TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
7-11-2023, 14:40
İlham Əliyev ailəsiylə birlikdə Kəlbəcərə getdi


İlham Əliyev ailəsiylə birlikdə Kəlbəcərə getdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 7-də Kəlbəcər rayonunun Vəngli kəndində olublar.
Qeyd edək ki, işğal dövründə ermənilər növbəti vandallıq aktı nümayiş etdirərək, azərbaycanlıların şəxsi avtomobillərinin nömrələrindən lövhə düzəltmişdilər.
Prezident İlham Əliyev lövhənin sökülməsi ilə bağlı tapşırıq verib.
7-11-2023, 14:23
Vuçiç Ceyhun Bayramovu qəbul etdi


Vuçiç Ceyhun Bayramovu qəbul etdi

Serbiya Prezidenti Aleksandar Vuçiç ölkəsində səfərdə olan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat verilib.
Bildirilib ki, görüş zamanı tərəflər ikitərəfli strateji münasibətlərə dair məsələləri, əməkdaşlığın perspektivlərini və regiondakı son vəziyyəti müzakirə ediblər.
7-11-2023, 13:34
İlham Əliyevin Sərəncamıyla təltif olunan hərbiçilərin sayı açıqlandı


İlham Əliyevin Sərəncamıyla təltif olunan hərbiçilərin sayı açıqlandı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının və Daxili İşlər Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Silahlı Qüvvələrin hərbi qulluqçuları və Daxili İşlər Nazirliyinin əməkdaşları təltif ediliblər.
Sərəncama əsasən 5 nəfər “Qarabağ”, 30 nəfər “Azərbaycan Bayrağı”, 55 nəfər 3-cü dərəcəli “Rəşadət”, 1 nəfər 2-ci dərəcəli “Rəşadət”, 6 nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilib.
Sərəncamla daha bir qrup hərbi qulluqçu isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.
7-11-2023, 13:09
Zakir Həsənov və müavinləri “Qarabağ” ordeni ilə təltif olundu


Zakir Həsənov və müavinləri “Qarabağ” ordeni ilə təltif olundu

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının və Daxili İşlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Dərəncamla müdafiə naziri Zakir Həsənov və müavinləri “Qarabağ” ordeni ilə təltif olunublar:

Həsənov Zakir Əsgər oğlu – general-polkovnik

Vəliyev Kərim Tofiq oğlu – general-polkovnik

Əfəndiyev Ənvər Zəkəriyyə oğlu – general-leytenant

Mirzəyev Hikmət İzzət oğlu – general-leytenant

Tahirov Ramiz Firudinoviç – general-leytenant
7-11-2023, 13:09
Zakir Həsənov və müavinləri “Qarabağ” ordeni ilə təltif olundu


Zakir Həsənov və müavinləri “Qarabağ” ordeni ilə təltif olundu

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının və Daxili İşlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Dərəncamla müdafiə naziri Zakir Həsənov və müavinləri “Qarabağ” ordeni ilə təltif olunublar:

Həsənov Zakir Əsgər oğlu – general-polkovnik

Vəliyev Kərim Tofiq oğlu – general-polkovnik

Əfəndiyev Ənvər Zəkəriyyə oğlu – general-leytenant

Mirzəyev Hikmət İzzət oğlu – general-leytenant

Tahirov Ramiz Firudinoviç – general-leytenant
6-11-2023, 20:26
Nazir Buxarestdə Heydər Əliyevin abidəsini ziyarət etdi


Nazir Buxarestdə Heydər Əliyevin abidəsini ziyarət etdi

Xarici işlər naziri Ceyhun Bayramov Buxarestdə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.
Bu barədə nazir öz "X" hesabında paylaşım edib.
Məlumata görə, XİN başçısı müdrik siyasəti ilə Azərbaycan-Rumıniya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə qalxmasına səbəb olan Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edərək abidəsi qarşısına əklil qoyub.
6-11-2023, 19:42
Zəfər Günü münasibətilə Baş Prokurorluqda tədbir keçirildi


