Pakistan Xankəndi sammitinə görə Azərbaycana təşəkkür etdi .....                        33 yaşlı qadın doğuş zamanı öldü .....                        Erməni hərbçilər minaya düşdülər .....                        Nəriman Cəlilov Ərdoğanın qəbulunda .....                        Konstitusiya Məhkəməsi mühüm qərar qəbul etdi .....                        Vardanyan növbəti dəfə hakim qarşısında .....                        Səfirliyimizə hücum edən erməninin cəzası ağırlaşdırıldı .....                        Makronun arvadı onu yenidən alçaltdı .....                        Bu qaydalar təsdiqləndi .....                       
9-09-2022, 18:38
Vaksinasiya ilə bağlı son durum


Vaksinasiya ilə bağlı son durum

Azərbaycanda son gündə koronavirus əleyhinə 1356 vaksin vurulub. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 337, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 173, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 704, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 142 nəfərdir. Ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 870 922 təşkil edir.

9-09-2022, 18:36
Yoluxma azaldı - Daha 6 nəfər öldü


Yoluxma azaldı - Daha 6 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 337 yeni yoluxma faktı qeydə alınıb, 442 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 817 322 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 804 557 nəfər müalicə olunaraq sağalıb, hazırda 2916 aktiv xəstə var. Bu günə qədər 9849 nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3159, bu günə qədər isə ümumilikdə 7 187 798 test icra olunub.

9-09-2022, 18:34
Bərdədə 6 nəfərdə qarayara aşkarlandı


Bərdədə 6 nəfərdə qarayara aşkarlandı

Sentyabrın 1-də Bərdə rayonunun Piyadalar kənd sakini tərəfindən daxil olmuş məlumat əsasında Bərdə rayon İcra Hakimiyyətinin, Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin və Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Bərdə şöbəsinin, Bərdə Rayon Mərkəzi Xəstəxanasının, Baytarlıq İdarəsinin, Qida Təhlükəsizliyi Agentliyinin, Piyadalar kənd Bələdiyyəsinin və Polis Şöbəsinin əməkdaşlarından ibarət xüsusi qrup tərəfindən kənd ərazisində monitorinq aparılıb. TƏBİB-dən verilən məlumata görə, monitorinq zamanı kənd əhalisindən 6 nəfərin əl və qol nahiyələrində qarayara xəstəliyinə xas yaraların olduğu müşahidə edilib. TƏBİB-in tabeliyindəki Bərdə Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsinin həkim mütəxəssisinin tövsiyəsi ilə həmin şəxslər Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsinə yerləşdirilib. xəstələrdən götürülən laborator müayinə üçün nümunələr Səhiyyə Nazirliyinin Mingəçevir Regional Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib. Götürülən nümunələrdən 3-nün nəticəsi müsbət olub. Laborator müayinə nəticələri müsbət olan şəxslərin Bərdə Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsində müalicələri davam edir. Onların vəziyyətləri stabildir. Yaxın günlərdə xəstələrin evə buraxılması nəzərdə tutulub. Qeyd edək ki, törədicinin mənbəyi, əsasən, xəstə heyvanlar və bu xəstəlikdən ölmüş heyvanların cəsədlərinin basdırıldığı torpaq hesab olunur. Xəstəlik heyvandan insana keçir, lakin insandan insana keçmir.
9-09-2022, 18:32
Qaydaları pozub! - Agentlikdən qazinin VİDEOsuna reaksiya


