Əhməd Oruc xəstəxanaya aparılan gün evi qarət edildi .....                        Cəfər Cabbarlının heykəli bərpa OLUNACAQ - RƏSMİ .....                        Tramp hərbi əməliyyatlara hazırlaşır .....                        Dövlət Xidməti saytlardakı problemlə bağlı məlumat yaydı .....                        Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası müzakirə edildi .....                        Xocalının Seyidbəyli kəndinə 36 nəfər qayıtdı .....                        Azərbaycanda saytlara girişdə PROBLEM YARANDI .....                        Baş nazir iki milli parkla bağlı qərar verdi .....                        Qaxda 14 yaşlı məktəbli güllələndi .....                       
17-03-2023, 14:25
Köçürülənlərin nəticələri ləğv olunacaq - DİM

Köçürülənlərin nəticələri ləğv olunacaq - DİM

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə abituriyentlərə müraciət edib. O, ali təhsil müəssisələrinə sənəd qəbulunun başa çatması və buraxılış imtahanlarına həsr olunmuş mətbuat konfransında deyib ki, abituriyentlər qaydaları pozmasın. “Kimsə kimdənsə köçürübsə, onun da nəticələri ləğv olunacaq. İmtahana gələrkən əlavə vasitələr gətirməyin. Bununla siz heç nəyə nail ola bilməyəcəksiniz", - M.Abbaszadə vurğulayıb.
17-03-2023, 14:16
Çalışırıq ki, imtahan otaqlarında bir-birini tanıyanlar olmasın - DİM

Çalışırıq ki, imtahan otaqlarında bir-birini tanıyanlar olmasın - DİM

"Biz çalışırıq ki, imtahan otaqlarında bir-birini tanıyanlar olmasın". Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. "Ancaq sosial şəbəkələrdə bəzi abituriyentlər bir-birilə əvvəlcədən tanışlıq yaradır. Biz isə onlara sosial şəbəkədə müdaxilə edə bilmərik. Nə üçün bunlar qınanmır? Telefonu keçirmək üçün müəllimlər tapşırıq verir. "Telegram"da, bəzi kurslarda qanunsuz çağırışlar edilir", - DİM sədri bildirib. Məleykə Abbaszadənin sözlərinə görə, əvvəllər imtahan zalına hansısa alətləri, bıçaq və qumbara keçirmək istəyənlər olub: "Biz kriminal xronikanı heç vaxt şişirtməmişik. Çünki hüquq mühafizə orqanları prosesə nəzarət edir və belə hallar olanda aradan qaldırılır".
17-03-2023, 00:09
Qazaxıstan Türk Fonduna 100 milyard tenge investisiya yatırmağı planlaşdırır

Qazaxıstan Türk Fonduna 100 milyard tenge investisiya yatırmağı planlaşdırır

Qazaxıstan Türk İnvestisiya Fonduna 100 milyard tenge investisiya yatırmağı planlaşdırır. Bu barədə ölkənin "Zakon.kz" nəşri yazıb. Bildirilib ki, Qazaxıstan Milli İqtisadiyyat Nazirliyi bununla bağlı qərar qəbul edib. Nəşr diqqətə çatdırıb ki, fondun yaradılması regiondaxili ticarətə, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə və logistikanın genişləndirilməsinə töhfə verəcək. Xatırladaq ki, bu gün Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşündə Türk İnvestisiya Fondunun yaradılması haqqında saziş imzalanıb.
17-03-2023, 00:07
Türk Dövlətləri Təşkilatı çərçivəsində Mülki Müdafiə Mexanizmi yaradılır

Türk Dövlətləri Təşkilatı çərçivəsində Mülki Müdafiə Mexanizmi yaradılır

Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində Mülki Müdafiə Mexanizmi yaradılacaq. Bu barədə TDT Zirvə görüşünün nəticələrinə dair mətbuat konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib. Onun sözlərinə görə, bu Mexanizm TDT ölkələrinin müvafiq qurumları arasında əməkdaşlığı daha da gücləndirəcək. Qeyd edək ki, bu gün keçirilən Zirvə görüşünün sonunda qəbul edilən bəyannamədə Mülki Müdafiə Mexanimzinin yaradılması barədə müddəa mövcuddur. Ankara Bəyannaməsində bildirilir ki, baş verə biləcək mümkün fəlakətlər və fövqəladə hallar zamanı ehtiyacların səmərəli, əlaqələndirilmiş və vaxtında həll edilməsi üçün TDT-nin milli fəlakətlərin idarə edilməsi qurumları arasında əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər və bu xüsusda Türk Dövlətləri Təşkilatının Mülki Müdafiə Mexanizminin yaradılması haqqında Sazişin Türk Dövlətləri Təşkilatının Qazaxıstan Respublikasının Türkistan şəhərində keçiriləcək 10-cu Zirvə görüşünədək imzalanması üçün aidiyyəti qurumlara tapşırıq verilib.
17-03-2023, 00:01
Milli Məclis Avropa İttifaqının qəbul etdiyi qətnaməni qınadı

Milli Məclis Avropa İttifaqının qəbul etdiyi qətnaməni qınadı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Avropa Parlamentinin Avropa İttifaqı-Azərbaycan əlaqələrinə dair martın 15-də qəbul etdiyi qətnaməyə qətiyyətlə etiraz edir və şiddətlə qınayır. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bəyanatda bildirilib ki, qətnamənin mətni Avropa Parlamentinin insan hüquqları, əsas azadlıqlar, yaxşı idarəetmə və digər mövzular üzrə Azərbaycana münasibətdə səsləndirdiyi özünəməxsus aldadıcı şərhləri təkrarlamaqla yanaşı, təəssüf ki, eyni zamanda Azərbaycanın sülhə nail olmaq səylərini qəsdən gözdən salmağa, Ermənistandakı revanşist qüvvələri təhrik etməyə və bütövlükdə Cənubi Qafqazda, xüsusən də Azərbaycanın Qarabağ iqtisadi rayonunda vəziyyətin destabilizasiyasına yönəlmiş yalan və təhqiredici ritorika ilə doludur: "Avropa Parlamenti nəinki öz nüfuzuna xələl gətirən bu qətnamənin qəbul edilməsinin qarşısını ala bilməyib, həm də xaos və müharibə yolu ilə Cənubi Qafqaz bölgəsindəki çirkin planlarını həyata keçirməyə çalışan qüvvələrin alətinə çevrilİB. Bu isə dərin məyusluq və hiddət doğurur". Qeyd olunub ki, qətnamədə Azərbaycanın ərazi bütövlüyünün şübhə altına alınması beynəlxalq hüquqa, eləcə də bu qurumun özünün nizamnaməsinə qarşı tam hörmətsizlikdir: "Ən əsası isə sənədin bu formada qəbul olunması, heç şübhəsiz, onun Avropanın xərçəng şişinə çevrilmiş Ermənistan və erməni diasporundan qaynaqlandığının bariz göstəricisidir. Bu qətnamənin mətnindən gələn dözülməz korrupsiya qoxusu, ölkəmizə qarşı nifrət, onun tarixinə və beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20%-nin 30 ilə yaxın davam edən işğalının doğurduğu ağrı-acıya, etnik təmizləmələrə, Xocalı soyqırımına, 1 milyondan artıq qaçqın və məcburi köçkünün taleyinə, tamamilə yerlə-yeksan edilmiş şəhər və kəndlərə, dağıdılmış tarixi, mədəni və dini irsə münasibətdə etinasızlıq qətnamədə özünü bütün çılpaqlığı ilə büruzə verir. Laçın yolunun bağlanması və "humanitar fəlakət"in baş verməsinə dair erməni nağıllarının böyük həvəslə təkrarlanması Avropa Parlamentinin deputatlarının nə qədər məsuliyyətsiz və qərəzli olduğunu göstərir". "Bununla belə, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi qətnaməyə dair aparılmış müzakirələr zamanı Avropa İttifaqının qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyinin səsləndirdiyi mövqeyi qeyd etməyi zəruri hesab edir. Avropalı komissar regionda cərəyan edən hadisələrin qiymətləndirilməsinə tarazlı yanaşma nümayiş etdirə bilmişdir. Qərəzli deputatlar tərəfindən göstərilən inanılmaz təzyiqlərə baxmayaraq, o, Aİ-nin etibarlı tərəfdaşı kimi Azərbaycanın rolunu yüksək qiymətləndirib. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi avropalı parlamentariləri yenidən düşünməyə, odun üstünə yağ tökməməyə, revanşist qüvvələri bəsləməməyə, qarşılıqlı hörmət və anlaşmaya əsaslanan konstruktiv dialoqa çağırır", - bəyanatda vurğulanıb.
16-03-2023, 16:38
Minaya düşərək ölən şəxslərlə bağlı ətraflı məlumat verildi

