11-02-2023, 17:17
Fövqəladə Hallar Nazirliyinin Türkiyəyə növbəti yardımı yola salınıbAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələdən əziyyət çəkən insanlara dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) növbəti yardımı qardaş ölkəyə yola salınıb. Nazirliyin nümayəndəsi Yasin Musayev yardımın 9 yük avtomobilindən ibarət olduğunu qeyd edib. Bildirib ki, budəfəki yardıma 1015 çadır, 240 qızdırıcı və digər vasitələr daxildir.
11-02-2023, 17:11
Sabahın hava proqnozu Fevralın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 3-6° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 769 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi şərq rayonlarda az yağıntılı olacağı ehtimalı var. Arabir duman. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti, dağlarda gecə 13-18° şaxta, gündüz 3-8° şaxta olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.
11-02-2023, 17:07
Nazirlik Türkiyəyə maddi dəstək ayırdı[/size]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələdən zərərçəkənlərə dəstək tədbirlərinə qoşulub. Nazirliyin kollektivi adından 1 milyon TL vəsait Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) hesabına köçürülüb.
11-02-2023, 16:58
Könüllülərimiz Türkiyəyə yardıma yollanırTürkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələdən dərhal sonra Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan dövləti tərəfindən zəlzələdən zərər çəkmiş qardaş türk xalqına yardım məqsədilə həyata keçirilən və xalqımızın da böyük dəstək verdiyi genişmiqyaslı tədbirlərə könüllü gənclərimiz də qoşulub. Gənclər Fondundan bildirilib ki, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə “ASAN Könüllüləri”, “Gənc Könüllülər”, “BİR Könüllü”, “Aqrar İnkişaf Könüllüləri”, “Naxçıvan Könüllüləri”, “Böyük Qayıdış” könüllüləri və “Ekokönüllülər” təşkilatlarının üzvləri arasından daha təcrübəli və çətin şəraitdə fəaliyyət göstərməyə hazır olan gənclər müəyyən edilərək, ilkin təlimatlandırma keçdikdən sonra türkiyəli həmkarlarına dəstək vermək üçün qardaş ölkəyə yola düşüblər. Ulu Öndər Heydər Əliyevin “bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanan ittifaqın bu humanitar fəaliyyəti çərçivəsində Azərbaycan könüllülər öz türkiyəli həmkarları ilə zəlzələnin baş verdiyi bölgələrdə faciədən zərər çəkmiş vətəndaşlara yardımların paylanılması, əhalinin istiqamətləndirilməsi, qeydiyyat və müxtəlif əlaqələndirmə işlərində iştirak edəcəklər. Azərbaycan könüllüləri bir daha dəhşətli faciə ilə üzləşmiş qardaş Türkiyə xalqı ilə həmrəy olduğunu bildirir, bu faciədə həyatını itirənlərin doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyir.
11-02-2023, 16:55
Boksçularımız Qızıl kəmərin qalibi olduƏlli yeddi kiloqram çəkidə mübarizə aparan Ümid Rüstəmov finalda rusiyalı Eduard Savvinlə qarşılaşıb. Hər 3 raundda inamlı mübarizə aparan boksçumuz yekunda 5:0 (29:28, 30:27, 29:28, 30:27, 29:28) hesabı ilə qələbə qazanaraq, çempion tituluna yiyələnib. Ümid Rüstəmovun uğurunu Nəbi İsgəndərov (67 kq) da təkrarlayıb. Gəncə boks məktəbinin yetirməsi finalda Tarxan İdiqova (Rusiya) gücünü göstərib. İsgəndərov inamlı mübarizə nəticəsində rəqibini 4:1 (29:28, 29:28, 28:29, 30:27, 30:27) hesabı ilə məğlub edərək Mərakeşdə Azərbaycanın Dövlət Himnini səsləndirib. 86 kq çəkidə mübarizə aparan Alfonso Dominqes isə gümüş medalla kifayətlənib. O da finalda rusiyalı boksçu ilə döyüşüb. Lakin görüşdə Şarabutdin Atayev qalib gəldiyindən dünya çempionumuz fəxri kürsünün ikinci pilləsinə qalxıb. Beləliklə, millimiz 34 ölkədən 201 boksçunun qatıldığı ilin ilk turnirini 5 medalla başa vurub. Komandamızın heyətində daha öncə Məsud Yusifzadə (51 kq) və Sərxan Əliyev (71 kq) bürünc medala yiyələniblər. Qeyd edək ki, yarışın qalibi aktivinə 900, gümüş medalçısı 700 və üçüncüsü 500 reytinq xalı əlavə edib.