Qaydaları pozub! - Agentlikdən qazinin VİDEOsuna reaksiya

Sosial şəbəkələrdə Vətən müharibəsi qazisi Tağızadə İlqar Mənəf oğlunun iş və özünüməşğulluq proqramında iştirak etmək üçün Dövlət Məşğulluq Agentliyinin İmişli rayon şöbəsində çəkiliş aparması ilə bağlı görüntülər yayılıb. Butov.az xəbər verir ki, görüntülərdə İlqar Tağızadə ona özünüməşğulluq üçün ev heyvanı verilmədiyini bildirib. O, eyni zamanda işlə təmin olunmağını istəyib. Agentliyin İmişli şöbəsi rəsmisinin çəkilişi bitirmə tələbindən sonra videoçəkiliş dayandırılıb. Məsələ ilə əlaqədar Dövlət Məşğulluq Agentliyi İlqar Tağızadənin İmişli rayon şöbəsində qəbul qaydalarını pozması, icazəsiz çəkiliş aparması ilə bağlı məlumat yayıb. “Qanunvericiliyin tələbləri və özünüməşğulluq proqramının mahiyyəti barədə İlqara dəfələrlə izah edilməsinə baxmayaraq, sentyabrın 8-də bir neçə nəfərlə birgə Dövlət Məşğulluq Agentliyinin İmişli rayon nümayəndəliyinə gələrək qəbul qaydalarını pozub, icazəsiz çəkiliş aparıb, statusundan sui-istifadə edərək imtina qərarının dəyişdirilməsi üçün cəhdlər edib. Qalib ordumuzun əsgəri adindan sui-istifadə edərək hüququ yaranmadığı halda hər hansı sosial dəstək tədbirindən yararlanmağa çalışmaq və buna ehtiyacı olan aztəminatlı veteranların və şəhid ailələrinin haqqına girməyə cəhd etmək yolverilməzdir. Bu barədə Vətən müharibəsi veteranlarının sosial dəstəklə əhatə olunması, onların qarşılaşdıqları çətinliklərin həlli məqsədilə ardıcıl işlər görülür və bu barədə ictimaiyyətə mütəmadi olaraq məlumatlar təqdim olunur”, - rəsmi məlumatda bildirilib. Həmçinin qeyd edilib ki, İ. Tağızadənin Vətən müharibəsindəki xidmətləri nəzərə alınaraq ona 1 yanvar 2022-ci il tarixindən müharibə veteranı statusu verilib: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə veteranlarına Prezidentin aylıq təqaüdü ödənilir. Bundan başqa, İlqarın özünüməşğulluq proqramına cəlb edilməsi üçün 13 iyun 2022-ci ildə yaşadığı ünvanda maddi-məişət şəraitinə baxış keçirilib. Monitorinq zamanı onun mülkiyyətində nəqliyyat vasitəsi və həyətyanı təsərrüfatında 4 baş iribuynuzlu heyvan və 15 baş xırdabuynuzlu heyvan mövcud olduğu üçün, qaydalara uyğun olaraq özünüməşğulluq proqramına qoşula bilməyib".

9-09-2022, 18:30
UNEC daha bir ilkə imza atır


UNEC daha bir ilkə imza atır

UNEC yeni tədris posesində yenidən ilkə imza atır. Butov.az xəbər verir ki, UNEC-də yeni tədris ilindən seçilmiş qruplar üzrə dərslər Flipped Education (çevrilmiş) tədris metoduna uyğun təşkil olunacaq. Harvard, Kaliforniya, Vaterloo, Branston kimi dünyanın aparıcı universitetlərində tətbiq olunan metodun əsas özəlliyi tələbələrə dərs zamanı ötürüləcək biliklərin elektron resurslar formasında hazırlanaraq, dərsdən öncə təqdim olunmasıdır. Dərs zamanı isə tələbələrin mənimsədikləri biliklərin praktiki bacarıq və tətbiqlərə çevrilməsi prosesi həyata keçirilir. Elektron resurslara mövzular üzrə mühazirələrin audioyazıları, mövzuların suallarının izahlarını əhatə edəcək videoyazılar, animasiya və təqdimatlar daxildir. Elektron resurslarla yanaşı, dərsdən kənar saatlarda da müəllim-tələbə arasında mövzu üzrə tapşırıqların ötürülməsi, cavablandırılması və müzakirələrin keçirilməsi üçün UNEC Eduman sistemi üzərindən kommunikasiya paneli də yaradılıb. Platformadan müəllim-tələbə ilə yanaşı, tələbələr də öz aralarında keçilən mövzular üzrə müzakirələr apara biləcəklər.
9-09-2022, 18:25
Erməni əsilli “ombudsman”dan Laçınla bağlı gülünc iddia


