Messi ilə müqavilə uzadıldı .....                        İranda siyasi qalmaqal - Bakıdan qayıdan xanım nazirin çantasında nə olub? .....                        İki universitetə 45 milyon ayrılacaq .....                        Kahramanmaraşda zəlzələ .....                        Bu dəfə Rusiyadakı miqrantları hədəfə aldı .....                        Ərini basdırdığı yerə "giriş qadağandır" nişanı qoyubmuş - VİDEO .....                        Rusiya bu ölkənin hava məkanını pozdu .....                        Bu xidmət ödənişli olacaq - DİM sədri açıqladı .....                        Putin Qərbi hədələdi: “...cavabımız ciddi olacaq!” .....                       
28-02-2023, 15:50
Lavrov “3+3” formatından danışdı

Lavrov “3+3” formatından danışdı

3+3 formatı (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) diqqətimizdədir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda keçirilən Rusiya-Azərbaycan ekspert şurasının 3-cü iclası çərçivəsində "XXI əsrdə Rusiya-Azərbaycan münasibətləri: regional təhlükəsizlik kontekstində strateji tərəfdaşlıq" adlı konfransın açılışında deyib. "İndiyədək 3+3 formatında yalnız bir görüş olub. Gürcüstan iştirakdan imtina edib, lakin biz Gürcüstan üçün qapını həmişə açıq saxlayırıq", - o deyib.
28-02-2023, 15:07
Biz vəziyyətin gərginləşməsinə qarşıyıq - Ceyhun Bayramov

Biz vəziyyətin gərginləşməsinə qarşıyıq - Ceyhun Bayramov

Azərbaycan tərəfi gərginliyin azaldılmasının tərəfdarıdır. Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında deyib. Nazir bildirib ki, Azərbaycan ilk gündən öz açıq mövqeyini sərgiləyib. "Biz bu mövzuda qətiyik. Azərbaycan tərəfi Qarabağda yaşayan ermənilərə humanitar yardımların göndərilməsində öz üzərinə düşən vəzifəni yerinə yetirir. Biz vəziyyətin gərginləşməsinə qarşıyıq. Amma Ermənistan tərəfi əsasız çıxışlar edir”, - deyə C.Bayramov vurğulayıb.
28-02-2023, 14:49
Sabahın hava proqnozu

Sabahın hava proqnozu

Martın 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə arabir duman olacaq. Cənub küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 4-7° isti, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 17-22° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti olacaq.
28-02-2023, 14:46
Zəlzələ bölgəsində olan qəhrəman həkimlərimiz geri qayıtdı

Zəlzələ bölgəsində olan qəhrəman həkimlərimiz geri qayıtdı

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Türkiyəyə ezam olunan Azərbaycan Ordusunun hərbi tibb personalı Kahramanmaraşda fəaliyyətini başa vuraraq Vətənə qayıdıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbi həkimlərimiz Türkiyə Səhiyyə Nazirliyinin və Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri ilə qarşılıqlı əlaqədə qardaş ölkədə baş vermiş zəlzələ nəticəsində xəsarət alanlara tibbi yardım göstərib. Tibb heyətimiz tərəfindən qardaş ölkədə ümumilikdə 81 cərrahi əməliyyat icra edilib, 517 nəfərə isə ambulator yardım göstərilib. Qeyd edək ki, ümumi cərrah, travmatoloq, LOR cərrah, oftalmoloq, neyrocərrah, revmatoloq, anestezioloq, plastik-rekonstruktiv cərrah, feldşer, əməliyyat tibb bacıları və anestezistlər olmaqla, Azərbaycan Ordusunun 20 nəfərlik hərbi tibb personalının fəaliyyəti Türkiyədə yüksək qiymətləndirilib.
28-02-2023, 14:37
Zəngəzur yolunda işlərin böyük hissəsi tamamlanıb

