2025-ci ildə ən çox edam həyata keçirən ölkə .....                        22 yaşlı qadın əməliyyatdan 5 gün sonra öldü .....                        Azərbaycan bizim çox önəmli dostumuzdur - Kobaxidze .....                        FIFA ilin ən yaxşılarını açıqladı .....                        Fransa Azərbaycandan neft idxalını 3 dəfədən çox artırıb .....                        Qəzada yaralanan kişi bir gün sonra öldü .....                        Ermənistan Avropa ölkəsi ilə strateji tərəfdaş oldu .....                        Ukraynada sülh nə vaxt bərqərar olacaq? .....                        2025-ci ilin ən yaxşı futbolçusu məlum oldu .....                       
8-06-2023, 16:10
İlham Əliyev ƏDV-lə bağlı fərman imzaladı


İlham Əliyev ƏDV-lə bağlı fərman imzaladı

Prezident İlham Əliyev “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, xaricdə çap olunmuş pasport və yeni nəsil şəxsiyyət vəsiqəsi blanklarının idxalı ƏDV-dən azad edilib.
8-06-2023, 15:51
MDB Şurasının növbəti iclası Ermənistanda baş tutacaq


MDB Şurasının növbəti iclası Ermənistanda baş tutacaq

Müstəqil Dövlətlər Birliyinin (MDB) Sərhəd Qoşunları Komandanları Şurasının növbəti iclası Ermənistanda keçiriləcək. Bu barədə Sərhəd Qoşunları Komandanları Şurası sədrinin müavini - Koordinasiya Xidmətinin sədri, general-polkovnik Aleksandr Manilov Şuranın Bakıda keçirilən 86-cı iclasının yekunlarına dair jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, növbəti iclas 2023-cü ilin ikinci yarısında, təxminən oktyabrda İrəvanda keçiriləcək. "Bu tədbirə hazırlıq artıq başlayıb” - general deyib.
8-06-2023, 15:10
Ermənistan nümayəndələri MDB-nin Bakıda keçirilən iclasında iştirak edir


Ermənistan nümayəndələri MDB-nin Bakıda keçirilən iclasında iştirak edir

Ermənistanın nümayəndələri MDB Sərhəd Qoşunları Komandanları Şurasının Bakıda keçirilən iclasında iştirak edirlər. Bu barədə "Sputnik Armenia" məlumat yayıb. Bildirilib ki, Ermənistan nümayəndə heyətinə Milli Təhlükəsizlik Xidmətinin Müdafiə Qüvvələrinin komandanı vəzifəsini icra edən şəxs rəhbərlik edir. Belə ki, Arman Maralçyan vəzifədən getdikdən sonra yeni rəhbər təyin olunmayıb. Məlumata görə, Ermənistanın nümayəndələri Moskvadan Bakıya uçublar. Qedy edək ki, Bakıda Müstəqil Dövlətlər Birliyinin Sərhəd Qoşunlarının Komandanları Şurasının 86-ci iclası keçirilir.
8-06-2023, 14:02
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vaşinqton görüşü təxirə salındı


Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vaşinqton görüşü təxirə salındı

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyunun 12-də Vaşinqtonda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyan bildirib. "Azərbaycan tərəfinin xahişi ilə Vaşinqtonda planlaşdırılan müzakirələrin növbəti raundu təxirə salınır. Görüşün yeni tarixi barədə ictimaiyyətə lazımi məlumat veriləcək", - Ermənistan XİN rəsmisi qeyd edib.
8-06-2023, 13:40
Türk lirəsi ucuzlaşaraq minimum səviyyəyə endi


