Zəngəzur dəhlizi bəhanədir! .....                        Seçki keçirməyə hazıram, amma... - Zelenski .....                        İki idmançımız dünya çempionatında bürünc medal qazandı .....                        Liderlərdən ilk açıqlama: üçtərəfli görüşə hazırıq! .....                        Fransa razılaşdı: azərbaycanlı uşaqlar Almaniyaya qaytarılır .....                        ATƏT Rusiyanın SOCAR obyektinə hücumuny pislədi .....                        Rusiyada azərbaycanlı iş adamı həbs olundu .....                        Paşinyan anklavlarla bağlı suala belə cavab verdi .....                        Amma siz inqilab etmədiniz... - Paşinyan .....                       
25-05-2025, 00:27
"Qalatasaray" səfərdə qələbə qazandı


"Qalatasaray" səfərdə qələbə qazandı

Türkiyə Superliqasının 37-ci həftəsində artıq çempionluğunu elan edən "Qalatasaray" səfərdə "Göztepe" ilə qarşılaşmadan 0:2 hesablı qələbə ilə ayrılıb.
"Gürsel Aksel" stadionunda keçirilən görüşün ilk hissəsində qapılara qol vurulmayıb və ilk 45 dəqiqə 0:0 hesablı bərabərliklə yekunlaşıb.
"Qalatasaray" 70-ci dəqiqədə qazandığı cərimə zərbəsini qola çevirib. Kaan Ayxan gözəl zərbə vuraraq komandasını önə keçirib.
Daha bir qol matçın əlavə vaxtında vurulub. 90+1-ci dəqiqədə Alvaro Morata fərqi artırıb.
Bununla da, "Qalatasaray" liqadakı qələbə seriyasını 7 oyuna çatdıraraq, hesabına üç xal əlavə edib. Bu nəticə ilə sarı-qırmızılılar xallarını 92-yə yüksəldib. Üç həftədir qalib gələ bilməyən "Göztəpə" 47 xalla 8-ci pillədə qalıb.
Superliqanın son həftəsində "Qalatasaray" öz meydanında "Başakşəhər"i qəbul edəcək.
24-05-2025, 22:24
74 yaşlı qadının əl-ayağını bağlayıb başına kisə keçirdilər


74 yaşlı qadının əl-ayağını bağlayıb başına kisə keçirdilər

Bu gün səhər saatlarında Gədəbəy rayonunun Kələman kəndində quldurluq hadisəsi baş verib.
Saat 06 radələrində naməlum şəxs və ya şəxslər kənddə tənha yaşayan 1951-ci il təvəllüdlü Zeynəb Nağıyevanın evinə daxil olublar.
Qadının başına un kisəsi keçirilərək, ona küt alətlə zərbələr endirilib və evdəki pulların yerini deməsi tələb edilib. Z.Nağıyevaya məxsus 6 min manat və pensiya kartından çıxardığı məbləğ götürülüb.
Kənd sakinləri 74 yaşlı qadını əl-ayağı bağlı başına kisə keçirilmiş formada aşkar edərək hüquq-mühafizə orqanlarına məlumat veriblər.
Onurğa sümüyünün və qabırğaların sınığı, kəllə-beyin travmaları alan ahıl qadın Gəncədəki xəstəxanaya aparılıb.
DİN in Mətbuat Xidmətinin Gəncə regional qrupunun inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, hadisə ilə bağlı araşdırmalar aparılır. Araşdırmaların nəticəsi barədə ətraflı məlumat veriləcək.
Qeyd edək ki, Z.Nağıyevanın müharibə veteranı olan oğlu vəfat edəndən sonra o, tənha yaşayırmış.
24-05-2025, 22:11
Qatarın qarşısına qəfil çıxan şəxs yaralandı


