Belqradda Azərbaycan-Serbiya sənədləri mübadilə olundu .....                        ABŞ İran neftini daşıyan tankeri ələ keçirdi .....                        Prezidentlər mətbuata bəyanatla çıxış etdilər .....                        Serbiyaya təbii qaz ixracının həcmi artırılacaq - İlham Əliyev .....                        Moskvaya PUA hücumu .....                        Azərbaycan-Serbiya Strateji Tərəfdaşlıq Şurasının iclası olub .....                        Polşa nüvə silahı əldə etmək istəyir .....                        Sumqayıtda kişi dəm qazından öldü .....                        Yollarda görünüş məsafəsi məhdudlaşacaq .....                       
5-09-2023, 15:44
“TikTok”da “falçılıq” adı altında vətəndaşları aldadan şəxs saxlanıldı


“TikTok”da “falçılıq” adı altında vətəndaşları aldadan şəxs saxlanıldı

“TikTok”da “falçılıq”, “baxıcılıq” adı altında vətəndaşları aldadan şəxs saxlanılıb.
Bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.
“TikTok” sosial şəbəkəsində vətəndaşların pul vəsaitlərinin “falçılıq”, “baxıcılıq”, “taleyin dəyişidirilməsi” və digər adlar altında yerləşdirilən şirnikləndirici elanlarla aldanılması barədə polisə çoxsaylı müraciətlər daxil olub. Qeyd edilən qanunsuz hallar nəzərə alınaraq bu tipli talama əməllərində şübhəli bilinən şəxs - 1985-ci il təvəllüdlü Fuad Məmmədov Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla həmin şəxsin sosial şəbəkələrdə özünü “falçı” və “baxıcı” kimi təqdim edərək vətəndaşların müxtəlif məbləğlərdə pul vəsaitlərini onlayn köçürmə formasında ələ keçirdiyi müəyyən edilib. F.Məmmədov məsuliyyətdən yayınmaq üçün pulunu ələ keçirdiyi şəxslərin hesablarını sonradan bloklayıb.
Qeyd olunan faktlarla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. F.Məmmədovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa polisə müraciət edə bilərlər.

5-09-2023, 15:28
Ordumuzun əsgəri intihar etdi


Ordumuzun əsgəri intihar etdi

Azərbaycan Ordusunun əsgəri özünü güllələyərək intihar edib.
Bu barədə Hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.
Belə ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Tağıyev Ramal İsrafil oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olub.
Daxil olmuş məlumat əsasında Kəlbəcər Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürüb, eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edilib.
Fakt üzrə Kəlbəcər Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hərbi Prokurorluqdan bildirilib ki, hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
5-09-2023, 15:17
XİN Başçısı Macarıstan Milli Assambleyasının sədriylə görüşdü


