Zəngilan və Cəbrayılda qartəmizləmə işləri görülür .....                        Lerikin kəndlərinə işığın verilməsi bərpa olunur - "Azərişıq” .....                        Əliyar Ağayev Avropa Liqasına təyinat aldı .....                        Vaqif Allahverdiyevə 8 il həbs verildi .....                        Rayonlarda qar intensivləşib, 12 dərəcə şaxta var .....                        Bu mükafatı almaq mənim üçün böyük şərəfdir - İlham Əliyev .....                        İlham Əliyev bank prezidenti ilə görüşdü .....                        Avropa Birliyindən Trampa XƏBƏRDARLIQ .....                        Kəlbəcərin yeganə 20 Yanvar şəhidi - Firuz Cabbarov .....                       
22-06-2023, 19:03
Kamran Əliyev Laçın və Qubadlıdakı hərbi hissələrə baş çəkdi


Kamran Əliyev Laçın və Qubadlıdakı hərbi hissələrə baş çəkdi

İyunun 22-də Baş prokuror Kamran Əliyev Laçın və Qubadlıda Müdafiə nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili Qoşunlara məxsus hərbi hissələrdə olub. Bu barədə Baş Prokurorluqdan bildirilib. Qeyd edilib ki, Baş prokuror əsgər və zabitlərlə görüş keçirib. Baş prokuror Kamran Əliyev Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilmiş hərbi-siyasi Zəfərin əhəmiyyətindən bəhs edib. Sonra bir qrup hərbiyə Silahlı Qüvvələr Günü münasibətilə qiymətli hədiyyələr təqdim olunub.
22-06-2023, 17:58
Goranboyda sel suları fəsadlara səbəb oldu


Goranboyda sel suları fəsadlara səbəb oldu

Goranboyda növbəti sel suları yenə fəsadlara səbəb olub. Goranboy rayon İcra Hakimiyyətindən bildirilib ki, 22.06.2023-cü il tarixdə, saat 15:00-15:30 radələrində baş verən leysan yağışları nəticəsində Kürəkçay çayında suyun səviyyəsi artmış, yaranan sel suları Goranboy rayonun Nizami, Dəyirmanlar, Azad, Borsunlu və Nadirkənd kəndləri ərazisində əkin sahələrinə, yol infrastrukturuna, Azad-Nizami avtomobil yolunda olan körpüyə və Todan kəndində 1 fərdi yaşayış evinin yardımçı tikilisinə ziyan vurmuş, Dəyirmanlar kənd tam orta məktəbinin həyətinə və zirzəmisinə dolub. Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, aidiyyəti məsul şəxslər və xidmət sahələrinin rəhbərləri ilə birgə, selin fəsad yaratdığı ərazilərdə mövcud vəziyyətlə yerində maraqlandı. Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası tərəfindən müvafiq texnikalar əraziyə cəlb edilməklə sel sularının əhalinin yaşadığı əraziyə keçməsinin qarşısı alınmış, hazırda fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.




22-06-2023, 17:41
Azərbaycan erməni əsilli sakinlərin hüquq və azadlıqlarını təmin edir - XİN


Azərbaycan erməni əsilli sakinlərin hüquq və azadlıqlarını təmin edir - XİN

"Azərbaycanın Qarabağ bölgəsinin yerli erməni əsilli sakinləri ilə dialoqunda "beynəlxalq mexanizm"in tətbiq olunmasına və bu çərçivədə erməni əsilli sakinlərin "hüquqları və təhlükəsizliyi" məsələlərinin həll edilməsinə dair çağırışlarla bağlı bir daha vurğulayaq ki, Erməni əsilli sakinlərlə dialoq, habelə Azərbaycan ərazisində, Azərbaycan qanunları çərçivəsində yaşayan şəxslərin hüquq və azadlıqlarının təmin olunması məsələsi Azərbaycanın daxili işidir". Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan baş naziri Nikol Paşinyanın hökumətin 22 iyun tarixli iclasında çıxışı zamanı səsləndirdiyi fikirlərə dair şərhində bildirilib.
Qeyd olunub ki, Azərbaycan erməni sakinlərinin reinteqrasiyası istiqamətində müvafiq zəruri tədbirlər həyata keçirməkdə qərarlıdır, bu və digər məsələlərin müzakirəsi məqsədilə erməni sakinlərə ünvanlanmış dəvət hələ də qüvvədədir.
22-06-2023, 17:22
Ombudsman əsir götürülmüş hərbiçilərimizlə bağlı müraciət etdi


