ADNA terrorundan 15 il keçir .....                        Türkiyədən Fransanın təxribatçı qərarına reaksiya .....                        Rusiya Odessanı bombaladı - 4 ölü, 28 yaralı .....                        Ukraynaya “Patriot” verilməsi prioritet məsələdir - Stoltenberq .....                        Avropa Parlamentinin üzvündən Azərbaycana dəstək .....                        CHP sədri ilə Ərdoğanın görüş tarixi bəlli oldu .....                        Ərdoğan Bahçelinin evinə getdi - FOTO .....                        Xəritələrə əsasən, 4 kənd Azərbaycana məxsus olub - Ermənistan Ədliyyə Nazirliyi .....                        Su Ehtiyatları Agentliyinin qurumlarının nizamnamələri təsdiqləndi .....                       
17-12-2021, 11:14
Belarus Brüsseldəki mövqeyinə görə Azərbaycana təşəkkür etdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun belaruslu həmkarı Vladimir Makey ilə telefon danışığı baş tutub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tərəflər Azərbaycan və Belarus arasında əməkdaşlıq gündəliyinin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar. İkitərəfli əməkdaşlığın inkişafı perspektivlərini müzakirə ediblər.

Vladimir Makey Şərq Tərəfdaşlığının 6-cı Zirvə görüşü nəticəsində qəbul olunan Birgə Bəyannamədə Belarusla bağlı bəndə dair Azərbaycanın nümayiş etdirdiyi beynəlxalq hüquqa əsaslanan konstruktiv yanaşmaya görə təşəkkürünü ifadə edib.

Nazirlər, həmçinin regional vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Bütöv.az
17-12-2021, 10:53
Hulusi Akardan Azərbaycanla bağlı BƏYANAT: Müdafiə naziri nəyi demək istəyir? – TƏHLİL

Azərbaycan və Türkiyənin Ermənistanla münasibətlərini normallaşdırması istiqamətində atılan addımlar fonunda Türkiyə milli müdafiə naziri Hulusi Akarın verdiyi bəyanat Ankaranın Cənubi Qafqazdakı hərbi iştirakını gücləndirdiyinə dair mühüm mesajları özündə ehtiva edir.

Hulusi Akarın sitatına diqqət çəkməzdən öncə bir neçə məsələyə nəzər yetirmək lazımdır:

1. Bir həftə öncə, dekabrın 10-da Ağdamda fəaliyyət göstərən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi Qarabağda atəşkəsin pozulması faktlarına dair ortaq açıqlama ilə çıxış etdilər.

Bu zamana qədər isə daha çox Rusiya Müdafiə Nazirliyi informasiya yayımında təşəbbüsü ələ almışdı, hərçənd ki, bunun Türkiyə ilə razılaşdırılıb-razılaşdırılmadığına dair da aydın təsəvvürlər yoxdur.

Səbəb nə olursa-olsun, Türkiyə tərəfi informasiya məkanında tarazlıq yarada bildi və bundan sonra Monitorinq Mərkəzinin açıqlamalarında ağırlıq dərəcəsi bərabər bölüşdürüləcək.

2. Dekabrın 10-da Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı Ağcabədiyə gedib. Burada Türkiyənin Missiya Qrup Komandanlığının tərkibində olan Missiyaya Dəstək Komandanlığını ziyarət edib.

Postmüharibə dövründə Azərbaycandakı Türkiyənin Xüsusi Xidmət Komandanlığının konsepsiyası formallıqdan keyfiyyətcə yeni mərhələyə keçib.

Türkiyə Quru Qoşunlarının əməliyyat üzrə rəisi, general-mayor Bəxtiyar Ersay Azərbaycanda Xidmət Qrupu Komandanlığının rəisi vəzifəsinə gətirilib, general Abdulla Qatırçı da Azərbaycan Xidmət Qrupu Komandanlığının Birgə Mərkəz Komandanlığına təyin edilib (Təyinatlar bu ilin avqustunda baş tutub).