XİN Başçısı Macarıstan Milli Assambleyasının sədriylə görüşdü

Sentyabrın 5-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Macarıstana rəsmi səfəri çərçivəsində Macarıstan Milli Assambleyasının sədri Laslo Köver ilə görüşüb.
Görüşdə iki ölkə arasında ikitərəfli, çoxtərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələlər, parlamentlərarası əlaqələr, o cümlədən regionda mövcud vəziyyət müzakirə olunub.
Nazir Ceyhun Bayramov Azərbaycan və Macarıstan arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, enerji təhlükəsizliyi, humanitar, təhsil, mədəniyyət və s. sahələr üzrə inkişaf edən əlaqələrin səviyyəsinin məmnunluq doğurduğunu qeyd edib.
Ölkələrimiz arasında son illərdə daha da intensivləşən yüksək səviyyəli səfərlərin münasibətlərin inkişafına daha da təkan verdiyi vurğulanıb. 4 sentyabr tarixində xarici işlər nazirləri arasında keçirilmiş Azərbaycan-Macarıstan Strateji Dialoqunun gələcək əməkdaşlıq istiqamatlərinin müəyyənləşdirilməsi və praktiki implementasiyası üçün faydalı olduğu qeyd edilib.
İkitərəfli münasibətlərin inkişaf dinamikasının davamı olaraq, bir sıra beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın mövcud olduğu diqqətə çatdırılıb. Əlaqələrin inkişafında mühüm əhəmiyyət kəsb edən parlament diplomatiyasının, o cümlədən parlamentlərarası dostluq qruplarının fəaliyyətinin intensivliyinin daha da artırılmasının vacibliyi qeyd olunub.
Nazir Ceyhun Bayramov, həmçinin Ermənistanın 30 ilə yaxın müddətdə ərazilərimizin işğalının fəsadları, 2020–ci ildən sonra post-münaqişə dövründə bölgədə mövcud vəziyyət və yeni reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesi barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.
Sülh gündəliyinin təşəbbüskarı olan Azərbaycanın normallaşma prosesinin irəlilədilməsi istiqamətində göstərdiyi səylərə baxmayaraq, Ermənistanın ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı hərbi-siyasi təxribatlarını davam etdirməsinin, Azərbaycan ərazilərində mövcud olan silahlı qüvvələrini hələ də tam olaraq ölkəmizin ərazilərindən çıxarılmamasının bölgədə dayanıqlı sülhün bərqərar olmasına maneə törətdiyi, əsas təhdid mənbəyi olduğu diqqətə çatdırılıb. Bununla yanaşı, bölgəmizdə davam edən genişmiqyaslı mina təhdidi diqqətə çatdırılıb.
Azərbaycanın Qarabağ bölgəsində məskunlaşmış erməni sakinlərin cəmiyyətimizə reinteqrasiya prosesinin tərkib hissəsi kimi onların tələbatlarının ödənməsi üçün “Ağdam-Xankəndi” yolunun açılmasının və buna parallel olaraq Laçın yolundan istifadənin intensivləşməsi təklifinin rədd olunduğu qeyd edilib. Azərbaycan tərəfinin bu təkliflərinin rədd olunmasının, Laçın yolu ətrafında hazırki vəziyyətin heç də Ermənistanın iddia etdiyi kimi humanitar deyil, əksinə siyasi xarakter daşıdığını göstərdiyi bildirilib.
Milli Assambleyasının sədri Laslo Köver, Azərbaycan və Macarıstan arasında strateji xarakter daşıyan əlaqələrin inkişafında ali və yüksək səviyyəli təmasların, Parlament sədrləri ilə yanaşı, Parlament dostluq və ekspert qrupları arasında sıx əməkdaşlığın rolunun vacibliyini qeyd edib. Münasibətlərin daha da inkişaf etdirilməsi üçün perspektivlərin mövcudluğu, bu istiqamətlərdə imkanlardan istifadənin əhəmiyyəti vurğulanıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
5-09-2023, 14:58
Sabahdan havanın temperaturu aşağı düşəcək


Sabahdan havanın temperaturu aşağı düşəcək

Bakıda və Abşeron yarımadasında sentyabrın 6-sı axşamdan 7-si səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sentyabrın 7-si axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.
Azərbaycanın rayonlarında sentyabrın 6-sı axşam şimal və qərb rayonlarından başlayaraq 10-u gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə leysan xarakterli yağış yağacağı gözlənilir. Əsasən Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Qazax-Gəncə, Mərkəzi-aran, Qarabağ və Şərqi-Zəngəzur zonasının bəzi yerlərində yağıntıların intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Şimal-şərq küləyi arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcək.
Çaylarda sululuğun artacağı, Balakən-Şəki bölgəsinin ərazisindən axan Katexçay, Şinçay, Kürmükçay, Oğuz-Qəbələ bölgəsinin Göyçay, Girdimançay, Quba-Qusar bölgəsinin Vəlvələçay, Qaraçay, Daşkəsən-Gədəbəy və Gəncə-Qazax bölgəsinin Əsrikçay, Gəncəçay, Qabırrıçay, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin Gorançay, Quruçay, Köndələnçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
5-09-2023, 14:50
Slovakiyanın Milli Şurasının sədri Azərbaycana işgüzar səfərə gəldi


Slovakiyanın Milli Şurasının sədri Azərbaycana işgüzar səfərə gəldi

Slovakiyanın Milli Şurasının sədri Boris Kolların başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 5-də Azərbaycana işgüzar səfərə gəlib.
Boris Kolları Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anar Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.
5-09-2023, 12:56
Hərbi vəzifəlilərin növbəti təlim toplanışı keçirilir


Hərbi vəzifəlilərin növbəti təlim toplanışı keçirilir

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün hazırlıq planına əsasən, ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərin növbəti təlim toplanışı keçirilir.
Müdafiə Nazirliyindən verilən xəbərə görə, təlim toplanışında hərbi vəzifəlilərlə sıra və rabitə hazırlığı məşğələləri təşkil olunur, onlara silah və texnikanın taktiki-texniki xüsusiyyətləri və istifadə qaydaları öyrədilir.
Toplanışın keçirilməsində əsas diqqət ehtiyatda olan hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirilməsinə, bilik və bacarıqlarının artırılmasına yönəldilib.