Qatarın qarşısına qəfil çıxan şəxs yaralandı

Bu gün axşam saatlarında Zabrat 2 - Sabunçu sahəsində hərəkətdə olan qatarın qarşısına qəflətən bir nəfər çıxıb.
Bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən bildirilib.
Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub. Ərazidəki əməkdaşlar tərəfindən hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılıb və həmin şəxs xəstəxanaya aparılıb.
ADY bir daha insanları dəmiryol xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır.
24-05-2025, 21:35
"Neftçi" məğlub oldu


"Neftçi" məğlub oldu

Misli Premyer Liqasında sonuncu - XXXVI turun oyununda "Sabah" "Neftçi"yə qalib gəlib.
“Bank Respublika Arena”dakı görüşün taleyini 1 qol həll edib.
Yeganə qolu 64-cü dəqiqədə Cesse Sekidika "ağ-qaralar"ın qapısından keçirib.
"Sabah" 48 xalla turnir cədvəlini beşinci, 43 xala malik "Neftçi" isə altıncı pillədə başa vurub.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" səfərdə "Səbail"i (4:1), "Qarabağ" isə "Şamaxı"nı (1:0) məğlub edib. Tura mayın 25-də yekun vurulacaq.
24-05-2025, 19:30
Cüdoçularımız erməni rəqiblərini məğlub etdi


Cüdoçularımız erməni rəqiblərini məğlub etdi

Azərbaycan idmançıları Rusiyanın paytaxtı Moskvada hüquq-mühafizə və hərbi qurumlar arasında keçirilən XIX beynəlxalq cüdo turnirində uğurla çıxış edirlər.
9 ölkədən 100-dən çox cüdoçunun iştirak etdiyi nüfuzlu yarışda ölkəmiz iki komanda - Sərhəd Qoşunlarının və Fövqəladə Hallar Nazirliyinin cüdoçuları ilə təmsil olunur.
Azərbaycan turnirdə ümumilikdə 13 idmançı ilə mübarizə aparır.
Sərhəd Qoşunları komandasının heyətində çıxış edən idmançılar arasında “Judo Club 2012”nin üç üzvü - Eldar Qasımov (81 kiloqram), Rövşən Bağırov (90 kiloqram) və Zaur Bağırov (+100 kiloqram) da yer alıb.
Millimizin üzvü, “Judo Club 2012”nin təmsilçisi Eldar Qasımovun verdiyi məlumata görə, komandamız turnirə 1/8 final mərhələsindən start verib və ilk qarşılaşmada Qazaxıstan təmsilçilərinə 4:1 hesabı ilə qalib gəlib.
Növbəti mərhələdə cüdoçularımız Ermənistan yığması ilə üz-üzə gəlib. Azərbaycan cüdoçuları tatamidə əsl döyüş ruhu nümayiş etdirərək erməni rəqiblərinə heç bir şans verməyiblər. Bu dəfə də eyni hesabla (4:1) qələbə qazanan cüdoçularımız adını yarımfinala yazdırıblar. Qeyd edək ki, ötən il keçirilən analoji turnirdə də Azərbaycan komandası erməni rəqibləri üzərində qələbə qazanmışdı.
Komandamız yarımfinalda Özbəkistan cüdoçularına məğlub olub, idmançılarımız üçüncü yer uğrunda yarışacaq.
Qeyd edək ki, Sərhəd Qoşunları komandasının heyətində Sadıq Məhərrəmov (66 kiloqram), Nadir Babayev (73 kiloqram), Eldar Qasımov, Mehman Sadıqov (hər ikisi 81 kiloqram), Afiq Səfərli, Rövşən Bağırov (hər ikisi 90 kiloqram) və Zaur Bağırov (+100 kiloqram) çıxış edirlər.
Turnir “Polis, Ordu və Digər Güc Strukturları arasında beynəlxalq cüdo turniri” adı ilə tanınır. Hər il Moskvada keçirilən yarış hüquq-mühafizə orqanları arasında idman əlaqələrinin möhkəmləndirilməsini, eləcə də cüdonun bu strukturlarda inkişafı məqsədini daşıyır.
Qeyd edək ki, baş məşqçi Mübariz Cəfərovun rəhbərliyi altında yarışda iştirak edən komandamızın nümayəndəsi Moskvada ölkəmizi təmsil edən Əli Əlibəylidir.
24-05-2025, 19:00
İsrail-Azərbaycan əlaqələrində 4 vacib amil - SƏFİR AÇIQLADI


