Azərbaycanla bağlı proqnoz dəyişmədi .....                        ABŞ İranın 10 gəmisini məhv etdi .....                        Rusiyalı diplomatlar partlayış nəticəsində yaralandılar .....                        İranda müharibə nə vaxt başa çatacaq? .....                        "Qalatasaray" tarixi qələbə qazandı .....                        Polis daha bir tiktokeri saxladı .....                        Ceyhun Bayramov Omanın yeni qeyri-rezident səfirini qəbul edib .....                        Səfirlik ölən azərbaycanlı ilə bağlı məlumat yaydı .....                        Baş nazir hökumət üzvlərini topladı .....                       
24-12-2025, 15:31
Səhiyyə Nazirliyi əhaliyə çağırış etdi - Peyvənd vurun


Səhiyyə Nazirliyi əhaliyə çağırış etdi - Peyvənd vurun[b][/b]

Adətən qrip infeksiyasına yoluxma hallarının artması payız-qış mövsümündə rast gəlsə də, yoluxmanın pik həddi məhz dekabr-fevral aylarına təsadüf edir.
Bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayımda nazirliyin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, infeksiyanın yayılmasının artması bir neçə səbəbdən irəli gəlir: “Bağlı məkanlarda insanların yaxın məsafələrdə sıx təmasları qaçılmaz olur ki, bu da yoluxmanın daha asan baş tutmasına gətirib çıxarır. Onu da qeyd etmək lazımdır ki, otaqların müxtəlif üsullarla isidilməsi zamanı daxildə rütubət azalır və quru havada viruslar daha uzun müddət asılı vəziyyətdə havada qala bildiyindən hətta nisbi uzaq məsafələrdə belə yoluxma reallaşa bilir”.
Nazirliyin mütəxəssis-eksperti qeyd edib ki, qarşıdan qış tətili, bayram günləri gəlir və istər böyüklərin, istərsə də uşaqların istirahət, əyləncə mərkəzlərində çox sayda toplanması bu dövrdə qrip infeksiyasına yoluxan şəxslərin sayının artmasına səbəb ola bilər: “Tətil və bayram günlərində əhalinin sıx toplaşdığı yerlərdən mümkün qədər yayınmaq tövsiyə olunur”.
Təyyar Eyvazov qeyd edib ki, bu viruslar arasında daha ağır, fəsadlı gedişi və əlverişsiz nəticələri ilə seçilən məhz qrip virusunun spesifik profilaktikasını, yəni ona qarşı vaksinasiyanı yaddan çıxarmaq olmaz: “Qripə qarşı vaksinasiya olunanlar yoluxduqda ya xəstələnmir, yəni infeksiyanın asimptomatik variantını keçirir, ya da xəstələnərsə də belə xəstəliyi yüngül, fəsadsız keçirir, qısa müddət ərzində sağalır, virusu daha az insanlara ötürür. Ona görə hazırda Səhiyyə Nazirliyinin dəstəyi ilə ölkəmizə gətirilmiş və kifayət qədər effektiv və təhlükəsiz olan qripə qarşı vaksinlə peyvənd olunmaq tövsiyə olunur. Bu peyvəndlər yaşayış və iş yeri ərazisində xidmət göstərən ambulator-poliklinik tibb müəssisələrində mövcuddur və müraciət olunan şəxslər ödənişsiz olaraq peyvənd olunurlar”.
24-12-2025, 15:23
Hava xəbərdarlığı - Qar yağacaq, şaxta olacaq


Hava xəbərdarlığı - Qar yağacaq, şaxta olacaq

Azərbaycanın rayonlarında dekabrın 25-i gündüzdən başlayaraq 26-sı gündüzədək bəzi yerlərdə hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimal olunur.

24-12-2025, 15:18
“Qarabağ” şikayət etdi - UEFA ispan klubunu cərimələdi


“Qarabağ” şikayət etdi - UEFA ispan klubunu cərimələdi

UEFA İspaniyanın “Atletik” klubunu Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunda “Qarabağ”a 3:1 hesabı ilə qalib gəldikləri oyuna görə cəzalandırıb.
Bilbao təmsilçisi azarkeşlərinin həmin matçda etdiklərinə görə 10 min avro (20 min manat) cərimələnib.
Qeyd edək ki, sözügedən matç zamanı “Atletik” komandasının fanatları vaxtilə erməni separatçılarının Qarabağda yaratdıqları qondarma rejimin bayrağını qaldırmışdı. “Qarabağ” rəsmiləri isə həm oyundan əvvəl, həm də oyun zamanı şəhərdə baş verən təxribatlarla bağlı meydan sahiblərinə məlumat vermişdi, həmçinin UEFA-ya müraciət etmişdi.
24-12-2025, 15:14
Türkiyənin həmin diplomları ölkəmizdə tanınmır


Türkiyənin həmin diplomları ölkəmizdə tanınmır

Azərbaycanla Türkiyə arasında təhsil sahəsində formalaşmış dərin əməkdaşlıq və qarşılıqlı etimada əsaslanan münasibətlər son illər daha da genişlənir. Lakin mövcud uğurlarla yanaşı, müəyyən bir sıra problemlər də diqqət çəkir. Məhz bu kontekstdə Baş nazir Əli Əsədov Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında çıxışı zamanı bəzi Azərbaycan universitetlərinin məzunlarının Türkiyədə təhsillərini davam etdirə bilməməsi məsələsinə toxunaraq, problemin həllinin iki qardaş ölkə arasında təhsil əməkdaşlığının daha da möhkəmlənməsinə töhfə verəcəyini vurğulayıb.
Baş nazir bildirib ki, Azərbaycanın bəzi universitetlərinin məzunları təhsillərini Türkiyədə davam etdirmək istəsələr də bunu edə bilmirlər. Səbəb isə həmin universitetlərin diplomlarının Türkiyənin Ali Təhsil Şurası tərəfindən tanınmamasıdır.
Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi qeyd edib ki, Azərbaycan vətəndaşlarının Türkiyədə ali təhsil alması və ya aldıqları təhsilin tanınması bir çox istiqamətdə əlçatan olsa da, xüsusilə tibb, hüquq və bir sıra digər ixtisaslar üzrə bu əlçatanlıq tam təmin edilmir. Ekspertin sözlərinə görə, bunun səbəbləri Baş Nazir Əli Əsədov tərəfindən də vurğulanıb.
“Düşünürəm ki, bu sahədə qanunvericilikdə müəyyən dəyişikliklər edilməlidir. Eyni zamanda ali təhsil proqramları elə qurulmalıdır ki, təkcə Türkiyə universitetlərinə deyil, dünyanın digər ölkələrinin ali təhsil müəssisələrinə yönləndirmə zamanı da hər hansı çətinlik yaranmasın”.
Ekspert həmçinin, ikinci diplom proqramı ilə bağlı müvafiq qərarlar qəbul edilməsinə də diqqət çəkib:
“Bu proqram çərçivəsində Türkiyə universitetlərinin Azərbaycanda ən azı tədris prosesində iştirak etməsi gələcəkdə Azərbaycan vətəndaşlarının Türkiyədə təhsil almasına müəyyən stimul verə bilər. Bundan əlavə, qəbul qaydalarında və tədris proqramlarında ediləcək dəyişikliklər də vətəndaşlarımızın Türkiyə universitetlərində təhsil almasını asanlaşdıra bilər”.
E.Əfəndi onu da əlavə edib ki, bəzi hallarda qeyri-qanuni yollarla Türkiyə universitetlərinə qəbul halları mövcuddur və nəticə etibarilə həmin diplomlar ölkəmizdə tanınmır:
“Lakin Azərbaycanda rəsmi şəkildə ali təhsil almış və sonradan magistratura və ya doktorantura pillələrində Türkiyədə təhsilini davam etdirmək istəyən vətəndaşlarımız müxtəlif maneələrlə üzləşirlər.
Bu problemlər daha çox özəl universitetləri bitirən məzunlarda müşahidə olunur. Eyni zamanda bəzi dövlət universitetlərinin məzunları da Türkiyə universitetləri tərəfindən yetərli hesab edilmədiyi üçün imtina ilə qarşılaşırlar. Bununla belə, elə ali təhsil müəssisələrimiz də var ki, onların məzunları Türkiyə universitetlərində təhsillərini rahatlıqla davam etdirə bilirlər”.
Təhsil mütəxəssisi Türkiyə universitetləri tərəfindən tanınan ali məktəblərimiz sırasında Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və digərləri yer aldığını bildirib:
“Düşünürəm ki, qarşıdakı illərdə Baş nazir Əli Əsədovun qaldırdığı məsələlərin qarşılıqlı tanınma mexanizmlərinin formalaşdırılması və ali səviyyədə müzakirə olunan problemlərin həlli istiqamətində atılan addımlar bu sahədə mövcud çətinliklərin aradan qaldırılmasına, eləcə də vətəndaşlarımız üçün daha əlverişli təhsil imkanlarının yaradılmasına şərait yaradacaq”,- deyə E.Əfəndi qeyd edib.
24-12-2025, 14:06
Tokayev İlham Əliyevə zəng etdi