Ombudsman əsir götürülmüş hərbiçilərimizlə bağlı müraciət etdi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən əsir götürülmüş və qanunsuz olaraq azadlıqdan məhrum edilmiş hərbi qulluqçularımızın dərhal azad olunması ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib. Ombudsman Aparatından verilən məlumata görə, müraciətdə bildirilib ki, cari ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində itkin düşməklə Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan Ordusunun əsgərləri Bəbirov Aqşin Qabil oğlu və Axundov Hüseyn Əhliman oğlu saxta ittihamlarla azadlıqdan məhrum olunublar: "Bu müddət ərzində beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarına zidd olaraq onların müxtəlif işgəncələrə və pis rəftara məruz qalmaları Ermənistanın ölkəmizə qarşı etnik nifrət zəminində düşmənçilik siyasəti apardığını bir daha təsdiq edir. Bununla əlaqədar dəfələrlə müraciət olunmasına baxmayaraq, Ermənistan hakimiyyəti hərbi qulluqçularımıza qarşı qanunsuz qərarların qəbul edilməsinə rəvac verməklə beynəlxalq hüququn tələblərini növbəti dəfə kobud şəkildə pozmuşdur. Günahsız hərbi qulluqçularımıza münasibətdə qərəzli qərarların qəbul edilməsi və digər bu kimi təxribatçı addımların atılması iki ölkə arasında dayanıqlı sülhün təmin olunması istiqamətində aparılan danışıqları pozmaq məqsədi daşıyır. Hesab edirik ki, Ermənistanda saxta məhkəmə hökmü ilə tamamilə qanunsuz olaraq azadlıqdan məhrum edilmiş hərbi qulluqçularımız dərhal azad edilməlidirlər. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq, yenidən beynəlxalq ictimaiyyətə müraciət edərək, əsir götürülməklə qanunsuz həbs olunmuş hərbi qulluqçularımızın tezliklə azad edilməsi üçün təsirli addımların atılmasını qəti şəkildə tələb edirəm".
22-06-2023, 16:39
Bəndqurma işlərinə ciddi şəkildə yanaşılacaq - Nazir


Bəndqurma işlərinə ciddi şəkildə yanaşılacaq - Nazir

Vətəndaşların göllə bağlı narahatlığı çox ciddi şəkildə öyrəniləcək. Müvafiq qurumlar təhlillər aparacaqlar. Bunu Gədəbəyin Söyüdlü kəndindəki vəziyyətin araşdırılması üçün yaradılan Dövlət Komissiyasının sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev sakinlərlə görüşü zamanı deyib. Nazir bildirib ki, gölün insan həyatına nə qədər neqativ təsir göstərməsi araşdırılacaq: "Bəndqurma işlərinə ciddi şəkildə yanaşılacaq. Hava monitorinqi onu göstərir ki, Söyüdlü kəndində və gölün ətrafında çirklənmə yoxdur". Qeyd edək ki, Gədəbəy rayonunun Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində süni gölün tikintisinə etiraz olaraq iyunun 20-də aksiya keçirməyə cəhd göstərib. Aksiyanın qarşısı alınan zaman polislə sakinlər arasında insident baş verib. Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün Baş nazirin Sərəncamı ilə komissiya yaradılıb.
22-06-2023, 16:19
Türkiyədə dollar yenidən bahalaşdı


Türkiyədə dollar yenidən bahalaşdı

Türkiyə Mərkəzi Bankının uçot dərəcəsi ilə bağlı qərarından sonra ölkədə dollar yenidən bahalaşmağa başlayıb. Türkiyə lirəsi bir saat ərzində 3 faizdən çox ucuzlaşıb. Məlumata görə, birjalarda dolların məzənnəsi 24,31 lirəyə qədər yüksəlib.
Qeyd edək ki, Türkiyədə bu gün uçot dərəcələri 26 aydan sonra ilk dəfə artırılıb. Dərəcələr 6.5% artararaq 15%-ə çatdırılıb. Ötən ay Türkiyədə keçirilən prezident seçkilərinin ardından Rəcəb Tayyib Ərdoğan ölkənin iqtisadiyyat komandasını dəyişib. Mehmet Şimşek maliyyə və xəzinə naziri, Hafize Gaye Erkan isə Mərkəzi Bankın sədri təyin edilib. Ərdoğan uçot dərəcələrinin aşağı olması ilə bağlı fikirlərinin dəyişmədiyini, ancaq iqtisadi komandanın qərarlarını qəbul etdiyini bildirib.
22-06-2023, 15:59
Marşrut xətlərinin hərəkəti çimərliklərə qədər uzanır