İsrail-Azərbaycan əlaqələrində 4 vacib amil - SƏFİR AÇIQLADI

İsrailin Azərbaycan arasında əlaqələr son illərdə tarixi şəkildə dərinləşib.
Bunu İsrailin Azərbaycandakı səfiri Corc Diik “The Jerusalem Post”a müsahibəsində deyib.
Onun sözlərinə görə, Azərbaycan İsrailin Yaxın Şərqdəki ən etibarlı və strateji tərəfdaşlarından birinə çevrilib.
“Biz bu əlaqələri strateji tərəfdaşlıq kimi dəyərləndiririk. Daxili sorğu aparmışıq və bu sorğu göstərir ki, Azərbaycan ictimaiyyətinin 80 faizindən çoxu İsraili dost ölkə kimi görür. Azərbaycanın bütün ictimaiyyətində İsrail yaxın dost kimi qəbul olunur,” – deyə Dik bildirib.
Səfir 2019-cu ilin noyabrında Bakıya gəlib və artıq beş ildir bu vəzifədə çalışır. “Gəldiyim vaxt mənə deyirdilər ki, bura sabit, mehriban ölkədir. Bu illər ərzində Azərbaycan COVID pandemiyasından, Qarabağ müharibələrindən və regional gərginliklərdən keçdi”, – səfir deyib.
İsrail səfiri qeyd edib ki, bu mürəkkəb dövrdə Azərbaycan regional balansı qoruyaraq həm Rusiya, həm İran, həm də Türkiyə ilə münasibətlərini tənzimləyə bilib. “Azərbaycan təkcə Ermənistanla münasibətləri deyil, həm də şimalda Rusiya, cənubda isə İranla əlaqələrini balanslaşdırmalı olub”, – deyə Dik bildirib.
Corc Dik ikitərəfli münasibətlərin dörd əsas sütuna söykəndiyini qeyd edib:

1. Dostluq və multikulturalizm:

Səfir Azərbaycandakı yəhudi icmasının təhlükəsiz və hörmətli şəraitdə yaşadığını bildirib. “800 ildir burada antisemitizm qeydə alınmayıb. Qarabağ müharibəsində şəhid olmuş yəhudi tank komandiri Albert Aqaronovun Bakıda abidəsi var. Onu "yəhudi şəhid" adlandırırlar”, – Dik vurğulayıb.

2. Enerji əməkdaşlığı:

İsrailə idxal edilən neftin təxminən 30-40 faizi Azərbaycandan gəlir. Bir hissəsi isə Qazaxıstandan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql olunur.

3. Müdafiə və təhlükəsizlik sahəsində tərəfdaşlıq:

İsrailin müdafiə sənayesi şirkətləri uzun illərdir Azərbaycanda fəaliyyət göstərir. Azərbaycanın İsraildən dron və raket sistemləri aldığı bildirilir. Həmçinin terrorizmlə mübarizə sahəsində əməkdaşlıq da vurğulanıb.

4. Sivil əməkdaşlıq və texnologiya transferi:

Su təchizatı (Mekorot), kənd təsərrüfatı, kibertəhlükəsizlik və kosmos texnologiyaları sahəsində əməkdaşlıq genişlənir. İsrailin Technion universiteti Bakıda kibertəhlükəsizlik mərkəzi açıb. Azərbaycanın dövlət neft şirkəti SOCAR isə İsrailin “Tamar” qaz yatağında iri investisiyalar yatırıb.

