Zəngilan və Cəbrayılda qartəmizləmə işləri görülür .....                        Lerikin kəndlərinə işığın verilməsi bərpa olunur - "Azərişıq” .....                        Əliyar Ağayev Avropa Liqasına təyinat aldı .....                        Vaqif Allahverdiyevə 8 il həbs verildi .....                        Rayonlarda qar intensivləşib, 12 dərəcə şaxta var .....                        Bu mükafatı almaq mənim üçün böyük şərəfdir - İlham Əliyev .....                        İlham Əliyev bank prezidenti ilə görüşdü .....                        Avropa Birliyindən Trampa XƏBƏRDARLIQ .....                        Kəlbəcərin yeganə 20 Yanvar şəhidi - Firuz Cabbarov .....                       
21-06-2023, 16:50
Əsir saxlanılan hərbiçimizə 20 il müddətində həbs cəzası verildi


Əsir saxlanılan hərbiçimizə 20 il müddətində həbs cəzası verildi

Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundovun həbsinə qərar verilib. Bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb. Ona qondarma qətl ittihamı üzrə 20 il müddətinə həbs cəzası verilib.
Xatırladaq ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgər Ermənistanda əsir götürülüb və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb. Bir müddət əvvəl keçirilən qondarma məhkəmə prosesində Aqşin Bəbirovun 11,5 il müddətinə azadlıqdan məhrum edilməsinə qərar verilib.
21-06-2023, 15:17
Prezident bu ölkəylə bağlı sazişi təsdiqlədi


Prezident bu ölkəylə bağlı sazişi təsdiqlədi

“Azərbaycan Respublikası Hökuməti ilə Bosniya və Herseqovinanın Nazirlər Şurası arasında təbii və digər fəlakətlərdən mühafizə sahəsində əməkdaşlıq haqqında” Saziş təsdiq edilib. Prezident İlham Əliyev Sazişin təsdiq edilməsi barədə Qanunu imzalayıb. Qeyd edək ki, Saziş 2023-cü il aprelin 11-də Bakı şəhərində imzalanıb.
21-06-2023, 14:49
Azərbaycan ilə Ermənistan razılığa gəlib - Paşinyanın müavini


Azərbaycan ilə Ermənistan razılığa gəlib - Paşinyanın müavini

Azərbaycan ilə Ermənistan kommunikasiyaların açılması barədə razılığa gəliblər. Bu haqda Ermənistan baş nazirinin müavini Mher Qriqoryan jurnalistlərin suallarını cavablandırarkən deyib. O bildirib ki, kommunikasiyalarla bağlı təkliflərə Azərbaycan da razılıq verib: “Mən hesab edirəm ki, bəli, Azərbaycan da razıdır. Çünki biz bu məsələni başqa formatda müzakirə etməyəcəyimizi dəfələrlə bildirmişik. Əgər hələ də müzakirələr və görüşlər gedirsə, bu qavrayış bizim üçtərəfli işçi qrupu platformamızın ən azı bütün iştirakçıları tərəfindən qəbul edilir”,- deyə Qriqoryan əlavə edib. Hər iki tərəfin yol blokadalarının aradan qaldırılması ilə bağlı razılıqlarının olmasına dair suala cavab verən baş nazirin müavini Horadiz-Arazdəyən dəmir yolunun bərpası barədə yekun konsensusun olduğunu söyləyib. “Düşünürəm ki, birinci mərhələ kimi dəmir yolunun Horadiz-Arazdəyən hissəsinin bərpası ilə bağlı yekun konsensus var. Bütün tərəflər razılaşdıqlarını, bunun region və bütün ölkələr üçün müsbət həll olduğunu, hazırda bunu əsas mümkün razılaşma kimi qəbul etdiklərini bildirdilər”,- o vurğulayıb.
21-06-2023, 14:10
“Neftçi” baş məşqçisi ilə yollarını ayırdı