Zəfər Günü münasibətilə Baş Prokurorluqda tədbir keçirildi

Ölkəmizin ərazi bütövlüyünün bərpasının, əzəli və əbədi torpaqlarımızın azadlığının təcəssümü olan milli bayram – Zəfər Günü münasibətilə noyabrın 6-da Baş Prokurorluqda tədbir keçirilib.
İlk öncə Baş Prokurorluğun rəhbər heyəti xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin unudulmaz xatirəsini ehtiramla yad edib.
Tədbirdə vətən torpaqlarının azadlığı uğrunda şəhid olmuş hərbçilərin və mülki vətəndaşların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Baş prokuror Kamran Əliyev prokurorluq əməkdaşlarını, prokurorluğun veteranlarını və xalqımızı bayram münasibətilə təbrik edib.
Yüksək səviyyəli tədbirdə Türkiyənin Hakimlər və Prokurorlar Şurasının geniş tərkibli nümayəndə heyəti həmçinin, Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı iştirak edib.
Baş prokuror diqqətə çatdırıb ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi torpaqlarımızın düşmən işğalından azad edilməsi ilə nəticələnib, 19-20 sentyabr 2023-cü il tarixlərdə keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində isə ölkəmizin bütün ərazisində dövlət suverenliyimiz və konstitusiya quruluşu bərpa edilib.
Bayrağımızın tarixi torpaqlarımız olan Xankəndidə, Ağdərədə, Əsgəran, Xocavənd, Xocalıda yüksəldildiyini qürurla qeyd edən Baş prokuror Qarabağ bölgəsindəki qondarma rejimin ləğv edildiyini, bölgədə olan bütün silahlı erməni dəstələrinin tərksilah edildiyini, qondarma rejimin keçmiş “rəhbər”ləri və digər separatçıların isə tutularaq cinayət məsuliyyətinə cəlb edildiyini nəzərə çatdırıb.
Kamran Əliyev qeyd edib ki, zəfərin təməlini Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik konsepsiyası və ordu quruculuğu, habelə bu uğurlu siyasətin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən inamla reallaşdırılması təşkil edib.
44 günlük vətən müharibəsində, həm də ondan sonrakı dövrdə şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən yüksək diqqət və qayğının nümayiş etdirildiyini nəzərə çatdıran Baş prokuror, həmçinin, azad edilmiş bölgələrdə gerçəkləşən və bütün dünyanı heyrətləndirən quruculuq və bərpa işlərinin aparıldığını, əbədi azadlığına qovuşmuş Qarabağ və Şərqi Zəngəzura “Böyük Qayıdış”ın yüksək səviyyədə icra olunduğunu vurğulayıb.
Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən ərazilərdə hüquq qaydasının möhkəmləndirilməsi, prokuror təsir tədbirlərindən istifadə etməklə aidiyyəti dövlət qurumları ilə birlikdə aparılan quruculuq işlərinə səlahiyyətləri daxilində dəstək göstərilməsi istiqamətində prokurorluq əməkdaşları xidmətlərini daha səmərəli və peşəkar təşkil edilib.
Tədbir zamanı çıxış edən türkiyəli nümayəndə heyətinin rəhbəri, Hakimlər və Prokurorlar Şurasının 1-ci Dairə üzvü xanım Aysel Demirel 8 noyabr Zəfər Günü münasibətilə təbriklərini ifadə edib, əlamətdar tarixdə Azərbaycana gəldiklərindən məmnunluğunu bildirib.
İki qardaş ölkə arasında əməkdaşlığın uğurla inkişaf etdiyini nəzərə çatdıran xanım Aysel Demirel Türkiyə dövləti və xalqının Azərbaycanın əldə etdiyi nailiyyətlərə sevindiyini və bunun davamlı olmasını arzuladığını qeyd edib.
Sonda 44 günlük Vətən Müharibəsinə həsr olunmuş sənədli film nümayiş etdirilib.