Zəngəzur yolunda işlərin böyük hissəsi tamamlanıb

Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan, uzunluğu 123,6 kilometr olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi sürətlə davam etdirilir. Avtomobil yolu başlanğıcını Füzulinin Əhmədbəyli kəndindən götürməklə layihələndirilib və I texniki dərəcəli olaraq beynəlxalq magistral normalara uyğun tikilir. Yolun ilk 77,5 kilometrlik hissəsi 6, qalan 46,1 kilometrlik hissəsi isə 4 hərəkət zolaqlıdır. Hərəkət zolaqlarına uyğun yol yatağının eni müvafiq olaraq 29,5 və 21,5 metr təşkil edir. Layihə üzrə işlərin 73 faizi yerinə yetirilib. Yol boyu ümumi uzunluğu 6 kilometr təşkil edən və şərti olaraq T1, T2 və T3 adlandırılan 3 avtomobil tunelinin inşası aparılır. Ortalama uzunluğu 1020 metr təşkil edən T1 tuneli və ortalama uzunluğu 1822 metr olan T2 tuneli üzrə artıq qazma işləri, həmçinin beton püskürtmə və kəmər beton işləri tam yekunlaşıb. Ortalama uzunluğu 3170 metr olan T3 tunelinin sol istiqaməti üzrə qazma işləri, həmçinin beton püskürtmə və kəmər beton işləri yekunlaşıb, sağ istiqaməti üzrə isə qeyd olunan işlər yekunlaşmaq üzrədir. Layihə üzrə 123,6 kilometrlik yolun 70,2 kilometrlik hissəsində torpaq yatağı inşa olunub. Hazırda yatağın tikintisi yekunlaşmış hissə boyu yol əsası inşa edilir, asfaltlanma işləri görülür. Belə ki, ortalama 48 kilometrlik hissədə hamarlayıcı lay, 38 kilometrlik hissədə əsasın alt layı, 36 kilometrlik hissədə isə əsasın üst layı inşa edilib. Yolun 35 kilometrlik ərazisində isə müəyyən hissələr üzrə asfalt-beton örtüyünün alt və üst layı döşənib. Qeyd olunan işlər üzrə digər hissələrdə tikinti işləri davam edir. Tikinti işlərinin əsas hissəsinin 2025-ci ilədək başa çatdırılması planlaşdırılır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Azərbaycanın digər rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir.
28-02-2023, 13:15
Zəlzələdən zərər çəkmiş 20 türk vətəndaşı ölkəmizdə təhsil alır

Zəlzələdən zərər çəkmiş 20 türk vətəndaşı ölkəmizdə təhsil alır

Türkiyədə zəlzələ bölgəsində zərərçəkən Türkiyə
vətəndaşı olan şagirdlər Azərbaycanda birinci dərəcəli yaxınlarının yanına gəlib. Bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı Səfirliyinin Təhsil Müşavirliyindən bildirilib. Qeyd edilib ki, hazırda onlardan 20 şagird Bakı Türk Anadolu Liseyində təhsil alır.
28-02-2023, 13:10
Rusiya Ermənistanla münasibətlərimizin nizamlanmasında xüsusi rola malikdir

Rusiya Ermənistanla münasibətlərimizin nizamlanmasında xüsusi rola malikdir

Ümidvaram ki, 2023-cü il Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasında irəliləyiş ili olacaq. Hər halda biz buna ümid edirik. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən bildirib. “Düşünürəm ki, Rusiya bizim dostumuz, müttəfiqimiz və qonşumuz kimi Azərbaycan ilə Ermənistan arasında dövlətlərarası münasibətlərin nizamlanmasına kömək işində xüsusi rola malikdir. Ötən il bu istiqamətdə mühüm səy göstərilib, gələcək sülh müqaviləsinin konseptual xarakterini, məhz iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı tanınmasını müəyyən edən sənədlər qəbul olunub”, - deyə dövlətimizin başçısı qeyd edib.
28-02-2023, 10:44

28-02-2023, 07:14
Rəqəmsal dövrün avara-sərgərdanları...

Rəqəmsal dövrün avara-sərgərdanları...

