ABŞ-də benzinin qiyməti 4 dolları ötüb .....                        ABŞ İrana quru qoşunları göndərməyi istisna etmir - Pentaqon rəhbəri .....                        “Fənərbağça”nın prezidenti qəzaya düşdü .....                        Bəzi yaşayış məkanlarının sakinləri hotellərə yerləşdirilib - RƏSMİ .....                        Rasim Balayevin yerinə onlardan biri seçiləcək .....                        Dəmiryol vağzallarında elektron siqaretlərdən istifadə edənlər cərimələnəcək .....                        Sirkə turşusu, siçan dərmanı - Bayram günləri zəhərlənənlər .....                        Azərbaycanda sabahdan balıq ovu qadağan edilir .....                        Şəkidə evdə partlayış - 2 nəfər xəsarət alıb .....                       
Tarix : 5-10-2023, 21:38
Türkiyə XİN Avropa Parlamentinin qətnaməsinə irad bildirdi


Türkiyə XİN Avropa Parlamentinin qətnaməsinə irad bildirdi

Avropa Parlamentinin (AP) bu gün (oktyabrın 5-i) qəbul etdiyi “Azərbaycanın hücumundan sonra “Dağlıq Qarabağda vəziyyət və Azərbaycanın Ermənistana davam edən təhdidləri” adlı məcburi xarakter daşımayan qətnamə məsuliyyətsizlik, qərəz, tərəfkeşlik və məlumatsızlıq örnəyidir”.
Bunu Türkiyənin Xarici İşlər Nazirliyi Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə ilə bağlı bəyanatında bildirib.
“İllərdir Türkiyəyə qarşı əsassız ittiham və iddialarla dolu qərarlar verən bir qrup populist Avropa Parlamenti üzvünün ölkəmizi hədəfə alan ritorikasına əsaslanan bu qərarı pisləyirik.
Populizm, irqçilik, islamofobiya, multikulturalizmin və antiinteqrasiyanın getdikcə gücləndiyi Avropa siyasəti indiki tərkibi ilə AP-də bütün ifratları ilə özünü ifşa edir. Aİ-nin gələcəyi ilə bağlı diləyimiz budur ki, səlahiyyət müddəti tezliklə başa çatacaq hazırkı AP-nin Aİ-nin fundamental dəyərlərinə sadiq olan konstruktiv, əhatəli və həssas nümayəndələrdən ibarət yeni tərkibdə olmasıdır.
Türkiyə Cənubi Qafqazda daimi sülh, sabitlik və rifahın bərqərar olması üçün intensiv səylər göstərir, Ermənistanla normallaşma prosesini həyata keçirmək, bu ölkə ilə Azərbaycan arasında sülh prosesinə konkret töhfə vermək, Ukrayna müharibəsi də daxil olmaqla, bütün qarşıdurma və humanitar böhranlarda beynəlxalq hüquq normaları çərçivəsində qardaşlıq və ümumi mənfəətlərin bərqərar olması üçün bütün imkanlarını səfərbər edir və möhtərəm Prezidentimizin liderliyi ilə bu istiqamətdə çəkisi və səylərinə müraciət edilən fundamental aktor mövqeyindədir.
Heç kimin nəzərə almadığı, lakin marjinal seqmentlərin diqqətini çəkəcək bu cür məsuliyyətsiz mətnlərin bizə AP qərarı kimi təqdim edilməsini sistem zəifliyi kimi görür və ciddi qəbul etmirik”, - bəyanatda qeyd olunub.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!