Erməni əsilli “ombudsman”dan Laçınla bağlı gülünc iddia

Avropa Parlamentində ermənipərəst mövqeyi ilə tanınan deputat Peter van Dalanın təşkilatçılığı və Belçikada fəaliyyət göstərən “Avropa-Ermənistan Ədalət və Demokratiya Fondu” adlı lobbi təşkilatının təşəbbüsü ilə “Dağlıq Qarabağdakı ermənilərin hüquqları” mövzusunda tədbir keçirilib. Butov.az xəbər verir ki, tədbirdə özünü “Dağlıq Qarabağın Ombudsmanı” kimi tanıdan Geqam Stepanyan və erməni müharibə əsirlərinin Avropa İnsan Hüquqları Məhkəməsindəki qəyyumu Siranuş Sahakyan ağlasığmaz iddialarla çıxış ediblər. Onlar Azərbaycanı dinc erməni əhaliyə hücum etməkdə günahlandırıb və bu yaxınlarda Laçında qanunsuz məskunlaşan erməni əsilli şəxslərin qovulmasını soyqırımına bərabər tutublar. Erməni yalanlarının və şüursuzluğunun təbliğinə hesablanmış tədbir Azərbaycan tərəfindən gizli saxlanılmağa çalışılsa da, Azərbaycan həqiqətlərini Avropada təbliğ edən Xəzər Avropa İnteqrasiya və Əməkdaşlıq Təşəbbüsü (CİEİP) təşkilatının fəalları tədbirə qatılaraq erməni yalanlarını ifşa etməyə nail olublar. Belə ki, təşkilatın fəalı Səbinə Hüseynova özünü “insan hüquqları müdafiəçisi” kimi tanıdan şəxsdən tədbirdə Qarabağın azərbaycanlı əhalisinin hüquqları barədə danışılmamasının səbəbini soruşsa da, qarşı tərəf sualdan boyun qaçırıb və konkret cavab verə bilməyib. CİEİP üzvü, həmçinin işğaldan sonrakı dövrdə Azərbaycan dövlətinin azad edilmiş ərazilərdə gördüyü quruculuq işlərini və gələcək planlarını auditoriyanın diqqətinə çatdıraraq etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycan Respublikasının öz vətəndaşlarına bərabər səviyyədə xidmət göstərdiyini vurğulayıb. Daha sonra təşkiların sədri Orxan Bəşirli Laçın rayonu ərazisinə qanunsuz köçürülmüş ermənilərin rayonu tərk edərkən meşələri və evləri yandırdığını, hətta ərazidən minaların tapıldığını bildirib, həmin proseslərin sülh quruculuğuna zərər vurduğunu qeyd edərək bu barədə erməni əsilli spikerlərin mövqeyini soruşub. Erməni yalanlarının havadarı Peter van Dalan bu məqamda suallara cavab verilməsini gözləmədən qəsdən tədbiri bitirib. Qondarma “ombudsman” tədbirin sonunda Orxan Bəşirliyə yaxınlaşaraq Laçındakı minaların ermənilər tərəfindən yerləşdirilməsi barədə sübutların olmadığını bəyan edib, həmin minaların, bəlkə də, Birinci Dünya müharibəsi dövründə basdırıldığını deyib. Laçında cəmi 28 illik tarixi olan xalqın bu dövr ərzində minaların mövcudluğundan xəbərsiz yaşaması cəfəngiyyatdır və çox gülünc səslənir. Beləliklə, CİEİP üzvləri erməni lobbisinin yalanlarını və böhtanlarını ifşa etməklə yanaşı, Azərbaycanın haqq mövqeyini müdafiə edib.
9-09-2022, 18:22
Prezident yol təmirinə 4.27 milyon manat ayırdı


Prezident yol təmirinə 4.27 milyon manat ayırdı

Prezident İlham Əliyev Bakı şəhərinin Xətai rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam imzalayıb. Butov.az xəbər verir ki, Sərəncamla Bakı şəhərinin Xətai rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 4,27 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
9-09-2022, 18:20
Qərbdən dost olmaz: Ərdoğan Putini haqlı sayır...


Qərbdən dost olmaz: Ərdoğan Putini haqlı sayır...

Son günlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya ilə bağlı çıxışları Avropa ölkələrini ciddi narahat etməyə başlayıb. Qardaş ölkə liderinin Qərblə münasibətdə Moskvanın müdafiəsinə qalxması, prezident Vladimir Putinin bəzi iradlarında haqlı olduğunu deməsi avropalı ekspertlər tərəfindən müxtəlif cür yozulur. İddia edilir ki, Ərdoğan Ukraynada müharibənin davam etdiyi bir vaxtda Putinə dəstək verməklə, Moskvanın yanında olduğunu göstərir. “Rusiyadan hələlik taxıl daşınmır. Ona görə də Rusiya Prezidenti Vladimir Putin iradında haqlıdır. Digər tərəfdən, taxıl kasıb yox, zəngin ölkələrə daşınır. Kasıb ölkələrə də taxıl göndərilməlidir. Eyni zamanda, biz istəyirik ki, Rusiyadan da taxıl daşınsın. Bunu gözləyirik. Səmərqənddə Putinlə bu məsələni müzakirə edəcəyik”, - Ərdoğan çıxışında vurğulayıb. Əslində nə baş verir? Ərdoğan-Putin yaxınlaşmasının səbəbləri nədir? Bu barədə danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, prosesi dəyərləndirərkən Türkiyə və Rusiyanın hansı məsələlərdə mövqelərinin üst-üstə düşdüyünə fikir vermək lazımdır: “Bir müddət əvvəl Putin belə fikir səsləndirmişdi ki, Rusiya-Qərb qarşıdurması nəticəsində guya Rusiya öz suverenliyini gücləndirəcək. Yəni Rusiyanın Qərbdən asılılığı azalacaq. Mən belə başa düşdüm ki, bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da ölkələrin öz suverenliyini qoruma prinsipinə görə dəstəkləyir. Ərdoğanın Putinin Ukraynada həyata keçirdiyi siyasəti dəstəklədiyini düşünmürəm. Bu, mümkün deyil. Ancaq Qərbin bəzən ikili standartlar nümayiş etdirməsi, ölkələrin daxili işlərinə qarışması, bir sözlə, suverenliyə aid məsələlərə münasibəti iki ölkənin mövqelərinin üst-üstə düşməsinə səbəb olur”. Eks-nazirin fikrincə, Türkiyənin özü də Qərbdən narazıdır. NATO bəzi məsələlərdə, o cümlədən silah satışında Türkiyəyə qarşı ikili standart həyata keçirir. Bir sıra məqamlara görə Türkiyəyə sanksiya tətbiq olunub. Bu da Rusiya və Türkiyənin mövqelərinin yaxınlaşmasına gətirib çıxarır.