11-02-2023, 16:43
Könüllü yardım edən şəxs Türkiyəyə göndəriləcəkBir neçə gün əvvəl zəlzələdən əziyyət çəkənlərə öz maşını ilə yardım aparması ilə gündəmə gələn Sərvər Bəşirli Türkiyəyə göndəriləcək. S.Bəşirli növbəti dəfə yardım aparan zaman həmin məkanda türkiyəli iş adamları ilə görüşüb. “Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi”nin sədri Hüseyn Büyükfırat həmyerlimizə bildirib ki, o, Türkiyənin Adıyaman şəhərində yardımla bağlı işlərdə iştirak edə bilər. Məlumata görə, Adıyamanda Azərbaycandan göndərilən yardımların paylanması ilə bağlı mərkəz yaradılacaq: “Sərvər qardaşımızı da 1-2 gün içərisində orada çalışması üçün göndərəcəyik”. Qeyd olunur ki, Sərvər Bəşirli daha əvvəl “Anadolu” agentliyinin müxbirinə verdiyi açıqlamasında Türkiyədə zəlzələ bölgəsinə gedib könüllü olaraq yardım etmək istədiyini bildirib.
[media=https://youtu.be/eEnqA-N_c30]
10-02-2023, 22:58
İlham Əliyev “Təhsil haqqında” qanuna dəyişikliyi təsdiqlədiPrezident İlham Əliyev "Təhsil haqqında" qanuna dəyişikliyi təsdiqləyib. Dəyişikliklə ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsindən xaric və ya bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydalarını müəyyən etmək dövlətin vəzifələri sırasına əlavə edilir. Bundan əlavə, orta ixtisas təhsil müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydalarını da müəyyən etmək dövlətin vəzifəsi sayılacaq. Elm və Təhsil Nazirliyinə ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində, habelə orta ixtisas təhsili müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsi qaydalarını iki ay müddətində tabeliyində müvafiq təhsil müəssisəsi olan dövlət orqanları (qurumları) və Dövlət İmtahan Mərkəzi ilə razılaşdırmaqla təsdiqləmək tapşırılıb.
10-02-2023, 22:54
“Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” sərəncam imzalandıPrezident İlham Əliyev “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, 2023-cü il yanvarın 1-nə 2022-ci il üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi:
- orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2023-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğinin və 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların;
- istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi hesabının sığorta hissəsində 2023-cü il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirməlidir. Nazirlər Kabineti Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
10-02-2023, 22:46
Naxçıvandan daha 4 TIR yardım məqsədilə Türkiyəyə yola salınıb Türkiyədə zəlzələdən zərərçəkənlərə kömək məqsədilə bu gün Naxçıvandan daha 4 TIR yardım yola salınıb. Bununla da Naxçıvandan qardaş ölkəyə ümumilikdə 26 TIR yardım göndərilib. Günün sonunadək daha bir neçə TIR-ın yola salınması istiqamətində hazırlıq işləri görülür.
10-02-2023, 19:28
Sosial şəbəkədə yayımlanmış bu məlumat təəccüb doğururSosial şəbəkədə yayımlanmış bu məlumat təəccüb doğurur: “Son 5 il ərzində İranda 131 min 15-dən az yaşı olan qız uşağı evləndirilib, ötən il (2021) isə daha 7500 azyaşlı qız uşağı məcburi nikaha cəlb edilib...” Budurmu qonşu dövlətdə qızlara və qadınlara verilən dəyər?
“Cənnət ananın ayaqları altındadır” kəlamı ilə qadını ucaldan İslam dininə sitayiş edən İran möminlərinin bu cür düşüncə tərzini “cəhalətin əlaməti” kimi qələmə verənlərlə razıyam. Amma qismən... Çünki azyaşlı qızlara bu cür münasibət nadanlıq və cəhalətdən çox, vəhşiliyin əlamətidir. Məgər 13 yaşın evlilik üçün ən münasib yaş olduğunu iddia edərək erkən nikahın dövlət səviyyəsində təbliğ edilməsi vəhşilik deyil? Allah bəndəsinin ən şirin və qayğısız uşaqlıq çağını Allahın verdiyi ömür payından bilərəkdən və məcburən qoparıb istismar eləmək – cəzası ölçülməz cinayətdir. Hər hansı bir fərdin (deyək ki, şüursuz valideynin) bu cür cinayətə əl atması heç bir halda bağışlana biməz.
Bəs bu cinayət bütöv bir cəmiyyət tərəfindən törədilərsə, nə etməli?
Bəli, cənnət anaların ayaqları altındadır. “Bəs cəhənnəm haradadır?” sualına yəqin ki, bir cavab ola bilər - azyaşlı qız övladlarını erkən nikaha sövq edənlərin xislətində, əqidəsində və əməlində. Qızlarının uşaqlıq çağını oğurlayan övlad sahiblərinə lənət, bu cinayəti təbliğ edən söz sahiblərinə ar olsun!
Ruhiyyə Məmmədova“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri