Xorvatiya minaların təmizlənməsində dəstək olacağını bildirdiXorvatiya minaların təmizlənməsi məsələsində Azərbaycana dəstək verəcək.
Bu, Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 6-da Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç ilə görüşündə müzakirə edilib.
Görüşdə Xorvatiyanın minalardan əziyyət çəkən ölkə olaraq, Azərbaycana bu sahədə dəstək vermək niyyəti müsbət qarşılanıb, minaların təmizlənməsi sahəsində təcrübə mübadiləsinin və əməkdaşlığın vacibliyi qeyd edilib.