TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
28-01-2026, 17:48
Bakıda oğurluq edənlər saxlanıldılar


Bakıda oğurluq edənlər saxlanıldılar

Paytaxtın Xəzər rayonunda oğurluq hadisəsi baş verib.
Bu barədə DİN məlumat yayıb.
Bildirilir ki, rayon sakini polisə müraciət edərək “Tufan” markalı mopedinin oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən H.Həsənov və E.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıblar.
Nərimanov rayonunda isə bir nəfərə məxsus içərisində pul, mobil telefon və bank kartları olan pul kisəsini talamaqda şübhəli bilinən N.Məmmədova da polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar davam etdirilir.
28-01-2026, 17:46
Dövlət Agentliyinin şirkəti borclanıb


Dövlət Agentliyinin şirkəti borclanıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus 10 №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin dövlət qarşısında vergi borcu yarım milyona çatır.
Məlumata görə, MMC-nin hazırda Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə borcu 488 089.64 manat təşkil edir.
Qeyd edək ki, 10 №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin nizamnamə kapitalı 1 505 600 manatdır. Şirkətin direktoru isə Araz Bəndəliyevdir. O, daha əvvəl 14 №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru olub.
28-01-2026, 17:44
Ağsunun 2 kəndinə şad xəbər: su dərdi çəkməyəcəklər


Ağsunun 2 kəndinə şad xəbər: su dərdi çəkməyəcəklər

Ağsu rayonu Sanqalan və Quzey kəndlərinin içməli su təchizatının yaxşılaşdırılması işlərinə başlanılır.
ADSEA-nın Regional Su Meliorasiya Xidməti hazırlıq işlərinə yekun vurub.
Belə ki, qurum sözügedən işlərin icrasını “Hydro-Geo Environment Group” şirkətinə havalə edib və onunla müqavilə bağlayıb.
Bağlanmış müqavilənin maliyyə dəyəri 682 manat olaraq müəyyənləşib.
28-01-2026, 17:29
Məşhur hakim 4 881 manat pensiyadan narazıdır


Məşhur hakim 4 881 manat pensiyadan narazıdır

Bakı Ağır Cinayətlər Məhkəməsinin ötən il təqaüdə göndərilən məşhur hakimi Azad Məcidov Dövlət Sosial Müdafiə Fondunu (DSMF) məhkəməyə verib.
A.Məcidov ona hakim kimi əmək pensiyasının təyin edilməməsindən şikayət edib.
Sabiq hakim iddia ərizəsində göstərib ki, 30 ilə yaxın müddətdə Daxili İşlər Nazirliyinin istintaq orqanlarında və Milli Təhlükəsizlik Nazirliyində (hazırda ləğv edilib) çalışıb, rütbəcə polkovnikdir. 2011–2025-ci illərdə isə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyib. Təqaüdə çıxdıqdan sonra Azad Məcidova hakimlik fəaliyyəti nəzərə alınmadan aylıq 4 881 manat pensiya təyin edilib.
Bu səbəbdən o, məhkəməyə müraciət edərək hakim fəaliyyəti nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını xahiş edib.
Cavabdeh qismində çıxış edən DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı isə iddianın rədd edilməsini istəyib. Qurum etirazını belə əsaslandırıb ki, mövcud qanunvericiliyə görə, əlavə hakim pensiyası almaq üçün azı 15 il hakim kimi fəaliyyət göstərmək tələb olunur. Azad Məcidovun isə hakimlik stajı 14 il 4 ay 13 gündür.
Lakin Bakı İnzibati Məhkəməsi DSMF-nin arqumentlərini əsassız hesab edib. Qeyd olunub ki, “Hakimlərin statusuna dair” Avropa Xartiyasının 6.4-cü maddəsinə əsasən, müəyyən müddət ərzində hakim vəzifəsini icra etmiş və pensiya yaşına çatmış şəxslərə son vəzifə maaşlarına mümkün qədər yaxın məbləğdə pensiya təyin olunmasına təminat verilməlidir.
Qərara əsasən, Azad Məcidovun iddiası təmin edilib. Məhkəmə DSMF-yə sabiq hakimin pensiyasının yenidən hesablanması öhdəliyini qoyub.
Qeyd edək ki, Azad Məcidov hakim kimi fəaliyyəti dövründə bir sıra səs-küylü cinayət işlərinə baxıb. O, son olaraq Mərkəzi Gömrük Hospitalı ilə bağlı səsləndirdiyi fikirlərlə gündəmə gəlmişdi.
28-01-2026, 16:58
Azərbaycanda 82 milyon 400 min manat əmlakın üzərinə həbs qoyulub - RƏSMİ