İnternet dələduzluğunun aradan qaldırılması üçün hansı tədbirlər görülməlidir?
Alış-verişdən təhsilə, ünsiyyətdən əyləncəyə, iqtisadiyyatdan iş həyatına qədər internetdən istifadə edərək, həyatımızı asanlaşdırırıq. Bununla belə internet yalnız yaxşı və müsbət məqsədlər üçün istifadə edilmir. Şəxsi təhlükəsizliyimizi təhdid edən internet dələduzları bir çox insanın həm maddi, həm də mənəvi zərər çəkməsinə səbəb olurlar.
İnternet dələduzluğu nədir?
Müxtəlif tətbiq və üsullarla onlayn xidmətlərdən istifadə edən insanlardan maddi və mənəvi fayda əldə etməyi hədəfləyən bütün cəhdlərə internet dələduzluğu deyilir. İnternet dələduzluğu müxtəlif formalarda ola bilər. Ən geniş yayılmış növləri bunlardır: şəxsi məlumatların oğurlanması və sui-istifadəsi, korporativ şəxsiyyət təqlidi, kredit kartı fırıldaqçılığı və s.

Bəs internet dələduzluğuna qarşı nə etməli, hansı tədbirlər görülməlidir?
Rəqəmsalda təhlükəsiz əməliyyatlar aparmaq və bütün bu dələduzluğun səbəb ola biləcəyi neqativ hallardan özünüzü qorumaq üçün müxtəlif tədbirlər görə bilərsiniz. İnternet dələduzluğunun qarşısını almaq üçün aşağıdakı ehtiyat tədbirlərinə nəzər sala bilərsiniz:
- Şəxsi məlumatlarınızı, cihaz parollarınızı və onlayn hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın.
- Onlayn əməliyyatlar üçün güclü parollar təyin edin.
- Yeni cihaz aldığınız zaman köhnə cihazınızda olan bütün məlumatları silin və köhnə cihazınızdakı zavod parametrlərini bərpa edin.
- İnternet bağlantınızın təhlükəsiz olduğundan əmin olun və güclü parol təyin edin.
- Wi-fi şəbəkənizə qoşulan cihazları vaxtaşırı yoxlayın, xarici cihaz gördükdə parolunuzu dəyişdirin.
- Təhlükəsizlik və ya antivirus proqramından dəstək alın, cihazlarınızı güncəl saxlamağa diqqət edin.
- Onlayn alış-verişinizi tanınmış, böyük brend saytlardan edin. İlk dəfə eşitdiyiniz və ya təhlükəsizlik sertifikatları olmayan alış-veriş saytlarından istifadə etməyin.
- Ödəniş səhifələrində vebsayt ünvanlarının “HTTPS” ilə başladığına əmin olun.
- Tanımadığınız insanların e-poçt və ya sms-lərindəki linklərə klikləməyin. Bu mesajlardakı formaları doldurmayın.
- Onlayn bank parollarınızı heç kimlə, o cümlədən bank rəsmiləri ilə paylaşmayın.
- Kredit kartı bəyanatlarınızı diqqətlə yoxlayın. Açıqlamada etmədiyiniz bir alış varsa, dərhal bankınızla əlaqə saxlayın.
Bütün bu tədbirlər haqqında məlumatlı olmanız kifayət deyil. Xüsusilə uşaqları və yaşlıları internet dələduzluğu haqqında məlumatlandırın. İnternet dələduzluğuna qarşı alınacaq tədbirlər haqqında məlumatlandıraraq, internet üzərindən bütün əməliyyatlarınızı daha təhlükəsiz edə, internetdən rahatlıqla istifadə edə bilərsiniz.

Xatun Heydərzadə,
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi
27-02-2023, 22:46
Rusiya Ermənistanla münasibətlərimizin nizamlanmasında xüsusi rola malikdir

Rusiya Ermənistanla münasibətlərimizin nizamlanmasında xüsusi rola malikdir

Ümidvaram ki, 2023-cü il Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasında irəliləyiş ili olacaq. Hər halda biz buna ümid edirik. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən bildirib. “Düşünürəm ki, Rusiya bizim dostumuz, müttəfiqimiz və qonşumuz kimi Azərbaycan ilə Ermənistan arasında dövlətlərarası münasibətlərin nizamlanmasına kömək işində xüsusi rola malikdir. Ötən il bu istiqamətdə mühüm səy göstərilib, gələcək sülh müqaviləsinin konseptual xarakterini, məhz iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı tanınmasını müəyyən edən sənədlər qəbul olunub”, - deyə dövlətimizin başçısı qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
Xəbər lenti
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO

Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!