərə xəbərdarlıq

"Hələ seçkiqabağı təşviqat başlamayıb, media orqanları bunu nəzərə almalıdır".
Bunu oyulun 27-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov bildirib.
MSK deyib ki, qeydə alınmış namizədlər belə hallara yol verməməli, təşviqata başlamamalıdırlar.
“Belə hallar olsa, MSK araşdıraraq hətta həmin şəxsin namizədliyini də ləğv edə bilər”, - o əlavə edib.
27-07-2024, 13:30
Minimum əmək haqqı artacaq - AÇIQLAMA


Minimum əmək haqqı artacaq - AÇIQLAMA

Önümüzdəki zamanlarda minimum əmək haqqının artırılacağı ilə bağlı xəbərlər yayılıb. Hazırda 345 manat olan minimum əmək haqqının artım faizi nə qədər ola bilər?
İqtisadçı ekspert Xalid Kərimli bildirib ki, böyük ehtimalla minimum əmək haqqı yanvarın 1-dən artırılacaq:
“Artımın 10-15% arası olacağı gözlənilir. Ötən il 8.8% infilyasiya olub, bu il də infilyasiya gözlənilir. Ona görə də minimum əmək haqqının artırılmasında bu nüansların nəzərə alınacağını düşünürəm. Amma minimum əmək haqqının artırılması ciddi qərar olduğu üçün ciddi də analizlər tələb edir. Bu ölkədə əməkhaqqlarının şəffaflaşmasına dəstək verir”.
Ekspertin sözlərinə görə, burada özəl sektor da qanunvericiliyə riayət etməlidir:
“Bu baxımdan minimum əmək haqqının kəskin artırılması ölkədə özəl sektor üçün ciddi surətdə problem yarada bilər. Çünki özəl qurumların imkanlarınn məhdud, zəif olması, işçilərə daha yüksək əmək haqqı verilə bilməməsi problem yaradır. Hökumət işçi xərcinin kəskin artırılması zamanı özəl sektorun qarşılaya biləcəyi məbləği hesablayır. Bu zaman dövlətin özünün də maliyyə imkanları hesablanır”.
X.Kərimli qeyd edib ki, minimum əmək haqqı dedikdə maaşların ən aşağı miqdarı nəzərdə tutulur:
“Azərbaycanda əmək qabiliyyətli əhalinin yaşayış minimumu var ki, bu şəxslərə minimum nə qədər məbləğ lazımdır. Minimum əmək haqqı yaşayış minimumundan hazırda da yüksəkdir. Minimum əmək haqqı hər il infilyasiyaya uyğun olaraq artırılır. Önümüzdəki il də maksimim 390-400 manat olacaq”.
27-07-2024, 12:42
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

İyulun 28-də gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 19-23° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70% olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman. Mülayim şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 25-29° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-16° isti olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!