Azərbaycanda 82 milyon 400 min manat əmlakın üzərinə həbs qoyulub - RƏSMİ

Prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri üzrə ümumilikdə ötən il 94 milyon 817 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 32 milyon 635 min manat hissəsinin ödənilməsinə nail olunub, 82 milyon 400 min manatdan artıq məbləğdə əmlak üzərinə həbs qoyulub.
Bu barədə yanvarın 28-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Prokurorluğu orqanları tərəfindən 2025-ci ildə qanunla prokurorluq orqanlarının səlahiyyətinə aid bütün fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında məlumat verilib.
Bildirilib ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən icraatına xitam verilmiş cinayət işləri üzrə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 5 milyon 172 min manat pul vəsaiti ödənilməklə, həmin məbləğin 4 milyon 855 min manatı prokurorluq orqanlarında istintaqı aparılmış işlər olub.
28-01-2026, 16:40
Hesablayıcı və İntizam komissiyalarının tərkibi məlum olub


Hesablayıcı və İntizam komissiyalarının tərkibi məlum olub

Yaz sessiyası çərçivəsində Milli Məclisin yenidən formalaşdırılacaq Hesablayıcı və İntizam komissiyalarının tərkibi məlum olub.
Bu barədə məsələlər parlamentin yaz sessiyası çərçivəsində fevralın 2-də keçiriləcək ilk iclasının gündəliyinə daxil edilib.
Parlamentin Hesablayıcı və İntizam komissiyaları yenidən köhnə tərkibdə formalaşdırılacaq.
Beləliklə, Milli Məclisinin Hesablayıcı komissiyası aşağıdakı tərkibdə yaradılacaq:

1. Həmzəyev Naqif Ələşrəf oğlu,

2. Hüseynova Sevinc Əmirəhməd qızı,

3. Quliyev Eldar Allahyar oğlu,

4. Məmmədov Soltan Teymur oğlu,

5. Muradov Rövşən Şahbaz oğlu,

6. Salmanova Səbinə Qədir qızı,

7. Zabelin Mixail Yuryeviç.

Parlamentin İntizam komissiyası isə yenidən aşağıdakı tərkibdə yaradılacaq:

1. Cəfərov Kamal Xaqani oğlu,

2. Həsənova Afət Əbil qızı,

3. İbrahimqızı Məlahət İbrahim qızı,

4. İbrahimov Eldar Rza oğlu,

5. Qafarov Kamaləddin Nəsrəddin oğlu,

6. Məhəməliyev Nəsib Məhəmməd oğlu,

7. Məmmədov Hikmət Baba oğlu,

8. Məmmədov Məşhur Şahbaz oğlu,

9. Mollazadə Asim Nazim oğlu,

10. Möhbalıyev Səttar Suliddin oğlu,

11. Səfərov Nizami Abdulla oğlu.
28-01-2026, 16:37
Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ


Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında yanvarın 29-u günün birinci yarısında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, səhər bəzi şəhərətrafı ərazilərdə yağıntının intensiv olacağı ehtimalı var.
28-01-2026, 16:29
Mina qurbanlarının sayı açıqlandı


Mina qurbanlarının sayı açıqlandı

2025-ci ildə mina və partlamamış hərbi sursat partlayışları nəticəsində 33 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Bu barədə Baş Prokurorluqda 2025-ci ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə dair kollegiya iclasında məlumat verilib.
Bildirilib ki, 2020-ci ilin noyabr ayından hazırki vaxtadək isə ümumilikdə 417 şəxs bu hadisələrin qurbanı olub, onlardan 71 nəfəri həlak olub, 346 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti alıb.
28-01-2026, 16:26
Oğurluq etdikləri evlərin kameralarını sındıranlar saxlanıldı


Oğurluq etdikləri evlərin kameralarını sındıranlar saxlanıldı

Binəqədi rayonu ərazisində naməlum şəxslər iki evə daxil olaraq oğurluq ediblər və zərərçəkənlərə ümumilikdə 8500 manat maddi ziyan vurulub.
Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 29 yaşlı Elməddin Nəcəfli, 24 yaşlı Muğan Əsədov və 27 yaşlı Ayxan Quliyev müəyyən edilərək saxlanılıblar.
Araşdırma zamanı onların əməllərini ört-basdır etmək üçün oğurluq etdikləri evlərin təhlükəsizlik kameralarının bir neçəsini sındırdıqları məlum olub.
Araşdırmalar davam etdirilir.
28-01-2026, 16:23
Amnistiya 14589 şəxsə şamil olunub


Amnistiya 14589 şəxsə şamil olunub

İndiyədək 14 589 şəxsə amnistiya şamil edilib.
Bunu Baş Prokurorluqda bu gün keçirilən Kollegiya iclasında Baş prokuror Kamran Əliyev Prezident İlham Əliyevin təşəbbüsü ilə Milli Məclis tərəfindən “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli qərarın icrası istiqamətində görülən işlər barədə danışarkən deyib.
O qeyd edib ki, ibtidai istintaq və məhkəmə baxışı mərhələsində olan cinayət işləri üzrə 429, habelə məhkum edilmiş 14160 şəxs barəsində tətbiq edilməklə ümumilikdə 14 589 şəxsə şamil olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!