5-09-2023, 12:29
Sabahın havası


Sabahın havası

Bakıda və Abşeron yarımadasında sentyabrın 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.
Şimal-qərb küləyi axşam arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin günün ikinci yarısından şimal və qərb rayonlarından başlayaraq fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-23° isti, gündüz 31-36° isti, dağlarda gecə 10-15° isti, gündüz 18-23° isti olacaq.
5-09-2023, 11:38
İlham Əliyev Lavrovun müaviniylə Ağdam-Xankəndi yolunu müzakirə etdi


İlham Əliyev Lavrovun müaviniylə Ağdam-Xankəndi yolunu müzakirə etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Rusiya Federasiyasının
Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.
Görüşdə regionda vəziyyət, Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması barədə müzakirələr aparılıb.
Dövlətimizin başçısı Azərbaycanın Qarabağ bölgəsinin erməni əhalisinin nümayəndələrinin reinteqrasiya məsələləri ilə bağlı müzakirələrin aparılması üçün paytaxt Bakıya və ölkəmizin digər şəhərlərinə dəvət olunmasına baxmayaraq, onların bundan imtina etdiklərini diqqətə çatdırıb.
İqor Xovayev Rusiyanın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və regionda davamlı sülhün təmin olunması üçün səylərini bundan sonra da davam etdirəcəyini bildirib.
4-09-2023, 21:33
Qarabağdakı Rusiya sülhməramlı kontingentinə yeni komandan təyin olundu


Qarabağdakı Rusiya sülhməramlı kontingentinə yeni komandan təyin olundu

Qarabağdakı Rusiya sülhməramlı kontingentinə yeni komandan təyin edilib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, sentyabrın 3-dən general-mayor Kirill Kulakov Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri vəzifəsinə gətirilib.
O, bu vəzifədə 2023-cü ilin aprelində təyin olunmuş Aleksandr Lentsovu əvəzləyib.
Kirill Kulakov 2017-ci ilin martından Kazan Ali Hərbi Komandanlıq Məktəbinə rəhbərlik edir. 2010-cu illərin ortalarında o, tank və motoatıcı briqadalara komandirlik edib. General “Vətənə xidmətə görə” IV dərəcəli “Qılıncla”, “Şücaət, Şərəf” ordeni, II dərəcəli “Vətənə xidmətə görə” medalı ilə təltif edilib.
4-09-2023, 21:14
Ermənistan dialoqa maneçilik törədir - XİN Başçısı


Ermənistan dialoqa maneçilik törədir - XİN Başçısı

"Ermənistan Qarabağda Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə ermənəsilli yerli sakinlər arasında dialoqa maneçilik törədir".
Bu barədə Ceyhun Bayramov Macarıstan diplomatik nümayəndəlik rəhbərlərinin konfransında çıxışı zamanı deyib.
Nazir Ermənistanın Azərbaycana qarşı təcavüzü, Vətən müharibəsi, normallaşma gündəliyi barədə konfrans iştirakçılarını məlumatlandırıb.
O, Ermənistanın öhdəliklərə zidd və dövlətlərarası normallaşma üçün əsas maneə olan Azərbaycanın suveren ərazilərində qeyri-qanuni hərbi mövcudluğunu davam etdirməsindən, davamlı hərbi təxribatlar, o cümlədən mina təhlükəsi, daxili işlərimizə daimi müdaxiləsindən, Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə erməni əsilli yerli sakinlər arasında dialoqa maneçilik törətməsindən, beynəlxalq səviyyədə aparılan genişmiqyaslı qarayaxma kampaniyasından bəhs edib. Macarıstanın istər münaqişə zamanı, istərsə də ondan sonra Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə verdiyi dəstək yüksək qiymətləndirilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!