“Toyunda hədələdi, sonra da öldürdü” - Faciəvi qətlin detalları .....                        İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd edib .....                        Təyyarə yaşayış binasına çırpıldı .....                        Sumqayıtda qardaş qardaşı bıçaqladı .....                        Türkiyə və Azərbaycan hərbçilərinin təlimi keçirilib .....                        Son 10 mövsümün tamaşaçı rekordu .....                        Əfqanıstanda güclü zəlzələ oldu .....                        “Zirə” Azərbaycan çempionu oldu .....                        Bakının mərkəzindəki bu yol BAĞLANACAQ .....                       
19-03-2024, 20:19
Laçın sakinləri ilaxır çərşənbənu coşqu ilə qeyd etdilər - FOTO


Laçın sakinləri ilaxır çərşənbənu coşqu ilə qeyd etdilər - FOTO

Uzun illər sonra doğma yurdlarına qayıtmış Laçın sakinləri ilaxır çərşənbəni böyük coşqu ilə qeyd ediblər. Həkəri çayının kənarında təşkil edilən bayram tədbirində həm də “Can Laçın” adlı Novruz yarmarkası təşkil olunub.
Azərbaycan Respublikası Prezidentinin Laçın üzrə Xüsusi Nümayəndəliyi, Bakı Abadlıq Xidməti MMC və Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü və təşkilatçılığı ilə keçirilən bayram tədbirində rəsmi şəxslər, Laçın sakinləri, Laçının tikinti və abadlıq işlərində çalışanlarla bərabər qonaqlar da iştirak edib.
Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev və “Laçın Abadlıq Xidməti” MMC-nin direktoru Nəsimi Əsədov çıxış edərək laçınlıları Novruz bayramı münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıblar.
“Can Laçın” yarmarkasında həm Laçında ərsəyə gələn məhsullar, həm də respublikanın müxtəlif bölgələrindən gəlmiş sənətkarların əl işləri sərgilənib. Yarmarkaya usta Hüseyn Hacı Mustafazadə dünyada məşhur şəbəkələri ilə, Aqil Kərimov milli üslubda hazırladığı papaqlarla, usta Zahid Vələdov milli musiqi alətləri ilə, xalq yaradıcılığı üzrə mütəxəssis Elnarə Rəsulova şəxsi kolleksiyası ilə qatılıblar. Bundan başqa, yarmarkada “Gilabi Ceramics”, “İslimi”, “Zili”, “Darayı” milli brendlərinin məhsulları da sərgilənib. Laçın torpağında becərilən kənd təsərrüfatı məhsulları, laçınlı xanımların əl işləri və şirniyyatlar, “Zerti Aqrosənaye” kompleksinin məhsulları da yarmarkada yer alıb.
Bayram tədbirində milli adətlərimizə uyğun müxtəlif əyləncəli proqramlar nümayiş olunub. Novruzun personajları olan Kosa və Keçəl “İsma Bikes”in istehsalı olan velosipedlərdə bayram tədbirinə gəliblər. Bayram tədbirində hədiyyəli müsabiqələr və yarışmalar da təşkil edilib. Kosa bayram iştirakçılarının adları yazılan kağız parçalarını öz xurcununa yığıb və müsabiqədə adları çıxan beş nəfərə “İsma Bikes”in velosipedləri hədiyyə olunub.
Kosa və Keçəl tapmacalar deyib, yumurta döyüşdürüblər. Bayram tədbirində respublikanın tanınmış incəsənət ustalarının, Laçın rayonundan olan aşıqların, Dövlət Mahnı Teatrının, Beynəlxalq Muğam Mərkəzinin solistlərinin iştirakı ilə rəngarəng konsert proqramı təqdim olunub.
Bayram tədbirində Novruz tonqalı alovlandırılıb, iştirakçılar “Yallı” və şən musiqi sədaları altında rəqs ediblər.
Bayram tədbirində iştirak edən Laçın sakinlərinin təəssüratını öyrənilib. Sevil Ağayeva deyib: “32 il Vətənimizdən, doğma yurdumuzdan kənarda yaşamaq məcburiyyətində qaldıq. Biz cənnətdən qovulmuşlar idik. İndi cənnətimizə qovuşmuşuq. Özümü dünyanın ən bəxtəvəri hesab edirəm ki, Laçınıma qayıtmışam. Əziz bayramımız Novruzun belə yüksək səviyyədə qeyd olunması ürəyimi dağa döndərir. Sevincimdən ürəyim sinəmə yerləşmir. Prezidentimizə cansağlığı arzulayıram. Allah şəhidlərimizə rəhmət eləsin”.
Orxan Əhmədov isə deyib: “30 ildən artıq müddətdə Ağcabədidə məskunlaşdıq. Bu illər ərzində ən böyük diləyimiz Laçınımıza qayıtmaq, bayramlarımızı burada keçirmək olub. Bu gün arzularımız reallaşıb. Doğma yurdumuza qayıtmışıq. İlaxır çərşənbəni yüksək əhvalla qeyd edirik. Buna görə sevincimizin həddi-hüdudu yoxdur”.
Qeyd edək ki, “Can Laçın” yarmarkası ilk dəfə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təşkil olunub.





19-03-2024, 16:15
“Stimul Hospital” baş verən ölüm ilə bağlı açıqlama yaydı


“Stimul Hospital” baş verən ölüm ilə bağlı açıqlama yaydı

“Stimul Hospital” Şirvan şəhər sakini Bahar
Qasımovanın 18 mart 2024-cü ildə baş verən ölümü ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir:
“1967-ci il təvəllüdlü xəstə 07.03.2024-cü il tarixdə ürək bulanma, tək-tək qusma, göbək altı nahiyədə ağrılar, arıqlama şikayətləri ilə hospitala müraciət edib. Həkimin apardığı obyektiv müayinə və analizlər əsasında xroniki qastritin və xroniki kolitin kəskinləşməsi diaqnozu qoyulub, ambulator şəraitdə qan azlığına görə müalicəsinə başlanıb.
09.03.2024-cü il tarixdə xəstə “İstanbul NS Kilinikası”nda qastrofibroskapiya müayinəsindən keçib.
11.03.2024-cü tarixdən başlayaraq 18.03.2024-cü il tarixədək xəstəyə ambulator şəraitdə antianemik müalicə tətbiq olunması üçün sistemlər köçürülüb, sistemlərin heç bir əlavə təsiri olmayıb.
18.03.2024-cü il tarixdə xəstə “İstanbul NS Klinikası”nda ağciyərin rentgeni müayinəsindən keçib, həmin tarixdə sistem köçürülməsi üçün hospitala gəldikdən sonra sistem köçürülən zaman xəstənin vəziyyəti anidən pisləşib. Xəstəyə dərhal reanimasion tədbirlər (süni tənəffüs, ürək masajı, adrenalin inyeksiyası) görülüb. Yarım saatdan artıq aparılan reanimasion tədbirlərə baxmayaraq, xəstəni xilas etmək mümkün olmayıb.
Baş vermiş faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Ölümün dəqiq səbəbi təyin olunmuş ekspertiza nəticəsində müəyyən olunacaq. Hospitalın kollektivi adından xəstənin yaxınlarına dərin hüznlə başsağlığı veririk”.
19-03-2024, 15:58
Aİ-nin Ermənistandakı missiyasında türk müşahidəçi də olacaq? - Açıqlama


Aİ-nin Ermənistandakı missiyasında türk müşahidəçi də olacaq? - Açıqlama

"Türkiyədən olan müşahidəçi Aİ-nin Ermənistandakı missiyasının tərkibində ola bilərmi?"
Bu barədə sualı parlamentdə müxalif “Hayastan” fraksiyasının deputatı Qeğam Manukyan Ermənistan XİN rəhbərinin müavini Mnatsakan Safaryana ünvanlayıb.
O, Ermənistanın müşahidəçilərin sayına nəzarət edə biləcəyini də soruşub.
Mnatsakan Safaryan cavabında bildirib ki, bu barədə siyasi dialoq zamanı razılıq əldə olunacaq: "Bu dialoq zamanı missiya əməkdaşlarının sayı da müzakirə olunacaq".
19-03-2024, 15:27
Ağalı kəndində bayram tədbiri təşkil olundu - VİDEO


Ağalı kəndində bayram tədbiri təşkil olundu - ViDEO

Zəngilan rayonun Ağalı kəndində Novruz bayramı münasibətilə bayram tədbiri təşkil olunub.
İlaxır çərşənbədə bayram tonqalı qalanıb və musiqiçilərin iştirakı ilə konsert keçirilib.

