Zəngilan və Cəbrayılda qartəmizləmə işləri görülür .....                        Lerikin kəndlərinə işığın verilməsi bərpa olunur - "Azərişıq” .....                        Əliyar Ağayev Avropa Liqasına təyinat aldı .....                        Vaqif Allahverdiyevə 8 il həbs verildi .....                        Rayonlarda qar intensivləşib, 12 dərəcə şaxta var .....                        Bu mükafatı almaq mənim üçün böyük şərəfdir - İlham Əliyev .....                        İlham Əliyev bank prezidenti ilə görüşdü .....                        Avropa Birliyindən Trampa XƏBƏRDARLIQ .....                        Kəlbəcərin yeganə 20 Yanvar şəhidi - Firuz Cabbarov .....                       
22-06-2023, 13:59
Azərbaycanlı tələbənin meyiti göldən tapıldı


Azərbaycanlı tələbənin meyiti göldən tapıldı

Polşanın paytaxtı Varşava şəhərində yaşayan azərbaycanlı tələbə Yusif Həsənovun meyiti tapılıb. Bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıblar. Soydaşımızın meyitinin göldən tapıldığı bildirilir. Qeyd edək ki, bu yaxınlarda Yusif Həsənovun itkin düşməsi barədə xəbər yayılmışdı.
22-06-2023, 13:51
Qazaxıstanla əlaqələrimiz bütün sahələrdə uğurla inkişaf edir - Prezident


Qazaxıstanla əlaqələrimiz bütün sahələrdə uğurla inkişaf edir - Prezident

Azərbaycanla Qazaxıstan arasında münasibətlər strateji xarakter daşıyır, əlaqələrimiz bütün sahələrdə uğurla inkişaf edir. Bu barədə Prezident İlham Əliyev Qazaxıstanın Baş naziri Alixan Smailovu qəbul edərkən bildirib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ötən il Azərbaycana, özünün isə bu il Qazaxıstana səfəri zamanı əldə edilmiş razılıqların uğurla həyata keçirildiyini və onların icrasının daim diqqətdə saxlanıldığını bildirən dövlətimizin başçısı bunu əməkdaşlığımızın yüksək səviyyəsinin göstəricisi kimi dəyərləndirib. Azərbaycan Prezidenti qeyd edib ki, ölkələrimiz arasında əlaqələr regional əməkdaşlıq, o cümlədən Xəzər hövzəsində və daha geniş məkanda əməkdaşlıq üçün böyük önəm daşıyır. Bu əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev bütün bunların ticarət dövriyyəsinin həcminin artırılması, əlavə biznes imkanlarının yaradılması, energetika, nəqliyyat və digər sahələrdə böyükmiqyaslı layihələrin həyata keçirilməsi işinə xidmət etdiyini vurğulayıb.
22-06-2023, 11:52
Sabahın hava proqnozu

Sabah yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Gündüz arabir güclənən şimal-qərb küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-22° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Axşam yağıntılar tədricən kəsiləcək. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz 24-29° isti olacaq, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacaq.
21-06-2023, 20:55
Ceyhun Bayramov kralla görüşdü


Ceyhun Bayramov kralla görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniya və Şimali İrlandiyanın kralı III Çarlzla görüşüb. Bu barədə XİN məlumat yayıb. Görüş nazirin Birləşmiş Krallığa səfəri çərçivəsində baş tutub.
Xatırladaq ki, Ceyhun Bayramov Birləşmiş Krallıqda keçirilən Ukraynanın Bərpası Konfransında iştirak edir.
21-06-2023, 20:35
Türk nazir Blinkenlə Azərbaycan-Ermənistan münasibətlərindən danışdı


Türk nazir Blinkenlə Azərbaycan-Ermənistan münasibətlərindən danışdı

Türkiyənin xarici işlər naziri Hakan Fidanın amerikalı həmkarı Entoni Blinkenlə görüşündə müzakirə olunan mövzular açıqlanıb. Bu barədə TRT kanalı məlumat yayıb. Görüşdə Ukraynadakı vəziyyət, Türkiyənin təşəbbüsü ilə həyata keçirilən İstanbul Taxıl Sazişi, NATO-nun genişlənməsi, Cənubi Qafqazda baş verən proseslər kontekstində Azərbaycan-Ermənistanın normallaşması və ikitərəfli münasibətlər müzakirə olunub.
21-06-2023, 20:16
Azərbaycan-Birləşmiş Krallıq nümayəndələri bir sıra məsələləri müzakirə etdi