Marşrut xətlərinin hərəkəti çimərliklərə qədər uzanır

İyunun 15-dən Bakı Nəqliyyat Agentliyi 101, 107, 171, 179 və 180 nömrəli müntəzəm marşrut xətlərinin hərəkət sxemlərini çimərlik ərazilərinə qədər uzadacaq. Bu barədə agentlikdən məlumat verilib. Bildirilib ki, 101 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Türkan” çimərliyinə qədər, 107 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Buzovna” çimərliyinə qədər, 171 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Sea Breeze” istirahət mərkəzinə qədər, 179 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Pirşağı” çimərliyinə qədər, 180 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti isə “Zirə” çimərliyinə qədər təşkil ediləcək.
22-06-2023, 15:37
“Dövlət Neft Fondunun 2023-cü il büdcəsi haqqında” fərmana dəyişiklik edildi


“Dövlət Neft Fondunun 2023-cü il büdcəsi haqqında” fərmana dəyişiklik edildi

Prezident İlham Əliyev “Dövlət Neft Fondunun 2023-cü il büdcəsi haqqında” 30 dekabr 2022-ci il tarixli fərmanında dəyişiklik edib. Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmana əsasən, ARDNF-in büdcə gəlirləri ilə bağlı proqnoz 8 990,9 milyon manatdan 16 337,5 milyon manata, büdcə xərcləri ilə bağlı proqnoz isə 11 392,3 milyon manatdan 11 850 milyon manata çatdırılıb. Nəticədə Fondun büdcəsində gözlənilən 2 401,4 milyon manat kəsir 4 487,5 milyon manat qalıqla əvəz edilib.
22-06-2023, 15:25
Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmır - Kamran Əliyev


Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmır - Kamran Əliyev

“Təəssüflər olsun ki, qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar və yenə də davam etdirirlər”. Bunu Baş prokuror Kamran Əliyev Laçında jurnalistlərə açıqlamasında deyib. "May ayının 26-da iki erməni hərbiçisinin bizim sərhədi pozaraq silahlanmış şəkildə təxribat törətmək məqsədilə ölkə ərazisinə keçmələri və bizim hərbiçilər tərəfindən onların qanunsuz fəaliyyətinin qarşsıının alınması, digər tərəfdən iyunun 15-də Azərbaycan Sərhəd Xidmətinin əməkdaşlarına qarşı heç bir əsas olmadan yenidən təxribat törədilməsi bizim bir daha diqqətli olmağımızı zəruri edir", - deyə Baş prokuror bildirib.
22-06-2023, 14:14
Karateçimiz Polşada keçirilən III Avropa Oyunlarında ilk qələbəsini qazandı


Karateçimiz Polşada keçirilən III Avropa Oyunlarında ilk qələbəsini qazandı

Azərbaycan karateçisi Fidan Teymurova Polşada keçirilən III Avropa Oyunlarında ilk qələbəsini qazanıb. Turnirdə 50 kiloqram çəki dərəcəsində çıxış edən karateçimiz təsnifat mərhələsinin A qrupunda ikinci döyüşündə Almaniya təmsilçisi Şara Vinnidin Hubrixə qalib gəlib. İlk döyüşdə İtaliya idmançısı Erminiya Perfettoya məğlub olan karateçimiz qrupda sonuncu görüşünü türk Serab Özçelikə qarşı keçirəcək. İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparacaq. İdmançılar 29 növ üzrə 253 dəst medalın sahibini müəyyənləşdirəcək. Azərbaycan Krakov-2023-də 13 növ üzrə 86 idmançı ilə təmsil olunur.
Qeyd edək ki, tarixdə ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, ikinci multiidman tədbiri 2019-cu ildə Minskdə baş tutub. Azərbaycan millisi bu yarışlarda 84 medal qazanıb. İdmançılarımız 26 qızıl, 25 gümüş və 33 bürünc mükafat əldə edib. Komandamız medal sıralamasında Bakı-2015-də 2-ci, Minsk-2019-da 10-cu yeri tutub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!