Keçən müddət ərzində şübhəsiz ki, türk generallar hərbi şəraiti analiz edərək öz ölkələrinin operativ məlumatlandırılmasında əsas mənbə rolunda çıxış edirlər.

Görünən budur ki, Ankaranın Bakı ilə münasibətlərinin strateji müttəfiqlik səviyyəsi, hərbi əməkdaşlığın dərinləşərək ölçüsünü əhəmiyyətli dərəcədə böyütməsi Türkiyənin Cənubi Qafqazdakı prioritetlərini yeni fazaya daxil edir.

Təbii ki, müharibə bitib, ancaq postkonflikt dövrünün özünün də riskləri mövcuddur və mümkün təhlükələrə qarşı Azərbaycanla Türkiyə birgə immunitet formalaşdırır.

Hulusi Akarın verdiyi bəyanat da risklərə qarşı Bakı-Ankara tandeminin müştərək maraqlar kontekstində müdafiə zolağı yaratdığının göstəricisidir.

Akarın sitatına diqqət edək: “Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyə Silahlı Qüvvələri ölkə daxilində və ölkəmizin hüdudlarından kənarda həm özünün, həm də Şimali Kipr, Liviya, Azərbaycan kimi dost və qardaş ölkələrin təhlükəsizliyini, hüquqlarını, manafeyini qorumaq üçün yay-qış, gecə-gündüz, dağ-dərə bilmədən “Ölsəm şəhid, qalsam qazi” prinsipi ilə mübarizəsini davam etdirir”.

Müdafiə nazirinin açıqlaması Türkiyənin Azərbaycanda hərbi iştirak səviyyəsini qaldırdığının göstəricisidir və onu göstərir ki, Ankara üçün Azərbaycanın təhlükəsizliyi xarici siyasətinin prioritetləri sırasındadır.

Hulusi Akar bir az sadə ifadə etsək, “bundan sonra Azərbaycana hər hansı təhlükə mövcud olsa, qarşısında Türkiyəni görəcək” demək istəyir.

Cənab Akar bu bəyanatını həm də Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə keçirilən danışıqlardan sonra səsləndirdi. Bunun təsadüf, yoxsa məqsədli şəkildə olduğunu aydınlaşdırmaq çətindir, hərçənd ki, başa düşmək çətin deyil ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması heç də hər kəsin marağında deyil.

Bütöv.az
17-12-2021, 10:52
İki rayona yeni prokuror TƏYİNATLARI

Zəngilan rayon prokuroru Lalə Hüseynova tutduğu vəzifədən azad olunaraq Hacıqabul rayon prokuroru vəzifəsinə təyin edilib.

Bütöv.az-ın əldə etdiyi məlumata görə, Baş prokuror Kamran Əliyevin digər əmri ilə Baş Prokurorluğun müvafiq idarəsinin böyük prokuroru Qibləli Kərimov tutduğu vəzifədən azad olunaraq Zəngilan rayon prokuroru vəzifəsinə təyin edilib.

Məlumatı Baş Prokurorluğun Mətbuat xidməti təsdiqləyib.
17-12-2021, 10:44
Futbol millimiz neytral meydanda oynaya bilər

UEFA Millətlər Liqasında Azərbaycan millisi Belarus yığması ilə səfər görüşünü neytral ölkədə keçirilə bilər.

Bütöv.az xəbər verir ki, bu, Belarusda siyasi vəziyyətin qaydasında olmaması ilə əlaqədardır.

UEFA prezidenti Aleksander Çeferin yaxın vaxtlarda orada UEFA-nın hansısa turnirinin olmayacağını bildirib.

Qeyd edək ki, Avropa İttifaqı İrlandiya aviaşirkəti “Ryanair”ə məxsus təyyarə ilə bağlı insident üzündən bu ölkəyə səfərlər ləğv olunub. UEFA isə qarşılıq olaraq 2021-ci ildə Belarusda heç bir yarışın olmayacağını açıqlayıb. Nəticədə Belarus yığması dünya çempionatının seçmə mərhələsindəki rəqiblərini Tatarıstanın paytaxtı Kazanda qəbul etməli olub.