Səfir Azərbaycanın yerləşdiyi bölgəni “mürəkkəb qonşuluq” adlandırıb. O qeyd edib ki, Azərbaycan eyni vaxtda Rusiya və İranla sərhədi olan yeganə ölkədir və NATO üçün əhəmiyyətli logistik körpüdür. Dikə görə, Bakı regionda körpü rolunu oynayaraq İsrail-Türkiyə münasibətlərində də vasitəçilik edə bilər.
Corc Dikin diplomatik missiyası başa çatmaq üzrədir. Lakin o, iki ölkə arasında münasibətlərin daha da dərinləşəcəyinə inanır. O, Azərbaycanın COP29 sammitinə ev sahibliyi etməsini və UFC turniri kimi beynəlxalq tədbirləri keçirməsini ölkənin artan beynəlxalq nüfuzunun göstəricisi kimi qiymətləndirib.
“Azərbaycan hamı ilə yaxın, amma heç kimdən asılı olmayan siyasət yürüdür. Bu balans onun uğurudur”, – səfir deyib.
24-05-2025, 18:17
Döyülən direktor işdən çıxarıldı


Döyülən direktor işdən çıxarıldı

Goranboy Rayon Mərkəzi Xəstəxanasının direktoru Yahyayev Rauf Ruzvay oğlu işdən çıxarılıb.
Onun vəzifəsi hələlik xəstəxananın baş həkimi Aruz Teymurovaya həvalə edilib.
Bildirilib ki, Rauf Yahyayev öz ərizəsi ilə işdən çıxıb. O bu vəzifəyə 2022-ci ildə təyin edilmişdi.
Qeyd edək ki, Rauf Yəhyayev bir neçə dəfə qalmaqalla gündəmə gəlib. Ötən il onun pasiyenti döyməsi barədə video yayılmışdı, daha sonra sərxoş vəziyyətə toyda mahnı oxuması ilə gündəmə gəlmişdi.
2024-cü ilin fevral ayında isə onun özünün xəstəxanada bir neçə şəxs tərəfindən döyülməsi barədə məlumat yayılıb.
Həmin ilin oktyabr ayında isə barəsində vəzifə saxtakarlığı maddəsi ilə ittiham irəli sürülərək cinayət işi açılmışdı.
24-05-2025, 17:03
2026-2028-ci illərdə Avropa liderləri bu ölkələrdə toplaşacaq - SİYAHI


2026-2028-ci illərdə Avropa liderləri bu ölkələrdə toplaşacaq - SİYAHI

Növbəti 3 ildə Avropa Siyasi Birliyinin sammitinin hansı ölkələrdə keçirləcəyinə aydınlıq gətirlib.
Bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta açıqlamasında bildirib. O, 2026–2028-ci illər üçün müəyyən edilmiş ev sahibi ölkələrinin adlarını açıqlayıb.
Avropa Siyasi Birliyinin 2026-cı ildəki sammitləri Ermənistan və İrlandiyada, 2027-ci ildə İsveçrə və Yunanıstanda, 2028-ci ilin birinci yarısında Azərbaycanda, ikinci yarısında da Latviyada keçiriləcək.
Qeyd olunub ki, bu tədbirlər Avropa qitəsində siyasi dialoqun təşviq olunması və əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Avropa Siyasi Birliyinin ilk zirvə toplantısı 2022-ci ilin oktyabrında Çexiyanın paytaxtı Praqada keçirilib.
24-05-2025, 16:51
Qarabağ və Şərqi Zəngəzur üçün yeni qanun layihəsi olacaq? - Deputatlar danışdı