[media=https://youtu.be/YIAi9bF8-Q8]
19-03-2024, 15:14
Təhsil müəssisələrində istirahətdən sonrakı ilk iş gününün tarixi açıqlandı


Təhsil müəssisələrində istirahətdən sonrakı ilk iş gününün tarixi açıqlandı

Beş günlük qrafiklə işləyən təhsil müəssisələrində ilk iş günü 27 mart olacaq.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Qeyd olunub ki, altı günlük qrafiklə işləyən müəssisələrdə isə ilk iş günü 26 mart tarixidir.
Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı müəyyən edilib. 5 günlük iş həftəsində çalışan əməkdaşlar üçün 23 və 24 mart tarixləri həftələrarası istirahət günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq 25 və 26 mart da qeyri-iş günləridir.
19-03-2024, 14:53
Binəqədidə Novruz şənliyi keçirildi - FOTO


Binəqədidə Novruz şənliyi keçirildi - FOTO

Martın 18-də Binəqədi rayonunda Bakı Şəhər İcra Hakimiyyəti, Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə ümumrayon Novruz şənliyi keçirilib.
Suveren Azərbaycanımızda xalqımızın ən əziz və sevimli bayramı olan Novruz bayramı hər il olduğu kimi böyük coşqu ilə qeyd edilir.
Bu münasibətlə ölkəmizin hər bir tərəfində bayram şənlikləri və konsert proqramları təşkil edilir. Bayram günlərindəki şənliklər öz kütləviliyi ilə seçilir. Hər bir məkanda olduğu kimi Novruz ərəfəsində Binəqədi rayonunun bütün ərazilərində parklar bayramsayağı bəzədilib, səmənilər quraşdırılıb.
Binəqədi rayonunda bu il Novruz şənliyi Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə rayonunun Həmzə Babaşov-16 küçəsində “Bizim həyət” layihəsi çərçivəsində yaradılan məhəllədə qeyd edilib.
Bayram tədbirində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİH başçısı aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, rəsmi qonaqlar və rayon ictimaiyyətin nümayəndələri, məhəllə sakinləri iştirak edirdilər. Tədbirdə xüsusi olaraq ayrılmış sahədə Novruz adət-ənənələri nümayiş etdirildi, Dədə Qorqud öyüd-nəsihətləri, bayram duaları, təbrikləri, Kosa və Keçəl duzlu-məzəli zarafatları ilə insanları şənləndiriblər.
Elxan Allahverdiyev əziz bayram günündə şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edərək, şəhid ailələrini, torpaqlarımızın keşiyində dayanan əsgər və zabitləri, tədbir iştirakçılarını, rayon sakinlərini Novruz bayramı münasibətilə təbrik edərək, hər kəsə xoş bayram ovqatı arzulayıb.
Məhəllə sakinləri, ağsaqqallar, şəhid ailələrinin üzvləri, qazılər bayramı yüksək sevinc hissi ilə qeyd ediblər. Bayramda müğənnilərin ifasında müxtəlif şən mahnılar səslənib, Novruzun əsas personajları olan Kosa, Keçəl və Bahar qızı toplaşanları şənləndirdi və bayram tonqalının ətrafında sakinlərlə birgə rəqs ediblər. Ululuq və ağsaqqallıq rəmzi sayılan Dədə Qorqud, eləcə də Bahar qızı bayram münasibəti ilə rayon sakinlərini təbrik edərək yeni ildə ölkəmizə bol ruzi-bərəkət və əmin-amanlıq arzulayıblar.
Qədim ənənələrimizin canlandırıldığı şənlikdə Dədə Qorqud bayram tonqalını qalamaqla bu şad gündə el-obanı birliyə, həmrəyliyə səslədi. Parkın bir tərəfində isə yeniyetmə və gənc idmançılar müxtəlif idman numunələri ilə çıxış etdilər. Cəngi sədaları altında kəndirbaz və gənc idmançılar öz məharətlərini göstərdilər. Şənlikdə həmçinin ictimai-iaşə xidməti göstərilmiş, yerli müəssisələrin istehsal etdikləri məhsullar sakinlərə təqdim edildi. Hazırlanan müxtəlif növ milli yeməklər, bayram şirniyyatları, şərbət və içkilər tədbir iştirakçılarına təklif olunub.
Qonaqların və rayon ictimayyətinin iştirak etdiyi böyük konsert proqramında sevilən sənətçilərin ifasında səslənən bir-birindən gözəl bayram əhval-ruhiyyəli musiqilər tamaşaçılara xoş ovqat bəxş edib.



19-03-2024, 14:36
Sumqayıtda 7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən şəxsə hökm oxundu


Sumqayıtda 7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən şəxsə hökm oxundu

Sumqayıtda 7 yaşlı uşağa xəsarətlər yetirərək ölümünə səbəb olmaqda ittiham olunan idman müəllimi Mehman Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bu gün Sumqayıt Ağır Cinayətlər məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs son söz deyib.
Mehman Xəlilov son sözündə özünü qismən təqsirli bildiyini, Fəridin ən sevimli şagirdi olduğunu deyib: “Məsələnin bu qədər böyüməsinə səbəb sosial şəbəklər oldu”.
Daha sonra məhkəmə hökm elan etmək üçün müşavirəyə gedib.
Müşavirədən sonra hökm elan olunub.
Hökmə əsasən, Mehman Xəlilov 19 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, dövlət ittihamçısı Mehman Xəlilovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
İttihama görə, ötən il aprelin 29-da 2016-cı il təvəllüdlü Fərid Bakarovun Sumqayıt Şəhər Uşaq Xəstəxanasında ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıt şəhəri ərazində yerləşən məktəblərdən birində sambo idman növü üzrə keçirilən məşq zamanı Fərid Bakarova xəsarətlər yetirməsi nəticəsində sonuncunun həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub.
Xatırladaq ki, Sumqayıt Şəhər Məhkəməsində Mehman Xəlilov barəsindəki 4 aylıq həbs qətimkan tədbiri seçilib. Təqdimata baxılarkən Mehman Xəlilov özünü təqsirli bilmədiyini, uşağın ölümündə günahkar olmadığını deyib.
Mehman Xəlilov ilkin olaraq Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirli bilinib. Daha sonra ona CM-nin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
19-03-2024, 14:36
Sumqayıtda 7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən şəxsə hökm oxundu


Sumqayıtda 7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən şəxsə hökm oxundu

Sumqayıtda 7 yaşlı uşağa xəsarətlər yetirərək ölümünə səbəb olmaqda ittiham olunan idman müəllimi Mehman Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bu gün Sumqayıt Ağır Cinayətlər məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs son söz deyib.
Mehman Xəlilov son sözündə özünü qismən təqsirli bildiyini, Fəridin ən sevimli şagirdi olduğunu deyib: “Məsələnin bu qədər böyüməsinə səbəb sosial şəbəklər oldu”.
Daha sonra məhkəmə hökm elan etmək üçün müşavirəyə gedib.
Müşavirədən sonra hökm elan olunub.
Hökmə əsasən, Mehman Xəlilov 19 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, dövlət ittihamçısı Mehman Xəlilovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
İttihama görə, ötən il aprelin 29-da 2016-cı il təvəllüdlü Fərid Bakarovun Sumqayıt Şəhər Uşaq Xəstəxanasında ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıt şəhəri ərazində yerləşən məktəblərdən birində sambo idman növü üzrə keçirilən məşq zamanı Fərid Bakarova xəsarətlər yetirməsi nəticəsində sonuncunun həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub.
Xatırladaq ki, Sumqayıt Şəhər Məhkəməsində Mehman Xəlilov barəsindəki 4 aylıq həbs qətimkan tədbiri seçilib. Təqdimata baxılarkən Mehman Xəlilov özünü təqsirli bilmədiyini, uşağın ölümündə günahkar olmadığını deyib.
Mehman Xəlilov ilkin olaraq Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirli bilinib. Daha sonra ona CM-nin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
19-03-2024, 00:17
Bu gün ilaxır çərşənbəsidir


Bu gün ilaxır çərşənbəsidir

Bu gün Azərbaycanda Novruz bayramının 4 çərşənbəsindən sonuncusu, ilaxır çərşənbə – Torpaq çərşənbəsidir.
Novruzdan əvvəl onun bərəkətlilik simvolu olan 4 çərşənbə qeyd edilir - Su, Od, Yel və ilaxır çərşənbə - Torpaq çərşənbəsi. Torpaq çərşənbəsi torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır.
Axır çərşənbə günü bayram süfrəsi açılır, tonqal qalanır, plov dəmlənir, səməni, xonça bəzədilir. İlaxır çərşənbənin qapı pusmaq, şam yandırmaq, bayramlaşmaq, fala baxmaq və bir çox adət-ənənələri var. Axır çərşənbə günü şamı yarımçıq söndürməzlər, ailə üzvlərinin sayına görə şam yandırar, evdən od, kibrit, neft, ağartı, un, çörək verməzlər.
Qeyd edək ki, bu il yaz fəsli ölkəyə martın 20-si saat 07:06-da daxil olacaq. Bu zaman gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edib göy ekvatorunu kəsərək cənub yarımkürəsindən şimalyarımkürəsinə keçəcək. Həmin andan etibarən Şimal yarımkürəsində Yaz fəsli başlayacaq. Şimal yarımkürəsində Yaz fəsli iyun ayının 21-ə qədər davam edəcək.
18-03-2024, 23:56
Azay Quliyev ATƏT PA-da görüşlər keçirdi


Azay Quliyev ATƏT PA-da görüşlər keçirdi

Martın 18-də ATƏT Parlament Assambleyasının (PA) İqtisadi Məsələlər, Elm, Texnologiya və Ətraf Mühit üzrə Baş Komitəsinin sədri Azay Quliyev ATƏT-in mənzil-qərargahında və PA-nın Vyana ofisində olub.
Bu barədə ATƏT PA məlumat yayıb.
Azay Quliyev ATƏT regionunda iqtisadi və ekoloji təhlükəsizliyin gücləndirilməsinə yönəlmiş hökumət səyləri ilə tanış olub.
Qarşıdan gələn bir sıra yüksək səviyyəli tədbirlər, ATƏT-in Malta konfransı, o cümlədən bu ilin sonunda Bakıda keçiriləcək və COP29-u nəzərə alaraq iqlim dəyişikliyinə xüsusi diqqət yetirilib. A.Quliyev süni intellektin ATƏT PA-nın İkinci Komitəsinin də əsas prioriteti olduğunu qeyd edib və Lissabonda bu mövzuya həsr olunmuş konfrans haqqında məlumat verib. Digər prioritet mövzular arasında Ukraynadakı müharibənin ətraf mühitə təsiri, korrupsiyaya qarşı mübarizə, yaşıl enerjiyə keçid, enerji təhlükəsizliyi və əlaqə daxildir.
“ATƏT məkanının və daha geniş dünyanın üzləşdiyi misli görünməmiş çağırışları nəzərə alaraq, əsas iqtisadi və ekoloji təhlükəsizlik təhdidlərinin həllində ATƏT-in icra və parlament strukturları arasında daha çox yaxınlaşma yaratmaq üçün birgə işləmək vacibdir”, - Azay Quliyev deyib. O qeyd edib ki, ATƏT PA-nın İkinci Komitəsi iqtisadi və ekoloji problemlərin bütöv və bir-birindən asılı şəkildə həllinə çalışır və bu, ancaq hökumət, icraedici və parlamentin səmərəli əməkdaşlığı ilə mümkündür.
Azay Quliyevi ATƏT-in İqtisadi və Ekoloji Fəaliyyətlər üzrə yeni koordinatoru Bakıt Cüsupov, onun iki müavini Ralf Ernst Ralf və Silvi Qoyet qarşılayıb. O, İqtisadi İdarəetmə Bölməsi və Ətraf Mühitin Mühafizəsi üzrə Əməkdaşlıq Departamenti tərəfindən rəqəmsal uçurumların aradan qaldırılması və rəqəmsal texnologiyalara və bacarıqlara daha geniş çıxışın təşviqi, iqlimə davamlılıq və təsirlərin azaldılması, korrupsiya ilə mübarizə və ərzaq məhsullarının artırılması sahələrində də daxil olmaqla, davam edən geniş spektrli fəaliyyətlər barədə məlumatlandırılıb. Planlaşdırma və Koordinasiya bölməsi ilə aparılan müzakirələr qarşıdan gələn tədbirlərlə bağlı planların mübadiləsinə imkan yaratdıb.
Azay Quliyev həmçinin 2024-cü ildə ATƏT-in Malta sədrliyinin nümayəndələri, o cümlədən İqtisadi və Ətraf Mühit Məsələləri şöbəsinin rəhbəri Giulia Buhagiar ilə əməkdaşlığın gücləndirilməsi yollarını araşdırıb. ATƏT PA-nın Vyana ofisində Malta sədrliyi ilə görüşdə Azay Quliyev 2024-cü il İqtisadi və Ətraf Mühit Forumunun gündəliyi ilə bağlı son konsensusun əldə olunmasını alqışlayıb. Xüsusilə iqlim dəyişikliyi ilə mübarizə kontekstində və COP29 baxımından gələcək fəaliyyətlər üzrə əməkdaşlığın dərinləşdirilməsi yolları müzakirə olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!