6-11-2023, 18:39
Ceyhun Bayramov Rumıniya parlamenti Senatının sədriylə görüşdü


Ceyhun Bayramov Rumıniya parlamenti Senatının sədriylə görüşdü

Noyabrın 6-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Rumıniyaya rəsmi səfəri çərçivəsində bu ölkənin parlamenti Senatının sədri Nikolae Çuka ilə görüşüb.
Xarici İşlər Nazirliyindən bildirilib ki, görüşdə Azərbaycan və Rumıniya arasında ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlıq gündəliyi, habelə regionda və dünyada mövcud vəziyyət müzakirə olunub.
C.Bayramov, ölkəmizin müstəqilliyini tanıyan ilk ölkələrdən biri olan Rumıniya ilə ötən il diplomatik münasibətlərimizin 30 illiyinin tamam olduğunu qeyd edərək, bu illər ərzində ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafında qarşılıqlı səfərlər, təmasların, o cümlədən parlament diplomatiyasının rolunu vurğulayıb. Bu istiqamətdə, münasibətlərin daha da genişləndirilməsi məqsədilə iki ölkə arasında mövcud müqavilə-hüquq bazasının inkişafının zəruri olduğu vurğulanıb.
Nazir Ceyhun Bayramov, Azərbaycan və Rumıniya arasında ikitərəfli münasibətlərin uğurlu inkişafı ilə yanaşı, regional və beynəlxalq təşkilatlar çərçivəsində dəstək və həmrəyliyə əsaslanan qarşılıqlı faydalı əməkdaşlığın mövcudluğunun təqdirəlayiq olduğunu qeyd edib.
İki ölkə arasında strateji tərəfdaşlığın bir sıra istiqamətlərində, xüsusilə ticarət dövriyyəsinin artırılması, iqtisadi, enerji, nəqliyyat, turizm, kənd təsərrüfatı və s. istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Alternativ enerji, rəqəmsal inkişaf sahəsində əməkdaşlığın inkişaf potensialı diqqətə çatdırılıb.
Görüş zamanı qarşı tərəf post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycanın yenidənqurma, reinteqrasiya və sülh quruculuğu fəaliyyəti barədə ətraflı məlumatlandırılıb. Nazir Ceyhun Bayramov, xüsusilə cari ilin 19-20 sentyabr tarixlərində Qarabağ bölgəsində tərəfimizdən görülən, qeyri-qanuni erməni silahlı qüvvələrinin mövcudluğuna son qoyan anti-terror tədbirlərindən sonra regionda reinteqrasiya və sülh gündəliyinin irəlilədilməsi üçün münbit şəraitin yarandığını vurğulayıb.
Mövcud çətinlik və çağırışlara baxmayaraq, ölkəmizin bundan sonra da Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesi üzrə əməli addımlar atmaqda qərarlı olduğu diqqətə çatdırılıb.
Senatın sədri Nikolae Çuka, Rumıniyanın Baş naziri qismində ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə, cari ilin oktyabr ayında isə Parlament Senatının sədri qismində Azərbaycan Respublikasının Milli Məclisinin sədri Sahibə Qafarova ilə keçirdiyi görüşlərə istinad edərək, bu kimi təmaslar çərçivəsində ikitərəfli münasibətlərin inkişaf perspektivlərinin müzakirəsinin əməkdaşlığa töhfə verdiyini bildirib. Rumıniyanın Cənubi Qafqazda sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində Azərbaycanın səylərini dəstəklədiyi diqqətə çatdırılıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
6-11-2023, 16:36
Xorvatiya minaların təmizlənməsində dəstək olacağını bildirdi


Xorvatiya minaların təmizlənməsində dəstək olacağını bildirdi

Xorvatiya minaların təmizlənməsi məsələsində Azərbaycana dəstək verəcək.
Bu, Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 6-da Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç ilə görüşündə müzakirə edilib.
Görüşdə Xorvatiyanın minalardan əziyyət çəkən ölkə olaraq, Azərbaycana bu sahədə dəstək vermək niyyəti müsbət qarşılanıb, minaların təmizlənməsi sahəsində təcrübə mübadiləsinin və əməkdaşlığın vacibliyi qeyd edilib.
6-11-2023, 16:19
Ombudsman Ermənistana çağırış etdi


Ombudsman Ermənistana çağırış etdi

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ermənistanın ekoloji terroru ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib.
Bu barədə Ombudsman Aparatının “X” hesabında paylaşım edilib.
“Bu gün biz bir daha ekologiya və ətraf mühitin mühafizəsi sahəsində çalışan beynəlxalq təşkilatları Ermənistanın törətdiyi ekoloji terrorun nəticələrinin aradan qaldırılması üçün təsirli tədbirlər görməyə çağırırıq!”, - paylaşımda bildirilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!