Türk lirəsi ucuzlaşaraq minimum səviyyəyə endi

Türkiyənin milli valyutası olan lirə ucuzlaşaraq tarixi minimuma enib. Hazırda bir dolların məzənnəsi 23,3 - 23,4 lirə arasında dəyişir. Ümumilikdə lirə iyunun 5-dən başlayaraq kəskin dəyər itirməkdədir. Analitiklər devalvasiyanı Mərkəzi Bankın maliyyə və fond bazarında intervensiya aparmaması ilə əlaqələndirirlər. Qeyd edək ki, yerli iqtisadçılar Türkiyə lirəsinin 7,5 faiz ucuzlaşdığı çərşənbə gününü milli valyuta üçün son 1,5 ilin ən pis günü hesab edir. İyunun 7-də milli valyutanın dəyəri bir dollara nisbətdə 23,5 lirəyə qədər ensə də, hərraclar 23,3 lirə səviyyəsində bağlanıb.
8-06-2023, 13:12
“WhatsApp”da yeni funksiya yaradıldı


“WhatsApp”da yeni funksiya yaradıldı

“WhatsApp” messencerində yeni funksiya yaradılıb. İstifadəçilər artıq messencerdə kanallar yarada biləcəklər. Kanallar xəbərləri izləməyə imkan verəcək. Funksiya ilkin olaraq Kolumbiya və Sinqapurda istifadə ediləcək, yaxın aylarda isə digər ölkələrdə aktivləşdiriləcək. Messencerdə kanalların adminləri izləyicilərə məzmun göndərə biləcək. Kataloq axtarışı və ya dəvət vasitəsilə istənilən kanalı tapmaq mümkün olacaq. Abunəçilər adminin telefon nömrəsini və ya profil şəklini görməyəcəklər. Heç kim istifadəçinin hansı kanallara abunə olduğunu görə bilməyəcək və abunəçi telefon nömrələri administratorlar da daxil olmaqla kanaldakı hər kəsdən gizlədiləcək.
8-06-2023, 12:58
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-22° isti, gündüz 25-30° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % olacaq. Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gündüz şimal və qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz 27-32° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.
8-06-2023, 12:01
BQXK Azərbaycanda saxlanılan erməni hərbiçilərlə görüşdü


BQXK Azərbaycanda saxlanılan erməni hərbiçilərlə görüşdü

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri bu yaxınlarda Azərbaycan Ordusu tərəfindən saxlanılan iki Ermənistan vətəndaşına baş çəkiblər. Bu barədə BQXK-nın Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib. Məlumata görə, görüş iyunun 7-də baş tutub. Qeyd olunub ki, saxlanılan şəxslərlə təkbətək görüş keçirilib və ailələri ilə Qızıl Xaç Məktubu vasitəsilə əlaqə yaratmaq imkanı verilib. "Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir və onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır", - açıqlamada vurğulanıb.
8-06-2023, 11:55
İranlı həkimlər müalicəyə gedən azərbaycanlıları “tələyə” salmağa çalışır


İranlı həkimlər müalicəyə gedən azərbaycanlıları “tələyə” salmağa çalışır

İrana gedən azərbaycanlı xəstələri müalicə edən həkimlərin xüsusi xidmət orqanlarının əməkdaşları olması barədə iddialar yayılıb. Yeni həkimlər azərbaycanlı xəstələri “tələyə” salmağa çalışırlar. Hətta onları casusluğa cəlb edirlər. Buna görə də İrana müalicə üçün gedən azərbaycanlılardan diqqətli olmaları, yeni və tanımadıqları həkimlərlə ünsiyyət qurmamaları xahiş olunur.
8-06-2023, 11:39
“Barselona” Neymarı geri qaytarmağa qərar verdi


“Barselona” Neymarı geri qaytarmağa qərar verdi

Lionel Messini heyətinə qata bilməyən “Barselona”nın yeni hədəfi bəlli olub. İspaniya nəhəngi Neymarı geri qaytarmağa qərar verib. PSJ-nin braziliyalı ulduzunun keçidində əsas problem onun maaşının yüksək olmasıdır. PSJ də transfer üçün böyük məbləğ tələb edə bilər. Qeyd edək ki, PSJ-dən ayrıldıqdan sonra azad agent olan Messi “İnter Mayami”yə keçəcəyini açıqlayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!