Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 20-05-2024, 18:23
Sahibə Qafarova latviyalı həmkarı ilə görüşdü - FOTO


Sahibə Qafarova latviyalı həmkarı ilə görüşdü - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Latviya Respublikası Seyminin sədri Dayqa Mierinyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Əvvəlcə Latviya parlamentinin sədri Milli Məclisin plenar iclas zalı ilə tanış olub.
Sonra qonaqlar Milli Məclisdə Heydər Əliyev Muzeyində olublar, Dayqa Mierinya Xatirə kitabını imzalayıb.
Görüşdə qeyd olunub ki, 2018-ci ildə 100 illik yubileylərini qeyd etmiş Azərbaycan və Latviya bənzər tarixə malik dost və strateji tərəfdaş ölkələrdirlər. Bu gün ölkələrimiz arasında siyasi sahədəki sıx əməkdaşlıq iqtisadi, mədəni, elmi-texniki və humanitar sahələrdə də əlaqələrin daha da genişlənməsinə öz müsbət təsirini göstərməkdədir. Dövlət başçılarının yüksək səviyyəli qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin, müntəzəm təmasların, həmçinin müxtəlif sahələrdə imzalanan sənədlərin iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyi diqqətə çatdırılıb.
Sahibə Qafarova inamını ifadə edib ki, bu səfər ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrin daha da inkişafına və möhkəmlənməsinə töhfə verəcək.
İki il öncə Latviyaya rəsmi səfəri çərçivəsində keçirilən görüşləri, aparılan danışıqları məmnuniyyətlə xatırlayan Milli Məclisin sədri, ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin rolunu xüsusi qeyd edib. Görüşdə parlament sədrlərinin, işçi qruplarının qarşılıqlı səfərlərinin, müntəzəm görüşlərinin mühüm əhəmiyyət daşıdığı vurğulanıb, həmçinin parlamentlərin profil komitələri və komissiyaları arasında əlaqələrin dərinləşdirilməsinin vacibliyi qeyd olunub.
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasından sonra regionda yaranmış yeni vəziyyət barədə məlumat verən Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, torpaqlarımızın 30 il işğal altında saxlanılmasına və münaqişənin həll olunmamasına səbəb ölkəmizə münasibətdə ikili standartların nümayiş olunması olmuşdur. Bu illər ərzində BMT TŞ-nin 4 məlum qətnaməsi və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş sənədlər icra olunmayıb.
Üç gün öncə Cenevrə şəhərində Ermənistan parlamentinin spikeri ilə keçirilmiş ikinci görüşünün təfərrüatları barədə danışan Milli Məclisin sədri bildirib ki, Azərbaycan sülh gündəliyinə sadiqliyini nümayiş etdirib. O deyib ki, sülh gündəliyinin irəli aparılması üçün yaxşı imkanlar mövcuddur. Spiker Sahibə Qafarovanın sözlərinə görə, iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində də proses davam etdirilir.
Söhbət zamanı ölkəmizin işğaldan azad edilmiş ərazilərində aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, həmçinin "ağıllı şəhər", "ağıllı kənd" layihələrinin icrası barədə məlumat verilib. Mina terrorunun bu ərazilərdə keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına geri qaytarılması prosesini ciddi ləngidən amillərdən olduğu bildirilib.
Azərbaycana ilk rəsmi səfərinin ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyini qeyd etdiyimiz bir vaxta təsadüf etdiyini deyən Latviya parlamentinin sədri ölkəmizə səfərini əlamətdar adlandırıb. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüş barədə məlumat verən qonaq, görüşdə ikitərəfli əlaqələrin müxtəlif sahələrini əhatə edən əməkdaşlığın dərinləşdirilməsi barədə fikir mübadiləsinin aparıldığını deyib. Qonaq, Latviyanın 2026-2027-ci illər üçün BMT TŞ-nin qeyri-daimi üzvlüyü məsələsində Azərbaycanın birmənalı dəstəyinə görə təşəkkürünü bildirib.
Azərbaycana səfəri çərçivəsində Qarabağ regionuna səfərindən söz açan Latviya parlamentinin sədri, Füzuli və Şuşa şəhərləri ilə tanışlıq zamanı gördükləri barədə təəssüratları ilə bölüşüb. O, deyib ki, bu səfər ərazidə yaşayan insanlarla görüşmək, danışmaq, Azərbaycan tarixinin ağır səhifələri, regionda baş verənlər barədə məlumat almaq baxımından əhəmiyyətli oldu.
O, Latviyanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyini bildirib.
Görüşdə qeyd olunub ki, ölkələrimiz arasında diplomatik əlaqələrin qurulması 30 illik müddəti əhatə etsə də, xalqlarımız arasında mədəni əlaqələrin tarixi daha dərindir. Seymin sədri 100 ildən də əvvəl latviyalı rəssam Yulie Straumenin Şuşada yaşadığını və orada müəllim işlədiyini, həmçinin onun Şuşada Azərbaycan xalçalarının kolleksiyasını yaratdığını xatırladıb. Qonaq bu faktın onlar üçün xüsusi əhəmiyyətini qeyd edib.
Dayqa Mierina Qarabağa səfəri zamanı Azərbaycan dövləti tərəfindən aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin də şahidi olduğunu söyləyib. O, Azərbaycanın regionda davamlı sülhün bərqərar olunması, delimitasiya-demarkasiya işlərinin aparılması, həmçinin ölkəmizin bölgədə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindəki rolunu təqdir edərək deyib ki, gələcəkdə latviyalı şirkətlər də Qarabağda aparılan bərpa və yenidənqurma işlərində iştirak edə bilərlər.
Söhbət zamanı Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a ev sahibliyi haqqında da fikir mübadiləsi aparılıb. Sahibə Qafarova Milli Məclisin də COP29 çərçivəsində keçiriləcək tədbirlərə fəal qoşulacağını, bu çərçivədə Azərbaycan Parlamentinin Parlamentlərarası İttifaqla birlikdə təşkil edəcəyi Parlament konfransı haqqında da məlumat verib.
Qonaq ölkəmizin belə mötəbər beynəlxalq tədbirə evsahibliyi etməsi münasibətilə təbriklərini çatdırıb, Latviyanın COP29-un həyata keçirilməsində Azərbaycana yaxından dəstək göstərməyə hazır olduğunu bildirib.
Görüşdə digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.






Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!