Azərbaycan-Birləşmiş Krallıq nümayəndələri bir sıra məsələləri müzakirə etdi

20 iyunda Birləşmiş Krallığa işgüzar səfər çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Birləşmiş Krallığın Avropa regionu üzrə dövlət naziri Leo Dokertinin iştirakı ilə iki ölkə arasında Strateji Dialoqun iclası keçirilib. Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, iclasda Azərbaycan-Birləşmiş Krallıq arasında strateji dialoq məsələlərini özündə ehtiva edən siyasi məsləhətləşmələrin bir çox aspektlərinə dair ətraflı fikir mübadiləsi aparılıb, regional və beynəlxalq gündəliyin qarşılıqlı maraq doğuran məsələləri müzakirə edilib. Azərbaycan və Birləşmiş Krallıq arasında bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın olduğu, Azərbaycanın mühüm ticarət tərəfdaşı kimi xüsusi əhəmiyyəti vurğulanıb. Birləşmiş Krallıq şirkətlərinin Azərbaycan iqtisadiyyatının istər neft, istərsə də qeyri-neft sektorunda uğurla fəaliyyət göstərdiyini, iqtisadi əməkdaşlığın daha da dərinləşməsi üçün geniş imkanların mövcudluğu bildirilib. Nazir Ceyhun Bayramov bölgədə mövcud olan cari vəziyyət, o cümlədən sülh prosesi ilə bağlı Azərbaycan tərəfindən atılan addımlar, Azərbaycanın iki ölkə arasında münasibətlərin normallaşması ilə bağlı mövqeyi, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri ilə bağlı məlumat verib. Ermənistan tərəfindən üçtərəfli bəyanatın müddəalarının pozulmasının bölgədə sülh quruculuğuna əngəl olduğu qarşı tərəfin diqqətinə çatdırılıb. İclasda Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə fəaliyyəti barədə fikir mübadiləsi aparılıb. Birləşmiş Krallığın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsinə verdiyi töhfə, bu ərazilərin yenidən qurulması və bərpası işlərində onların yaxından iştirak niyyətləri təqdir olunub. Həmçinin tərəflər, çoxtərəfli formatda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, o cümlədən Avropa İttifaqı ilə əlaqələr, eləcə də Ukraynadakı vəziyyəti müzakirə ediblər. Strateji Dialoqun davamı olaraq, 21 iyun tarixində nazir Ceyhun Bayramovun Birləşmiş Krallığın xarici işlər, birlik və inkişaf məsələləri üzrə dövlət katibi Ceyms Kleverli ilə ikitərəfli görüşü keçirilib. Tərəflər, Azərbaycan-Birləşmiş Krallıq arasında Strateji Dialoqun gündəliyində duran məsələləri, siyasi, iqtisadi, enerji və humanitar sahələrdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən strateji enerji və nəqliyyat layihələri, habelə regional təhlükəsizlik və post-münaqişə vəziyyəti ilə bağlı müzakirələr aparıblar. Nazir Ceyhun Bayramov həmkarına Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində danışıqların aparılması və Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasına dair ölkəmizin baxışları haqqında məlumat verib. Görüş zamanı tərəflər iki ölkə arasında mövcud dialoq, qarşılıqlı səfərlər və təmasların, o cümlədən siyasi məsləhətləşmələrin münasibətlərin inkişafına mühüm töhfə verdiyini bildiriblər. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.
21-06-2023, 19:32
Azərbaycan və Türkiyə “Alpan-2023” təliminə start verdi


Azərbaycan və Türkiyə “Alpan-2023” təliminə start verdi

Təsdiq olunmuş plana əsasən Azərbaycan Hərbi Hava Qüvvələri və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə "Alpan-2023" birgə təlimi keçirilir. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, ölkəmizdə keçirilən təlimin ssenarisinə əsasən aviasiya vasitələri bazalanma aerodromlarından uçuşlar həyata keçirərək şərti düşmənin hava hücumundan müdafiə, komanda idarəetmə məntəqəsi və cəmləşmə obyektlərinin uzaq və yaxın məsafədən məhvetmə tapşırıqlarını və digər epizodları icra ediblər. Təlimin keçirilməsində əsas məqsəd şəxsi heyətin nəzəri və praktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də bölmələrin qarşılıqlı əlaqədə fəaliyyətinin təmin edilməsi və döyüş qabiliyyətinin artırılmasıdır.

21-06-2023, 19:32
XİN Başçısı britaniyalı həmkarı ilə görüşdü


XİN Başçısı britaniyalı həmkarı ilə görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Londonda keçirilən Ukraynanın Bərpası Konfransı çərçivəsində Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli ilə görüşüb. Bu barədə Azərbaycan XİN-in "Twitter" hesabında məlumat verilib. "Tərəflər Azərbaycan və Britaniya arasında dostluq münasibətlərini vurğulayıblar və onun genişləndirilməsi üçün birgə addımları müzakirə ediblər. Regionda sabitliyin və sülhün təmin edilməsinə yönəlmiş əməkdaşlığın daha da gücləndirilməsi vurğulanıb", - Azərbaycan XİN bildirib.

21-06-2023, 18:41
Rusiya XİN Türkiyənin Şuşada konsulluq açmasına münasibət bildirdi


Rusiya XİN Türkiyənin Şuşada konsulluq açmasına münasibət bildirdi

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Türkiyənin Şuşada konsulluq açması ilə bağlı planlarına münasibət bildirib. Bu barədə o, gündəlik brifinq zamanı danışıb. Zaxarova deyib ki, Şuşada Türkiyə konsulluğunun açılması Bakı ilə Ankaranın ikitərəfli əlaqələrinin mövzusudur. "Konsulluğun açılması məsələləri, harada olur olsun, xüsusən Şuşada, Bakı ilə Ankaranın ikitərəfli əlaqələrinin mövzusu olaraq qalır. Bu, iki suveren dövlətin səlahiyyətində olan məsələdir", - deyə Rusiya XİN sözçüsü bildirib.
21-06-2023, 17:12
Şəhid anası 59 balla rekord nəticəyə imza atdı


Şəhid anası 59 balla rekord nəticəyə imza atdı

Müəllimlərin sertifikatlaşdırılma prosesinin test imtahan mərhələsinin ikinci günü başa çatıb. Şəhid, Vətən Müharibəsi Qəhrəmanı Valeh Bədəlovun anası Südabə Qaziyeva sertifikatlaşdırma imtahanında rekord nəticəyə imza atıb. Belə ki, Zaqatala rayonunun Aşağı Tala kəndindəki 3 nömrəli məktəbdə ibtidai sinif müəllimi işləyən Südabə Qazıyeva 67 dəqiqədə 59 bal toplayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!