TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
23-09-2023, 18:34
Dövlət Başçısı Klaarı qəbul etdi


Dövlət Başçısı Klaarı qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.
Görüşdə regional məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.
Toivo Klaar dövlətimizin başçısının Azərbaycan xalqına 20 sentyabr tarixli müraciəti, həmin müraciətdə Qarabağın erməni əhalisinin reinteqrasiyası ilə əlaqədar səsləndirdiyi fikirləri və Yevlaxda Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə keçirilmiş görüşü müsbət qiymətləndirdiyini bildirdi.
Dövlətimizin başçısı öz növbəsində Azərbaycan xalqına 20 sentyabr tarixli müraciətində Qarabağın erməni əhalisinin reinteqrasiyası ilə bağlı söylədiyi fikirlərə toxundu, onların bütün hüquqlarının - təhsil, mədəniyyət, din, bələdiyyə, seçki və digər hüquqlarının təmin olunacağını bildirdi.
Prezident İlham Əliyev Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə İşçi qrupun yaradıldığını, bu İşçi qrupun əsas funksiyalarının Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli olduğunu, Yevlaxda keçirilmiş görüşdə reinteqrasiya məsələləri üzrə Azərbaycanın planlarının təqdim edildiyini diqqətə çatdırdı.
Dövlətimizin başçısı, həmçinin yerlərdə artıq silah və sursatın yığılması prosesinə başlanıldığını, orada çox böyük həcmdə silah-sursat anbarlarının müəyyən edildiyini bildirdi.
Prezident İlham Əliyev hazırda Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üçün regionda daha yaxşı imkanların yarandığını qeyd etdi.
Görüşdə, eyni zamanda, dövlətimizin həyata keçirdiyi humanitar layihələr haqqında məlumat verildi, Beynəlxalq Qırmızı Xaç Komitəsinin təqdim etdiyi sorğulara Azərbaycan tərəfindən müsbət cavab verildiyi və dəstək göstərildiyi vurğulandı.

23-09-2023, 18:11
Xankəndiyə 24 ton benzin, 40 ton dizel yola salındı


Xankəndiyə 24 ton benzin, 40 ton dizel yola salındı

Sentyabrın 23-də Bərdə-Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə 24 ton benzin, 40 ton dizel yola salınıb.
Bu barədə Prezident Administrasiyasının Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, 2023-cü il sentyabrın 21-də Yevlax şəhərində keçirilmiş görüşdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrinin, ilk növbədə, bağçaların, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin yanacaq-sürtgü materialları ilə təmin edilməsi xahişinə uyğun olaraq, sentyabrın 23-də Bərdə-Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə 24 ton benzin, 40 ton dizel yola salınıb.
23-09-2023, 17:13
Kəlbəcərdə iri silah-sursat anbarı aşkarlandı


Kəlbəcərdə iri silah-sursat anbarı aşkarlandı

Azərbaycan hərbçiləri Kəlbəcər rayonunun Heyvalı kəndində yeni iri silah-sursat anbarı aşkar ediblər. Anbarda aşağıdakı hərbi sursatlar aşkarlanıb:

- 82 mm-lik minaatanın mərmiləri;

- “D-30” mərmiləri;

- “RGM-2” partlayıcıları;

- məsafədən idarəolunan partlayıcılar;

- qumbaraatanlar və iriçapli patronlar;

- hərbi ləvazimat;

- 20 mm çaplı mərmi, 200 ədəd;

- 30 mm çaplı top mərmiləri, 6 ədəd;

- “2A42” top mərmiləri;

- “120-PM-43 M” minaatanı;

- müxtəlif patronlar;

- 7,62 çaplı RPS patronları;

- 120 mm-lik minaatanlar, 1985-ci ilin, istifadəyə yararlı;

- PDM mərmiləri;

- 120 mm-lik minaatanlar;

- “D-30” toplarının mərmiləri;

- “2S1” haubitsa, “Qrad” mərmiləri;

- 1982-ci ilin minaları;

- 120 mm-lik minaatanlar;

- “D-20” mərmiləri və s.