Xatırladaq ki, millimiz Millətlər Liqasında yeni mövsümə 2022-ci ilin iyunun 2-də start verəcək. Komandamızın rəqibləri C Liqasında Belarusdan başqa, Slovakiya və Qazaxıstan/Moldova komandalarıdır.
17-12-2021, 10:41
Azad olunmuş ərazilərimizdə ümumqoşun atış sahəsinin açılışı olub - VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti işğaldan azad edilən ərazilərdə yeni inşa olunmuş təlim mərkəzinin açılışında iştirak edib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə nazirinə məruzə olunub ki, mərkəzdə təlimlərə cəlb ediləcək şəxsi heyətin, təlim-döyüş texnikasının yerləşməsi və fəaliyyəti üçün bütün lazımi infrastruktur qurulub.

Xüsusi olaraq modelləşdirilmiş təlim mərkəzi real döyüş şəraitinə uyğunlaşdırılaraq inşa edilib. Burada müxtəlif növ döyüş texnikasının mürəkkəb relyef və çətin hava şəraitində idarə olunması, eləcə də onlardan atəş açılması üzrə praktiki vərdişlərin təkmilləşdirilməsi üçün məşğələlərin keçirilməsi nəzərdə tutulub.

Bununla yanaşı, təlim mərkəzində minaatan, qumbaraatan, atıcı və digər silahlardan atış çalışmalarının yerinə yetirilməsi, döyüş tapşırıqlarının icra edilməsi üzrə mövzuların tədrisi və praktiki məşq etdirilməsi üçün lazımi şərait yaradılıb.

Qeyd edilib ki, hərbi qulluqçuların döyüş hazırlığının daha da artırılması və peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə təlim məşqləri ixtisaslı mütəxəssis-təlimatçılar tərəfindən həyata keçiriləcək.

Ümumqoşun atış sahəsinə baxış keçirdikdən sonra müdafiə naziri bölmələrin nümayiş döyüş atışlarını izləyib.

General-polkovnik Z.Həsənov Vətən müharibəsində qazanılan təcrübənin tətbiq edilməsi ilə müasir təlim-məşq üsullarının öyrənilməsi, onların döyüş hazırlığında tətbiqi və mövcud şəraitə uyğunlaşdırılaraq icra olunması ilə bağlı müvafiq tapşırıqlar verib.



Bütöv.az
17-12-2021, 10:38
Kəmaləddin Heydərovdan yeni TƏYİNAT

Azərbaycan Respublikası Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “AzərİnşaatLayihə” Dövlət Baş Layihə Konstruktor Texnoloji İnstitutunun baş direktoru dəyişdirilib.

“Qaynarinfo”nun əldə etdiyi məlumata görə, fövqəladə fallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Səxavət Böyükbala oğlu Əsədov bu qurumun direktoru təyin olunub.

Qeyd edək ki, Səxavət Əsədov Fövqəladə Hallar Nazirliyində mühəndis fəaliyyəti sahəsində səmərəli xidmətinə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 15 dekabr 2014-cü il tarixli sərəncamı ilə “Əməkdar mühəndis” fəxri adına layiq görülüb.

Bütöv.az
17-12-2021, 10:19
Bakıda yaşlı qadın baxıcı tərəfindən döyüldü - VİDEO

Bakıda xəstə yaşlı qadına qarşı fiziki zorakılıq edilib.

Bütöv.az xəbər verir ki, hadisə ilə bağlı videogörüntü qeydə alınıb.

Müşahidə kameralarına düşən bu kadrlar paytaxtın Pirallahı rayonu, Süleyman Bağırov küçəsində baş verib.