Bundan əlavə, T.Zülfüqarov Putinin Ukraynadan taxıl ixracı ilə bağlı mövqeyinin Ərdoğan tərəfindən dəstəklənməsinə də münasibət bildirib: “Hələ pandemiya zamanı vaksinlər ilk növbədə kasıb ölkələrə yox, zəngin ölkələrə gedirdi. Qərbin bu tip məsələlərlə bağlı verdiyi sözlər çox zaman əməldə özünü göstərmir. İxracı razılaşdırılan taxıla ən çox Afrika və digər kasıb qitələrin ehtiyacı var. Lakin bu gün heç də bütün taxıllar həmin ərazilərə çatmır. Ərdoğanın bu məsələdə Rusiyanı dəstəkləməsi Qərbin ikili standartlarını tənqid kimi qiymətləndirilə bilər. Əslində, Rusiya ilə Türkiyənin maraqları çox zaman toqquşur. Ancaq yenə də deyirəm, Qərbin ikili standartları onları bir mövqedə birləşdirir”.

9-09-2022, 18:14
Təhsil xidmətləri də ASANlaşır


Təhsil xidmətləri də ASANlaşır

Sentyabrın 9-dan etibarən 2 saylı Gəncə Regional ASAN xidmət mərkəzində vətəndaşlara təhsil xidmətləri göstəriləcək. Bunu Elm və Təhsil Nazirliyinin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdir müavini Səbuhi Rzayev “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib. Qurum rəsmisi deyib ki, bu ilin sonuna qədər bütün elektron təhsil xidmətlərini portal.edu.az platforması üzərində cəmləşdirmək niyyətindədirlər.
9-09-2022, 18:12
Paşinyan İlham Əliyevin iştirak edəcəyi tədbirə gedir


Paşinyan İlham Əliyevin iştirak edəcəyi tədbirə gedir

Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycanın dövlət başçısı İlham Əliyev sentyabrın 15-16-da Səmərqənddə (Özbəkistan) keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində qonaq qismində iştirak edəcək. Bu barədə Özbəkistan prezidentinin mətbuat katibi Şerzod Əsədovun “Facebook” səhifəsində məlumat verilib. O, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sentyabrın 15-16-da Səmərqənddə keçiriləcək sammitində 15 dövlət başçısının iştirak edəcəyini yazıb. “Gələn həftə Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının iclası keçiriləcək. Bu tədbir 2019-cu ildən sonra ŞƏT liderlərinin ilk təkbətək görüşü və Özbəkistanın təşkilatda sədrliyinin başa çatması ilə bağlı olacaq”, - Əsədov yazıb. O qeyd edib ki, Özbəkistanın ŞƏT-də sədrliyi dövründə əsas diqqət ticarət-iqtisadi əlaqələrin möhkəmləndirilməsinə, sənaye əməkdaşlığının inkişafına, o cümlədən nəqliyyat-kommunikasiya əlaqələrinin genişləndirilməsinə yönəlib. ŞƏT sammitində Özbəkistan prezidenti Şavkat Mirziyoyevlə yanaşı, Rusiya prezidenti Vladimir Putin, Çin prezidenti Si Cinpin, Hindistanın baş naziri Narendra Modi, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Pakistanın baş naziri Şahboz Şərif, Qırğızıstan prezidenti Sadır Japarov və Tacikistanın prezidenti Emoməli Rəhmonun da iştirak edəcəyi bildirilir. Belarus prezidenti Aleksandr Lukaşenko, İran prezidenti İbrahim Rəisi, Monqolustan prezidenti Uxnaaqiyn Xurelsux sammitdə müşahidəçi qismində iştirak edəcəklər. ŞƏT sammitində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan prezidenti İlham Əliyev və Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov iştirak edəcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!