23-09-2023, 14:02
Rəsmi Bakı Ermənistanın öhdəliklərini tam yerinə yetirəcəyini gözləyir


Rəsmi Bakı Ermənistanın öhdəliklərini tam yerinə yetirəcəyini gözləyir

“Rəsmi Bakı Ermənistan tərəfinin tərksilah edilməsi və qoşunlarını Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı öhdəliklərini tam yerinə yetirəcəyini gözləyir”.
Bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov BBC-yə müsahibəsində deyib.
O bildirib ki, sentyabrın 22-dən etibarən Laçın və Ağdam ərazisindən keçən mövcud marşrutlar üzrə ərzaq, dərman və digər zəruri malların maneəsiz çatdırılması üçün bütün lazımi şərait yaradılıb: "Azərbaycan hökumətinin Xankəndiyə göndərdiyi 50 ton ərzaq və dərman daşıyan 4 yük maşını Rusiya sülhməramlılarının bölgəyə gətirdiyi 50 tona əlavədir. Hazırda yerli əhali ehtiyac duyduqları hər şeylə təmin olunub. Beynəlxalq Qızıl Xaç Komitəsi ilə də fəal iş davam edir”.
E.Əmirbəyovun sözlərinə görə, həm Ağdam, həm də Laçın yolu açıqdır: “Bu, Azərbaycanla Ermənistan arasında əldə olunan əsas razılaşmadır. İndi biz oradakı dinc əhalidə inam yaratmalıyıq ki, onlar lazım olan hər şeylə təmin olunacaqlar. Azərbaycan hökuməti lazım olan hər şeyi, o cümlədən elektrik enerjisini, ərzağı, istiliyi, dərmanı təmin etməyə hazırdır”.
Prezidentin nümayəndəsi Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Azərbaycanın mərkəzi hakimiyyətinin təmsilçiləri arasında Yevlaxda keçirilən görüşə də münasibət bildirib: “Biz dinc yolla reinteqrasiya, həmçinin ermənilərinin hüquqlarını təmin etməyə hazır olmağımızla bağlı mövqeyimizi qarşı tərəfə izah etmək üçün hər şeyi etdik”.
23-09-2023, 13:47
Qarabağın erməni sakinləri üçün görülən işlər açıqlandı


Qarabağın erməni sakinləri üçün görülən işlər açıqlandı

Azərbaycanın mərkəzi hakimiyyətinin Qarabağın erməni sakinlərinin sosial, humanitar, iqtisadi problemlərinin, eləcə də bölgənin infrastruktur məsələlərinin həlli üçün görülən tədbirləri açıqlanıb.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından bildirilib ki, sentyabrın 22-də Fövqəladə Hallar Nazirliyi tərəfindən erməni sakinləri üçün 40 tonluq ərzaq məhsulları və gigiyenik vasitələrdən ibarət 2 yük avtomobili və 2 çörək dolu avtomobil fəaliyyətdə olan Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb.
Eyni zamanda, erməni sakinlərinin ilkin tibbi yardım və qida ilə təmin olunması məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən Ağdam, Füzuli və Kəlbəcərdə 1000 nəfərlik çadır düşərgələri qurulub. Ərazidəki polis qüvvələri, hərbi heyət və mülki işçilər tərəfindən erməni sakinlərə yerlərdə ilkin tibbi yardım və müvafiq dəstək göstərilir.
Bundan başqa, sentyabrın 21-də Yevlax şəhərində keçirilmiş görüşdə erməni sakinlərin nümayəndələrinin xahişinə uyğun olaraq, ilk növbədə, bağçalar, təcili tibbi yardım və yanğınsöndürmə xidmətləri olmaqla yanacaq-sürtgü materiallarının göndərilməsi təmin ediləcək.
Bildirilib ki, Rusiya sülhməramlı qüvvələrin kontingentinin şəxsi heyətinin istifadəsi, eləcə də sülhməramlılar vasitəsilə mülki əhaliyə çatdırılması üçün Laçın-Xankəndi yolu ərzaq və gündəlik tələbat mallarının keçidi təmin olunur.
Vurğulanıb ki, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tərəfindən Ağdam-Əsgəran-Xankəndi və Laçın-Xankəndi yolu ilə ərzaq, dərman preparatları və uşaq qidasından ibarət yüklərin aparılmasına, təşkilatın Bakı və Cenevrə ofislərindən Xankəndidə olan alt-ofisinə əlavə heyətin ezam olunmasına şərait yaradılır.
BQXK müraciəti əsasında tibbi yardıma ehtiyacı olan şəxslərin Ermənistana təxliyəsi üçün zəruri imkanlar yaradılır.
23-09-2023, 13:30
“Oğuz” ictimai birliyi növbəti layihəni uğurla sonlandırdı