Qızı anası 75 yaşlı Zemfira Musayeva ilə bir yaşamadığından ona kömək məqsədi ilə dərmanlarının və yeməyinin vaxtında verilməsi üçün baxıcı tutub. Bu ilin sentyabrın 13-dən 63 yaşlı baxıcı onların evinə gəlib və Zemfira Musayevaya xidmət göstərib. Ta ki, qadının bədənindən xəsarət izləri aşkar edilən günə qədər. Zemfira Musayevanın qızı iddia edir ki, baxıcı onlara gəldikdən təxminən 1-2 ay sonra anasının bədənində xəsarətlər aşkar edib.

Xəstəlik səbəbindən qadın danışa bilmədiyi üçün onun özünə xəsarət yetirməsi Zemfira Musayevanın qızında şübhə yaradıb. O, anasının yaşadığı evə müşahidə kamerası quraşdırıb. Zemfira Musayevanın qızı kamera qoyudluqdan sonra baxıcı Sona Axundovanın anasına necə qulluq etməsinin şahidi olub.

Xəzər TV-nin əməkdaşları qadının müraciətindən sonra həmin ünvana yollanıb, yaşlı qadının həqiqətən ağır xəstə və nitqində qüsur olduğunun şahidi olublar.

Hadisə ilə bağlı Zemfira Musayevaya baxan Sona Axundova ilə də əlaqə saxlanılıb. Qadın səs yazısının efirə yayımlanmasını istəməyib. Amma hadisə ilə bağlı ətraflı məlumat verib. Sona Axundova hadisənin səhər saat 7-də baş verdiyini və yuxulu olarkən törətdiyini etiraf edib. O, bu hadisəni törədərkən fikrinin öz evində xəstə olan uşağında qaldığını, bir qədər də əsəbi olması səbəbindən anidən baş verdiyini deyib. Sona Axundova yaşlı qadına doğma anası kimi baxdığını və bu hadisəyə görə peşman olduğunu da bildirib.

Zemfira Musayevanın qızı hadisə ilə bağlı ''102-i xidməti'' nə məlumat verib. Polis hər iki tərəfin izahatını alıb. Hazırda iş Pirallahı Rayon Prokurorluğunda araşdırılır. Araşdırmanın sonunda məsələyə hüquqi qiymət veriləcək.

17-12-2021, 10:17
Təbii qaz ucuzlaşıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb.

Bütöv.az xəbər verir ki, yanvarda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,79% azalaraq 3,752 ABŞ dolları təşkil edib.
16-12-2021, 18:28
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 30 303 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 335, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 126, buster doza üzrə vaksinasiya olunanların sayı isə 22 842 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 990 538, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 131 789, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 630 793, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 227 956 təşkil edir.

Bütöv.az
16-12-2021, 18:26
“Qəbələ”nin yeni baş menecerinin adı bilindi

“Qəbələ” klubunun yeni baş menecerinin kimliyi bilinib.

Bu barədə Bütöv.az-a “Qəbələ”nin prezidenti Fariz Nəcəfov bildirib.

Onun sözlərinə görə, “Qəbələ” İdman Klubunun Futbol Akademiyasında rəhbər postunu tutan Nail Kərimov həm də baş menecer funksiyasını icra edəcək:

“Klubun baş meneceri Zaur Əzizov qış fasiləsindən sonra “Neftçi”də fəaliyyətini davam etdirəcək. İnanıram ki, bizdə olduğu kimi, orada da işləri uğurlu olar.

Onun yerinə isə klub Akademiyasının direktoru Nail Kərimovu təyin edəcəyik. O, klubun baş meneceri kimi həm əsas komandanın, həm də Akademiyanın fəaliyyətinə nəzarət edəcək”.

Qeyd edək ki, karyerasına idman jurnalisti kimi başlamış Nail Kərimov uzun illərdir ki, “Qəbələ”də çalışır. O əvvəl klubun mətbuat katibi, daha sonra Akademiyanın direktor müavini və sonda Akademiyanın rəhbəri postunda çalışıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!