Minaya düşərək ölən şəxslərlə bağlı ətraflı məlumat verildi

Bu gün Ağdamda iki nəfər minaya düşərək həlak olub. Hadisə rayonun Yusifcanlı kəndində baş verib. Məlumata görə, ərazidə heyvan otaran kənd sakinləri mina partlayışı nəticəsində həyatlarını itiriblər. Partlayış zamanı ölənlər 1999-ci il təvəllüdlü İsrail Həsənov İbrahim oğlu və 1987-ci il təvəllüdlü Həsənov Amid Hüseyn oğludur. Hadisə barədə açıqlama verən Yusifcanlı kənd bələdiyyəsinin nümayəndəsi Hüseyn Sadıqov bildirib ki, minaya düşən hər iki şəxs eyni kəndin sakinləridir. "Onlar Yusifcanlı kəndinin sakinləridir. Hər ikisi evlidir. Amid Həsənovun 3, İsrail Həsənovun iki övladı var. Onlar təsərrüfatla məşğul olublar. Hadisə heyvan otararkən baş verib. Ehtiyatsızlıqdan minanın üzərinə çıxıblar. Partlayış zamanı yerindəcə keçiniblər", - deyə Hüseyn Sadıqov vurğulayıb. Qeyd edək ki, hazırda faktla bağlı araşdırma aparılır.
16-03-2023, 15:27

16-03-2023, 14:54

16-03-2023, 14:52
Ceyhun Bayramov Ankara görüşündə Zəngəzur dəhlizindən danışdı

Ceyhun Bayramov Ankara görüşündə Zəngəzur dəhlizindən danışdı

Regionda və dünyada baş verən hadisələr nəqliyyat və kommunikasiyalar sahəsində əməkdaşlığın əhəmiyyətini artırıb. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən iclasında bildirib. Nazir Ceyhun Bayramov bu istiqamətdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeni nəqliyyat infrastrukturunun yaradılması, o cümlədən Zəngəzur dəhlizinin fəaliyyətə başlaması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Bununla əlaqədar, Azərbaycanın Orta dəhlizin tranzit potensialından istifadəyə şərait yaradacaq bu səylərinin öz növbəsində regional sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə mühüm töhfə verəcəyinə dair inam ifadə olunub.
16-03-2023, 14:49
Ağdamda iki nəfər mina qurbanına çevrildi

Ağdamda iki nəfər mina qurbanına çevrildi

Ağdam rayonu Yusifcanlı kənd ərazisində kənd sakinləri mina partlayışı nəticəsində həyatlarını itiriblər. Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib. 1999-ci il təvəllüdlü İsrail Həsənov İbrahim oğlu və 1987-ci il təvəllüdlü Həsənov Amid Hüseyn oğlu heyvan otararkən minaya düşüblər. Araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
Xəbər lenti
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO

Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!