“Oğuz” ictimai birliyi növbəti layihəni uğurla sonlandırdı

“Oğuz” Müstəqil Araşdırmaçılar Qrupu İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi növbəti layihəni uğurla başa vurub.
Layihə çərçivəsində müxtəlif dövrlərin bir sıra erməni yazarlarının mənbələrində Azərbaycan tarixinə və coğrafiyasına dair iqtibaslar toplanaraq bir araya gətirilib və dilimizə tərcümə edilərək kitab şəklində nəşr edilib. Bu sırada erməni-hay yazarları Yegişenin, Favstos Buzandın yazdıqları ədəbiyyatlar, eləcə də, 1722-1736-cı illərin erməni anonim xronikası tarixçi və tədqiqatçılar tərəfindən diqqətlə incələnib, həmin qaynaqlarda olan Vətənimizlə bağlı məlumatlar toplanıb və gələcəkdə tarixçilərimizin ixtiyarına verilmək məqsədilə dilimizə tərcümə edilərək kitab halına salınıb və “Bəzi erməni mənbələrində Azərbaycan tarixinə dair iqtibaslar” adı ilə kütləvi tirajla nəşr olunub.
Birliyin sədri Ceyhun Bayramlı verdiyi açıqlamada əsasən erməni Qriqorian kilsəsinin dəstəyi ilə müxtəlif dövrlərdə ərsəyə gətirilmiş çoxsaylı erməni mənbələrində Vətənimizin tarixi və coğrafiyası, eləcə də, müxtəlif tarixi şəxsiyyətlərimiz barədə hansı məlumatların yer aldığı, nələrin təhrifə uğradıldığı hər zaman bizləri düşündürüb və narahat edib. Yüz illər boyu xalqımıza qarşı sistemli fəaliyyət göstərmiş və şovinizm xəstəliyinə düçar olmuş bir toplumun istinad etdiyi əsas faktorlardan biri də məhz həmin erməni mənbələridir. Əsrlər boyu erməni-hay etnosunun maraqlarının ruporu rolunda çıxış etmiş erməni Qriqorian kilsəsinin bizlərə yönəlik məkrli niyyətlərini, tarixi saxtalaşdırmaq və ermənilərə saxta “qədim tarix” və milli ideologiya qurmaq cəhdlərini təməlli olaraq ifşa etmək üçün bu ədəbiyyatların tədqiqatçılarımız tərəfindən dərindən incələnərək araşdırılmasına ehtiyac vardır, bu baxımdan da sözügedən layihənin Azərbaycan cəmiyyəti üçün əhəmiyyəti böyükdür. “Oğuz” İctimai Birliyi tərəfindən başladılan iş əslində cəmiyyətimiz üçün olduqca aktual bir mövzuya nüfuz etmək, tarixçilərimizin və ictimaiyyətimizin məlumat bazasını genişləndirmək məqsədi daşıyır və gələcəkdə bu işin ardıcıl şəkildə davam etdirilməsi, digər erməni yazarlarının bizlərlə bağlı verdiyi məlumatların sistemli bir şəkildə toplanaraq saf-çürük edilib elmi ictimaiyyətin ixtiyarına verilməsi nəzərdə tutulur.

23-09-2023, 13:22
Tibbi yardıma ehtiyacı olan ermənilərin təxliyəsi üçün imkan yaradılır


Tibbi yardıma ehtiyacı olan ermənilərin təxliyəsi üçün imkan yaradılır

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) müraciəti əsasında tibbi yardıma ehtiyacı olan erməni sakinlərin Ermənistana təxliyəsi üçün zəruri imkanlar yaradılır.
Bu barədə Azərbaycan Prezidenti Administrasiyası məlumat yayıb.
Bildirilib ki, BQXK tərəfindən Ağdam-Əsgəran-Xankəndi və Laçın-Xankəndi yolu ilə ərzaq, dərman preparatları və uşaq qidasından ibarət yüklərin aparılmasına, təşkilatın Bakı və Cenevrə ofislərindən Xankəndidə olan alt-ofisinə əlavə heyətin ezam olunmasına şərait yaradılır.
23-09-2023, 13:16
Erməni sakinlərinə yanacaq-sürgü materialları göndəriləcək


Erməni sakinlərinə yanacaq-sürgü materialları göndəriləcək

Sentyabrın 21-də Yevlax şəhərində keçirilmiş görüşdə erməni sakinlərin nümayəndələrinin xahişinə uyğun olaraq, ilk növbədə, bağçalar, təcili tibbi yardım və yanğınsöndürmə xidmətləri olmaqla yanacaq-sürtgü materiallarının göndərilməsi təmin ediləcək.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası məlumat yayıb.
Bildirilib ki, Rusiya sülhməramlı qüvvələrin kontingentinin şəxsi heyətinin istifadəsi, eləcə də sülhməramlılar vasitəsilə mülki əhaliyə çatdırılması üçün Laçın-Xankəndi yolu ərzaq və gündəlik tələbat mallarının keçidi təmin olunur;
23-09-2023, 13:11
Şahin Mustafayevin rəhbərliyi altında işçi qrupu yaradılır


Şahin Mustafayevin rəhbərliyi altında işçi qrupu yaradılır

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli məqsədilə Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi altında İşçi qrup yaradılıb.
Bu barədə Azərbaycan Prezidenti Administrasiyası məlumat yayıb.
İşçi qrup Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının çərçivəsində fəaliyyət göstərir.
İşçi qrupun tərkibinə İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Kənd Təsərrüfatı, Daxili İşlər, Səhiyyə, Elm və Təhsil nazirlikləri, “Azərenerji” ASC, “Azərişıq” ASC, “Azəriqaz” İstehsalat Birliyi, Avtomobil Yolları Dövlət Agentliyi və digər aidiyyəti qurumlar daxildir.
2023-cü il sentyabrın 20-dən etibarən İşçi Qrup tərəfindən aşağıdakı tədbirlər həyata keçirilib:
• 2023-cü il sentyabrın 22-də Fövqəladə Hallar Nazirliyi tərəfindən erməni sakinləri üçün 40 tonluq ərzaq məhsulları və gigiyenik vasitələrdən ibarət 2 yük avtomobili və 2 çörək dolu avtomobil fəaliyyətdə olan Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb;
• Erməni sakinlərinin ilkin tibbi yardım və qida ilə təmin olunması məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən Ağdam, Füzuli və Kəlbəcərdə 1000 nəfərlik çadır düşərgələri qurulub. Ərazidəki polis qüvvələri, hərbi heyət və mülki işçilər tərəfindən erməni sakinlərə yerlərdə ilkin tibbi yardım və müvafiq dəstək göstərilir;
• Sentyabrın 21-də Yevlax şəhərində keçirilmiş görüşdə erməni sakinlərin nümayəndələrinin xahişinə uyğun olaraq, ilk növbədə, bağçalar, təcili tibbi yardım və yanğınsöndürmə xidmətləri olmaqla yanacaq-sürtgü materiallarının göndərilməsi təmin ediləcək;
• Rusiya sülhməramlı qüvvələrin kontingentinin şəxsi heyətinin istifadəsi, eləcə də sülhməramlılar vasitəsilə mülki əhaliyə çatdırılması üçün Laçın-Xankəndi yolu ərzaq və gündəlik tələbat mallarının keçidi təmin olunur;
• Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) tərəfindən Ağdam-Əsgəran-Xankəndi və Laçın-Xankəndi yolu ilə ərzaq, dərman preparatları və uşaq qidasından ibarət yüklərin aparılmasına, təşkilatın Bakı və Cenevrə ofislərindən Xankəndidə olan alt-ofisinə əlavə heyətin ezam olunmasına şərait yaradılır;
• BQXK müraciəti əsasında tibbi yardıma ehtiyacı olan şəxslərin Ermənistana təxliyəsi üçün zəruri imkanlar yaradılır.
23-09-2023, 12:33
Erməniəsilli sakinlərin böyük bir qrupu seperatçılar tərəfindən girov götürüldü


Erməniəsilli sakinlərin böyük bir qrupu seperatçılar tərəfindən girov götürüldü

Xankəndini tərk etmək istəyən erməniəsilli sakinlərin böyük bir qrupu qanunsuz rejimin tör-töküntüləri tərəfindən girov götürülüb.
Bu barədə “Caliber” məlumat yayıb.
Bildirilir ki, Xankəndidə erməniəsilli sakinlər şəhəri tərk edərək Ermənistana getmək istəyirlər. Qonşu ölkədə qohum və tanışları olan insanların oraya gedib suların durulmasını gözləmək istəyi başadüşüləndir. Daxil olan müraciətlər əsasında Azərbaycanın müvafiq qurumları bu məqsədlə lazımi təhlükəsizlik dəhlizi də təşkil ediblər.
Ancaq Xankəndidə qalan qanunsuz rejimin tör-töküntülərinin idarə etdiyi erməni silahlı birləşmələri şəhəri tərk etmək istəyən sakinləri girov götürüblər və onlardan canlı sipər kimi istifadə etmək niyyətindədirlər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!