“Neftçi” baş məşqçisi ilə yollarını ayırdı

“Neftçi” klubu baş məşqçisi Laurentsiu Regekampfla yollarını ayırıb. Klubun mətbuat xidmətindən verilən məlumata görə, Müşahidə Şurasının qərarı ilə rumıniyalı mütəxəssislə, eyni zamanda, onun köməkçiləri Viorel Dinu, Nikolay Qriqori, fiziki hazırlıq üzrə məşqçi Boqdan-Kornel Merişanu və qapıçılar üzrə məşqçi Florin Tene ilə müqavilələrə qarşılıqlı razılaşma əsasında xitam verilib. 2022-ci ilin iyunundan “Neftçi”ni çalışdıran Laurentsiu Regekampf geridə qalan mövsüm “ağ-qaralar”la Premyer Liqanın bürünc medallarını qazanıb, Azərbaycan Kubokunun finalçısı olub. “Neftçi” onun rəhbərliyi altında 45 oyunda keçirib. Bunun 24-də qələbə qazanan bakılılar 8 dəfə heç-heçə edib, 13 görüşdə isə məğlub olub. Qeyd edək ki, “Neftçi”nin yeni baş məşqçisinin türkiyəli Sergen Yalçının olması gözlənilir.
21-06-2023, 12:40
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Sabah Azərbaycanda havanın temperaturu 30 dərəcəyədək artacaq. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-21° isti, gündüz 24-28° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 50-55 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir güclənən şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacaq.
21-06-2023, 12:02
Məktəblərdə keçirilən imtahan nəticələriylə razı deyilik - DİM sədri


Məktəblərdə keçirilən imtahan nəticələriylə razı deyilik - DİM sədri

"Məktəblərdə keçirilən imtahanların nəticələri ilə tam razı olduğumuzu deyə bilmərəm. Burada daha yaxşı nəticələr görmək istəyərdik". Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə İnsan Resursları Zirvəsində “Yerin dərinliyindən beyin dərinliyinə köç” mövzusundakı paneldə çıxışı zamanı deyib. Onun sözlərinə görə, son üç il pandemiya dövrünə təsadüf etdiyindən müsbət istiqamətdə gedən dəyişikliklər qeydə alınmasa da, mənfi tendensiya da müşahidə olunmayıb: "Amma bununla yanaşı dəyişmə sürəti yüksək olmasa da, müsbət tendensiyalar var. Bu ilin buraxılış imtahanlarının nəticələri ilə bağlı danışarkən məzunlar xarici dili BB1 səviyyəsinə uyğun olaraq bilir. Bu proses daimi gedir". "29 il ərzində aparılan anket sorğularının nəticəsinə görə təsdiq olunur ki, hər il qəbul imtahanında 600 baldan yuxarı nəticə göstərən uşaqların heç olmasa bir valideyni ali təhsillidir. Ən yüksək nəticə göstərən məzunların nəticəsi valideynlərinin təhsilindən asılıdır. Bu, elmi əsaslı faktdır", - DİM sədri əlavə edib.
21-06-2023, 10:38
Bəzi ixtisasların tədris müddətini azaltmağı düşünürük - Nazir


Bəzi ixtisasların tədris müddətini azaltmağı düşünürük - Nazir

"Bəzi ixtisasların tədris müddətinin 4 ildən 3 ilə salmaq barədə düşünməyə başlamışıq". Bunu elm və təhsil naziri Emin Əmrullayev İnsan Resursları Zirvəsində “Yerin dərinliyindən beyin dərinliyinə köç” mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib. Onun sözlərinə görə, bəzən dünya ölkələrində bəzi ixtisasların 3 il yox, 2 il tədris edildiyi barədə yanlış təqdimatlar olur: "Bu o halda mümkündür ki, həmin ixtisas üçün gələn insanın səriştələsi var. Əslində, proqramı 2 illik də tərtib etmək olar. Yəni mümkündür. Amma baza bacarıqları yoxdursa, alınmayacaq". E.Əmrullayev bildirib ki, hazırda bəzi ixtisasların tədris müddətinin azaldılması üzərində ciddi iş gedir: "Hesab edirəm ki, bu, faydalı olacaq. Misal olaraq, bu dəyişiklikliyi informasiya texnologiyaları sahəsində etmək mümkün ola bilər. Ali təhsil müəssisələrində tədris olunan hər bir fənn əmək bazarı üçün vacibdir, yoxsa yox? Bu suala cavab tapmaq lazımdır. Bir çox texniki və yardımçı vəzifələr üçün iş tapmaq baxımından qısa müddətli kursların müsbət təsirləri var".
20-06-2023, 21:33
Ermənilər Şuşa və Naxçıvanı atəşə tutdu