Qarabağ və Şərqi Zəngəzur üçün yeni qanun layihəsi olacaq? - Deputatlar danışdı

Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işləri postmüharibə dövrünün ən önəmli strateji istiqamətlərindən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu ərazilərdə genişmiqyaslı infrastruktur layihələri, şəhərsalma işləri və sosial-iqtisadi proqramlar həyata keçirilir. Bu fonda işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən sahibkarlar və müəssisələr üçün vergi güzəştləri və dövlət dəstəyi məsələsi də aktuallaşır. Müzakirələr zamanı bəzi deputatlar mümkün vergi azadolmalarından danışır, bəziləri isə əlavə qanunlara ehtiyac olmadığını vurğulayırlar. Mövcud qanunvericilik çərçivəsində artıq bir sıra təşviq mexanizmləri nəzərdə tutulsa da, ictimai maraq bu məsələlərin daha da dərindən izah edilməsini zəruri edir.
Milli Məclisin Qarabağdan olan deputatı Aqil Abbas bildirib ki, bir müddət Qarabağda və Şərqi Zəngəzurda vergi alınmaya bilər:
“Nə qanun layihəsi qəbul olunacaq ki?! Prezidentin sərəncamı ilə müəyyən quruculuq-tikinti işləri gedir. Qarabağın bütün dağılmış ərazilərində şəhərlər tikilir, kəndlər salınır. Lakin bir müddət vergi alınmaya bilər. Bu cür addımaların atılması mümkündür”.
Füzulinin deputatı Vüqar Bayramov isə söyləyib ki, növbəti mərhələdə ehtiyac yaranarsa, xüsusi olaraq hansısa qanun layihəsi müzakirə oluna bilər:
“Əslində Vergi Məcəlləsində və digər qanunlarda Qarabağ və Şərqi Zəngəzurla bağlı ayrıca fəaliyyətlər nəzərdə tutulub. Çünki İkinci Qarabağ müharibəsindən sonra "işğaldan azad edilmiş ərazilər" anlayışı gündəmə gəlib. Qaydalar, meyarlar qanunvericilikdə əksini tapıb. Ona görə də bu gün Qarabağ və Şərqi Zəngəzurla bağlı istər dövlət təşviq mexanizmi, istər digər alətlər qanunvericilikdə öz əksini tapır. Xüsusən bu ərazilərimzidə 10 illik vergi güzəştləri, təşviq alətləri tətbiq olunur. Amma sözsüz ki, növbəti mərhələdə ayrıca, xüsusi olaraq hansısa qanunun qəbuluna ehtiyac yaranarsa, məsələ müzakirə oluna bilər. Mövcud qanunvericilikdə işğaldan azad olunmuş ərazilərlə bağlı bütün fəaliyyətlər öz əksini tapıb, qanunvericilik bu istiqamətdə dəyişidirlib”.
Cəbrayıl və Qubadlının deputatı Ceyhun Məmmədov isə bunları deyib:
“Hesab edirəm ki, Qarabağ və Şərqi Zəngəzurda ardıcıl, sistemli işlər görülür, tədbirlər həyata keçirilir. Yəni ayrıca qanun qəbuluna zərurət və ehtiyac görmürəm. Belə təşəbbüs haradan gəlir bilmirəm. Bu məsələ qanunla tənzimlənə biləcək məsələ deyil. Hər məsələni qanuniləşdirməyə ehtiyac yoxdur. Cənab Prezident tərəfindən nə lazımdırsa edilir, layihələr uğurla həyata keçirilir, lazımi işlər görülür. Əlavəyə ehtiyac yoxdur. Hesab edirəm ki, biz digər tədbirləri öyrənib diqqətimizi quruculuq-abadlıq işlərinə yönləndirməliyik”.
Parlamentin Xocalıdan olan deputatı Elman Məmmədov da Milli Məclisdə hər hansı ayrıca qanun layihəsinin qəbul edilməsinə ehtiyac görmür:
“Bütün bərpa-quruculuq işləri cənab Prezidentin rəhbərliyi altında müvafiq dövlət proqramı əsasında aparılır. Müvafiq qurumlar burada iştirak edir. Bu məsələlərə rəhbərlik etmək üçün respublika üzrə qərargah yaradılıb. Həmin qərargaha başçılığı da Prezident Administrasiyasnın rəhbəri cənab Samir Nuriyev edir. Təmir-tikinti, bərpa işləri, qayıdışla bağlı nə lazımdırsa, hamısı o proqram üzrə müvafiq qurumlar tərəfindən lazımi qaydada həyata keçirilir. Bütün məsələlər cənab Prezidentin nəzarətindədir. Hamımızın müaşhidə etdiyi kimi, il ərzində həmin ərazilərə saysız-hesabsız səfərlər edilir. Hər hansı ayrı qanun layihəsi qəbul edilməsinə ehtiyac yoxdur.
Milli Məclisdə bu məsələlərlə bağlı deputat həmkarlarımız vaxtaşırı öz fikirlərini bildirirlər”.
24-05-2025, 16:10
Cəfər Xəndanın Şah İsmayılla bağlı yazısı üzə çıxdı - Təbrizdə çap olunub


