TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
22-09-2023, 19:24
Qarşı tərəf Xankəndində qəsdən yanğın törədir


Qarşı tərəf Xankəndində qəsdən yanğın törədir

Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri uğurla başa çatdıqdan sonra bütün ərazilər tam nəzarətə götürülməklə müşahidələr aparılır.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, Daxili İşlər və Müdafiə nazirliklərinin əməkdaşları tərəfindən bölgədə hüquq qaydasının təmini istiqamətində kompleks tədbirlər görülür, müvafiq postlar quraşdırılmaqla xidmət təşkil edilib.
Müşahidə olunur ki, əsasən Azərbaycan Respublikasının Xankəndi şəhərində qarşı tərəf qəsdən yanğınlar törədir, müxtəlif inzibati binalarda sənədlərin, maddi sübutların, arxivlərin məhv edilməsi prosesini həyata keçirir.
Azərbaycan Respublikasının müvafiq dövlət qurumları bölgədə mövcud vəziyyətə tam nəzarət edir, erməniəsilli vətəndaşlarımıza humanitar köməkliklər göstərirlər, daxil olan müraciətlərə etinasız yanaşmırlar.
22-09-2023, 19:16
XİN Başçısı Türk Dövlətləri Təşkilatının XİN Şurasının iclasında çıxış etdi


XİN Başçısı Türk Dövlətləri Təşkilatının XİN Şurasının iclasında çıxış etdi

22 sentyabr tarixində Nyu Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında çıxış edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Nazir Ceyhun Bayramov görüşdə iştirakından məmnunluq duyaraq Nyu Yorkda Türk evində iclasın yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə qardaş Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidana minnətdarlığını bildirib.
Ceyhun Bayramov üzv dövlətlər arasında qarşılıqlı etimadın qurulmasında dövlət başçılarımızın rolunu xüsusi qeyd edib, onların sıx təmaslarının və dostluq münasibətlərinin əlaqələrin inkişaf dinamikasını şərtləndirdiyini, beynəlxalq aləmdə uğurlu qarşılıqlı fəaliyyətə töhfə verdiyini bildirib.
Görüşün gündəlikdəki əsas məsələləri müzakirə etmək üçün daha bir fürsət olaraq dəyərləndirən nazir Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının hazırda inkişaf dövrünü yaşadığını, tam gücü ilə fəaliyyətini davam etdirdiyini, üzv dövlətlər arasında əməkdaşlığın daha da genişləndiyini, təşkilatın beynəlxalq səviyyədə rolunun yüksəldiyini məmnunluqla vurğulayıb. Bu xüsusda, Türk Dövlətləri Təşkilatı Katibliyinin heyətinin, xüsusilə baş katib cənab Kubaniçbek Ömüralıyevin fəaliyyətinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Çıxışda Özbəkistanın uğurlu sədrliyi vurğulanıb, 2023-cü il noyabrın 3-də Qazaxıstanda keçiriləcək Dövlət Başçılarının 10-cu Zirvə Görüşünün ən yüksək səviyyədə təşkil olunacağına əminlik ifadə olunub.
Üzv dövlətlər tərəfindən TÜRKPA, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, həmçinin Türk İnvestisiya Fondu kimi Türk Dövlətləri Təşkilatının tabeliyində olan və əlaqəli qurumların fəaliyyətinə xüsusi önəm verildiyi diqqətə çatdırılıb.
Çıxışda Özbəkistan və Qazaxıstan tərəfindən Azərbaycanın işğaldan azad edimiş Füzuli rayonunda reallaşdırılan və reallaşdırılmaqda olan layihələrin dövlətlərimiz arasında dostluq rəmzinə çevrildiyi diqqətə çatdırılıb.
Nazir Ceyhun Bayramov regionun nəqliyyat-tranzit potensialının tam şəkildə reallaşdırılmasının, ticarət dövriyyəsinin artırılması və şaxələndirilməsi, nəqliyyat-kommunikasiya dəhlizlərinin tranzit prosedurlarının sadələşdirilməsi və təkmilləşdirilməsi istiqamətində birgə səmərəli tədbirlərin görülməsinin vacibliyini qeyd edib. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeni nəqliyyat infrastrukturunun yaradılması, o cümlədən Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə Orta Dəhliz boyu yeni nəqliyyat qovşağının açılması baxımından həlledici rol oynayacağını bildirib.
Çıxışında Azərbaycan Ermənistan arasında sülh gündəliyi və normallaşma məsələlərinə toxunan nazir Ceyhun Bayramov son üç ildə aparılan danışıqlarda müəyyən müsbət irəliləyişlərin əldə olunmasına baxmayaraq, Ermənistanın ziddiyyətli və destruktiv yanaşmasının Cənubi Qafqazda sülhü relsindən çıxardığını, Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni erməni silahlı qüvvələrini saxlayaraq yalnız 2020-ci il Üçtərəfli bəyanatını pozmadığını, həm də beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışdığı və xarici havadarlarının köməyi ilə regionda sülh və təhlükəsizliyə xələl gətirdiyini diqqətə çatdırıb.
Nazir Azərbaycanın Qarabağ bölgəsində qanunsuz erməni silahlı qüvvələrinə qarşı həyata keçirilmiş anti-terror tədbirləri barədə məlumat verib. Azərbaycan tərəfindən suveren torpaqlarında həyata keçirilmiş tədbirlərlə bağlı ölkəmizə göstərilmiş dəstəyə görə türk dövlətlərinə xüsusi minnətdarlıq bildirilib.
Qeyd edilənlər xüsusunda, üzv ölkələri və mövcud türk birliyini hədəf alan bütün məkrli təhdidlərə qarşı mübarizə aparmaq üçün birlikdə dayanmağın və güclü olmağın vacibliyi vurğulanıb.
22-09-2023, 18:39
Ceyhun Bayramov türkiyəli həmkarına Qarabağ xalçası hədiyyə etdi


Ceyhun Bayramov türkiyəli həmkarına Qarabağ xalçası hədiyyə etdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidana Qarabağ xalçası hədiyyə edib.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Xalça Nyu-Yorkda yerləşən “Türk evi”ndə istifadə olunacaq:
“Bu mənalı hədiyyəyə görə Can Azərbaycana təşəkkür edirik” - məlumatda qeyd edilib.
22-09-2023, 17:29
Ayxan Hacızadə: “Azərbaycan Qarabağ bölgəsinin erməni əhalisinə dəstək verəcək”


Ayxan Hacızadə: “Azərbaycan Qarabağ bölgəsinin erməni əhalisinə dəstək verəcək”

“Azərbaycan Qarabağ bölgəsinin erməni əhalisinə dəstək verəcək”.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə "Al-Jazeera" telekanalına müsahibəsində deyib.
O qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan ordusunun mövqelərinin sistematik atəşə tutulmasının artması, ərazilərimizin minalanmasının davam etdirilməsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağda yaradılmış separatçı və marionet rejimin nümayəndələrinə qarşı lokal antiterror tədbirlərinə səbəb olub.
A.Hacızadənin sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan özü bəyan edib ki, bu antiterror tədbirləri zamanı Azərbaycan Qarabağdakı erməni sakinlərə zərər verməyib: "Qarabağ bölgəsi həmişə Azərbaycanın ayrılmaz hissəsi olub. Azərbaycanın bütün etnik azlıqları ölkəmizdə həmişə mehriban şəraitdə yaşayıblar. Azərbaycan çoxmillətli ölkədir, tarix boyu ermənilərlə azərbaycanlılar həmişə birgə yaşayıblar. Ölkəmiz Qarabağ ermənilərinin reinteqrasiyasının həyata keçirilməsini təmin edəcək”.
22-09-2023, 17:14
Zərərsizləşdirilən separatçıların fotoları Xankəndidən yığışdırılır


Zərərsizləşdirilən separatçıların fotoları Xankəndidən yığışdırılır

Vətən müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən zərərsizləşdirilən separatçıların fotoları Xankəndidən yığışdırılır.
Bu barədə sosial mediada görüntülər yayılıb.
Qeyd edilib ki, Xankəndidə yerləşən meydandakı “xatirə lövhəsi”ndən Vətən müharibəsi zamanı Azərbaycana qarşı döyüşlərdə məhv edilən erməni döyüşçülərin fotoları sökülür.

22-09-2023, 16:53
Ermənilərin Canyataq kəndində tərk etdikləri döyüş mövqeyinin görüntüləri yayıldı


Ermənilərin Canyataq kəndində tərk etdikləri döyüş mövqeyinin görüntüləri yayıldı

Azərbaycan Müdafiə Nazirliyi Tərtər rayonu Canyataq yaşayış məntəqəsinin yaxınlığında tərk edilmiş döyüş mövqeyinin görüntülərini yayıb.
Butov.az görüntüləri təqdim edir:

22-09-2023, 16:48
Vardanyan Qarabağı  tərk etmək istəmədiyini bildirdi


Vardanyan Qarabağı tərk etmək istəmədiyini bildirdi

Xankəndidə separatçılıqla məşğul olan rusiyalı erməni milyarder Ruben Vardanyan Qarabağı tərk etmək istəmədiyini bildirib.
Vardanyan guya Qarabağ uğrunda sona qədər döyüşəcəyini və bu torpaqda ölümünü qəbul etməyə hazır olduğunu deyib.
Xəbərdə bildirilir ki, Vardanyan Ermənistan hakimiyyətini xəyanətdə ittiham edib. Separatçı milyarder Rusiyanın Qarabağlı bağlı siyasətini də xəyanət hesab edib.
22-09-2023, 16:29
Şuşada mina partladı - Traktorçu xəsarət aldı


Şuşada mina partladı - Traktorçu xəsarət aldı

Sentyabrın 22-də saat 12 radələrində Şuşada bərpa-quruculuq işləri həyata keçirən şirkətlərdən birinin əməkdaşı, 1965-ci il təvəllüdlü mülki şəxsin rayonunun Xəlfəli kəndi ərazisində buldozerlə iş görən zaman yolda basdırılmış minanın partlaması nəticəsində xəsarət alması faktı üzrə Şuşa rayon prokurorluğunda araşdırma aparılır.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
22-09-2023, 16:14
Qazaxlarla azərbaycanlılar qədim zamanlardan doğma və dost xalqlardır


Qazaxlarla azərbaycanlılar qədim zamanlardan doğma və dost xalqlardır

Qazaxlarla azərbaycanlılar qədim zamanlardan doğma və dost xalqlardır.
Bu barədə Qazaxıstan Respublikasının prezidenti Kasım-Jomart Tokayevin Bakıda keçirilən "Türk ədəbiyyatının ustadları" mövzusunda beynəlxalq tədbirin keçirilməsi münasibətilə göndərdiyi təbrik məktubunda deyilir.
Məktub Qazaxıstan prezidentinin köməkçisi Malik Otarbayev tərəfindən ucadan oxunub.
"Qazaxlarla azərbaycanlılar qədim zamanlardan doğma və dost xalqlardır. Qardaş ölkələrin əlaqələrinin möhkəmlənməsi təkcə mehriban qonşuluq əlaqələrinə və Xəzər dənizi vasitəsilə iqtisadi əməkdaşlığa deyil, həm də hörmətli yazıçılarımız və görkəmli şəxsiyyətlərimiz arasında mənəvi əlaqələrə imkan yaradır", - məktubda deyilir.
Qeyd edək ki, Azərbaycan Milli Kitabxanasında görkəmli yazıçı, qazax ədəbiyyatında detektiv janrının banisi, dramaturq, ictimai xadim Kemel Tokayevin 100 illiyi və XX əsrin Azərbaycan ədəbiyyatının klassiki, alim, pedaqoq Mir Cəlal Paşayevin 115 illiyi münasibətilə "Türk ədəbiyyatının ustadları" mövzusunda beynəlxalq tədbirin keçirilir.
Tədbir çərçivəsində həmçinin Kemel Tokayevin Azərbaycan dilində nəşr olunan "Gecə açılan atəş" kitabının və Mir Cəlal Paşayevin qazax dilində dərc olunan "Dağların ürəyi" kitabının təntənəli təqdimat mərasimi keçirilib.
Türk dünyasının bədii söz ustalarının əsərlər toplusunun təqdimatı ilə yanaşı, onların yaradıcılığına həsr olunmuş illüstrativ kitab sərgisi də təşkil olunub.
22-09-2023, 15:54
9 yaralı erməni Xankəndiyə aparıldı


9 yaralı erməni Xankəndiyə aparıldı

9 yaralı Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) maşınları ilə Xocavənddən Xankəndiyə aparılıb.
Bu barədə mətbuata Qarabağ ermənilərinin nümayəndələri bildiriblər.
Qarabağdakı erməni sakinlər Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Xankəndidəki ofisinə müraciət edərək Xocavənddəki xəstəxanaya yerləşdirilən yarılılılara yardım istəyiblər.
Sosial şəbəkələrdə yayılan xəbərə görə, BQXK-nin altı ədəd avtomobili Xankəndidən Xocavənd istiqamətinə hərəkət edib.
Məlumata görə, BQXK nümayəndələri erməni yaralıları Xocavənd xəstəxanasından götürüb Xankəndiyə aparacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!