Tokayev İlham Əliyevə zəng etdi

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Qazaxıstanın dövlətinin başçısı Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar və cansağlığı arzulayıb.
Azərbaycan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Telefon danışığı əsnasında ölkələrimiz arasında dostluq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələr üzrə uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrimizin genişlənməsində yüksəksəviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunulub. Bu xüsusda, Azərbaycan Prezidentinin oktyabrda Qazaxıstana dövlət səfəri, həmçinin Kasım-Jomart Tokayevin ölkəmizə səfəri məmnunluqla xatırlanıb.
Dövlət başçıları əməkdaşlığımızın perspektivləri və gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar.
24-12-2025, 13:59
“Kanal-11” in rəhbərinin cəzası azaldıldı


“Kanal-11” in rəhbərinin cəzası azaldıldı

"Kanal 11" internet televiziyasının həbsdə olan rəhbəri Teymur Kərimovun barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.
Bu gün Ali Məhkəmədə hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.
Kassasiya şikayəti qismən təmin edilib. Onun cəzası 2 il azaldılıb.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Teymur Kərimov 2 il jurnalistika fəaliyyətinə qadağa qoyulmaqla, 8 il müddətində azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi təqsirləndirilən Teymur Kərimovun cəzasını 1 il azaltmışdı.
Teymur Kərimov və onunla birgə ittiham olunan İstək Totiyevanın barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qroxu yolu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan edilib.
Onunla birgə ittiham olunan İstək Totiyevaya isə 2 il sınaq müddəti seçilməklə şərti cəza verilib.
24-12-2025, 13:35
Kobaxidze İlham Əliyevi təbrik etdi


Kobaxidze İlham Əliyevi təbrik etdi

Dekabrın 24-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd edilib ki, Gürcüstanın Baş naziri Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.
Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Söhbət zamanı dostluq və mehriban qonşuluq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyi vurğulanıb, əməkdaşlığımızın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
24-12-2025, 13:25
Sarayda marşrut avtobusu yandı


Sarayda marşrut avtobusu yandı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Sumqayıt şosesinin Abşeron rayonu, Saray qəsəbəsindən keçən hissəsində avtobusda yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən avtobusda baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Xəsarət alan yoxdur.
24-12-2025, 13:22
Bakıya yağış, rayonlara qar yağacaq - Sabahın havası


Bakıya yağış, rayonlara qar yağacaq - Sabahın havası

Azərbaycanda dekabrın 25-də havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlərdə çiskinli, axşam isə arabir yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütununu 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər şərq rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-11° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-5° isti olacaq.
24-12-2025, 13:10
Azərbaycandan benzin alan daha bir erməni şirkəti məlum oldu


Azərbaycandan benzin alan daha bir erməni şirkəti məlum oldu

Azərbaycandan Ermənistana benzin idxal edən ikinci şirkətin də adı məlum olub.
Ermənistanın Dövlət Gəlirləri Komitəsinin məlumatına görə, həmin şirkət “Shisha World” MMC-dir.
Hüquqi şəxslərin dövlət reyestrinə əsasən, adı çəkilən şirkətin Samvel Mkrtçyana məxsusdur. Şirkət 2022-ci ilin dekabr ayında təsis edilib.
Bundan əvvəl Azərbaycandan digər benzin idxalçısının "Mülki müqavilə" fraksiyasından olan deputat Xaçatur Sukiasyanın ailəsinə məxsus olan "Mega Trade" olduğu bildirilib.
"Mega Trade" Azərbaycandan 600 ton benzin idxal edib.
Xatırladaq ki, Azərbaycandan dəmir yolu ilə 22 vaqon premium benzin Ermənistana idxal edilib.
Dünən məlum olub ki, bu benzin Sukiasyanın şirkətinə məxsus Run Oil yanacaqdoldurma məntəqələrində litri 430 drama satılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!