Ermənilər Şuşa və Naxçıvanı atəşə tutdu

İyunun 20-i saat 16:30-dan saat 17:25-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bundan başqa, saat 20:10 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri də atəşə tutulub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
20-06-2023, 18:13
Azərbaycan-İran Birgə Komissiyasının həmsədrləri danışıqlar apardı


Azərbaycan-İran Birgə Komissiyasının həmsədrləri danışıqlar apardı

Bu gün Azərbaycan-İran Birgə Komissiyasının həmsədrləri - Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə İranın yol və şəhərsalma naziri Mehrdad Bazarpaş arasında telefon danışığı olub. Telefon danışığında Birgə Komissiyanın gündəliyində olan layihələr müzakirə edilib. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi və iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına dair məsələlər üzrə fikir mübadiləsi aparılıb. Mehrdad Bazarpaş Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tamamlanmasına və ən sürətli şəkildə reallaşacağına ümidvar olduğunu bildirib. Şahin Mustafayev iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafının zəruriliyini qeyd edib və iranlı nazir qarşıdan gələn Qurban bayramı münasibəti təbrik edib.
20-06-2023, 17:43
Paşinyanın bugünkü çıxışına XİN-dən cavab gəldi


Paşinyanın bugünkü çıxışına XİN-dən cavab gəldi

İyunun 20-də Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdə çıxışında 44 günlük müharibə zamanı və ümumilikdə işğal dövründə aparılmış bir sıra danışıqları təhrif etməklə yanaşı, bir daha göstərib ki, Ermənistan çağırışlara baxmayaraq, Azərbaycan ərazilərini danışıqlar yolu ilə işğaldan azad etməkdən imtina edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Nikol Paşinyanın parlamentdə çıxışı zamanı səsləndirdiyi iddialara cavabında bildirilib. Qeyd olunub ki, Ermənistan baş nazirinin müharibə zamanı hər bir danışıqdan və humanitar atəşkəsdən dərhal sonra müharibə zonasından kənar mülki əhalinin sıx yaşadığı Azərbaycan şəhərlərini raket atəşinə tutmasını və mülki əhalini qətlə yetirməsini danması Ermənistan tərəfinin faktları necə təhrif etdiyini bir daha nümayiş etdirir. Vurğulanıb ki, Azərbaycanın guya 2011-ci ildən silahlanmanı və təxribatları artırmaqla vəziyyəti gərginləşdirdiyi barədə iddialara gəldikdə qeyd edək ki, Azərbaycan əraziləri işğal olunan andan etibarən BMT Təhlükəsizlik Şurasının və bir sıra digər beynəlxalq təşkilatların qərar və qətnamələri əsasında danışıqlar yolu ilə ərazilərinin geri qaytarılmasına səy göstərib. Bütün bunlara baxmayaraq, Baş nazir Paşinyan tərəfindən şəxsən 2018-2019-cu illərdə nümayiş etdirilən təhrikçi ritorika da daxil olmaqla, uzun illər ərzində Ermənistan tərəfindən törədilən təcavüz aktının və təxribatların sülhə töhfə vermədiyi və 2020-ci ildə müharibə ilə nəticələndiyi hər kəsə məlumdur. Diqqətə çatdırılıb ki, Ermənistan tərəfinin tarixi səhvlərindən dərs çıxarması və postmünaqişə dövründə sülh prosesinin uğurla nəticələnməsi işinə maneçilik törətmək səylərindən əl çəkməsi zəruridir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!