Sürücülərin nəzərinə! - Bu yolda təmir başa çatdı - VİDEO
“Ağ şəhər” yol infrastruktur layihələri çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxtın Süleyman Vəzirov küçəsinin bir hissəsində aparılan yenidənqurma işləri uğurla tamamlanıb. Yenidənqurma işləri Xəqani Rüstəmov küçəsi ilə kəsişmədən Babək prospektinədək olan ərazini əhatə edib. Agentlikdən verilən məlumata görə, uzunluğu 1100 metr olan sözügedən küçədə hərəkət hissəsinin eni 14 metr təşkil edir. Layihə çərçivəsində avtonəqliyyat vasitələrinin parklanmasının təmin olunması məqsədilə 2,5 metr enində xüsusi parkinq zolaqları yaradılıb. Ərazidə yeni asfalt-beton örtüyü döşənib, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təşkili üçün müasir standartlara uyğun işıqforlar və siqnal dirəkləri quraşdırılıb. Bununla yanaşı, mövcud piyada səkiləri bərpa olunub, zəruri ərazilərdə yeniləri inşa edilib, 5 metr enində yeni piyada səkiləri tikilib və səki hissələri bəzək daşları (tamet) ilə örtülüb. Aidiyyəti üzrə “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun olaraq yol nişanları quraşdırılıb, yol cizgiləri, yolgöstəricilər və piyada keçidləri çəkilib. Aparılan kompleks yenidənqurma işlərindən sonra Süleyman Vəzirov küçəsinin qeyd olunan hissəsi müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!