Cəfər Xəndanın Şah İsmayılla bağlı yazısı üzə çıxdı - Təbrizdə çap olunub

Səfəvişünas alim Elnur Nəciyev görkəmli ədəbiyyatşünas Cəfər Xəndanın Şah İsmayılla bağlı məqaləsini üzə çıxararaq, onu əski əlifbadan latın qrafikalı əlifbaya transliterasiya edib.
Bu məqalə Təbrizdə çıxan “Vətən yolunda” qəzetinin 1945-ci il 2 sentyabr tarixli nömrəsində dərc olunub.
Cəfər Xəndanın məqaləsini ixtisarla oxuculara təqdim edirik:
“Azərbaycan xalqının siyasi-ictimai tarixində görkəmli mövqe tutan dövlət xadimi Şah İsmayıl, eyni zamanda, Xətai təxəllüsü ilə məşhur olmuş bir şairdir. XV qərinənin (əsrin - E.N.) axırları - XVI qərinənin əvvəllərində yaşamış bu böyük sənətkar təxminən 1486-cı miladi ilində (1487 - E.N.) Ərdəbil şəhərində anadan olmuşdur. Şərq tarixində ona Səfəvi dəxi (də - E.N.) deyilir. Çünki o, məşhur sufi Səfiəddin İshaqın nəslindəndir.
Hələ 15 yaşında ikən sərkərdəliyə başlayan Şah İsmayıl Şirvanı, Bakını, Ərdəbili, Naxçıvanı ələ keçirərək, nəhayət 1502-ci miladi ilində (1501 - E.N.) Təbrizə daxil olur və burada özünü Azərbaycan şahı elan edir.
Cəmi 38 il ömür sürən Xətai Azərbaycan ədəbiyyatı və mədəniyyətinə böyük xidmət etmişdir. O, hakimi olduğu sarayda Azərbaycan dilini rəsmi dövlət dili elan edərək, hətta Türkiyə (Osmanlı - E.N.) sultanı Süleymanın məktubuna azərbaycanca cavab vermişdir.
Xətai öz dövrünün Həbibi, Şahi, Sərvəri kimi şair, alim, rəssam və nəqqaşlarını ətrafına - saraya toplamışdı. Onun dövründə saray, eyni zamanda, mədəni bir mərkəzə çevrilmişdi.
Xətainin Azərbaycan dilində dörd böyük əsəri vardır: “Divan-e Dəhnamə”, “Nəsihətnamə”, “Mənaqib əl-əsrar” və “Behcət əl-əhrar”. Xətainin şeirləri əksərən sadə, xalqın anlayacağı bir tərzdə yazılmışdır. Məşhur Azərbaycan alimi və tarixçisi Abbasqulu Ağa Bakıxanov bu sözləri heç də təsadüfi söyləməmişdir: “Xətainin türk dilində yazdığı şeirlər indi də xalqın əzbərində yaşayır”. Milli fəxrimiz olan Şah İsmayıl Xətaini Azərbaycan xalqı hər zaman yad edəcəkdir”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!